Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   47

işlərə qarışmamaq; insan haqlarına hörmət; xalqların və millətlərin öz 
müqəddəratını  təyin etmə;  əməkdaşlıq; beynəlxalq öhdəlikləri 
vicdanla yerinə yetirmək.  
DÖVLƏTLƏRİN SUVEREN BƏRABƏRLİYİ. Dünya qaydası 
onun bütün iştirakçıları arasında yalnız suveren bərabərlik  əsasında 
qoruna bilər. Hər bir dövlət beynəlxalq münasibətlər sisteminin digər 
iştirakçılarının suverenliyinə,  yəni öz ərazisində qanunvericilik, 
icraedicilik, idarəçilik və  məhkəmə hakimiyyətini, həmçinin, xarici 
siyasətini kənardan müdaxilə olmadan həyata keçirməsinə hörmət 
etməlidir. Dövlətlərin suveren bərabərliyi müasir beynəlxalq 
münasibətlərin  əsasını  təşkil edir. O, BMT nizamnaməsində, digər 
beynəlxalq təşkilatların sənədlərində möhkəmləndirilmişdir. Bu 
prinsipə görə, sosial, iqtisadi inkişaf səviyəsindən,  əhalisinin sayının 
çox və ya  azlığından, ərazisinin böyük-kiçikliyindən asılı olmayaraq 
bütün dövlətlər bərabərdilər.  Əlbəttə, dövlətlərin hüquq bərabərliyi, 
heç də onların faktiki bərabərliyi demək deyildir. Bu, özünü BMT 
Təhlükəsizlik  Şurasının təcrübəsində aydın  şəkildə göstərir. Yəni 
BMT-də bütün dövlətlər bərabərdirlərsə  də, dünyada sülh və 
təhlükəsizliyin taleyini daha çox Təhlükəsizlik  Şurasının beş daimi 
üzvü - ABŞ,  İngiltərə, Fransa, Çin və Rusiya həll edirlər. Onlar 
beynəlxalq məsələlərin həllində öz mövqelərini diqtə edə bilirlər və bu 
məqsədlə  də veto hüququnda istifadə edirlər.  Əslində veto hüququ 
beynəlxalq münasibətlər sisteminin sağlamlığı üçün zəruri  şərtlərdən 
biri sayılan bərabərlik prinsipi ilə bir araya sığmır. Suverenlik dövlətin 
özünü təcrid etməsi demək deyildir. Çünki o, dünya birliyinin başqa 
üzvləri ilə birlikdə mövcuddur, qarşılıqlı  əlaqədədir və qarşılıqlı 
asılıdır. Həm də dövlətin daxilində elə problemlər yarana bilər ki, o, 
beynəlxalq sülh və  təhlükəsizlik üçün qorxu törədər. Buna görə  də 
beynəlxalq birlik həmin problemləri dövlətin suverenliyi və daxili iş 
kimi qiymətləndirmədən ona qarışa bilər. Azərbaycan dövləti özünün 
beynəlxalq fəaliyətində bütün digər dövlətlərin suverenliyinə hörmət 
edir və əməli fəaliyyətində buna ciddi surətdə əməl edir. 
ZOR  İŞLƏTMƏMƏK VƏ YA ZORLA HƏDƏLƏMƏMƏK. 
Beynəlxalq münasibətlərin demokratikləşdirilməsi təbii olaraq zor 
işlətməyi və zorla hədələməyi minimuma endirməyi zəruri edir. Bu 
prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cu bəndində  təsbit 
edilmişdir. Burada deyilir ki, BMP-nin bütün üzvləri beynəlxalq 
münasibətlərdə hər hansı dövlətin ərazi toxunulmazlığına və ya siyasi 
 
18


müstəqilliyinə qarşı zor işlətməkdən və ya onu tətbiq etməkdən imtina 
edirlər. Bu prinsip həmçinin BMT-nin beynəlxalq hüququn prinsipləri 
haqqında (1970-ci il), təcavüzkarın müəyyən edilməsi haqqında 
(1974-ci il) bəyannamələrində, ATƏT-in yekun sənədində (1 avqust 
1975-ci il), Beynəlxalq münasibətlərdə zor işlətməkdən və ya zorla 
hədələməkdən imtina edilməsinin səmərəliliyini artırmaq haqqında 
bəyannamədə (1987-ci il) əks olunmuşdur. Zor işlətməmək prinsipi ilk 
növbədə tacavüzkarlıq müharibələrinin qadağan edilməsini nəzərdə 
tutur. O, beynəlxalq normaları pozaraq başqa dövlətin  ərazisini işğal 
etməyi, öz ərazisini başqa dövlətə qarşı  təcavüzkarın istifadəsinə 
verməyi, başqa dövlətdə terrorçu hərəkətlərə  və  vətəndaş 
müharibəsində  iştirak edən tərəflərə kömək etməyi, başqa dövlətin 
ərazisinə muzdlular göndərməyi, qızışdırıcılıq fəaliyyətini və s. 
qadağan edir. Bununla belə, dövlətin üzərinə silahlı basqın olarsa, o, 
müdafiə məqsədləri üçün silahlı qüvvə tətbiq edə bilər. 
DÖVLƏT SƏRHƏDLƏRİNİN POZULMAZLIĞI  Bu prinsip 
Avropa dövlətlərinin təhlükəsizliyini təmin etməyin  ən mühüm 
əsaslarından biridir. Sərhədlərin pozulmazlığı bir sıra beynəlxalq və 
ikitərəfli sənədlərdə öz əksini tapmışdır. Onun əsas məzmunu üç 
mühüm elementdə  cəmlənmişdir: mövcud sərhədlərin beynəlxalq 
hüquqa uyğun qurulduğunu qəbul etmək; indi və gələcəkdə hər hansı 
ərazi iddialarındandan imtana etmək; sərhədlərin pozulması  və ya 
zorla dəyişdirilməsi cəhdlərindən imtina etmək. ATƏT-in 1975-ci il 
avqustun 1-də imzalanmış yekun sənədində 33 Avropa dövləti, ABŞ 
və Kanada onu təsdiqlədir. Bu prinsip eyni zamanda, hər hansı 
suveren dövlətin öz sərhədlərinə  nəzarət etməsini və onun 
pozulmasına qarşı  tədbirlər görməsini də  nəzərdə tutur. Sərhədlərin 
pozulmazlığı və toxunuzmazlığı bütün qitələrə və dövlətlərə aiddir.  
 
DAXİLİ İŞLƏRƏ QARIŞMAMAQ  
Dövlətlərarası münasibətlərin ümumi prinsipi kimi daxili 
işlərə qarışmamaq millətlərin öz dövlətçiliyi uğrunda mübarizəsi 
prosesində formalaşmışdır. Lakin əvvəlki vaxtlarda bu prinsip məhdud 
olmuşdur. Çünki bir sıra dövlətlər bir-birlərinin daxili işlərinə 
kobudcasına qarışırdılar. Müasir anlamda daxili işlərə qarışmamaq 
BMT nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində, 1970-ci ildə 
qəbul edilmiş beynəlxalq hüquq prinsipləri haqqında bəyannamədə, 
ATƏT-in yekun sənədində və b. əks olunmuşdur. Azərbaycan dövləti 
 
19


bu prinsipə ciddi surətdə  əməl edərək heç bir dövlətin daxili işlərinə 
birbaşa və ya dolayısı yolla qətiyyən qarışmır.  
DÖVLƏTİN  ƏRAZİ BÜTÖVLÜYÜ.  Bu prinsip BMT 
nizamnaməsinin qəbul edilməsi ilə təsbit olunmuş və sonralar inkişaf 
etdirilmişdir. O, hər hansı dövlətin  ərazisini mümkün ola biləcək 
təcavüzlərdən qorumalıdır. Bu prinsipə görə, dövlətin  ərazisi zor 
tətbiq etməklə  hərbi təcavüz obyekti ola bilməz və başqa dövlət 
tərəfindən tutula bilməz. Zorla tutulan hər hansı  ərazi dünya birliyi 
tərəfindən qəbul oluna bilməz. BMT nizamnaməsinə  və ATƏT 
prinsiplərinə görə, iştirakçı dövlətlər bir-birlərinin  ərazi bütövlüyünü 
hörmət etməlidirlər. Azərbaycan dövləti bütün dövlətlərin  ərazi 
bütövlüyünə hörmət edir.   
İNSAN HAQLARINA ÜMUMİ HÖRMƏT. Bu prinsip Avropa 
burjua inqlabları dövründə siyasi-hüquqi terminologiyaya daxil 
olmuşdur. Lakin beynəlxalq hüququn prinsipi kimi, o, BMT 
Nizamnaməsinin qəbul edilməsi ilə bilavasitə bağlıdır. Nizamnamənin 
55-ci maddəsində göstərilir ki, təşkilat  əhalinin həyat səviyyəsinin 
yüksəldilməsinə, tam məşğulluğuna, iqtisadi və sosial tərəqqisinə  və 
və inkşafına kömək edir. Burada problem ümumi formada göstərilir. 
Lakin müharibədən sonrakı illərdə dövlətlər buprinsipi 
konkretləşdirməyə çalışdılar. 1948-ci ildə insan hüquqlarının ümumi 
bəyannaməsi, 1966-cı ildə  vətəndaş  və siyasi hüquqlar haqqında və 
iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktlar qəbul 
edildi.İnsan haqlarının qorunması universal normadır. Dövlətlər 
irqindən, cinsindən, dinindən, dilindən asılı olmayaraq insanların 
hüquq və azadlıqlarını qorumalıdırlar. Bu öhdəlik ümumi məcburi 
xarakter daşıyır. 
 Azərbaycan Respublikası 1992-ci il iyulun 21-də «İqtisadi, 
sosial və  mədəni hüquqlar haqqında» beynəlxalq pakta, BMT-nin 
qaçqınların statusuna dair konvensiyasına,1995-ci il iyulun 30-da 
BMT-nin «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının 
ləğv olunması haqqında» konvensiyasına və b. qoşulmuşdur.  
 
MİLLƏTLƏRİN ÖZ MÜQƏDDƏRATINI TƏYİN ETMƏSİ. 
Beynəlxalq münasibətlərin prinsipial əsaslarından biri kimi bu 
prinsipə görə, hər bir xalq sərbəst suətdə öz inkişafının yol və 
formasını müəyyənləşdirə bilər. Bu prinsip BMT nizamnaməsinin 1-ci 
maddəsinin 2-ci bəndində, 1960-cı ildə  qəbul edilmiş müstəmləkə 
ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında bəyannamədə, 
 
20


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə