-62-
döndü və bizim evlərimizi düşmənlərimiz dağıtdılar, onda
Rusiyaya xidmət edərəm. Knyaz Sisiyanovu mənə pis adam
kimi məlumatlandırıblar. əgər ruslar Gürcüstanda qərar tutarlarsa,
onda mən sizin hökmdarınıza xidmət edərəm: Ayın 28-də (fevral
ayında–M.Q.) İrana şahın yanına yola düşəcəyəm ki, patriarx
Danili Naxçıvana gətirim”.
I Kalbalı xan bu məktubu 6 fevral 1803-cü ildə yazıb (67, s.
633). Məlumat üçün deyək ki, Osmanlı imperiyasında yaşayan
ermənilər istəyirdilər ki, Üçmüəzzindəki (Üçkilsədə) Danil
patriarx olsun, David yox. Buna görə də Rusiya tərəfi İrəvan
xanı Məhəmməd xandan və Naxçıvan xanı I Kalbalı xandan
tələb edirdi ki, Danilin Tehrandan qayıtmasını təmin etsinlər,
onda işğaldan kənarda qalarlar (134, s. 127-128).
Əlbəttə, Rusiya tərəfi də diplomatik hiylə işlədirdi. çünki
ön planda Irəvan və Naxçıvan xanlıqlarını zəbt edib Rusiya im-
periyasına qatmaq onların ən vacib planlarından biri idi.
Bölgədə vəziyyət gərginləşmişdi. Artıq 1804-cü ildə Rusiya
və İran qoşunları döyüşməyə başladılar. Elə bu vaxt Fətəli şah I
Kalbalı xana məktubla bildirirdi ki, ruslarla döyüşsün. Kəngərli
arxivinə məxsus əlyazma sənədlərindəki məlumata görə I Kalbalı
xan cavab verir ki, naxçıvanlılar rus qoşunları ilə döyüşməyəcəklər
(129, s. 22-27).
1804-cü ilin mart ayında Fətəli şahın əmri ilə Pirqulu xanın
qoşunları Naxçıvana hücum edir və Naxçıvan qalasını tuturlar
(123, s. 31). Bu zaman artıq I Kalbalı xan döyüşçüləri ilə İrəvan
qalasına çəkilmişdi. Mayor Montrezor 3 aprel 1804-cü ildə
Qarakilsədən knyaz Sisianova göndərdiyi raportunda yazırdı ki,
I Kalbalı xan Qacarlarla axıradək döyüşməyi qərara alıb (67, s.
806). Fətəli şahın oğlu Abbas Mirzə 60 min qoşun toplayaraq II
İraklinin oğlu şahzadə Aleksandrla birgə İrəvan qalasına tələsirdi
(123, s. 31).
Öz müstəqillikləri uğrunda döyüşmək üçün İrəvan qalasına
sığınan I Kalbalı xana və irəvanlı Məhəmməd xana Fətəli şah
-63-
hədələyici məktublar göndərərək yazırdı ki, Irəvan qalasını
onlara təslim etməsələr, girovluqda olan oğullarını öldürəcək
(67, s. 611-612).
1804-cü il mayın 5-də knyaz Sisiyanov I Kalbalı xana
məktub göndərmiş, tələblərini bildirmiş və həvəslə istifadə etdiyi
“hədələmə” üsulunu da unutmamışdı: “çox razıyam ki, siz al-
icənablıq göstərərək Rusiyanın tərəfini saxlayırsınız. Nə vaxt iş
uğurla nəticələnsə, Allaha and içirəm ki, siz–mənim dostum,
Naxçıvan xanlığının taxtında oturacaqsınız”. Knyaz Sisiyanov
hər iki xanlıqdan tələb edirdi: 1) Peterburqa xeyirli olan Danili
Üçmüəzzinə patriarx təyin etmək; 2) İrəvana rus qoşunlarını bu-
raxmaq; 3) Rusiya çarına sədaqət andı içmək; 4) hər il 80 min
rubl bac-xərac vermək. Knyaz Rusiya hökuməti adından I Kalbalı
xana bildirirdi: 1) Bütün bunların əvəzində siz əvvəlki hüquqlarınızı
saxlayacaqsınız, ancaq edam etməkdən başqa; 2) Xanlıq titulu
veriləcək sizə; 3) İranda olan və əmanat saxlanılan yaxınlarınızı
sizə qaytaracağıq. Məktubun sonundakı hədə isə knyaz Sisiyanovun
işğalçı niyyətlərini apaydın ortaya gətirirdi: “Allaha and olsun
ki, əgər mənim yürüşüm dəyişilsə, onda gərək günəş qərbdən-
şərqə hərəkət etsin, Xəzər dənizində gərək bir damla su qalmasın.
Fərq ondadır ki, ya oraya xilas edən kimi gələcəyəm, ya da əgər
imperatorun iradəsinin əleyhinə getsəniz sizi Gəncəli Cavad xan
kimi cəzalandıracağam” (67, s. 634).
Knyaz Sisiyanovun hədələyəci məktubu I Kalbalı xanı çox
qəzəbləndirdi. çünki Gəncə xanlığı hələ 1752-ci ildən Naxçıvan
xanlığının yaxın müttəfiqlərindən biri idi. Ona görə də I Kalbalı
xan əmr verdi ki, İrəvan qalası müdafiə üçün var gücü ilə
döyüşəcək. Sisianov xanların cavablarını gözləyə bilmədi. Gen-
eral-mayor Leontyevə əmr verdi ki, iki piyada batalyonu ilə və 5
topla Pəmbəkə doğru yürüş etsinlər (123, s. 32).
Artıq iyunun 1-də hücum yürüşü reallaşdı. 19 iyunda
Sisiyanovun qoşunları Üçmüəzzinin yaxınlığında dayanmışdı
(67, s. 615).
-64-
Mirzə Adıgözəl bəy “Qarabağnamə”də yazır: “Bu zaman
Naxçıvan hakimi Kalbalı xan da İrəvanda idi. Doğrudur, Məmməd
xan İrəvanın müstəqil hakimi idi, lakin o, məmləkəti idarə
etmək, yaxın və uzağın mühüm işlərini nizama salmaqda Kalbalı
xanın rəyinə tabe idi... ” (34, s. 67).
1804-cü il iyun ayının axırında Rusiya qoşunları knyaz
Sisiyanovun rəhbərliyi altında İrəvan qalasına yaxınlaşdılar.
Çünki knyazın irəvanlı Məmməd xana ünvanlanan 318 nömrəli
məktubu 26 iyun 1804-cü ildə yazılmışdır. Qafqaz Aktlarının II
cildində bu haqda da məlumat vardır (67). Məktubun mətni
aktlarda verilmişdir. I Kalbalı xan qaynı Məhəmməd xanla
qərara aldılar ki, Qacarlarla və Sisianovun qoşunları ilə son
nəfəsədək döyüşəcəklər. Knyaz Sisiyanov çar II İraklinin ocağını,
yurdunu-yuvasını dağıtmışdı. II İraklinin gəlini Məryəm erməni
mənşəli general Lazarevi xəncərlə öldürmüşdü. Çünki Lazarev
İraklinin varislərini zorla Rusiyaya deportasiya edirdi. Sisiyanov
istəyirdi ki, hakimiyyətdə marağı olan varislərdən biri belə
qalmasın. Məryəm Kartli-Kaxetiyanın axırıncı çarı, II İraklinin
oğlu XII Georginin həyat yoldaşı idi. Sisiyanovun qohumu olsa
da, onu Voronejə aparıb, Beloqorsk monastrına saldılar (123, s.
33). Çar II İraklinin dul arvadı Darecanı isə Moskvaya apardılar
(134, s. 652). Darecanı dəfələrlə azərbaycanlılar ölümün cay-
nağından qurtarmışdılar. Onun oğlanlarından yalnız Teymuraz
qaçıb dağlarda gizlənmişdi. O biri oğlu Aleksandr isə müsəlmanlığı
qəbul etmiş və Fətəli şahın yanında qalmışdı. Ona sığınacaq
verib uzun müddət Naxçıvanda gizlədən I Kalbalı xan olmuşdu
(82,s.545).
Bütün bunlara görə I Kalbalı xan Sisiyanova və Naxçıvanı
dağıdan Fətəli şaha möhkəm dərs vermək qərarına gəldi. Bu
döyüş həm də böyük risk idi, çünki naxçıvanlıların və irəvanlıların
taleyi indi onların necə döyüşmələrindən çox asılı idi.
I Kalbalı xan və Məhəmməd xan birlikdə hərəkət etməyə
qərar verirlər. Əslində Məhəmməd xanın buna böyük mənəvi
Dostları ilə paylaş: |