Musiqisi: Rəşid Şəfəq. Sözləri : Məmməd Aslan



Yüklə 5,65 Kb.

tarix28.06.2018
ölçüsü5,65 Kb.

background image
Ağla, qərənfil, ağla... 

Musiqisi: Rəşid Şəfəq. 

Sözləri : Məmməd Aslan. 

 

1.  Qərənfil - şəhid qanı: 



Ağla, qərənfil, ağla! 

Ağla, inlət meydanı, 

Ağla, qərənfil, ağla! 

Nəqərat: 

Ağla, ürək boşalsın, 

Ağla, dağlar yumşalsın, 

Ağla, qərənfil, ağla! 

 

2.  Bəxti asılan qıza, 



Hünəri aslan qıza, 

Toyu yas olan qıza-  

Ağla, qərənfil, ağla! 

Nəqərat: 

3.  Bu təklənmiş şirlərə, 

Bu arxasız ərlərə, 

Bu talesiz nərlərə- 

Ağla, qərənfil, ağla! 

 

Nəqərat: 



Bu günahsız qanlara, 

Bu müqəddəs canlara, 

Bu nakam cavanlara –  

Ağla, qərənfil, ağla! 

 

Nəqərat: 



Bu qara yazılara, 

Bu körpə quzulara, 

Quruyan arzulara- 

Ağla, qərənfil, ağla! 

 

Nəqərat: 



 

 

Ağla, qərənfil, ağla : mahnı // Mədəniyyət. -  1991. – 20 Yanvar. – S. 3. 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə