MüSƏlmanin 24 saati



Yüklə 0,5 Mb.
səhifə5/9
tarix20.10.2017
ölçüsü0,5 Mb.
#6126
1   2   3   4   5   6   7   8   9

"Həqiqətən, Rəbbin bilir ki, sən qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə də belədir..." ("Muzəmmil" surəsi, 20).

Rəvayətlərdə isə Peyğəmbərimizin (s.ə.v.) ona gözəl bir əxlaq və yaxşı bir xasiyyət verməsi üçün Allaha dua etdiyi və dualarında Allaha belə yalvardığı bildirilir: "Allahım! Yaradılışımı və əxlaqımı gözəlləşdir! İlahi! Məni pis əxlaqdan uzaqlaşdır!".

Onu da unutmamaq lazım gəlir ki, daha öncə də bildirdiyimiz kimi, yuxu ölümün bir bənzəridir və Allah istəsə, insan bir daha əsla oyanmaya bilər. Buna görə yatmazdan öncə keçirilən son dəqiqələr insanın Allahdan bağışlanma diləməsi üçün bəlkə də son fürsəti ola bilər. Allah "Zumər" surəsində bu həqiqəti insanlara belə xəbər verir:

"Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar. Digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün əlamətlər vardır!" ("Zumər" surəsi, 42).

Quran əxlaqına uyğun yaşayan bir mömin yatmazdan öncə ona - bəlkə də son dəfə - verilən bu fürsətin dəyərini bilir. Bu həqiqəti göz önünə gətirərək səmimiyyətlə Allaha yönəlir, günahlarına görə Ondan bağışlanmağı diləyir, hər məsələdə Allahdan kömək istəyir və yalnız Allaha dua edir.



II HİSSƏ
MÜSƏLMAN HƏR BİR ŞƏRAİTDƏ QURAN

ƏXLAQINA GÖRƏ HƏRƏKƏT EDİR

Ailəsinə və yaxınlarına

münasibətdə rəftarı

Dünya həyatına göz açdıqdan sonra ona illərlə baxan ata-anasının yaradılışı mömin üçün haqqında düşünməsi və Allaha şükür etməsi lazım gələn mövzulardan biridir. Ata-anası onu böyütmək üçün çox əziyyət çəkmişdir. Bununla bərabər Quran əxlaqına uyğun yaşayan bir insan hər zaman bir həqiqəti dərk edir. Möminin ata-anasını yaradan, onlara mərhəməti, şəfqəti və övlad sevgisini verən qüvvə Uca Allahdır. Allah aciz bir canlı olaraq doğulan insanın öz-özünə böyüyüb yetkin bir hala gəlməsi üçün onunla ata-anası arasında bir sevgi bağı yaratmışdır. Ata-anası onu bu sevgi bağı ilə illərlə bezmədən, böyük bir zövqlə böyütmüşdür. Allah ailənin insan həyatındakı əhəmiyyətini bir ayədə belə vurğulayır:



"Biz insana ata-anasına (yaxşılıq etməyi, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!" ("Loğman" surəsi, 14).

Rəbbimiz ata-anaya qarşı necə münasibət bəsləməli olduğumuzu da Quranda tərif edir. Allah onlara qarşı xeyirxahlıqla davranmğı əmr etmişdir:



"De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin..." ("Ənam" surəsi, 151).

"Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik...". ("Əhqaf" surəsi, 15).

Mömin bu ayələrdəki hökmə uyğun olaraq ata-anasına qarşı hörmət və sevgi göstərir, onları razı edəcək şəkildə rəftar edir, hər fürsətdə gözəl sözlərlə onların könüllərini alır. Allah eyni zamanda onlara qarşı necə bir həssaslıq göstərilməsinin vacibliyini belə açıqlamışdır:



"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" -belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (“İsra" surəsi, 23).

Allah bu ayə ilə bizə ata-anaya qarşı göstərilən mərhəmətin ölçüsünü də verir. Allah bu məsələdə ata-anaya qarşı edilə biləcək ən kiçik bir hörmətsizliyi və ya mərhəmətsizliyi "onlara "uf!" belə demə, üstlərinə qışqırma, acı söz söyləmə, onlarla xoş danış!" ifadəsi ilə möminlərə yasaqlamışdır. Bu səbəblə möminlər hər dövrdə ata-analarına qarşı son dərəcə ehtiramlı, incə düşüncəli, xoşniyyətli və diqqətcil bir şəkildə davranırlar.

Möminlər valideynlərini rahat etmək üçün əllərindən gələni edir, hörmətdə və mərhəmətdə qüsur göstərməməyə çalışırlar. Yaşlılığın gətirdiyi çətinlik və sıxıntıları göz önünə gətirir və onların bütün ehtiyaclarını dilə belə gətirmədən anlayışla və şəfqətlə aradan qaldırmağa çalışırlar. Möminlər ata-analarının həm maddi, həm də mənəvi cəhətdən bir çatışmazlıqla qarşılaşmaması və onların rahatlığını təmin etmək üçün bütün imkanlarını səfərbər edirlər. Bundan başqa, hər nə olursa-olsun ürəkaçan və ehtiramlı davranış üsullarından imtina etmirlər.

Ancaq bütün bunlarla bərabər möminlərin ata-anaları ilə bağlı qarşılaşdıqları başqa bir hal da var. İman gətirən kimsələrin ata-anaları bəzən inkarçılıq yolunda ola bilərlər. Möminin belə bir etiqad fərqləri qarşısında göstərəcəyi davranış tərzi isə yenə ən gözəl sözlərlə və ürəkaçan bir üslubla onları doğru yola dəvət etməkdən ibarət olacaq. Hz.İbrahimin bütlərə inanan atası ilə etdiyi söhbətlər bizə belə bir vəziyyətdə istifadə edəcəyimiz üslub və göstərəcəyimiz davranış məsələsində yol göstərir:



"Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan!"" ("Məryəm" surəsi, 43-45).

Digər tərəfdən, bəzi insanlar valideynlərinin yaşlaşaraq qüvvədən düşdükləri dövrdə, köməyə və qayğıya möhtac olduqları anlarda onlardan üz çevirirlər. Bu gün belə hallar daha çox yayılmışdır. Maddi və mənəvi cəhətdən çox çətin vəziyyətdə olan, evlərində təkbaşına yaşamağa məcbur olan yaşlılarla tez-tez qarşılaşırıq. Bu mövzu üzərində düşünən bir insan görəcəkdir ki, bu problemin səbəbi Quran əxlaqına uyğun yaşanmamasıdır.

Quranı rəhbər tutan bir insan ata-anası ilə bərabər digər ailə üzvləri və ətrafındakı insanlarla da mərhəmətli və şəfqətli davranır. Qohumlarını, dostlarını və digər yaxınlarını Allahın dinini və Quran əxlaqını yaşamağa dəvət edir. Çünki Allah iman gətirənlərə dini izah etməyə yaxınlarından başlamağı "(Öncə) Ən yaxın qohumlarını qorxut!" ("Şüəra" surəsi, 214) ayəsi ilə əmr etmişdir.

Quran əxlaqının tam mənası ilə yaşandığı bir ailədə daima bir sakitlik, dinclik, əmin-amanlıq, ehtiram və sevinc hakimdir. Bu gün degenerasiya olmuş, korlanıb aşınmış bəzi ailələrdə müşahidə edilən qışqırmaq, çığır-bağır, hörmətsiz üslub və danışıqlar möminlərin arasında əsla ola bilməz. Möminlərin ailəsində hər kəs ailə üzvləri ilə birlikdə olmaqdan böyük zövq alır. Uşaqlar ata-analarına hörmət edir və onları ürəkdən sevirlər. Ailələr övladlarına Allahın bir əmanəti kimi baxır və onları qoruyurlar. Ailə deyiləndə ağıla o saat isti münasibət, sevgi, etibar, həmrəylik gəlir. Amma bunu təkrarən bildirmək lazımdır ki, bu mükəmməl ailə mühitinə ancaq din əxlaqının tam, qüsursuz və səmimi olaraq yaşanması ilə, Allah qorxusu və sevgisinə sahib olmaqla nail olmaq mümkündür.



Nemətlər qarşısında davranış

Vərdişin əmələ gətirdiyi baxış bucağını bir kənara qoyaraq hikmətli bir tərzdə ətraflarını müşahidə edən möminlər gördükləri hər şeyin Allahdan gələn bir nemət olduğunu anlayırlar. Gözlərinin, qulaqlarının, bədənlərinin, yedikləri bütün ərzaq və qidaların, nəfəslə alıb-verdikləri təmiz havanın, imkanlarının, sahib olduqları hər şeyin, mikroorqanizmlərdən ulduzlara qədər hər şeyin onların xidmətinə Uca Allah tərəfindən verildiyini anlayırlar. Belə ki, bu nemətlər sayılmayacaq qədər çoxdur. Rəbbimizin "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir!" ("Nəhl" surəsi, 18) ayəsində bildirdiyi kimi, nemətləri hətta siniflərə ayıraraq saymaq da mümkün deyil.

Mömin insan ona qanuni ölçülərdə verilən bütün dünyəvi nemətlərdən yararlanır, amma bunlara aldanaraq Allahı, axirəti və Quran əxlaqına uyğun şəkildə yaşamağı əsla unutmur. Əlinə nə qədər yaxşı imkanlar (pul, vəzifə və s.) keçirsə-keçsin, bu hal onun zəifləməsinə, təkəbbür göstərməsinə, bir sözlə, Quran əxlaqından uzaqlaşmasına səbəb olmaz. Çünki mömin insan bunların hamısının Allahdan gələn bir nemət olduğunu və Allahın istəsə, bunları geri ala biləcəyini dərk edir. Dünyadakı nemətlərin müvəqqəti və məhdud olduğunu, bu nemətlərlə sınandığını, əsl nemətlərin isə cənnətdə olduğunu ağlından çıxarmır.

Quran əxlaqına uyğun yaşayan bir insan üçün mal, mülk, mövqe kimi dünya nemətləri onun yalnız Allaha yaxınlaşması və şükür etməsi üçün bir vasitədir. Müvəqqəti bir zaman kəsiyində yararlandırıldığını bildiyi dünya nemətlərinə sahib olmaq mömin insan üçün heç bir zaman məqsəd deyil. Məsələn, dünya həyatında istifadə ediləcək ən uzunmüddətli nemətlərdən biri olan evin insana verdiyi fayda təxminən 60-70 illik bir ömür ərzində olacaq. İnsan onun dünya həyatı sona çatdığı zaman sahib ola bilmək üçün həyatı boyu çalışdığı, çox sevdiyi evini dünyada qoyub gedəcək. Aydındır ki, ölüm dünya nemətləri ilə insan arasında mütləq bir ayrılıq deməkdir.

Mömin ona verilən nemətlərin əsl və yeganə sahibinin Allah olduğunu, bunların yalnız Ondan gəldiyini bilir. Bu nemətləri var edən Rəbbimizə lazımınca şükür etmək, Ona məmnuniyyətini və minnətdarlığını bildirmək üçün əlindən gələni edir. Saysız nemətlərin əvəzində sözdə və əməli olaraq daim Allaha şükür edir, Onun nemətlərini xatırlamağa və izah etməyə çalışır. Bu mövzuda bəzi ayələr belədir:

"Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı olacaqsan! Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də qovma! Və Rəbbinin sənə olan nemətindən söhbət aç!" ("Duha" surəsi, 5-11).

"Yoxsa sizi xəbərdar etmək üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!" ("Əraf" surəsi, 69).

Bəzi adamlar Allaha şükür etmək üçün onlara çox böyük, çox gözəl bir nemətin gəlməsini və ya çox böyük problemlərinin həll olunmasını gözləyirlər. Lakin bir az diqqət etsək, insanın hər bir anının nemət içində keçdiyini görərik. Həyatı, səhhəti, ağlı, şüuru, beş duyğu üzvü, nəfəs aldığı hava və bunlara bənzər saysız-Hesabsız nemətlər ona fasiləsiz bir şəkildə, hər an verilir. Bu nemətlərin hər biri üçün ayrıca şükür etmək lazımdır. Allahı xatırlamaqda, yaradılış dəlillərini düşünməkdə zəiflik edən kimsələr qəflət içində olduqları üçün bu nemətlərin dəyərini onlara sahib olduğu zaman bilmir, bunlara görə şükür etmir, ancaq bu nemətlər əllərindən alındığı zaman onların dəyərini anlayırlar.

Möminlər isə sahib olduqları hər nemət qarşısında nə qədər aciz və ona nə dərəcədə möhtac olduqlarını düşünərək daim Allaha şükür edirlər. Möminlər Allaha yalnız zənginlik, mal-mülk və başqa maddi nemətlərə görə şükür etmirlər. Hər şeyin sahibinin və hakiminin Uca Allah olduğunu bilən möminlər öz sağlamlıqları, gözəllikləri, bilikləri, ağılları, imanı sevmələri, inkarçılığı çirkin saymaları, hidayət əhli olmaları, möminlərlə birlikdə olmaları, bəsirət və fərasət sahibi olmaları, fiziki və mənəvi güclərinə görə Rəbbimizə şükür edirlər. Möminlər gözəl bir mənzərə görərkən və ya işləri asan həll olunarkən, istədikləri bir şey həyata keçərkən, gözəl bir söz eşidərkən, sevgi və hörmət görərkən və daha saymaqla bitməyəcək qədər çox nemətlə qarşılaşarkən o an Allaha şükür edir, Onun mərhəmətini, şəfqətini, Rəhman və Rəhim olduğunu düşünürlər.

Əgər mömin ona verilən nemətlərə görə azğınlaşmayacağını, təkəbbür göstərib lovğalanmayacağını etdiyi şükürdə, bütün davranış və danışıqları ilə Allaha göstərərsə, Allah ona daha artıq nemət verər. Allahın Quranda verdiyi "Əgər mənə şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən şiddətlidir!" (“İbrahim" surəsi, 7) hökmü bunu ifadə edir.

Bütün nemətlər eyni zamanda insanın dünyada qarşılaşdığı imtahanın bir parçasıdır. İman gətirənlər bu səbəbdən şükür etməklə bərabər onlara verilən nemətlərdən mümkün qədər xeyirli işlərdə yararlanır, xəsislik edərək onları yığıb toplamırlar. Çünki xəsislik edərək yığıb toplamaq cəhənnəm əhlinin bir xüsusiyyətidir. Rəbbimiz buna Quranda belə diqqət çəkir:

"Xeyr. Həqiqətən, o alovlu atəşdir. Başın dərisini sıyırıb çıxardır. Çağırır çıxanı, üz döndərəni. Və yığıb saxlayanı! Həqiqətən, insan çox həris yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar" ("Məaric" surəsi, 15-21).

Allah "ehtiyacınızdan artıq qalanı"nın ("Bəqərə" surəsi, 219) xeyirli və savab işlərə sərf olunmasını əmr edir. Quran əxlaqına görə, möminlər qazanclarından ehtiyaclarından artıq qalan hissəsindən xeyirli işlərdə, Allah yolunda istifadə edirlər.

Əlbəttə, nemətlərə görə şükür Allahın verdiyi bütün nemətləri Allah rizası üçün istifadə etməklə olur. Mömin ona verilən hər şeyi Allahın əmr etdiyi xeyirli işlərə sərf etməyə görə məsuliyyət daşıyır. Mömin insan Allahın ona verdiyi maddi imkanlarla bərabər bədənindən də Onun rizası üçün, onun yolunda səy göstərmək üçün istifadə edir və Allahın razılığını, rəhmətini və həmişə nemətlərlə dolu olan cənnəti qazanmağa ümid edir:

"Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır..." ("Tövbə" surəsi, 111).

Quran əxlaqını yaşayan fərdlərdən təşkil olunan bir cəmiyyətdə yoxsulluq, aclıq, səfalət və bu kimi digər çətinliklərin meydana çıxardığı qarşıdurma, dava, oğurluq, cinayət kimi çirkin əməllər ortadan qalxar. Beləliklə, rahatlıq və rifah Allahın izni ilə ən yüksək səviyyəyə çatar.



Gözəlliklər qarşısındakı davranışı

Zənginlik, əzəmət, dəbdəbə və gözəllik cənnətin xüsusiyyətlərindən olduğu üçün Allah cənnəti xatırladacaq, möminin cənnətə qovuşma arzusunu və həyəcanını artıracaq nemətlərin oxşarlarını bu dünyada da onlara verib.

Dayanmadan axan çaylardan görməli məkanlara, heyrətamiz dərəcədə gözəl olan bağçalardan insanların fiziki gözəlliyinə, estetik tikililərdən gözoxşayan sənət əsərlərinə qədər bütün nemətlər Allahın insanlara bir lütfüdür. Dünya həyatında bu nemətlərin hər birinin yaradılışının hikməti var. Möminlər yer üzündəki bütün gözəllikləri onların orijinalının bir bənzəri, nümunəsi və müjdəsi kimi dəyərləndirirlər. Allah iman gətirənləri Quranda bu şəkildə müjdələyir:

İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün altından çaylar axan cənnətlər vardır. Meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə yediyimiz ruzidir", - deyəcəklər. Əslində isə bu onlara -bənzər olaraq verilmişdir. Onlardan ötrü orada pak zövcələr də var. Onlar orada əbədi qalacaqlar" ("Bəqərə" surəsi, 25).

Axirətdəki nemətlər dünyadakı nemətlərə nə qədər bənzəsə də, onlar gerçəklik və daimilik baxımından dünyadakılardan müqayisə olunmayacaq qədər üstündür. Allah cənnəti qüsursuz bir şəkildə yaradıb və gözəllikləri qat-qat artırılan nemətlərlə təchiz edib. Quran əxlaqına sahib olan bir insan gördüyü hər gözəlliyin cənnətdəki üstün yaradılışını və möhtəşəmliyini düşünür. Göy üzünə baxarkən "genişliyi göylərlə yer üzü qədər" ("Ali-İmran" surəsi, 133) olan cənnətin böyüklüyünü; gözəl məskənlər görərkən "altındakı çaylar axan cənnət guşələrini" ("Ənkəbut" surəsi, 58); gözqamaşdırıcı daş-qaş görərkən "qızıl bilərziklər və incilərlə" ("Fatir" surəsi, 33) yaradılmış cənnət bəzəklərini; qəşəng və zərif geyimlərlə qarşılaşanda "nazik və qalın ipəkdən" ("Kəhf" surəsi, 31) hazırlanmış cənnət paltarlarını; ləzzətli qida və içkilər dadanda cənnət "orada dadı dəyişməyən sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar" ("Muhamməd" surəsi, 15) olduğunu; gözoxşayan bağçalar görəndə "yamyaşıl" ("Rəhman" surəsi, 64) cənnət bağçalarını; estetik mebellər qarşısında cənnətdəki "bəzənmiş taxtları" ("Vaqiə" surəsi, 15) düşünür. Bu düşüncələrə görə də dünyadakı bütün gözəlliklər iman gətirən bir insan üçün onlara sahib olub-olmamasından asılı olmayaraq böyük bir zövq qaynağı və şükür vasitəsidir. Eyni zamanda cənnət həsrətini və səyini artıracaq önəmli bir şövq qaynağıdır.

Quran əxlaqına uyğun yaşayan bir mömin özündən daha gözəl və ya daha varlı olan bir adamı qısqanmaz, sahib olduğu var-dövlətə görə ona hirslənməz. Bir çox insanlar kimi özünü göstərən, özünü gözə soxan, özünü nümayiş etdirən bir ev sahibi olmadığı üçün heyfsilənməz. Çünki möminin həyatının əsas qayələrindən biri bu gözəlliklərə müvəqqəti bir zaman ərzində deyil, əbədi olaraq, sonsuza qədər sahib olmaqdır. Əbədi olan isə əsl yurd olan axirətdir. Allah Quranda buna "Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlə müjdələyir" ("Tövbə" surəsi, 21) ayəsi ilə diqqət çəkir.

Quran əxlaqından uzaq yaşayan insanlar isə axirətin əsl yurd olduğunu qulaqardına vuraraq dünya nemətlərinə həvəslə, dördəlli bağlanırlar. Onların başlıca məqsədi özlərini təriflətmək, özlərinə görə "hörmətli" və "əhəmiyyətli" bir adam olmaq, maddi imkanlarını genişləndirmək və rahat bir həyat yaşamaqdır. Onlar bütün həyatları boyu müvəqqəti, əhəmiyyətsiz və aldadıcı dünya nemətlərinin arxasınca qaçırlar. Özlərinin sahib olmadığı gözəllikləri görmək isə sadəcə qısqanclıqlarını, hirslərini və üzüntülərini artırır. Məsələn, belə adamlar onlara məxsus olmayan gözəl və dəbdəbəli bir evdə olanda bundan zövq ala bilmirlər. Beyinlərini daim "Niyə mən bu qədər varlı deyiləm?", "Niyə mənim belə bir gözəl evim yoxdur?" kimi suallarla məşğul edirlər. Yer üzərindəki gözəl olan şeylər bu insanlar üçün ümumiyyətlə bir sıxıntı və dərd-qəm qaynağıdır, çünki onlar bu gözəlliklərdən zövq ala bilmək üçün mütləq həmin gözəl şeylərə sahib olmağın lazım gəldiyini düşünürlər.

Halbuki Quran əxlaqına uyğun yaşayanlar bu gözəlliklərə sahib olsalar da, olmasalar da onlardan zövq almağı bacarırlar. Məsələn, imani şüura sahib olan bir insan zəngin insanlara xas olan şəraitdə yaşamır, belə şəraitlərdə ola bilmir, mümkündür ki, belə şəraitləri hətta görmür. Ancaq o, içində olduğu bu mühitin mütləq bir hikmətinin olduğunu bilir. Çünki möminin Allahın yaratmasındakı gözəllikləri görməsi və ya anlaması üçün mütləq orada olmasına ehtiyac yoxdur. Mömin insan Allahın bənzərsiz yaratma gözəlliklərini öz fərasəti və bəsirəti ilə hər yerdə və hər an dərk edir. Gecələr göy üzündə ulduzların əmələ gətirdiyi əzəmət, bir gülün rəngindəki, quruluşundakı, qoxusundakı bənzərsiz gözəllik gün ərzində hamının rastlaşacağı və qiymətləndirəcəyi nümunələrdən bir neçəsidir.

Daha öncə də bildirdiyimiz kimi, möminlərin cənnətə olan həsrəti onların öz ətraflarını cənnəti xatırladan məkanlara çevirməsinə səbəb olur. Cənnət əlbəttə ki, hər insanın xəyalına gətirə biləcəyindən daha artıq gözəl olan sənət əsərlərinə, dünyada heç bir insanın nail ola bilmədiyi qüsursuzluqda olan təsvirə və gözəlliklərə sahib olan bir məkandır. Yalnız Quran əxlaqına uyğun yaşayan bir müsəlman dünyada sahib olduğu bütün imkanlardan istifadə edərək öz ətrafını əlindən gələn qədər gözəlləşdirməyə çalışır. Allah Quranda Hz.Süleymanın çox üstün bir sənət anlayışına sahib olduğuna diqqət çəkir. Hz.Süleymanın köşkündə həqiqi bir sənət - estetika və gözəllik hakimdir. Rəbbimiz Süleyman peyğəmbərin Allahın bir neməti olan zənginlikdən və əzəmətdən çox böyük zövq almasına bir ayədə belə diqqət çəkir:

"O dedi: "Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm..."" ("Sad" surəsi, 32).

Böyük mövqe, böyük var-dövlət və hakimiyyət verilən Hz.Süleyman sahib olduğu bütün nemətlərdən Allah yolunda və Onun istədiyi şəkildə istifadə etmişdir. Bu səbəblə də Quranda təriflənmişdir. Möminlər də Hz.Süleymanı və digər peyğəmbərləri özlərinə nümunə götürür, əllərinə keçən hər cür neməti eynilə bu müqəddəs insanlar kimi Allahın rizasını qazanmağa sərf edirlər.



Pis kimi görünən hadisələr

qarşısındakı davranışı

Hər insan gün ərzində müxtəlif çətinliklərlə qarşılaşa bilər. Ancaq möminlər qarşılaşdıqları çətinliklərin nə olmasından asılı olmayaraq Allaha təslim olur, Onu özlərinə vəkil edir, (təvəkkül edərək) belə düşünürlər: "Allah bizi bu dünya həyatında hər etdiyimizlə və hər düşündüyümüzlə sınayır. Bu, bir an belə unudulmayan çox önəmli bir həqiqətdir. Elə isə gördüyümüz hər hansı bir işdə çətinliklə qarşılaşdığımız və ya işlərin qaydasında olmadığını düşündüyümüz zaman Rəbbimizin bunların hamısını bizi sınamaq üçün qarşımıza çıxardığını qətiyyən unutmamalıyıq".

Allah insanların qarşılaşdığı hər cür hadisənin Ondan olduğunu bir ayədə belə bildirir:

"De: "Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!"" ("Tövbə" surəsi, 51).

Imanlı bir şüurla düşünən hər kəs bilir ki, yaşanan və qarşımıza çıxan hər bir hadisə Allahın nəzarətindədir və onun dünya və axirət üçün mütləq bir xeyiri var (ətraflı məlumat üçün bax: Harun Yəhya, "Hər şeydə xeyir görmək"). Məsələn, insanın sevdiyi bir əşyasını itirməsində bir çox faydalar var. Kənardan baxanda pis kimi görünən bu hadisə möminin öz səhvlərini görməsinə, diqqətli olmasına, bəzi məsələlərdə daha çox tədbir görmək barədə düşünməsinə səbəb olur. Bununla bərabər insanın heç bir şeyə sahib çıxmaması lazımdır, çünki hər şeyin tək sahibinin Allah olmasının xatırlanması da bu tip hadisənin digər bir xeyirli cəhətidir.

Haqqında bəhs edilən vəziyyət gündəlik həyatda qarşılaşdığımız hər bir böyük və ya kiçik hadisəyə aiddir. Məsələn, bir iş yerində səhv anladığı üçün və ya birinin diqqətsizliyi ucbatından səhv yerə pul ödəmələri ola bilər; saatlarla kompüterdə üzərində işlənən bir iş elektrik kəsildiyinə görə bir anda yox ola bilər; gənc bir tələbə həddindən artıq çox oxumasına baxmayaraq o gün xəstələndiyi üçün universitet imtahanına getməyə bilər; bir insan çox təcili getməli olduğu bir yerə gedərkən təyyarəsinə, avtobusuna çatmaya bilər... Hər kəsin öz həyatı boyunca qarşılaşa biləcəyi bu cür çətin və tərs kimi görünən hadisələr var.

Ancaq bu hadisələrin hər birində iman sahibi olan bir insan üçün bir çox gözəlliklər var. Mömin insan hər şeydən öncə Allahın onun davranışını və səbrini sınadığını, öləcək və axirətdə hesab verəcək bir insanın bu hadisələrə görə kədərlənib vaxt itirməsinin yersiz olduğunu düşünür. Hər hadisənin arxasında bir xeyir olduğunu bilir. Heç bir hadisə qarşısında "Heyf!" demir. İşlərini asanlaşdırması və hər şeyi faydalı hala gətirməsi üçün Allaha dua edir. Və bir çətinlikdən sonra asanlıq gələndə o an bunun Allaha etdiyi duanın bir əvəzi olduğunu, Allahın duaları eşidən və onları qəbul edən olduğunu düşünür və Allaha şükür edir.

Bunları düşünərkən gününə davam edən insan nə ilə qarşılaşırsa-qarşılaşsın əsla ümidsizliyə qapılmır, narahat olmur, qorxub kədərlənmir, çarəsiz vəziyyətdə qalmır. Allahın bunları mütləq bir xeyir və gözəllik əsasında yaratdığını bilir. Üstəlik bunu yalnız başına gələ biləcək böyük hadisələrdə deyil, bir az öncə bəhs etdiyimiz kimi, gündəlik həyatı içində qarşılaşdığı irili-xırdalı hər məsələdə düşünür.

Məsələn, təsəvvür edin ki, bir insanın planlaşdırdığı mühüm bir işi istədiyi kimi getmir, tam uğur əldə etmək üzrə ikən son anda ciddi bir problemlə qarşılaşır. Bu insan bir anda hirslənir, sıxıntıya düşür, kədərlənir, qısası, hər cür çətinliyi yaşayır. Halbuki hər şeydə bir xeyir olduğunu düşünən bir insan Allahın bu hadisə ilə ona göstərdiyi hikmətləri düşünüb tapmağa çalışır. Bu mövzuda daha qəti tədbir görməsinə Allahın diqqət çəkmiş ola biləcəyini düşünür. Texniki cəhətdən lazım olan bütün tədbirləri görür və "bəlkə də bu şəkildə daha mühüm zərərlərin əmələ gəlməsinin qarşısı alındı" deyərək Allaha şükür edir.

Bir yerə getməyə çalışarkən minəcəyi avtobusa çatmasa, "Bəlkə gecikməyim və ya avtobusa minməməyim məni bir qəzadan və ya başqa bir pislikdən qorumuşdur" deyə düşünür. Bunlar sadəcə olaraq bir neçə nümunədir. "Bunun kimi daha bir neçə hikmət ola bilər" deyə düşünür. İnsanın gündəlik həyatında belə nümunələrdən çox göstərə bilərik. Amma burada əhəmiyyətli olan məsələ budur: insanın qurduğu planlar həmişə onun istədiyi kimi nəticə verməyə bilər. Belə bir vəziyyətdə təvəkkül edən, qarşılaşdığı hadisədə xeyir axtaran adam çox şey qazanır. Çünki Allah ayəsində insanlara belə bildirir:


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə