Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

mübadiləsi, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın 
qurulması üçün addımlar atılmışdır. Bununla belə, açıq qapılar siyasəti 
dövlətin qüdrətinin bütün komponentlərinə (hərbi-siyasi, iqtisadi, 
mənəvi-psixoloji) xələl gətirməməli, ölkəni xarici dövlətlərin 
tapdağına, iqtisadi-siyasi təhlükəsizliyi üçün əngələ  və xammal 
bazasına çevirməməlidir.  
Humanitar sahədə Azərbaycan dövləti ATƏT prinsiplərinin 
həyata keçirilməsi, irqindən, cinsindən, dini və siyasi 
mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının 
qorunması öhdəliklərini bütün dünya qarşısında götürmüşdür. 
 Azərbaycan dövlətinin XARİCİ 
SİYASƏTİNİN 
MƏQSƏDLƏRİNƏ VƏ VƏZİFƏLƏRİNƏ aşağıdakılar daxildir:  
 O, 
ölkəmizin milli və dövlət mənafelərini qorumalıdır. Bu 
mənafelər dedikdə, hərbi təcavüzün qarşısının alınması, dövlətimizin 
suverenliyinin, müstəqilliyinin qeyd-şərtsiz təmin olunması, ölkəmizin 
demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə inkişafı və milli rifah 
halının yüksəldilməsi üçün əlverişli beynəlxalq şəraitin yaradılmasına 
və Azərbaycanın dünya birliyinə möhkəm daxil olmasına yönəldilən 
səylər və s. nəzərdə tutulur. Xarici siyasətimiz ölkəmizin daxili 
siyasətinin və beynəlxalq fəaliyyətinin vəhdətini və daimi sıx qarşılıqlı 
əlaqəsini və bir-birlərinə yardımını diqqətdə saxlamalıdır; şəxsiyyətin 
və insan hüquqlarının qorunmasına yönəldilən beynəlxalq  şəraiti 
təmin etməyə çalışmalıdır; dəyişən dünyada Azərbaycanın vəziyyətinə 
və mənafeyinə uyğun olaraq beynəlxalq fəaliyyətin yeniləşdirilməsini 
nəzərdə tutmalıdır; regionda sabitliyin qorunması üçün Azərbaycanın 
məsuliyyətinin artırılmasına, beynəlxalq münasibətlərin sabit 
inkşafına kömək etməyə, qanun, demokratiya və insan haqlarının 
alilliyinə yönəldilməlidir; ikitərəfli, regional və beynəlxalq 
məsələlərin həllində diplomatik-siyasi yola, danışıqlar metoduna 
üstünlük verilməlidir. Məlum olduğu kimi, danışıqların iki tərəfi 
vardır: zahiri - protokol tərəfi və daxili - məzmun tərəfi. Protokol 
tərəfi ciddi gözlənilməklə yanaşı, danışıqların daxili tərəfinə diqqət 
verilməlidir. Danışıqlar naminə danışıqlar aparmaq lazım deyildir və 
o, uğur sayıla bilməz. Danışıqlar o vaxt ölkənin maraqlarına cavab 
verər ki, onların nəticəsində konkret strateji məqsədə nail olunsun. 
Qarşı  tərəf hər hansı  şəraitdə bizim necə addımlar atacağımızı 
əvvəlcədən bilməməlidir. Danışıqlarda mühafizəkar mövqelərə deyil, 
mənafelərə xüsusi fikir vermək lazımdır. Danışıqlarda kiçik, 
 
24


əhəmiyətsiz  şey yoxdur. Söhbətləri və danışıqları bir-birindən 
fərqləndirmək lazımdır. Söhbətlərdə  tərəflər  əməkdaşlıq haqqında 
razılığa gələ  və növbəti addımları müəyyənləşdirə bilərlər. 
Danışıqlarda qarşılıqlı maraq doğuran problemlərin həlli qarşıya 
qoyulur. 
 
Diplomatiya tarixinin təcrübəsi sübut edir ki, bir qayda olaraq, 
söhbətlərə  və danışıqlara  əvvəlcədən hazırlaşırlar. Hazırlıq 
mərhələsində iki qütbdən qaçmaq lazımdır. Bunlardan biri- danışıqlara 
tamamilə hazırlaşmamaq, məsələnin həllinə danışıqların gedişində 
improvizasiya ilə nail olmağa ümid bəsləməkdir.  İkincisi- gələcək 
görüşlərin bütün mərhələlərin xırdalığına qədər, «nöqtə-vergülünə» 
qədər hazırlamaqdır. Hər iki qütb ziyanlıdır. Birinci halda təşəbbüs 
tamamilə qarşı  tərəfə keçə bilər, müzakirə olunan məsələdə 
səlahiyyətsizliyi göstərər.  İkinci halda isə, azca geri çəkilmək 
inamsızlıq yaradar. Deməli, daha məqsədəuyğun variant əsas, 
prinsipial momentləri müəyyənləşdirmək və onlara əməl etməkdir. 
Söhbətin  əsas məqsədi informasiya mübadiləsi aparmaqdır. 
Danışıqlara hazırlaşmaq isə daha mürəkkəb və daha məsul prosesdir. 
Onun bir sıra mərhələləri vardır: qarşılıqlı maraqlar sahəsinin üzə 
çıxarılması; işgüzar münasibətlərin qurulması; təşkilati məsələlərin həl 
edilməsi(gündəlik, yer və danışıqların vaxtı); müzakirə edilən 
məsələlərə ümumi yanaşmanın və  həllinin müxtəlif variantlarının 
axtarılması  və s. hazırlıq işi,  əsasən, iki ümumi istiqamətə bölünür: 
danışıqların məzmun hissəsini formalaşdırmaq və  təşkilati işləri həll 
etmək. Bu iki istiqamətin fərqi tamamilə  şərtidir. Qarşıdakı 
danışıqların xarakteri təşkilati işlərin görülməsinə  təsir göstərir. 
Məsələn, danışıqların məzmundan asılı olaraq ekspertlərin cəlb 
edilməsi məsələsi həll edilir. Öz növbəsində, hazırlıq mərhələsinin pis 
təşkil edilməsi müzakirə olunan problemin həllinə mənfi təsir göstərə 
bilər. 
 Danışıqlara məzmüni cəhətdən hazırlaşmaq aşağıdakı 
məsələlərin əvvəlcədən həllini irəli sürür: problemin təhlili və şəraitin 
qiymətləndirilməsi; ümumi yanaşmanın,  əsas məqsəd və  vəzifələrin 
formalaşdırılması; danışıqlarda mövqenin, problemin həllinin 
mümkün variantlarının müəyyənləşdirilməsi və maraqların 
razılaşdırılması. Təkliflərin hazırlanması 
və 
şəraitin 
qiymətləndirilməsi bütün hazırlıq mərhələsinin əsas elementləridir. Bu 
mərhələdə  həmçinin, qarşıdakı  tərəflərin maraqları  və mövqeləri də 
 
25


öyrənilməlidir. Qarşıdakı  tərəfin maraqlarının öyrənilməsi və  qəbul 
edilməsi danışıqlar prosesinin pozulmasına gətirib çıxara bilər. 
Danışıqlara təşkilati cəhətdən hazırlaşmaq aşağıdakı  məsələlərin 
həllini irəli sürür: nümayəndə heyətinin formalaşdırılması; danışıqlara 
hazırlaşmanın metodu. 
 Azərbaycanın xarici siyasəti beynəlxalq hüququn normaları 
çərçivəsində öz təhlükəsizliyini, sərhədlərin toxunulmazlığını 
qorumaqdan ötrü qüvvə tətbiq etmək hüququnu özündə saxlamalıdır; 
bütün ölkələrlə çoxsahəli bərabərhüquqlu və qarşılıqlı faydalı 
münasibətlərin inkşafını genişləndirilməlidir; dünya inkşafında baş 
verən bütün dəyişiklikləri nəzərə alaraq praqmatik və tarazlaşdırılmış 
siyasət yeritməyi təmin etməlidir; qonşu ölkələrlə üstün 
münasibətlərlə xüsusi yer verməlidir; çünki ölkəmizin daxilindəki 
dəyişikliklər və bütövlükdə beynəlxalq vəziyyətimiz bu ölkələrlə 
münasibətlərdən bu və ya başqa dərəcədə asılıdır. Eyni zamanda, 
həmin ölkələrdə baş verən hadisələr müvafiq olaraq bizə təsir göstərir. 
Burada strateji məqsəd sərhədlərimiz boyu mehriban qonşular zolağı 
yaratmaq,  ətrafımızda düşmən rejimlərin meydana gəlməsinə yol 
verməmək, tarazlaşdırılmış siyasət yeritmək olmalıdır; siyasi 
vasitələrlə qlobal və regional səviyyədə  təhlükəsizlik sisteminin  
yaradılmasına, hərbi təhlükənin olduğu  şəraitdə minimum müdafiə 
prinsipi  əldə olunmalıdır; ölkənin iqtisadi imkanlarına uyğun olaraq 
hərbi islahatların həyata keçirilməsinə yardım edilməlidir;  Şərq 
vəQərb ölkələri ilə partnyorluq və müttəfiqlik məsələləri üçün ciddi 
addımlar atılmalıdır; partnyorlarımız, strateji və taktiki 
müttəfiqlərimiz müəyyənləşdirilməli, beynəlxalq fəaliyyət ciddi 
nəzərə alınmalıdır; Azərbaycanın Avropaya çıxmasının qarşısını 
kəsməkdən ötrü Rusiyanın bufer dövlətə çevirilməsinə imkan 
verilməməlidir; xarici dövlətlərin Azərbaycanı sıxışdırmalarını aradan 
qaldırmalıdır; dövlətimizin beynəlxalq və məhəlli siyasi, iqtisadi,elmi-
texniki, mədəni, humanitar və s. təşkilatlarda səmərəli iştirakını təmin 
etməlidir. Azərbaycan dövləti daxildə iqtisadi amilin 
gücləndirilməsinə  və daxildə iqtisadi  islahatların genişləndirlməsinə 
xüsusi diqqət yetirməlidir; xarici iqtisadi siyasət Azərbaycanın 
beynəlxalq aləmdəki fəaliyyətinin tərkib hissəsi olmalıdır. Bu isə 
vahid xarici siyasət xətti çərçivəsində milli mənafelərin, beynəlxalq 
işlərdə dövlətin nüfuzunun qorunmasını  və qüdrətinin artırılmasını 
nəzərdə tutmalıdır; böyük dövlətlərin Azərbaycanda mənafeləri demək 
 
26


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə