Müşahidə Şurası aşağıdakı səlahiyyətlərə malikdir



Yüklə 9,39 Kb.
tarix20.09.2017
ölçüsü9,39 Kb.
növüQaydalar

Müşahidə Şurası aşağıdakı səlahiyyətlərə malikdir:

      • Bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətinin, həmçinin daxili nəzarət, risklərin idarə edilməsi, faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində və digər fəaliyyət istiqamətləri üzrə Bankın siyasətinin müəyyən edilməsi, habelə Bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaların və daxili əsasnamələrin qəbul edilməsi;

      • Digər hüquqi şəxslərin kapitalında Bankın iştirakı (Bankın Nizamamənin.7.3.7-ci bəndini nəzərə almaqla), Bankın filiallarının, nümayəndəliklərinin və şöbələrinin yaradılması və ləğvi haqqında qərarların qəbul edilməsi, onların əsasnamələrinin təsdiq edilməsi;

      • Növbəti və tələb olunduğu hallarda növbədənkənar kənar auditin keçirilməsi haqqında qərar qəbul edilməsi, kənar auditorun təyin edilməsi;

      • Bankın strateji baxışının, missiyasının, strateji planının (biznes planın) və büdcəsinin, həmçinin onlara düzəlişlərin təsdiq edilməsi;

      • İdarə Heyəti haqqında Əsasnamənin, onun tərkibinin sayının müəyyən edilməsi, Bankın İdarə Heyəti Sədrinin və onun təqdimatı əsasında Bankın İdarə Heyətinin qalan üzvlərinin təyin edilməsi və səlahiyyətlərinə xitam verilməsi (həmçinin vaxtından əvvəl), habelə Bankın İdarə Heyəti Sədrinin və onun təqdimatı əsasında Bankın İdarə Heyətinin qalan üzvlərinin əməyinin ödənilməsinin şərtlərinin müəyyən edilməsi;

      • Səhmdarların Ümumi Yığıncağına çıxarılan məsələlər üzrə Səhmdarların Ümumi Yığıncağına tövsiyələrin verilməsi;

      • Səhmdarların Ümumi Yığıncağının çağırılması, həmçinin onun gündəliyinin təsdiq edilməsi;

      • Bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə, bu pozuntu barəsində Səhmdarların Ümumi Yığıncağının, Audit Komitəsinin və İdarə Heyətinin xəbərdar edilməsi, Azərbaycan Respublikasının Milli Bankına isə bank qanunvericiliyinin pozulması faktları barədə bildirişin göndərilməsi;

      • Bankın kapital ehtiyatlarının yaradılması haqqında qərar qəbul edilməsi (bu qərar bundan sonrakı ilk Səhmdarların Ümumi Yığıncağının gündəliyinə daxil edilməli və müzakirə edilməlidir);

      • Məbləği Bankın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdlərin bağlanmasına razılığın verilməsi (belə əqdlərin bağlanılması haqqında sonradan ən azı Bankın rəsmi saytında, yaxud çap edilən bir kütləvi informasiya vasitəsində məlumat verilir);

      • Bankın nizamnamə kapitalının 50 (əlli) faizindən artıq məbləğdə Bank adından əqdlərin bağlanmasına icazənin verilməsi;

      • Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda əlaqəli şəxslərlə əqdlərin bağlanmasının təsdiq edilməsi;

      • Bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul edilməsi;

      • Kənar və daxili auditorların, habelə Azərbaycan Respublikası Milli Bankının yoxlamalarının nəticələrinin nəzərdən keçirilməsi və bu yoxlamaların yekunlarına dair tədbirlərin görülməsi;

      • Bankın komitələrinin (Audit Komitəsi istisna olmaqla) yaradılması və ləğv edilməsi, onların əsasnamələrinin təsdiq edilməsi;

      • Ümidsiz aktivlərin Bankın balansından silinməsi barədə qərar qəbul edilməsi;

      • Azərbaycan Respublikasının qanunvericiliyi, Bankın Nizamnaməsi və Müşahidə Şurası haqqında Əsasnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətlər



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə