MüSƏlmanin 24 saati



Yüklə 0,5 Mb.
səhifə1/9
tarix20.10.2017
ölçüsü0,5 Mb.
#6126
  1   2   3   4   5   6   7   8   9


MÜSƏLMANIN

24 SAATI


HARUN YƏHYA

MÜƏLLİF VƏ

ƏSƏRLƏRİ HAQQINDA
Ha­run Yəh­ya im­za­sın­dan is­ti­fa­də edən mü­əl­lif 1956-cı il­də An­ka­ra­da ana­dan olub. Or­ta mək­tə­bi An­ka­ra­da oxu­yub. Son­ra İstanbul­da Me­mar Si­nan Uni­ver­si­te­ti­nin gö­zəl sə­nət­lər fa­kül­tə­sin­də və İstanbul Uni­ver­si­te­ti­nin fəl­sə­fə bö­lü­mün­də təh­sil alıb. 80-ci il­lər­dən bu gü­nə qə­dər ima­ni, el­mi və si­ya­si möv­zu­lar­da xey­li əsər ya­zıb. Bu­nun­la ya­na­şı mü­əl­li­fin tə­ka­mül­çü­lə­rin (dar­vi­nist­lə­rin) sax­ta­kar­lı­ğı­nı, on­la­rın id­dia­la­rı­nın heç bir el­mi hə­qi­qə­tə əsas­lan­ma­dı­ğı­nı gös­tə­rən, ha­be­lə dar­vi­niz­min qan­lı ideo­lo­gi­ya­lar­la şüb­hə­li əla­qə­lə­ri­ni üzə çı­xa­ran bir çox mü­hüm əsər­lə­ri var.

Mü­əl­li­fin bu im­za­sı in­kar­çı dü­şün­cə­yə qar­şı mü­ba­ri­zə apa­ran iki pey­ğəm­bə­rin xa­ti­rə­si­nə hör­mət əla­mə­ti ola­raq se­çi­lib: on­la­rı yad et­mək məq­sə­di­lə Ha­run və Yəh­ya ad­la­rın­dan is­ti­fa­də edi­lib. Rə­su­lul­la­hın mö­hü­rü­nün mü­əl­lif tə­rə­fin­dən ki­tab­la­rın üz qa­bı­ğı­na vu­rul­ma­sı­nın sim­vo­lik mə­na­sı isə on­la­rın için­də­ki­lər­lə bağ­lı­dır. Bu mö­hür Qurani-Kə­ri­min Al­la­hın so­nun­cu Ki­ta­bı və so­nun­cu sö­zü, Pey­ğəm­bə­ri­mi­zin isə pey­ğəm­bər­lə­rin so­nun­cu­su ol­ma­sı­nın rəm­zi­dir. Mü­əl­lif bü­tün ya­zı­la­rın­da Quranı və Rə­su­lul­la­hın sün­nə­si­ni rəh­bər tu­tur. Bu­nun­la da in­kar­çı dü­şün­cə sis­tem­lə­ri­nin bü­tün əsas id­dia­la­rı­nı bir-bir pu­ça çı­xar­ma­ğı və di­nə qar­şı yö­nə­lən eti­raz­la­rı ta­ma­mi­lə sus­du­ra­caq so­nun­cu sö­zü söy­lə­mə­yi hə­dəf se­çir. Çox bö­yük hik­mət və ka­mal sa­hi­bi olan Rə­su­lul­la­hın mö­hü­rü bu so­nun­cu sö­zü söy­lə­mək niy­yə­ti­nə bir dua ki­mi is­ti­fa­də edi­lib.

Mü­əl­li­fin əsər­lə­rin­də­ki əsas məq­səd Quranı bü­tün dün­ya­da təb­liğ et­mək, bu­nun­la in­san­la­rı Al­la­hın var­lı­ğı, bir­li­yi və axi­rət ki­mi əsas iman mə­sə­lə­lə­ri ba­rə­də də­rin­dən dü­şün­mə­yə sövq et­mək, in­kar­çı sis­tem­lə­rin çü­rük əsas­la­rı­nı və ba­til tət­bi­qat­la­rı­nı hər kə­sə gös­tər­mək­dir.

Ha­run Yəh­ya­nın əsər­lə­ri Hin­dis­tan­dan ABŞ-a, Bö­yük Bri­ta­ni­ya­dan İn­do­ne­zi­ya­ya, Pol­şa­dan Bos­ni­ya-Her­so­qo­vi­na­ya, İs­pa­ni­ya­dan Bra­zi­li­ya­ya, Ma­lay­zi­ya­dan İta­li­ya­ya, Fran­sa­dan Bol­qa­rıs­ta­na və MDB öl­kə­lə­ri­nə qə­dər dün­ya­nın ək­sər öl­kə­lə­rin­də ma­raq­la qar­şı­la­nır və bir­nə­fə­sə oxu­nur. İn­gi­lis, fran­sız, al­man, ital­yan, is­pan, por­tu­qal, ur­du, ərəb, al­ban, rus, boş­nak, uy­ğur, İn­do­ne­zi­ya, ma­lay, ben­qal, bol­qar, ya­pon, Çin, Azər­bay­can ki­mi dil­lə­rə tər­cü­mə edi­lən bu əsər­lər ge­niş oxu­cu küt­lə­si tə­rə­fin­dən ma­raq­la iz­lə­nir.

Dün­ya­nın dörd bir tə­rə­fin­də bö­yük re­zo­nans do­ğu­ran bu diq­qə­tə­la­yiq əsər­lər in­san­la­rın ço­xu­nun iman gə­tir­mə­si­nə, ək­sər adam­la­rın da öz ima­nı­nı ka­mil­ləş­dir­mə­si­nə sə­bəb olur. Bu ki­tab­la­rı oxu­yan və in­cə­lə­yən hər kəs on­lar­da­kı hik­mə­ti, ha­be­lə yığ­cam, dol­ğun, asan ba­şa dü­şü­lən sə­mi­mi üs­lu­bu, hə­ya­ti hə­qi­qət­lə­rin el­mi-mən­ti­qi iza­hı­nı dər­hal gö­rür. Bu əsər­lər hər bir kə­sə tez bir za­man­da tə­sir et­mək, tam nə­ti­cə ver­mək, eti­raz­la­ra yer qoy­ma­maq və də­lil­lə­rin el­mi­li­yi ki­mi xü­su­siy­yət­lə­rə ma­lik­dir. Bu əsər­lə­ri oxu­yan və on­la­rın üzə­rin­də cid­di dü­şü­nən adam­la­rın ma­te­ria­list fəl­sə­fə­ni, ate­iz­mi, baş­qa ba­til fi­kir və fəl­sə­fə­lə­ri mü­da­fiə et­mə­si da­ha əs­la müm­kün de­yil. Bə­zi­lə­ri mü­da­fiə et­sə­lər be­lə, bu­nu yal­nız inad­kar­lıq üzün­dən edə­cək­lər, çün­ki on­la­rın fi­kir­lə­ri­nin əsas­la­rı çü­rük­dür.

Döv­rü­müz­də­ki bü­tün in­kar­çı cə­rə­yan­lar Ha­run Yəh­ya­nın kül­liy­ya­tın­da el­mi dü­şün­cə nöq­te­yi-nə­zə­rin­dən məğ­lub edi­lib­lər. Şüb­hə yox­dur ki, bu xü­su­siy­yət­lər Quranın hik­mə­tin­dən və onun ifa­də et­di­yi fi­kir­lə­rin gö­zəl­lik­lə­rin­dən qay­naq­la­nır.

Mü­əl­li­fin özü isə bu əsər­lə­ri­nə gö­rə lov­ğa­lan­mır, ək­si­nə, Al­la­hın hi­da­yə­ti­nə va­si­tə­çi ol­ma­ğa niy­yət edir. Bun­dan baş­qa bu əsər­lər nəşr edi­lər­kən heç bir mad­di qa­zanc gü­dül­mür.

Bu hə­qi­qət­lər nə­zə­rə alın­ma­lı­dır. O za­man mə­lum olar ki, in­san­la­rı on­la­ra gör­mə­di­yi­ni gör­mək­də kö­mək edən, on­la­rın hi­da­yə­tə gəl­mə­si­nə sə­bəb olan be­lə əsər­lə­rin oxun­ma­sı­na hə­vəs­lən­dir­mə­yin özü də çox mü­hüm xid­mət­dir. Bu də­yər­li əsər­lə­ri ta­nıt­maq əvə­zi­nə in­san­la­rın zeh­ni­ni qa­rış­dı­ran, fi­kir­lə­ri­nin qa­rış­ma­sı­na sə­bəb olan, şüb­hə və tə­rəd­düd­lə­ri ara­dan qal­dır­ma­ğa, ima­nı xi­las et­mə­yə bir tə­si­ri ol­ma­dı­ğı təc­rü­bə­dən ke­çi­ri­lən ki­tab­la­rı yay­maq yal­nız və yal­nız əmək və vaxt it­ki­si de­mək ola­caq. İma­nı xi­las et­mək­dən da­ha çox mü­əl­li­fin ədə­bi gü­cü­nü gös­tər­mə­yə yö­nəl­miş ki­tab­lar­da bu tə­si­rin ol­ma­ya­ca­ğı ay­dın­dır. Bu möv­zu ilə bağ­lı şüb­hə­si olan­lar var­sa, on­lar Ha­run Yəh­ya­nın əsər­lə­ri­nin ye­ga­nə məq­sə­di­nin din­siz­li­yi ara­dan qal­dır­maq­dan və Quran əx­la­qı­nı yay­maq­dan iba­rət ol­du­ğu­nu, bu xid­mət­də­ki tə­sir gü­cü­nün, mü­vəf­fə­qiy­yət və sə­mi­miy­yə­tin ay­dın gö­rün­dü­yü­nü oxu­cu­la­rın ümu­mi qə­naə­tin­dən an­la­ya bi­lər. Bu­nu qə­ti şə­kil­də yə­qin­ləş­dir­mək və an­la­maq la­zım­dır ki, dün­ya­da­kı zülm və iğ­ti­şaş­la­rın, mü­səl­man­la­rın çək­di­yi əziy­yət­lə­rin əsas sə­bə­bi din­siz­li­yin ide­ya ha­ki­miy­yə­ti­dir.



Bun­lar­dan qur­tul­ma­ğın yo­lu isə din­siz­li­yin ide­ya cə­hət­dən məğ­lub edil­mə­si, ima­ni hə­qi­qət­lə­rin or­ta­ya çı­xa­rıl­ma­sı və Quran əx­la­qı­nın in­san­la­rın dərk edib mə­nim­sə­yə bi­lə­cə­yi şə­kil­də çat­dı­rıl­ma­sı­dır. Dün­ya­nı hər gün da­ha çox zül­mə, iğ­ti­şaş və fə­sad­la­ra mə­ruz qoy­maq is­tə­yən­lə­rin niy­yə­ti­ni nə­zə­rə al­saq bəl­li olar ki, bu xid­mə­tin müm­kün qə­dər sü­rət­li və tə­sir­li şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si çox va­cib­dir. Əks təq­dir­də çox gec ola bi­lər. Bu əhə­miy­yət­li xid­mət­də çox bö­yük bir və­zi­fə­ni öz üzə­ri­nə gö­tür­müş Ha­run Yəh­ya­nın kül­liy­ya­tı Al­la­hın ica­zə­si ilə XXI əsr­də in­san­la­rı və xoş­bəxt­li­yə apar­maq­da bir va­si­tə ola­caq.




OXUCUYA

* Bu kitabda və digər çalışmalarımızda təkamül nəzəriyyəsinin özünü doğrultmamasına və puç olmasına aid fikirlərə geniş yer ayırmağımızın əsas səbəbi adıçəkilən nəzəriyyənin əslində din əleyhinə düşüncə və təlimlərdən ibarət olmasıdır. Yaradılışı və bilavasitə Allahın varlığını inkar edən darvinizm 140 ildir ki, bir çox insanların öz imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olur. Buna görə də bu nəzəriyyənin aldadıcı olduğunu sübuta yetirmək və diqqətə çatdırmaq çox mühüm imani vəzifədir. Bunu insanlara çatdırmaq isə daha vacibdir.

* Bəzi oxucularımızın bəlkə də təkcə bir kitabımızı oxumağa fürsəti olacaq. Buna görə də hər bir kitabımızda bu mövzuya qısa da olsa yer ayırmağı məqsədəuyğun bilirik.

* Nəzərə çatdırılması lazım olan digər bir məsələ də bu kitabların içindəkilərlə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri işığında izah olunur, insanlar Allahın ayələrini öyrənməyə və onlara uyğun yaşamağa dəvət edilirlər. Allahın ayələri ilə bağlı bütün məsələlər isə oxucunun şüurunda heç bir şübhə və ya sual yaratmayacaq şəkildə açıqlanır.

* Bu izahatda istifadə edilən səmimi, sadə və axıcı üslub kitabların 7 yaşdan 70 yaşa qədər hər kəs tərəfindən rahat başa düşülməsini təmin edir. Belə təsirli və dəlil-sübutlu izahat sayəsində kitablar birnəfəsə oxunur. Hətta dini rədd etmək fikrində qəti olanlar da bu kitablarda göstərilən həqiqətlərdən təsirlənir və deyilənlərin doğruluğunu inkar edə bilmir. Bu kitabı və müəllifin digər əsərlərini həm təklikdə, həm də qarşılıqlı söhbət, polemika şəraitində rahat oxumaq mümkündür. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun onları birlikdə oxuması mövzu ilə bağlı fikir və təcrübəsini də bir-biri ilə bölüşməsi səbəbindən yararlı olacaq.

* Bununla belə, sadəcə olaraq Allah rizası üçün yazılan bu kitabların tanınmasına və oxunmasına kömək etmək də böyük xidmətdir. Çünki müəllifin bütün kitablarında oxucuya müsbət təsir bağışlayan məsələləri sübut etmək üsulu çox güclüdür. Həmçinin dini izah etmək istəyənlərin əlindəki ən təsirli üsullardan biri də bu kitabları hamının oxumasını təşviq etmək, buna çalışmaqdır.

* Müəllifin digər əsərlərinin üz qabığının şəkillərinin kitabların son hissəsinə əlavə edilməsinin də mühüm səbəbləri var. Kitabı əlinə alan hər bir adam yuxarıda qeyd etdiyimiz xüsusiyyətləri özündə toplayan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə malik olan çoxlu əsərlərin olduğunu görəcək. Eyni zamanda həm dini, həm də siyasi mövzularda istifadə edəcəyi mənbələrin mövcudluğuna şahid olacaq.

* Başqa kitablarda rast gəldiyimiz şəxsi fikirlərə, müəllif qənaətlərinə, şübhəli mənbələrə əsaslanan izahlara, müqəddəslərə qarşı lazım olan ədəb və hörmətə diqqət yetirməyən üslublara, ümidsizliyə aparan şübhəli yazılara və digər çatışmazlıqlara bu əsərlərdə rast gələ bilməzsiniz.

Quran əxlaqına görə

MÜSƏLMANIN

24 SAATI


"Bir deyin görüm, əgər Allah sizin

qulaqlarınızı və gözlərinizi əlinizdən alsa,

ürəklərinizə möhür vursa, onları sizə

Allahdan qeyri hansı tanrı qaytara

bilər?" ("Ənam" surəsi, 46).


HARUN YƏHYA

Bu tərcüməmizdə istifadə edilən ayələr,

əsasən, Ziya Bünyadovun və Vasim Məmmədəliyevin

birlikdə hazırladığı Quranın Azərbaycan

dilindəki tərcüməsindən götürülmüşdür

Harun Yəhya, “Müsəlmanın 24 saatı”, 3-cü nəşr, Türkiyə,

İstanbul, dekabr 2007

www.harunyahya.az

GLOBAL PUBLISHING

Talatpasa Mah. Emirgazi Caddesi İbrahim Elmas İsmerkezi

A Blok Kat 4 Okmeydani - İstanbul Tel: (+90 212) 222 00 88
Entegre Matbaacilik Sanayi Cad. No: 17

Yenibosna-İstanbul Tel: (0 212) 451 70 70



İÇİNDƏKİLƏR
GİRİŞ 11
I HİSSƏ

QURAN ƏXLAQINA GÖRƏ

MÜSƏLMANIN 24 SAATI

Səhər yuxudan oyanarkən 14

Təmizlik edərkən 18

Paltarlarını geyinərkən 23

Səhər yeməyi yeyərkən 28

Yolda gedərkən 38

İş zamanı 47

Alış-veriş edərkən 51

İdman edərkən 55

İbadətlərini yerinə yetirərkən 57

Gecə yatarkən 63
II HİSSƏ

MÜSƏLMAN HƏR BIR ŞƏRAİTDƏ QURAN

ƏXLAQINA GÖRƏ HƏRƏKƏT EDİR

Ailəsinə və yaxınlarına münasibətdə rəftarı 69

Nemətlər qarşısında davranışı 72

Gözəlliklər qarşısındakı davranışı 77

Pis kimi görünən hadisələr qarşısında 81

Xəstələndiyi zaman 87

Pis və cansıxıcı şəraitdə davranış 89
III HİSSƏ

QURAN ƏXLAQINA UYĞUN

YAŞAMAĞIN İNSANDA YARATDIĞI

ÜSTÜN KEYFİYYƏTLƏR

Şeytanın vəsvəsələrinə qarşı diqqət və sayıqlıq 92

Anlayış, mehribanlıq və bağışlayıcılıq 96

Səbirli olmaq 98

Yaxşı danışmaq, gözəl sözlü olmaq 100

İncə düşüncəli olmaq 102

Qonaqpərvərlik 104

Qarşılıqlı salam və hörmət 106

Mübahisə etməkdən və hirslənməkdən qaçmaq 107

Xəsislik etməmək 109

Zənndən və dedi-qodudan uzaq olmaq 111

İstehza etməkdən çəkinmək 112

Fədakarlıq 114

Ədalətlə hərəkət etmək 116

Doğruluq 117
NƏTİCƏ 119

TƏKAMÜL YALANI 122


GİRİŞ
Qurani-Kərim bir insanın ömrü boyu qarşılaşa biləcəyi bütün məsələlərə cavab verən, onun həyatının hər sahəsinə aydınlıq gətirən, hər problemi mükəmməl bir şəkildə və ağılla həll edən ilahi bir kitabdır. "Bəqərə" surəsinin 2-ci ayəsində bildirildiyi kimi, "Bu, heç bir şəkk-şübhə oyatmayan, müttəqilərə doğru yol göstərən kitabdır". Rəbbimizin Quranda hər bir məsələni aydınlaşdırması isə bəzi ayələrdə belə bildirilir:

"...Bu Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir!" ("Yusuf" surəsi, 111).

"...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!" ("Nəhl" surəsi, 89).

İman gətirən bir insan bütün həyatını Quran ayələrinə uyğun şəkildə qurub tənzimləyir. O, müntəzəm olaraq oxuduğu və haqqında düşündüyü ayələri gündəlik həyatında tətbiq etməyə çalışır. Səhər oyandığı andan gecə yatacağı ana qədər gördüyü hər bir işdə Quran əxlaqına uyğun düşünməyə, danışmağa və hərəkət etməyə səy göstərir. Allah bu üstün əxlaqın möminin bütün həyatı üzərindəki hakimiyyətini Quranda belə bildirir:



"De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" ("Ənam" surəsi, 162).

Ancaq bəzi insanlar dinin yalnız müəyyən vaxtlar və ibadətlərlə məhdudlaşdığını zənn edir, həyatı "ibadət vaxtları və digər vaxtlar" şəklində iki hissəyə ayırırlar. Allahı və axirəti yalnız namaz qılarkən, oruc tutarkən, sədəqə verərkən və ya həccə gedərkən xatırlayırlar. Günün və ilin digər vaxtlarında isə dünyəvi işlərə qapılırlar. Dünya həyatı onlar üçün "dərdlərlə dolu olan sürətli bir həyatdır". Belə insanların Quran əxlaqından tamamilə uzaq, özlərinə xas olan həyat məqsədləri, əxlaq anlayışları, dünyagörüşləri və meyarları var. Onların Quran əxlaqının əslində nə məna kəsb etməsindən hətta xəbərləri də yoxdur.

Quran əxlaqını özünə əsas meyar qəbul edən bir adam isə əlbəttə ki, bu düşüncə içində olan insanlardan çox fərqli bir həyat yaşamaqda davam edir, Allahın yaratdığı qədərə (taleyə) tabe olduğunu unutmadan, Ona təslim olub güvənərək yaşayır. Belə adam heç vaxt sıxıntı, narahatlıq, qorxu, həyəcan, ümidsizlik, çətinlik hiss etməz, bir çətinlik qarşısında həyəcana qapılmaz. Hər hansı bir hadisə ilə qarşılaşarkən mütləq Allahın tövsiyə etdiyi və bəyəndiyi kimi hərəkət edir. Onun hər sözü, hər qərarı, hər davranışı Quran əxlaqını yaşamasının bir göstəricisidir. O, küçədə yeriyərkən, yemək yeyərkən, məktəbə gedərkən, dərs oxuyarkən, iş yerində işləyərkən, idman edərkən, söhbət edərkən, ticarətlə məşğul olarkən, televiziyaya tamaşa edərkən də Quran əxlaqına uyğun yaşamalı olduğunu dərk edir. Ona tapşırılan işlərlə ən diqqətli və ən dəqiq şəkildə maraqlanarkən eyni zamanda Allahın razı qalacağı şəkildə hərəkət etməyə çalışır, Quran əxlaqına uyğun olmayan bir hərəkəti qətiyyən etmir.

Din əxlaqının yaşanması Quranda bildirilən nəsihət və hökmlərin həyatın hər sahəsində tətbiq olunması ilə mümkün olur. İnsanı bu dünyada və axirətdə ən gözəl və ən xeyirli nəticəyə çatdıran yol budur. İnsanın Quran əxlaqından ikiəlli yapışacağı təqdirdə onun ən gözəl həyat tərzini əldə edəcəyini Rəbbimiz bir ayədə belə xəbər verir:



"Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik..." ("Nəhl" surəsi, 97).

Quran əxlaqını yaşamaq insana Allahın izni ilə geniş bir dünyagörüşü, üstün ağıl, doğrunu yanlışdan ayırd etmək qabiliyyəti və hadisələri dərinliklərinə qədər düşünmək gücü qazandırır. Bu xüsusiyyətlərə sahib olmaq isə həyatın hər anında insana mühüm bir üstünlük və rahatlıq verir. Allaha təslim olan və din əxlaqına uyğun yaşayan bir insanın bütün davranışları, hərəkətləri, oturması, qalxması, yeriməsi, hadisələrə münasibəti, şərhləri, izahatları və çətinliklər qarşısında tapdığı həll yolları digər insanlarda olduğundan tamamilə fərqlənir.

İnsanların hər gün etdikləri və qarşılaşdıqları hadisələr bu kitabda Quran əxlaqına uyğun bir həyat yaşayan müsəlmanların baxış bucağından araşdırılıb təhlil ediləcək, müsəlmanların hər gün yaranan müxtəlif hadisə və situasiyalar qarşısında necə davranmasının lazım gəldiyi ortaya qoyulacaq. Məqsəd insanların Quran əxlaqı sayəsində yaşadıqları gözəl həyatı nümayiş etdirmək, bütün insanları üstün bir həyat yaşadan Quran əxlaqına dəvət etməkdir. Şübhəsiz ki, dünyada sıxıntıdan, narahatlıqdan, qəmdən və kədərdən uzaq rahat bir şəraitdə yaşamaq yalnız Quran əxlaqını hər saat, hər an yaşamaqla mümkün olur.

I HİSSƏ

QURAN ƏXLAQINA GÖRƏ

MÜSƏLMANIN 24 SAATI

Səhər yuxudan oyanarkən

Quran əxlaqına uyğun şəkildə yaşayan müsəlmanlarla Allahı inkar edənlər arasındakı əsas fərqlərdən biri Allaha iman gətirərək Ondan qorxub çəkinənlərə və vicdanlarını unutmayanlara verdiyi ağıldır (daha müfəssəl məlumat üçün bax: Harun Yəhya, "Qurana görə gerçək ağıl"). İman gətirənlər sahib olduqları ağıl sayəsində inkarçıların və ya həqiqətləri dərk edə bilməyərək qəflət içində yaşayan insanların mənasız şey və ya təsadüf kimi qiymətləndirdikləri hadisələrin arxasında dayanan hikmətləri dərhal anlayırlar.

Mömin insan səhər oyanarkən ilk andan etibarən gün ərzində qarşılaşdığı və yaşadığı hər bir hadisədə Allahın Quranda bildirdiyi ifadə ilə desək, "ayələr"in olduğunu bilir. "Ayələr" Quranda Allahın varlığının, birliyinin və sifətlərinin dəqiq dəlilləri olan hadisələr və varlıqlar mənasında işlədilir. Bu ifadə ilə oxşar bir məna daşıyan digər bir anlayış isə "iman həqiqətləri"dir. İman həqiqətləri də "imana doğru aparan, imana vasitə olan və eyni zamanda imanın artmasını, inkişaf etməsini və möhkəmlənməsini təmin edən həqiqətlər" kimi izah edilə bilər. Ancaq bu ayələri və ya iman həqiqətlərini dərk etmək yalnız səmimi bir şəkildə Allaha üz tutan insanlara xas olan bir xüsusiyyətdir. "Ali-İmran" surəsinin 190-cı ayəsi buna misal kimi verilə bilər:

"Həqiqətən göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir" ("Ali-İmran" surəsi, 190).

Hər yeni gün iman sahibləri və Quran əxlaqını mənimsəyənlər üçün Allahın varlığının dəlilləri ilə, iman həqiqətləri ilə doludur. Məsələn, gözlərini açaraq yeni günə başlamaq Allahın insanlara verdiyi nemətlərdən və haqqında düşünülməsi vacib olan iman həqiqətlərindən biridir. Belə ki, insan bütün gecə boyunca şüursuz şəkildə yatır. Onun yuxuda keçən uzun saatlara dair xatırlaya biləcəyi yeganə şey yalnız 3-5 saniyəlik yuxulardır. İnsan bu müddət ərzində dünya ilə heç bir əlaqəsi olmadan yatır. Onun bədəni ilə ruhu bir-birindən ayrılır. İnsan yatdığını zənn etdiyi bu müddət boyunca əslində bir növ ölüdür. Allah insanların canlarının alındığını Quranda belə xəbər verir:



"Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar. Digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar..." ("Zumər" surəsi, 42).

"Sizi gecələr yuxuya daldıran, gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O, sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt gəlib yetişsin..." ("Ənam" surəsi, 60).

Rəbbimiz yuxarıdakı ayələrdə insanların yuxuda canlarını aldığını, ancaq daha sonra müəyyən olunmuş ölüm vaxtı gələnə qədər təkrar geri verdiyini bildirir. İnsan yatdığı müddətdə şüurunu və ətraf aləmi dərk etmək qabiliyyətini qismən itirir. Ölümə oxşadılan yuxudan şüurlu və bir gün əvvəlki halına qovuşmuş şəkildə oyanmaq, qüsursuz bir şəkildə görmək, eşitmək və hiss etmək haqqında dərindən düşünülməsi lazım olan möcüzəvi hallardır. Gecə yatan insan bu bənzərsiz nemətlərin səhər yenidən ona veriləcəyinə əmin ola bilməz. Bundan başqa, insan hər hansı bir fəlakətlə qarşılaşmadan və ya səhhəti ilə bağlı problemi olmadan oyanacağına da əsla əmin ola bilməz.

Günə təzə başlayan mömin bu həqiqətləri düşünür, Allahın onun üzərindəki geniş rəhməti və qoruması üçün Ona şükür edir, yeni günü Allahın razılığını və cənnəti qazanmaq üçün Allahın ona verdiyi bir fürsət kimi qiymətləndirir. Səhər gözünü açdığı andan etibarən Allaha üz tutaraq səmimi bir dua ilə yeni günə başlayır. Gün ərzində Allahın onu daim izlədiyini düşünərək hərəkət edir, Onun rizasını qazanmağa, əmr və tövsiyələrini yerinə yetirməyə çalışır. Allahla yaxın bir əlaqə quraraq səmimi bir dua ilə günə başlayır. Beləliklə, gün ərzində möminin Allahın rizasını unutması və ya Onun hədlərini qulaqardına vurması ehtimalı azalır, gün boyunca Allahın onu dünyada imtahan etdiyini bilərək hərəkət edir.

Səmimi qəlbdən Allaha yönəlmiş bir insanın ona verilən nemətlər barədə dərindən düşünməsi bu nemətləri ona Allahdan başqa heç kimsənin verə bilməyəcəyini dərk etməsinə yardım göstərir. Rəbbimiz insanların bu barədə düşünməsinin vacib olduğunu bir Quran ayəsində belə bildirir:



"De: "Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər..."" ("Ənam" surəsi, 46).

Şübhəsiz ki, yuxunu insan üçün istirahət vaxtı edən, səhər isə insana sahib olduğu nemətləri yenidən bağışlayan qüvvə sonsuz bir güc və elm sahibi olan Uca Allahdır. Bu həqiqəti dərk edənlər hər yeni günə başladıqları ilk andan etibarən Allahın yaxınlığını hiss edər və bu bənzərsiz nemətlərə sahib olmağın sevincini yaşayarlar.

Allahın dinindən uzaq yaşayan və bəhs olunan həqiqət barədə düşünməyən insanlar isə sahib olduqları nemətləri heç bir zaman tam şəkildə dərk edə və möminlərin yaşadığı bu sevinci yaşaya bilməzlər. Ümumiyyətlə, səhərin ilk saatlarında isti bir yataqdan qalxmağın çətinliyini, sıxıntısını və ya təlaşını hiss edərlər. Bəziləri hər səhər yerinə yetirməli olduğu işlərdən bezir. Yataqdan qalxmaq istəmir, daha bir dəqiqə artıq yatmaqla yataqdan qalxmaq arasında mübarizə aparırlar. Oyananda əsəbi, gərgin olmaq bu kimi insanlarda çox tez-tez təsadüf edilən əxlaq pozuntusudur.

Nemətlərin sevincini yaşamayan inkarçılar səhər yuxudan oyandıqları andan etibarən hər gün eyni şeyləri etməyin yeknəsəqliyini və yoruculuğunu bir daha yaşayırlar. Yaşayacaqları günün bəlkə də Allahın onlara verdiyi son bir fürsət olmasının fərqində olmayan, bunu anlamayan digər bir qisim insanlar isə yalnız daha artıq pul qazanmaq, daha yaxşı yaşamaq, yalnız insanların diqqətini cəlb etmək və ya bəyənilmək arzusu ilə yeni günə həvəslə başlayır, tələsə-tələsə hazırlaşırlar.

Allahın Quranda bildirdiyi həqiqətləri qulaqardına vuran insanlar günə fərqli tərzdə başlaya bilərlər. Ancaq belələrinin davranışında ortaq bir ağılsızlıq var: Allahın onları yaratdığını, Ona qulluq etmək, Onun rizasını qazanmağa görə məsuliyyət daşıdıqlarını və qarşılarındakı günün bunun üçün yeni bir fürsət olduğunu düşünməmək. Allah onların bu halını "insanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər" ("Ənbiya" surəsi, 1) ayəsi ilə xəbər verir.

Böyük bir qəflət içində yaşayan bu insanlar çox mühüm bir xətaya yol verirlər. Unutmaq olmaz ki, hər səhər insanın dünya həyatında onun üçün müəyyən olunmuş son gününün başlanğıcı ola bilər. İşə və ya məktəbə gedərkən baş verən bir yol qəzası, "gözlənilməz" bir ürək tutması və ya başqa saysız səbəblərə görə ölüm onu hər an yaxalaya bilər. İnsan o halda yuxarıda da bildirdiyimiz kimi, qarşısındakı günü Allahı razı edəcək şəkildə keçirmək üçün nələr edəcəyi barədə düşünməlidir.



Təmizlik edərkən

Səhər oyananda insanın vücudunda meydana gələn dəyişikliklərdə bir çox hikmətlər var. İstəmədiyi halda insanın üzü şişib, saçları çirklənib, bədənində və ağzında arzuedilməz qoxular meydana gəlib. Güzgüdə gördüyü şişmiş üzü və dağınıq halı ona nə qədər aciz olduğunu göstərir. Hər bir insan səhərlər mütləq üzünü yumaq, dişlərini fırçalamaq və özünü qaydaya salmaq məcburiyyətindədir. Bu hal Quran əxlaqını mənimsəmiş bir insana özünü digər insanlardan üstün hesab edən bir cəhətin olmadığını və yalnız Allahın hər cür qüsurdan uzaq olduğunu xatırladır.

Bundan başqa, səmimi bir şəkildə Allaha üz tutan bir insan istəmədiyi bir narahatlıq verən halını güzgüdə görəndə gözəl olan şeylərə öz gücü və istəyi ilə nail olmasının mümkün olmadığını çox yaxşı anlayır.

Göründüyü kimi, Allah bəndələrini öz acizliklərini xatırlamaları və Ona üz tutmaları üçün bir çox qüsurlarla yaradıb. İnsanların bədənlərinin və ətraflarının qısa bir müddət içində çirklənməsi buna bir misaldır. Ancaq Allah insanlara bu qüsurları aradan qaldırmaq yollarını da göstərib. Su, sabun kimi müxtəlif imkan və nemətləri onların xidmətinə verib. Allah "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən hər çətinlikdən sonra bir asanlıq gələr!" (“İnşirah" surəsi, 5-6) ayələri ilə bu həqiqətə də işarə edib. Onu da qeyd etmək lazımdır ki, nemətlərin yaradılmasındakı bu sirri dərk etmək və buna görə Allaha şükür etmək yalnız üstün bir düşüncəyə və idrak qabiliyyətinə malik olan möminlərə verilmiş bir xüsusiyyətdir.

İstər səhər, istərsə də gün ərzində təmizlik edən bir mömin Allahın ona verdiyi təmizləyici vasitələrə görə şükür edir. Allahın təmizliyi və təmiz insanları sevdiyini bildiyi üçün etdiyi işi bir ibadət hesab edir və Allahın razılığını qazanmağa çalışır. Rəbbimizin "Muddəssir" surəsinin 4 və 5-ci ayələrindəki "Libasını təmizlə! Pis şeylərdən uzaqlaş!" şəklindəki əmrini sevərək yerinə yetirir.

Allah insanların təmizlənmək və digər ehtiyaclarını ödəmək üçün göydən su endirdiyini bir ayədə belə bildirir:



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə