MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə1/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
  1   2   3   4   5   6   7   8   9   ...   34


MÜSEYİB ƏLİYEV
BANKLARIN İNKİŞAF 
İSTİQAMƏTLƏRİ
“Şərq-Qərb”
Bakı – 2011


Müəllif kitabın çap olunmasında göstərdiyi maliyyə yardımına görə 
“AtaBank” ASC-nin rəhbərliyinə öz dərin təşəkkürünü bildirir.
Müəllif:  
 
Müseyib Fayaz oğlu Əliyev
 
 
iqtisad üzrə fəlsəfə doktoru 
Rəyçilər:    
Damət Bağırov
 
 
iqtisad elmləri doktoru, professor 
 
 
Bəybala Xankişiyev 
 
 
iqtisad üzrə fəlsəfə doktoru, professor 
 
 
Zöhrab İbrahimov 
 
 
iqtisad üzrə fəlsəfə doktoru, dosent 
M.F.Əliyev. Bankların inkişaf istiqamətləri. Monoqrafiya.
Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011, 120 səh.
Monoqrafiya bank fəaliyyətinin iqtisadi əsaslarının elmi-nəzəri və praktiki 
tədqiqinə həsr edilmişdir. Monoqrafiyada bank fəaliyyətinin iqtisadi münasi-
bətlər sistemində yeri, Azərbaycanda bank fəaliyyətinin müasir vəziyyətinin 
təhlili  və  inkişafının  əsas  xüsusiyyətləri,  yeni  iqtisadi  şəraitdə  bank  fəaliy-
yətinin təkmilləşdirilməsi istiqamətləri kimi elmi-praktiki məsələlər öz əksini 
tapmışdır.
Kitab  bank-maliyyə  sahəsində  çalışan  əməkdaşlar,  iqtisadi  sahədə  təhsil 
alan magistr və tələbələr, bu sahədə elmi tədqiqat aparan şəxslər, sahibkarlıq 
subyektləri və maliyyə-iqtisad elmi ilə maraqlanan digər şəxslər üçün maraqlı 
ola bilər.
ISBN 978-9952-34-741-8
© M.F.Əliyev, 2011
© “Şərq-Qərb” Nəşriyyat evi, 2011


3
MÜNDƏRİCAT
Giriş ..................................................................................................... 7
I Fəsil
Bank fəaliyyətinin iqtisadi münasibətlər sistemində yeri ............. 13
1.1. Bank sistemi və onun inkişaf mərhələləri ................................... 13
1.2. Bankların iqtisadi münasibətlər sistemində əhəmiyyəti ............. 30
1.3. Bank fəaliyyətinin tənzimlənməsinin hüquqi əsasları ................ 36
II Fəsil
Azərbaycanda bank fəaliyyətinin müasir 
vəziyyətinin təhlili və inkişafinin əsas xüsusiyyətləri .................... 50
2.1. Bank fəaliyyətinin müasir vəziyyətinin təhlili ............................ 50
2.2 Bankın passiv əməliyyatlarının əsas xüsusiyyətləri ..................... 68
2.3. Bank menecmentində daxili nəzarət və auditin rolu ................... 78
III Fəsil
Yeni iqtisadi şəraitdə bank fəaliyyətinin 
təkmilləşdirilməsi istiqamətləri ....................................................... 88
3.1. Bank fəaliyyətində monitorinqin istifadə imkanları ................... 88
3.2. Bank fəaliyyətinin təkmilləşdirilməsinin əsas istiqamətləri ....... 94
3.3. Bank fəaliyyətinin inkişaf strategiyası ...................................... 105
Nəticə və təkliflər .............................................................................111
İstifadə olunmuş ədəbiyyat............................................................ 116



“...İqtisadi inkişafın növbəti mərhələsi maliyyə-
bank sisteminin inkişafı üzrə yeni vəzifələr irəli 
sürür. Bank sisteminin iqtisadiyyata daha geniş 
maliyyə xidmətinin göstərilməsində, sahib kar lığın 
maliyyə ehtiyaclarının ödənilməsində rolu daha 
da artırılmalı, bank sektorunda sağlam rəqa-
bət  mühiti  formalaşdırılmalı,  bank  sisteminin 
etibarlılığı  və  dayanıqlığı  yüksəldil məli  və 
müasir  qloballaşma  tələblərinə  uyğun  dünya 
bank  sisteminə  inteqrasiyası  sürətlən di ril-
məlidir...”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti



7
GİRİŞ
Bazar münasibətləri şəraitində bankların fəaliyyətinin inkişaf 
etdirilməsi  və  təkmilləşdirilməsi  problemlərinin  öyrənilməsi 
həmişə aktualdır. Yeni iqtisadi şəraitin tələblərinə müvafiq olaraq, 
aparılan iqtisadi islahatlar bank fəaliyyətinin daha da təkmilləş-
dirilməsini,  onların  yeni  prinsiplər  əsasında  qurulmasını  tələb 
edir. Aparılan islahatlar bank sisteminin sabitliyinin və dinamik 
inkişafının təmin edilməsi üçün əlverişli şərait yaradır. Bankla-
rın  səmərəli  fəaliyyəti  bank  sisteminin  sabitliyi  üçün  mühüm 
əhəmiyyətə  malikdir.  Məhz  buna  görə  də,  bazar  münasibətləri 
şəraitində bankların fəaliyyətinin təkmilləşdirilməsi iqtisad elmi-
nin  mərkəzi  problemlərindən  biri  olub,  onun  nəzəri-metodoloji 
və praktiki aspektlərini müəyyən edən fundamental elmi tədqi-
qatların sistemli şəkildə aparılmasını zəruri edir.
Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  bank  fəaliy-
yətinin  təkmilləşdirilməsi  həmişə  diqqət  mərkəzində  olmuşdur. 
Azərbaycan  Respublikasında  iqtisadiyyatın  sabit  və  sürətli 
inkişafı bank sisteminin formalaşması, xüsusilə də kommersiya 
banklarının səmərəli fəaliyyət göstərməsi ilə sıx bağlıdır. Bank-
ların ölkə iqtisadiyyatının mühüm özəklərindən biri olması, fəa-
liyyət  çərçivəsinə  görə  kütləviliyi,  onun  işinin  lisenziyalaşdı-
rılması,  təkmilləşdirilməsi  və  buna  nəzarət  edilməsi  məsələləri 
dövlətin əsas funksiyalarından biridir.
Hər bir ölkənin özünəməxsus xüsusiyyətləri olduğu üçün tən-
zimlənmə metodları da müxtəlif olur. Ümumiyyətlə, hal-hazırda 
dünya  miqyasında  bank  işi  getdikcə  dövlətin  müdaxi ləsindən 
azad  olur.  Bu  isə  ilk  növbədə  beynəlxalq  maliyyə  bazarlarında 
müxtəlif aparıcı transmilli bankların rəqabəti ilə əlaqədardır.
Bank  sisteminin  fəaliyyət  mühitinin  formalaşması  dövlətin 
makroiqtisadi siyasəti, hansı iqtisadi nəzəriyyənin və strategi yanın 
aparıcı  olmasından  asılıdır.  Məsələn,  əsasını  ucuz  pul  siyasəti 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə