Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   47

1966-cı ildə qəbul edilmiş «İnsan hüquqları haqqında» paktda, 1970-
ci ildə  qəbul edilmiş «Beynəlxalq hüququn prinsipləri haqqında» 
bəyannamədə, ATƏT-in yekun sənədində  və b. ifadə olunmuşdur. 
Beynəlxalq normalara görə, öz müqəddəratını təyin etmənin subyekti 
dövlət deyil, xalq və millətdir. Öz müqəddəratını təyin etmək millətlər 
arasındakı normal münasibətlərə xələl gətirməməlidir. 
ATƏT-in 1995-ci il iyulun 4-8-də Vyanada keçirilmiş 
sesiyasında qəbul edilmiş  sənədlərdə göstərlir ki, öz müqəddəratını 
təyin etmək məqsəd deyil, vasitədir; kollektiv şəkildə dinc və 
demokratik inkişaf deməkdir; ayrılmaq hüququ mütləq hüquq demək 
deyildir; hər bir xalqın öz müqəddəratını  təyin etmək hüququ başqa 
xalqların hüquqları ilə tarazlaşdırılmalıdır; bu prosesdə zorakılıq 
yolverilməzdir və s. Ayrılmaq hüquqdur, vəzifə  və mütləq niyyət 
demək deyildir. Ölkədən ayrılmaq mürəkkəb qərar olmaqla bərabər, 
ən son, lakin öz müqəddəratını  təyin etmənin  ən nadir hallarda 
mümkün ola bilən məqsədlərindən biridir.    
Ayrılmaq cəhdləri gözlənilməz və arzuolunmaz  mənfi 
nəticələrə gətirir. Kiçik müstəqil qurumun yaradılması iqtisadi, siyasi 
və sosial sabitliyi poza bilər. Öz müqəddəratını təyin etmək qətiyyən 
suveren dövlətin  ərazi bütövlüyünü separatçılıqla parçalanması ola 
bilməz. Bu sənədlərdə həmçinin göstərilir ki, öz müqəddaratını təyin 
etmək proses konkret statusa nail olmağa doğru gedə bilər. Xalqın öz 
müqəddaratını  təyin etməsi hüququqnun məqsədlərinə  aşağıdakılar 
daxil ola bilər: mövcud dövlətlərlə inteqrasiya olmaq; xüsusi 
imtiyazlar  əldə etmək; milli dildə  təhsil almaq; milli dilin rəsmi dil 
kimi tanınmasına və istifadəsinə nail olmaq; xalq vəya milli azadlıq 
kimi rəsmi tanınmaya laiq olmaq; dövlət daxilində yerli muxtariyyat 
almaq və s. Lakin yuxarıda sadalananlar heç də bu məqsədlərə mütləq 
çatmaq demək deyildir. Dövlətin ərazi bütövlüyünün və sərhədlərinin 
toxunulmamazlığı millətlərin öz müqədəratını təyin etməsində başlıca 
şərtdir. Dövlətin siyasi birliyi və  ərazi bütövlüyü separatçılıqla 
bölüşdürülə bilməz. Göründüyü kimi, ermənilərin öz müqəddəratını 
təyin etməsi bəhanələri ilə Dağlıq Qarabağı Ermənistana birləşdirmək 
cəhdləri beynəlxalq hüquq prinsiplərinin kobudcasına pozulmasıdır.  
Azərbaycanda   yaşayan Dağlıq Qarabaq erməniləri milli azlıq 
öz müqqədaratını tə’yin edə bilər, amma müstəqillik formasında yox. 
Digər tərəfdən, müstəmləkə  və torpaqları  işğal edilmiş xalqlar 
müstəqillik e’lan edə bilərlər. Müəstəqil dövlətin  ərazisində yaşayan 
 
21


xalqların isə belə hüququ yoxdur. Dağlıq Qarabaq isə tarixən 
Azərbaycanın müstəmləkəsi deyil, onun ayrılmaz hissəsi,  ərazisi 
olmuşdur. Dağlıq Qarabağın Coğrafi mövqeyi də bunu bir daha təsdiq 
edir. Çünki yalnız metropoliya sərhədlərindən kənarda yerləşən 
əraziyə müstəmləkə statusu verə bilər. 
Demokratik cəmiyyətdə etnos yox, yə’ni ayrılıqda götürülmüş 
bir millət yox, yalnız müəyyən  ərazidə yaşayan  əhali, yə’ni damos, 
adamlar öz müqəddəratını  tə’yin edə bilərlər. Deməli, bütün 
məsələlərdə regionun azərbaycanlı  əhalisinin rə’yi gözlənilməzdir. 
Dağlıq Qarabağın azərbaycanlı əhalisinin rə’yini nəzərə almayan heç 
bir sənəd hüquqi əhəmiyyət kəsb edə bilməz.               
ƏMƏKDAŞLIQ.  Siyasi, iqtisadi və sosial sistemlərdəki 
fərqlərdən asılı olmayaraq, dövlətlərin müxtəlif sahəli  əməkdaşlığı 
BMT nizamnaməsindən irəli gələn prinsiplərdən biridir. BMT 
nizamnaməsi qəbul edildikdən sonra əməkdaşlıq prinsipi bir sıra 
benəlxalq təşkilatların nizamnamələrində, beynəlxalq və ikitərəfli 
müqavilələrdə, qətnamələrdə  və  bəyannamələrdə  əks olunmuşdur. 
BMT nizamnaməsinin 55 və 56-cı maddələri  əməkdaşlığı mühüm 
prinsip kimi irəli sürür. Buna görə dövlətlər həm öz aralarında, həm də 
BMT ilə  əməkdaşlıq etməlidirlər.  Əlbəttə,  əməkdaşlığın konkret 
formalarını dövlətlər özləri müəyyənləşdirirlər. O, dövlətlərin 
istəklərindən, inkişaf səviyyələrindən və imkanlarından asılıdır. Lakin 
bunlara baxmayaraq əməkdaşlığın bütün formaları beynəlxalq sülhə, 
təhlükəsizliyə və tərəqqiyə xidmət etməlidir.  
 Azərbaycan dövləti bir sıra beynəlxalq sənədlərə qoşulmaqla 
və ikitərəfli müqavilələri imzalamaqla dünya dövlətləri və beynəlxalq 
təşkilatlarla geniş əməkdaşlıq edir.          
Azərbaycan Respublikası 1994-cü il aprelin 22-də Vyana 
şəhərində, iyunun 24-də isə Brüssel şəhərində  və Cenevrə  şəhərində 
beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlik təsis etmiş, bir sıra 
beynəlxalq və regional təşkilatlarla, dövlətlərlə çoxsahəli əməkdaşlığa 
dair sənədlər imzalamışdır və onları yerinə yetirir. Dövlətlərin 
əməkdaşlığı həmçin ölkə daxilində siyasi sabitliyə və inkişafa kömək 
edir. Çünki indi dünyanın hətta hərbi və iqtisadi cəhətdən qüdrətli 
dövləti özünü sabitsizlikdən təkbaşına xilas edə bilməz. Ona görə  də 
dövlətlərin əməkdaşlığı və səylərinin əlaqələndirilməsi zəruridir. 
BEYNƏLXALQ ÖHDƏLİKLƏRİN VİCDANLA YERİNƏ 
YETİRİLMƏSİ.  Bu prinsip dünya dövlətçiliyinin ilkin inkşaf 
 
22


mərhələlərində yaranmış, sonralar isə bir sıra ikitərəfli və çoxtərəfli 
sənədlərdə əks olunmuşdur. BMT nizamnaməsinin 2-ci maddəsinin 2-
ci bəndinə görə, təşkilatın üzvü olan bütün ölkələr götürdükləri 
öhdəlikləri vicdanla yerinə yetirməlidirlər. Sonralar bu prinsip 1970-ci 
ildə  qəbul edilmiş «Beynəlxalq hüququn prinsipləri haqqında» 
bəyannamədə  və ATƏT-in yekun sənədində möhkəmləndirildi. 
Müvafiq prinsip bərabərlik və könüllük əsasında bağlanmış 
beynəlxalq müqavilə  və sazişlərə aiddir. Diplomatiya tarixinin 
təcrübəsi sübut edir ki, təzyiqlə imzalanmış  hər hansı qeyri-bərabər 
müqavilə, dövlətlərin suverenliyini və BMT nizamnaməsini pozan 
sənəd, heç şübhəsiz, yerinə yetirilmir və kağız üzərində qalır. 
 Azərbaycan dövləti beynəlxalq normalara uyğun olaraq 
imzaladığı çoxtərəfli və ikitərəfli sənədlərin irəli gələn öhdəlikləri 
sözsüz yerinə yetirir, millətlər və dövlətlər arısanda mehriban 
münasibətlərin inkşafından ötrü onun tərəfindən heç bir maneə 
yoxdur.                                    
 
AZƏRBAYCAN DÖVLƏTİNİN XARİCİ 
SİYASƏTİNİN 
MAHİYYƏTİ xalqımızın sülhsevər təbiəti və dünya birliyi tərəfindən 
qəbul edilmiş normalarla şərtlənmişdir. Onun formalaşmasına 
regionun özünəməxsusluğu, müxtəlif soy-kök və dinlərə  mənsub 
xalqların burada yaşaması, Asiya və Avropanın qovuşacağında 
olması,yolların kəsişməsi, bir sıra dövlətlərin burada kəskin rəqabət və 
s.ciddi təsir göstərir.  
 
Hərbi-siyasi sahədə Azərbaycan dövləti beynəlxalq və 
ikitərəfli məsələlərin silah gücü ilə həlli və ya həllinə cəhd edilməsini 
qeyri-məqbul hesab edir.  
 
 
İqtisadi sahədə ölkəmiz dünyanın bütün dövlətləri ilə 
qarşılıqlı faydalı  əməkdaşlığa, burada heç bir məhdudiyyətlərlə yol 
verilməməsinə, azad bazar iqtisadiyyatı yolu ilə inkşafa tərəfdardır. 
Dünyanın müxtəlif ölkələrinin iş adamları  və  şirkətləri Azərbaycana 
dəvət edilirlər. Xarici sərmayələrin qorunması barədə parlament 
müvafiq qanun qəbul etmişdir və dövlət səviyyəsində  təminat 
verilmişdir. 
 Elmi-texniki 
və mədəni əlaqələr sahəsində Azərbaycan dövləti 
demokratik, azad və sərbəst mübadilənin tərəfdarıdır. Sovet dövründə 
mövcud olmuş qapılı  cəmiyyətdən və  dəmir örtükdən imtina 
edilmişdir.Bütün mədəni  əlaqələrin hər cür məhdudiyyətlərdən, 
yabançı ideoloji təsirlərdən azad olması, mənəvi sərvətlərin 
 
23


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə