lərin əksəriyyətində iştirak ediblər. Qafqaz müharibələrinin
tarixi sənədləri faktlarla, hadisələrlə zəngindir. O dərəcədə
zənginlik var ki, bəzən hadisələri təhlil etmək mürəkkəbləşir.
Bütün bunlara baxmayaraq, naxçıvanlı döyüşçülərin çər
kəzlərdən də məharətlə döyüşən həmyerlilərimizin haqqında
yazmaq üçün axtarış aparmaya bilmirsən. Belə döyüşçülər
dən biri də Əliqulu ağa Şahtaxtinskidir.
O, qədim Şərur mahalının Şahtaxtı kəndində Qafqazın
məşhur zadəganlarından, hərbçilərindən və maarifpərvər
lərindən olan Hacı Vəli ağanın ailəsində dünyaya gəlib. Hə-
•
-- - -> r
ləlik Naxçıvanda, İrəvanda və Tiflisdə təhsil alması haq
qında şifahi məlumatlarımız var. Geniş məlumat üçün ən azı
onun formulyar, yəni xidmət kitabçasını tapmalıyıq. Yaxşı
haldır ki, Rusiya, eləcə də Gürcüstan arxivlərində hərbçi
lərin sənədləri hələ də saxlanmaqdadır. Buna görə də axta
rışların çox yaxşı nəticələr verəcəyinə ümidimiz var.
Tapdığımız bir arxiv sənədində Əliqulu ağanın mühari
bədə ağır yaralandığı və ordudan mayor hərbi rütbəsi alması
haqqında məlumat vardır. Amma varislərin dediyinə görə,
o, polkovnik hərbi rütbəsini də alıb. Bu mümkündür. Çünki
Əliqulu ağa Şahtaxtında yaşadığı illərdə ona Naxçıvanda və
Yurdçu (indiki Kəngərli rayonunda) kəndində ömürlük mi
ras torpaq sahələri bağışlanılıb. Siyahılarda Yurdçu kəndi-
nin onun ulu babası I isa Sultana və atası Hacı Vəli ağaya
məxsus olması da göstərilib. Elə məqammdaca bir məsələni
demək yerinə-düşərdi. Xanlıq dövrünün farsdilli sənədlərin
də Şahtaxtinskilər imzalarının yanında "yurdçulu (yaxud
yurdçu)" imzasını da işlədiblər. 1916-cı ildə Heydər ağa Şah-
taxtinskinin Naxçıvan məhkəməsinə yazdığı ərizəsində gös
tərilib ki, mərhum Əliqulu ağa Hacı Vəli ağanın böyük oğlu
65
%
dur. Oğul Heydər ağa atası Heydər ağanın ortancıl, əmisi
İbrahim ağanın kiçik oğul olduqlarını da qeyd edib. Bu əri
zənin sahibi - həmin vaxtlar Tiflisdə yaşayan, bəzi sənəd
lərdə "bəy" kimi yazılan Heydər ağa - böyük yazıçı Mirzə
Cəlilin ailəsində də yaşayıb. Anası Zeynəbağa xanım (Nazlı
xanım) Mirzə Cəlillə ailə qurduğundan, Heydər ağanın bir
müddət yazıçının himayəsində, çox vaxt isə dayısı Məm-
mədqulu bəy Kəngərlinin yanında yaşaması haqqında kitab
larda məlumatlar vardır. Amma Heydər ağa bu ərizədə rus
dilində öz dəsti-xətti ilə qələmə alıb ki, atasının faciəli ölü
mündən sonra dünyaya gələn Heydər ağanı 1911 -ci ilədək
babası Hacı Vəli ağa saxlayıb və ona zəngin miras bağışla
yıb. Elə ərizə də ona çatan mirasın haqqındadır. Maraqlı
haldır ki, Heydər ağa bu ərizədə bir çox faktları açıqlayıb.
O, hətta əmisi Əliqulu ağanın vəfat etdiyini, onun həyat yol
daşı Tovuz xanımın kiçikyaşlı uşaqlarla köməksiz qaldığı
haqqında da məlumat verib. Yəni o, istəyib ki, Hacı Vəli
ağanın torpaq mirası varislər arasında ədalətli bölüşdürül
sün. Nazlı xanımla Əliqulu ağanın ailə qurması ilə bağlı mə
sələni isə əvvəlki yazılarımızda təfsilatı ilə yazmışıq.
Əliqulu ağa Şahtaxtı kəndində yaşadığı illərdə gənc qo
humlarına hərbçilik sənətini öyrətməklə, irriqasiya ilə də
məşğul olub. Çünki o zamanlar münbit və geniş əkin sahə
ləri olan Kəngərli kəndlərinin suvarma suyuna çox böyük
ehtiyacı var idi.
Təəssüflər olsun ki, cəsur hərbiçilərdən olan Əliqulu
ağanın hərbi fəaliyyətindən geniş məlumat verə bilmirik. Əli
qulu ağa Nazlı xanımla ayrıldıqdan sonra əmisi qızı Tovuz
xanımla ailə qurmuşdur. Tovuz xanım Məmmədtağı Sulta
nın qızıdır, məşhur, dünya şöhrətli alim Məmmədağa Şah-
66
taxtinskinin bacısıdır. Gələcəkdə qarışıqlıq olmasın deyə, bir
mətləbi də açıq yazmağı lazım bildik. Şahtaxtı kəndində bu
gün də çoxları onu İbrahim ağanın bacısı bilirlər. Belə deyil,
çünki arxiv sənədində onun Məmmədtağı Sultanın qızı, Ha
cı Vəli ağanın gəliııi olması qeydə alınıb. Bir neçə tarixi po
vestlərdə Tovuz xanımın obrazı yazıçılar tərəfindən qələmə
alınıb.
Əliqulu ağa ilə Tovuz xanımın nikahından Məmməd-
hüseyn ağa, Çingiz ağa. İlyas ağa və İsmayıl ağa adlı övlad
ları dünyaya gəlib.
Onu da qürurla deyək ki, Şahtaxtinskilər nəinki Rusiya
ordusunda, hətta Türkiyə ordusunda da böyük şücaətlər
göstəriblər. Əliqulu ağanın iki oğlu - Çingiz ağa və İlyas ağa
qardaş Türkiyənin istiqlal savaşında döyüşüblər. Məşhur
Çanaqqala döyüşünün qaziləridirlər. Bu il Çanaqqala zəfə
rinin 95-ci ildönümü tamam oldu. Çanaqqala uğrunda ge
dən döyüşlərdə 253 min türk əsgəri şəhid olmuşdur. Bunlar
dan isə 3 min əsgər azərbaycanlıdır. Azərbaycan Çanaqqala
savaşında 3 min şəhid verib. Əlimizin altında məlumat olma
dığından onlardan neçəsinin Naxçıvandan olduğunu deyə
bilmirik. Türk yazarı Fəthi Gədikliııin köməkliyi ilə Çingiz
ağanın azacıq da olsa, Qazi həyatı haqqında öyrənmiş və
sizlərə çatdırmışıq.
Maraq üçün deyək ki, Çanaqqalada döyüşən naxçıvan
lıları hətta repressiya ediblər. Bəziləri sürgündən qayıtmış
dılar. Amma o döyüş haqqında söhbət açmaq onlara yasaq
olsa da, bir vaxtlar biz gənclər onların qəmli - Çanaqqala
döyüşləri ilə bağlı türkülərini dinləmişik.
Çingiz ağa da hərbçi olub. Türkiyəli alim İbrahim
Atmının yazdığı bir tarixi fakt Çingiz ağanın 1918-1920-ci
67
Dostları ilə paylaş: |