74
kin qəbul etdi. Danışıqlarda əsasən aşağıdakı məsələlər müzakirə
edildi: Birincisi, Kipr hadisələrinin başlanması və səbəbləri. Adada
icmalar arasında fikir ayrılığı niyə hökm sürür? İkincisi, Türkiyə
hökuməti adada qayda-qanunu qorumaq üçün hansı tədbirləri
planlaşdırır? Üçüncüsü, Kiprdə təhlükəsizliyi və qayda-qanunu
gözləməkdən юtrü hansı idarəçilik forması təklif edilə bilər? Türk-
lərin təklif etdiyi federasiya formasının xeyri nədir?
Danışıqlardan sonra jurnalistlərin suallarına cavab verən Erkin
və Boll məsələyə dair baxışlarının eyni olduğunu vurğuladı. Tür-
kiyə XİN-in baş katibi Fuad Bayramoğlu dedi: “Qonağımız-nazir
köməkçisi Kipr hadisələrində hökumətimizin mövqeyini xırdalığına
qədər bildi. Fikir mübadiləsi nəticəsində baxışlarımızın eyni olduğu
üzə çıxdı”
94
.
Ankarada danışıqlarını başa çatdıran Boll Makariosla görüş-
məkdən ötrü Kiprə getdi. O, adanın тürk icmasının lideri Rauf
Denktaşla da görüşdü. Görüşlərdə ABŞ dövlət katibinin köməkçisi
Sülh qüvvələri yaratmağı təklif etdi. Makarios adaya NATO qüv-
vələrinin gətirilməsinin əleyhinə çıxdı. BMT qüvvələrinin yerləş-
dirilməsini tələb etdi.
Bu zaman adada türk hərbçilərinin sayı 65 min nəfərə çatırdı.
Problemə dair suala cavab verən prezident Gürsel “elə etmək la-
zımdır ki, ruslar bundan istifadə edib çay pulu yığmasınlar” dedi.
Makariosun SSRİ ilə münasibətlərinə dair suala cavab verən Gürsel
“ruslar Kiprlə deyil, Makariosla yaxınlaşırlar. Ona görə də biz qan
qardaşlarımızın qanının axıdılması ilə razılaşa bilmərik” deyə vur-
ğuladı
95
.
Türkiyədə bəziləri sovet təhlükəsinin aşağı düşməsinin NATO
daxilində soyuq münasibətlərin yaranmasına səbəb olduğunu de-
yirdi. Şükrü Baban “Yeni Sabah” qəzetinin 1964-cü il 2 mart tarixli
sayında “sovetlərə qarşı yaradılmış Qərb bloku rus təhlükəsinin
azaldığını görüb bir-birini inkar edir” yazırdı
96
.
Adada qanlı hadisələr nəticəsində yaranmış ağır vəziyyət BMT-
də geniş müzakirə edildi. Soveт diplomaтiyası adaya NATO qüvvə-
lərinin yeridilməsinin əleyhinə çıxdı. SSRİ 1964-cü il mart ayının 4-
də BMT Təhlükəsizlik Şurasının iclasında iki icma arasında qan
tökülməsinin qarşısını almaq məqsədi ilə adaya BMT ordularının
75
göndərilməsinə səs verdi. Buna baxmayaraq, adada türklərə qarşı
qəтllər hələ də davam edirdi. Törədilən qırğınları dayandırmaqdan
ютrü Türkiyə təyyarələri 1964-cü ilin yayında yunan hərbi hissələ-
rini bombardman etdi. Adada iki icma arasında yaranmış ağır vəziy-
yət NATO üzvləri olan Yunanıstanla Türkiyə arasındakı münasibət-
ləri kəskinləşdirdi. NATO-nun cənub qanadı xeyli zəifləmiş oldu.
Xruşşov 1964-cü il aprel ayının əvvəllərində çıxış edərək “Kipr
hadisələrinə kənardan müdaxilənin yolverilməz olduğunu, qan
tökülməsinin dayandırılması vacibliyini” bildirdi. Bu bəyanat Tür-
kiyədə rəğbətlə qarşılandı. Xarici işlər naziri Erkin belə mövqeni
“nəhayət, bizim böyük qonşumuz həqiqəti görməyə başladı” kimi
qiymətləndirdi
97
.
Bununla belə, sovetlər hələ də Makariosu müdafiə edirdi. SSRİ
Makariosa silah verirdi. “Hürriyet” qəzeti “75825 №-li rus təyyarəsi
Nikosiya hava limanında yerə endikdən sonra ciddi təhlükəsizlik
tədbirləri həyata keçirildi. Təyyarədən çoxlu qutular boşaldılaraq
naməlum istiqamətə aparıldı. Qutularda silahın olduğu güman edi-
lir” yazırdı
98
.
Kommunist təhlükəsi adanın parçalanmasına təsir edən faktor-
lardan biri idi. ABŞ-ın Kiprdəki səfiri T. Belcher 1964-cü il aprelin
7-də Dövlət Departamentinə göndərdiyi teleqramda Kommunist
Partiyasının rəhbərliyi altında Kiprin müstəqil olmasını Türkiyə
hökumətinin qəbul etməyəcəyini vurьulayırdı. O, Kiprin Yunanıs-
tanın tərkibində NATO təhlükəsizlik sisteminə daxil olması ilə Tür-
kiyənin mövqelərinin yumşalacağını yazırdı
99
. Lakin Türkiyə Kip-
rin Yunanısтan daxilində NAТO sisтeminə girməsinə razı deyildi.
Moskvadan geniş dəstək alan Kipr Kommunist Partiyası olan
AKEL (Zəhməтkeşlərin İrəli Тərəqqi Parтiyası) Makariosla əmək-
daşlıq edirdi. Sov.İKP və AKEL Kiprdə kommunist rejimi qurmaьa
çalışırdılar. SSRİ Kiprdə kommunist təşkilatını gücləndirirdi. Kiprli
yunanları Qərb ölkələrinin əleyhinə yönəldirdi. SSRİ AKEL-in kö-
məyi ilə Aralıq dənizində mövqelərini möhkəmləndirmək, istəyinə
çatmaq istəyirdi. Kipr əhalisinin 78,8%-i yunandı. Onların da üçdə
biri kommunist idi
100
. AKEL üzvlərinin 55%-ini yunanlar təşkil
edirdi
101
. Bu partiya yaşıl adada sovetlərin "Troya atı" hesab olu-
nurdu. Sovetlər ondan isti dənizlərə çıxmaq niyyətlərini reallaş-
76
dırmaq üçün istifadə edirdi. Bu məsələdə sovetlərin yaxın kömək-
çilərindən бiri Yunanıstan Kommunist Partiyası idi.
Kipr türkləri arasında kommunistlər çox az idi. Kommunizmə
qarşı duran dünya lideri ABŞ və müttəfiqi Türkiyə kommunistlərlə
əhatə olunmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Buna görə də Türkiyə
adada baş verən hadisələrə biganə qala bilməzdi.
Xruşşov Kipr böhranının əvvəlində Yunanıstana müraciət edə-
rək Kritlə Rodos adası arasında yerləşən Karavi adasını almaq istə-
mişdi. SSRİ bu adada hərbi baza yaratmaq niyyətində idi. Lakin
Yunanıstan hökuməti dumanlı cavab vermişdi. Bundan sonra sovet-
lər Kipr adasında baş verən hadisələrdən istifadə etməyə başladı.
Türkiyənin haqlı tələblərinə Qərb blokundakı müttəfiqlərinin
biganə qalması və sovetlərin Makariosu müdafiə etməsi türk dairə-
lərinə ciddi təsir edirdi. “Milliyet” qəzeti 1964-cü il aprelin 15-də
“Türkiyə oyuncaq deyildir” yazırdı. Türkiyə ərazisində ABŞ-ı və
Qərbi qoruyan NATO-nun 60 hərbi aerodromu, iki iri bazası Pen-
taqona tabe idi. Türklər bu bazaların maraqlarına uyğun gəlmədi-
yini, Türkiyənin taleyi ilə bağlı məsələləri özünün həll etmək
iqtidarında olmadığını deyirdilər. NATO-nun Kiprdə türklərin məhv
edilməsinə göz yumması da hiddətləndirici idi. Toqquşmalar başla-
yandan bəri 170 nəfər türk ölmüş, 170-i əsir götürülmüş, 90 türk
kəndi tamamilə və ya qismən dağıdılmışdı. 45 min türk Qırmızı
aypara cəmiyyətinin himayəsinə ehtiyac duyurdu. 25 min türk
evsiz-eşiksiz qalmışdı
102
. Ankaranın müttəfiqləri isə susurdu.
Bu milli məsələsində Türkiyəni Pakistandan başqa heç bir
dövlət müdafiə etmirdi. “Yeni Sabah” qəzeti 1964-cü il aprelin 15-
də yazırdı:“Biz dünyada yalqızıqmı?” Yaranmış vəziyyət NATO-
nun dağılması kimi qiymətləndirilir, əleyhinə olan əhval-ruhiyyəni
gücləndirirdi. Edip ittifaqının sədri mətbuat konfransı keçirərək
“yarandığı vaxtdan bəri Türkiyənin NATO-da olması ona heç bir
şey verməmişdir” dedi
103
.
1964-cü ilin aprel ayında baş nazir İsmet İnönü “Times”a
müsahibə verdi. Müsahibəsində “bizim müttəfiqlərimiz NATO-nu
dağıtmaqdan ötrü başqaları ilə yarışa girmişlər” deyə vurьuladı.
Qeyd etdi ki, əgər müttəfiqlərin ittifaqın dağıdılmasına yönəlmiş
Dostları ilə paylaş: |