102
əməkdaşlıq məsələlərinə dair Ümumavropa müşavirəsinin keçiril-
məsinə tərəfdar idilər. Onları Yaxın Şərq məsələsinin tənzimlən-
məsinə münasibət, Aralıq dənizinin nüvə silahı saxlanmayan zona
elan edilməsi, kimyəvi və bakterioloji silahların qadağan edilməsi
məsələlərində ümumi mövqe birləşdirirdi. Türkiyə NATO-nun nüvə
planlaşdırılması qrupunun sovet-türk sərhədi boyunca yerləşdiril-
məsinin əleyhinə idi. Türkiyənin xarici işlər naziri bu barədə öl-
kəsinin mövqeyini sovet səfirinə də bildirmişdi.
İctimai rəydəki fikir müxtəlifliyinə baxmayaraq, hər iki ölkənin
kütləvi informasiya vasitələrində qarşılıqlı etimad mühiti yaradan
məlumatların verilməsi genişlənirdi. “Cumhuriyet” qəzeti “Türkiyə-
də iqtisadi və maliyyə siyasəti deyil, Türkiyənin özü dalandadır.
Status-kvo siyasətinin saxlanılması ölkəni bu dalandan çıxarmağa
qadir deyildir” yazırdı
147
. Türkiyənin keçmişdə yeridilən bir istiqa-
mətli siyasətdən imtina etməsi və çoxtərəfli siyasət yeritməsi тələ-
бaтa çevrilmişdi. Hər iki ölkə rəhbərləri arasında siyasi realizm
üstün gəldi. Qarşılıqlı ittihamlar azaldı. Buzlar əriməyə başladı. Bu
zaman sovetlər ciddi dəyişikliklər ərəfəsində idi.
103
TÜRKİYƏNİN ÇOXTƏRƏFLİ
XARİCİ SİYASƏTİNİN İLK
ADDIMLARI. BUZLAR ƏRİYİR
SSRİ-də dinc çevriliş
60-cı illərin əvvəllərində SSRİ-nin daxili və xarici siyasətində
yaranmış çətinliklər ölkəni dalana dirəmişdi. İqtisadiyyat böhrana
düşmüşdü. Xalqın narazılığı artırdı. Hətta ölkənin bəzi şəhərlərində
etiraz aksiyaları keçirilmişdi. Hakimiyyət daxilində intriqalar
qızışırdı. Xruşşovun hakimiyyətdən uzaqlaşdırılacağı barədə proq-
nozları alan бюyük dюvləтlərin hakim dairələrini belə bir sual na-
rahat edirdi: “Xruşşovdan sonra hakimiyyətə kim gələcəkdir?”
“Yeni sovet rəhbərliyinin Qərblə münasibətləri necə olacaqdır?”
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən 1964-cü il martın
16-da hazırlanmış “SSRİ-də hakimiyyət uğrunda mübarizənin baş-
lanması” adlı məxfi sənəddə deyilirdi ki, sovet sisteminin təbiəti,
sovet tarixi SSRİ-də sülalə dəyişikliyinin olmasını mümkünsüz
edir
148
. Yazılırdı ki, heç bir qanunda və konstitusiyada sovet dövlət
və partiya rəhbərinin seçilməsi barədə maddə, ən vacibi isə sovet
siyasətində sistemli və ya ahəngdar vərəsəlik ənənəsi yoxdur. Ona
görə də SSRİ-də ali rəhbər vəfat etdikdən sonra onun varisi
olmadığı üçün siyasi mübahisələr qızışır.
1964-cü ilin oktyabr ayında SSRİ-də ilk dinc çevriliş baş verdi.
Oktyabrın 14-də keçirilən Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsinin plenumunda N.S.Xruşşov MK-nın birinci
katibi vəzifəsindən azad edildi. Nazirlər Soveтinin sədri vəzifəsin-
dən də geтdi. Sovet tarixində yeni bir dövr başlandı. Qərb bloku
ölkələri ilə ikitərəfli münasibətlərin inkişafına mane olan subyektiv
faktorlar aradan qalxdı. Xruşşovun hakimiyyətdən getməsi ABŞ
kəşfiyyat məlumatlarına görə Berlin və Kuba böhranlarında baca-
rıqsızlığı, SSRİ-nin milli təhlükəsizlik və siyasi maraqlarında uzun
müddətdən bəri kök salmış fundamental obyektivlərin üzərində
104
fərqlərin genişlənməsi
149
, Pekinlə anlaşmanı təxirə salması ilə бaьlı
idi
150
. Kəşfiyyat təhlillərinə görə hakimiyyət dəyişsə də, sovet-Çin
münaqişəsinin kökləri dərin idi. Şəxsiyyətlər bu məsələdə ikinci
dərəcəli rol oynayırdılar. Sovet xarici siyasətinin əsas istiqamətlə-
rinə dair 1965-ci il 27 yanvar tarixli ABŞ kəşfiyyat qiymətləndirmə-
sində deyilirdi ki, Afrika və Asiya regionunda sovet siyasətinin
apardığı işlər Birləşmiş Ştatların bu regionda fəaliyyətindən və
imkanlarından az və ya çox dərəcədə asılı olacaqdır. Sovetlərin
ümumi münasibətlərində Afrika, Asiya və hətta Latın Amerikasında
getdiyi riskləri Qərblə nizama salacağı proqnozlaşdırılırdı
151
.
Xruşşovun hakimiyyətdən getməsi sovet ictimaiyyəti arasında
razılıq dоğurdu. SSRİ DTK-nın sədri V. Semiçastnı Sov. İKP MK-
ya yazdığı 1965-ci il 6 avqust tarixli 1741№-li tam məxfi məktu-
bunda 1965-ci ilin birinci yarısında 751 müəllif tərəfindən antisovet
vərəqə və məktubun yayıldığını, onların sayının 1963-cü illə müqa-
yisədə 2 dəfə azaldığını, Xruşşovun vəzifədən getməsinin isə müs-
bət qarşılandığını vurьulayırdı
152
.
MK-nın birinci katibi vəzifəsinə 1906-cı il dekabrın 19-da
Ukraynanın Dnepropetrovsk vilayətinin Kamenskoye kəndində
anadan olmuş, komsomol sıralarında çalışmış, ikinci dünya müha-
ribəsində siyasi komissar vəzifəsində iştirak etmiş və bu zaman
Xruşşovla yaxşı münasibətlər qurmuş, siyasi aləmdə bacarıqlı
taktikalı adam, müşahidəçidən daha çox təşkilatçı, ideoloji işçidən
daha çox texnokrat kimi tanınmış Leonid İliç Brejnev seçildi
153
.
Brejnevlə Xruşşov xeyli fərqli liderlər idi. Onların arasında hətta
məişətdə də çoxlu fərqlər vardı. Xruşşov maşınında sürücünün
yanında oturmağa üstünlük verirdi. Brejnev isə arxada oturub əmr
verməyi xoşlayırdı. Xruşşov kimi Brejnev də ov düşkünü idi. Ancaq
Xruşşov səhər tezdən ovlayacağı heyvanın ardınca qaçırdı. Brejnev
isə bağının qarşısında oturub qarşısında qaçırılan quşları və vəhşi
qabanları durbinli tüfənglə ovlayırdı. Brejnev amerikalılardan da
daha çox rahaтlıьı və lüksü xoşlayırdı. Sonralar ABŞ prezidenti R.
Nikson xatirələrində yazırdı ki, lüks evini göstərən Brejnevdən
anası soruşur: “Leonid, sevgili oğlum, bunların hamısı çox gözəl,
amma bir gün kommunistlər gələrsə nə edəcəksən?”
154
. Dünya kom-