Mustafa ağA ŞUXİ Dİvan baki – 2011 azərbayjan miLLİ elmlər akademiyasi



Yüklə 2,18 Mb.
səhifə1/7
tarix27.10.2018
ölçüsü2,18 Mb.
  1   2   3   4   5   6   7



MUSTAFA AĞA ŞUXİ

DİVAN

BAKI – 2011


AZƏRBAYJAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU


MUSTAFA AĞA ŞUXİ

DİVAN

BAKI – NURLAN – 2011

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 13 oktyabr 2010-ju il tarixli 10 №-li ijla­sı­­nın qərarı ilə nəşr edilir.
Nəşrə hazırlayan və ön sözün müəllifi:
Nailə MUSTAFAYEVA,

filologiya üzrə fəlsəfə doktoru


Redaktoru:
Paşa KƏRİMOV,

filologiya üzrə fəlsəfə doktoru


Kompüter ijraçısı:
Nuranə SALMANOVA

Mustafa ağa Şuxi. Divan. Bakı: Nurlan, 2011, 186 s.

Kitab XIX əsr Azərbayjan şairi, Şəki xanlarının nəslindən olan Mustafa ağa Şuxinin AMEA Əlyazmalar İnstitutunda mü­hafizə edilən iki avtoqraf əlyazması əsasında nəşrə hazırlan­mış­dır.

ÖN SÖZ
XIX əsrdə yaşayıb-yaratmış, Azərbayjan türk­jəsində divan müəllifi olan Mustafa ağa Şuxinin həyat və ya­ra­dı­jılığına dair əlimizdə az məlumat vardır. Bildiyimiz odur ki, o, Şəki xanları nəslindən olmuşdur. Şəki xanlı­ğının banisi Hajı Çələbi xan (?-1754/55) Mus­­ta­fa ağanın ulu babasıdır. Hajı Çələbi xanın oğlu Həsən ağa (?-1718), nəvəsi isə həm də şeirləri ilə tanınan Məhəmməd Hü­seyn xan Müştaq (?-1780) olubdur. Ümumiyyətlə, Şəki xanları nəslinin nüma­yəndələri içərisində bir neçə şəxs şairlik istedadı ilə seçilmişdir. 1925-ji ildə «Kommunist» nəşriyyatında Müştaqın şeirlər toplusunu çap etdirən gör­kəmli ədəbiyyatşünas alim Salman Mümtaz onu maarif­pərvər şair kimi təqdim edir. Alim Məhəmməd Hüseyn xanın Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şəkili Nəbi, Şəkili Raji, Ağjayazılı Zari, Kəlbirli Rafe` və başqaları ilə dost olduğunu da göstərmişdir. Mümtaz Müştaqın Vaqiflə dostluğu barədə yazır: «Müştaq Molla Pənah Vaqifin va­lehi-məftuni və şeirlərinin aşiqi-aşüftəsi idi. Bunu hiss edən Vaqif artıq rəsmiyyəti buraxaraq hər bir dərdini, is­tə­yini apaçıq Müştaqa söylərdi. Odur ki, qonşu xanlıqlara və yaxud qəzalara çıxarkən bir mümtaz tüfəngə ehtiyaj hiss edən Vaqif Şəkidə dostu Müştaq ilə etdiyi müsahi­bə­lərinin birində bir əla tüfəng istəmiş, o da Vaqifə bir gözəl tüfəng göndərəjəyini vəd etmişdi. Müştaq nəsə etdiyi vədini unudaraq tüfəngi gön­dərməmişdi. Vaqif də aşağıdakı müxəmməsi inşad edərək Kəbirli «Rafe`» tə­xəl­lüs vasitəsilə Şəkiyə gön­dərərək Müştaqa şuxyanə gilayə etmişdir… Müştaq səmimiyyətlə sevdiyi Vaqifi daha da xoşhal etmək üçün ona bir də bir xoşjövlan at bağışladığını xəbər verir ki, müxəmməsin dördünjü bəndi sözümüzə dəlildir…» (1, s. 90-91).

Salman Mümtaz Məhəmməd Hüseyn xanın xanlığı idarə etməsi barədə yazır: «Şəki vilayətini Müştaq gözəl idarə etdiyindən dolayı İran hökuməti Şirvan məmləkə­ti­nin idarə olunmasını da ona mühəvvəl etmişdi. Odur ki, İran müvərrixləri Müştaqin ləqəbini «Məhəmməd Hüseyn xan bəylərbəgiyi-Şəki və Şirvan» ibarəsi ilə qeyd edir­lər… İyirmi iki il hökumət edə bilən Müştaq Şəki və Şir­van məmləkətlərini gözəl idarə etdiyindən dolayı bir çox rəqib və düşmənlər qazanmışdı…» (1, s. 95).

Müştaqın oğlu, Mustafa ağanın babası Fətəli xan (?-13 may 1815) 1804/05 və 1806/07-ji illərdə iki dəfə (hə­­rəsində bir neçə ay) xanlıq etmişdir. Fətəli xan da şairlik istedadına malik olmuş, «Mehnəti» təxəllüsü ilə şeirlər yazmışdır. Filologiya elmləri namizədi Ədalət Ta­hir­zadənin verdiyi məlumata görə, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Salman Mümtazın əli ilə yazılmış bir jüngün (arx.38, Q-34/580) 91 a vərə­qində «mərhum Fətəli xan «Mehnəti» təxəllüsün bir mümtaz qəzəli»nə (farsja, 5 beyt) rast gəlirik.

Fətəli xanın oğlu «Fateh» təxəllüsü ilə şeirlər yazan Kərim ağa Şəkixanov /1887/88-1859) da dövrünün alim və şairi kimi tanınmışdır. Mustafa ağa Şuxi Əlyazmalar İnstitutunda saxlanan «Kərim ağa Fatehin tərjümeyi-halı» adlı 21 səhifəlik avtoqraf yazısında (şifri: B-1890/ 13639) atası barədə yazır: «Bir parə əhvalat-əxbaratdan məlum və məfhum olur ki, kətmi-ədəmdən səhrayi-vüju­də təşrif gətürüb təvəllüd etmələri olub səneyi-islamiyyə 1202 (m.1787/88) tarixdə Şəki ölkəsində. Silsileyi-bərgü­zideyi-xəvaninül-əzamdan olub, pedəri-valaməqamları mərhum Fətəli xan ibn Hüseyn xan bəglərbəgiyi-Şəki və Şirvan ibn Həsən ağa ibn Hajı Çələbi xan mərhum. Ma­dəri-mehribanları Xurşid xanım əsl-əl-Qübbə əvvəl Hajı Əbdülqadir xan ibn Hajı Çələbi xana təzvij olunub, bəd Fətəli xan mərhuma; nəhayətdə aqilə və kamilə olmağı məşhur və mübərhəndir» (2).

Firidun bəy Köçərli ilk dəfə 1925-1926-jı illərdə Azər­bayjan Dövlət Nəşriyyatında «Azərbayjan ədəbiyyatı ta­ri­xi materialları» adı ilə çap edilmiş kitabında Kərim ağa Fatehi gözəl təlim görmüş savadlı ziyalı və şair kimi təq­dim edir: «Kərim ağa ibn Fətəli xan «Fateh» təxəllüs Şəki şairlərinin bərgüzidələrindən birisi hesab olunur. Kərim ağa Şəki xanlarının xanədanından olmağa görə nəjib və alitəb bir zat imiş; familiyası-Şəkixanov. Mirzə Fətəlinin müasiri olubdur və onun xatirini əziz tutarmış və hər dəm ləyaqətli töhfələrlə mirzəni yad edərmiş…

Fətəli xanın fərzəndi-ərjüməndi Kərim ağa atasının təhti-himayəsində nəşvü nüma tapıb, gözəl təlim və tər­biyə almışdır. Fars və ərəbjə yaxşı savadı var imiş. Təb`i-səlim sahibi imiş. Özləri əhli-kəmal və sahibi-hal ol­duğu üçün üləma sinfini, üdəba və şüəranı ziyadə dost tutarmış və müdam məjlisini onların vüjudu ilə müzəy­yən qılıb həqiqi xan tərzində güzəran edərmiş»(3, s.270).

Kərim ağa Fatehin ana dilində yazdığı ən gərəkli əsəri 1829-ju ildə yazılmış, bir neçə dəfə çap edilmiş «Şəki xanlarının ixtisar üzrə tarixi»dir. Şəki tarixinin öyrənilməsi üzrə ən mühüm mənbələrdən biridir.

Kərim ağanın oğlu Mustafa ağa Şuxi barədə də əlimizdə məlumat çox azdır. Tədqiqatçı Ədalət Tahirzadə «Kərim ağa Fatehin həyat və yaradıjılığından qeydlər» adlı məqaləsində yazır: «Mustafa ağa Şuxi hijri 1274-jü (m.1857/58) ildə atasından alınıb Peterburqa aparılmış, orada böyüyüb, kornet çininə yüksəlmişdir. Atasını bir daha görə bilmədiyi, dəfnində iştirak edə bilmədiyi üçün, onun borjundan çıxmaqdan ötrü tərjümeyi-halını yazma­ğı qərara almışdır. Özü 1895-ji ildə ölüb. Şeirlə­rinin bir neçəsini Salman Mümtaz çap etdirib». (4, s. 57).

Tahirzadə həmin məqaləsində Şuxi barədə S.Müm­tazın əlyazmasından öyrəndiyi başqa bir məlumatı da diqqətimizə çatdırır: «S.Mümtaz başqa bir əlyazmada (Ə.i, arx. 38, 1-2/78) Mustafa ağa haqqında beləjə qısa məlumat verir: «Mustafa ağa dörd il kanvoyluq eləyib. 1857-ji tarixdə kanvoyluğa aparıb, 61-də karnet (kornet-Ə.T.) [çini] alıb qayıtdı. Karnetdən qayıtdığı zaman Şəkidə murov pamoşnikligi elədi. Təxminən beş il bu xid­mətdə qaldı. Mustafa ağa əvaxiri-ömrüsünü Qaraqosı (Qaraqoyunlu) adnalı kəndisinə məxsus kəndində keçir­miş və orada da füj`ədən vəfat etmişdir. Sonra jəna­zə­si­ni Şəkiyə gətirib Hüseyn xan məsjidinin həyətində Kə­rim ağa Fatehin qəbrinin yanında dəfn etmişlər» (4,s.58).

Firidun bəy Köçərli adını çəkdiyimiz məşhur əsərində Mustafa ağadan rəvan və gözəl təbli şair kimi danışır. Firidun bəy yazır: «Mustafa ağa Şəkixanov məşhur şair Kərim ağa Fatehin sülbi oğludur. Mustafa ağa validi-bü­zürgüzarı kimi mərifət və kamal sahibi möhtərəm bir şəxs olub, əksər övqat məjlisini ürəfavü şüəralar ilə təzyin edərmiş. Zindəganlığının ibtidasında dövlətmənd olub, axır vaxtlarda bir az kasıb düşübdür və özünə mütəəlliq olan əmlakın mədaxili ilə güzəran edərmiş. Mərhum Mus­tafa ağa Şuxinin çox rəvan və gözəl təbi var imiş. Öz dəst xətti ilə yazılmış bir divanı vardır ki, onda ədə­biy­ya­tın hər növünə dair əşarü kəlam vardır». (3. s. 270) Kö­çərli əsərinin tərtibçisi filologiya elmləri namizədi Ruqiyyə Qəmbər qızının göstərdiyinə görə, Firidun bəy Şuxi əsər­lərini araşdırarkən onun Əlyazmalar İnstitutunda saxla­nan B-2584 şifrəli əlyazma divanından istifadə etmişdir (3, s.423).

Qeyd etmək istərdik ki, Əlyazmalar İnstitutunda Şuxi divanının iki nüsxəsi saxlanılır (Şifr: B-2584 və M-125). Hər iki əlyazma müəllifin özü tərəfindən köçürülmüşdür, avtoqraf nüsxəsidir. 217 səhifədən ibarət birinji əlyazma 1892-ji, 220 səhifə həjmində olan ikinji əlyazma isə 1890-jı ildə köçürülmüşdür. Bəzi kiçik fərqlər olsa da, hər iki divan nüsxəsindəki əsərlər, demək olar ki, eynidir. Şairin əsərlərini çapa hazırlayarkən daha mükəmməl he­sab etdiyimiz B-2584 şifrəli əlyazmanı üstün tutmuş, yeri gəldikdə M-125 şifrəli əlyazmadan da istifadə etmişdik. Əsas tutduğumuz nüsxədə əsərlər belə ardıjıllıqla düzü­lüb: dibaçə, 2 qitə, farsja 17 qəzəl, 162 türkjə qəzəl, 1 mər­siyə, 6 qəsidə, 1 tərjibənd, 1 müsəddəs, Füzuliyə 2 təxmis, 1 müxəmməs, 18 rübai, 1 müxəmməs, «Dər tə­rife-şəhre-Şəki» şeiri, 55 qəzəl. Buradakı şeirlər içində jəmi 17 qəzəl farsja, bütün digər şeirlər ana dilindədir. Şeirlərin ümumi həjmini hesabladıqda görürük ki, burada jəmi türkjə 217 qəzəl, 6 qəsidə, 18 rübai, 2 qitə, 2 mü­xəmməs, Füzuliyə 2 təxmis, 1 müsəddəs, 1 tərjibənd, 1 mərsiyə və Şəki haqqında 1 şeir; farsja 17 qəzəl var­dır.

Mustafa ağanın şeirlərini məzmununa görə 4 yerə bölmək olar:



  1. Dini məzmunlu, 2) lirik, 3) ijtimai məzmunlu, ma­arif­çi, 4) müxtəlif hadisələrə həsr edilmiş şeirlər.

Şuxi atası Kərim ağa kimi, əsərlərində dini mövzuya xü­susi fikir vermiş, Tanrının, Peyğəmbərimizin mədhinə gözəl şeirlər həsr etmişdir:
Səni məhbub qılmışdır xudayi-əkbərü ə`la,

Ki, sənsən kainat içrə münəvvər gövhəri-ə`la.


Şəhi-təxti-nübüvvətsən, həbibi-həqqi-ziqüdrət,

Səfarayi-güruhi-əhli-məhşər, sərvəri-ə`la.


Xoşa mümtaz qılmışdır səni kövnü məkan içrə,

Həmə məxluqi-aləmdən güzidə, bərtərü ə`la…

(5, s.19)

Xalqın həyat və məişətinə heç bir zaman laqeyd qall­mayan Şuxi inkişafa mane olan insanlar arasındakı paxıl­lığı, xəyanəti, əyriliyə meyli tənqid edir:

Nə surət bilməzəm əhvali-xəlqi-dövri-hazirdir,

Olubdur bir-birinə jürmsiz nahəqq jabirdir.


Xəyanətlə dəruni sərbəsər məmlüvdür xəlqin,

Kimi təsviri-adəmlikdə görsən, şəkli-zahirdir…


Ujalda gəl fələk həmmillətindən bir kəsin başın,

Dili-əqvami-büxlindən müdam aşüftəxatirdir.


Görünməz doğruluq əqvalü əmali-xəlayiqdə,

Sərapa əyrilikdir feli-mərdüm hərçi sadiqdir. (5. s.65)


F.Köçərli bu şeir barədə belə yazır: «Şuxinin bu qə­zəli şikvəüslub olsa da, pürməzmun kəlamlardan birisi olub, bizim yerlərin əhalisinin müqtəzayi-təbiətləri olan büxlü həsədi, nəmmamçılığı, öz işini buraxıb özgə sözü danışmağı, aralıq qarışdırmağı, qövm-əqrabanın tərəqqi­sinə xəyanət və əfsürdəhal olmasına bəşaşət etməkləri və filjümlə bəşərə layiq olmayan hal və sifətlərini şərhü bəyan edir.

Filhəqiqə, anjaq bizim torpağın adamlarıdır kəsrəti-kəsalətdən öz şüğlü karını atıb, həmdigəri halını təjnis etməyə daim amadə və nazir ola. Bir kəsin başı uja olsa, onun büxlindən digəri pərişan və aşüftəxatir ola. Qardaşı qəzadan bir bəlaya düçar olsa da, ona təsəlli verməyib kəsrəti-qənaətdən onun pəcmürdə halına qəlbdən şadü şakir ola. Bu qism sifətlər ilə müttəsif olanlar, əlbəttə, zahirdə adama bənzəsələr də, batində və həqiqətdə adamlıqdan uzaq və kənardırlar». (3, s. 271).

«Zamanın halətin bu tərz ilə görən» Şuxi bu vəziyyətə laqeyd qala, göz yuma bilmir, xalqı birliyə səsləyir.

Mustafa ağa şeirində qədim tarixə, mədəniyyətə malik xalqının dövrün tələbindən geri qaldığını, qəflət yuxusunda olduğunu ajı bir təəssüflə qeyd edir, bunun səbəbləri barədə düşündüyünü deyir:


Xabi-qəflətdə qalıbdır belə əhli-islam,

Həmə bihuş, nə bir karə mühəyya, səd heyf!


Qabili-tərbiyeyi-elmü maarifdə ikən,

Qalmışıq vadiyi-qəflətdə sərapa, səd heyf!


Söndürüb əldə ikən böylə qalıb zülmətdə,

Nuri-islam kimi məş`əli-ziba, səd heyf!


Nə səbəb qalmağa bu halətə bilməm, Şuxi,

Yox imiş bir kəsimiz samevü bina, səd heyf! (5, s.83).


Şuxi əsərlərinin əksəriyyəti məhəbbət mövzu­sunda yazılmış lirik şeirlərdir. Onun qəzəllərində sevgilisinə qar­şı ən səmimi hisslər bəsləyən, sədaqətli aşiqin obrazı əksini tapmışdır:
Könül aramın o gülçöhreyi-xəndan aparır,

Nə ki arami-dili, bəlkə dilü jan aparır.


Nə zaman olsa müqabil nəzərimdə kuyin,

Gözüm ol neməti-rizvandan ehsan aparır.

(5, s. 58-59)
Şairin lirik qəhrəmanı sevgilisinin həsrəti ilə yaşayır, onun bir busəsi aşiqə ölüm məqamında belə həyat bəxş edə bilər:
Firqətindən gözüm ol novgüli-şirindəhənin,

Əşkini əbri-baharan kimi barəndə edər.


Şuxiya, vəqti-həlakımda yetən dəm ləbdən,

Zində bir busə ilə ol büti-nazəndə edər. (5, s. 63).

XIX əsrin bir çox şairləri kimi, Şuxinin də əsərlərində Füzuli poeziyasının güjlü təsirini görürük. Şair Füzulinin bir sıra şeirlərinə nəzirə yazmış, onun iki qəzəlinə təxmis bağlamışdır.

Firidun bəy Köçərlinin sözləri ilə desək, «ziyadə din­dar və millət təəssüfü çəkən bir vüjud olan» Mustafa ağa­nın şeirlər divanı indiyədək bir toplu halında çap edil­məmişdir. Onun yalnız bir neçə şeirinin Salman Mümtaz tərəfindən nəşr edilməsi barədə məlumatımız vardır.

İnanırıq ki, Mustafa ağa Şuxinin şeirlər toplusu-diva­nının bir kitab halında nəşri XIX əsr Azərbayjan tarixinin tədqiqi ilə məşğul olanlar və ədəbiyyat həvəskarları üçün diqqətəlayiq mənbə olajaqdır.
Ədəbiyyat:


  1. Mümtaz Salman. Azərbayjan ədəbiyyatının qaynaq­ları. Bakı: Yazıçı, 1986.

  2. Şuxi Mustafa Ağa. Kərim Ağa Fatehin tərjümeyi-halı (Əl­yazma). AMEA ƏYİ. Şifr: B-1890.

  3. Köçərli Firidun bəy. Azərbayjan ədəbiyyatı. İki jilddə. İkinji jild. Bakı: Elm, 1981.

  4. Tahirzadə Ədalət. Kərim ağa Fatehin həyat və yara­dıjılığından qeydlər/ Əlyazmalar xəzinəsində. VIII jild. Bakı: Elm, 1987.

  5. Şuxi Mustafa ağa.Divan (Əlyazma). AMEA ƏYİ Şifri: B-2584.


DİBAÇƏ
Həmdü sənayi-bipayan Həzrəti-darəndeyi-aləmi-alə­mi­yanə və derudi-firavan jənabi-Həbibe-Xaliqi-mənna­nə yetirdigində məlum və mübərhən arifani-zəman və bəyan nüktə sənjan əhli-jəhandır ki, mərahimi-Həzrəti-sübhani-bəni-növi-insani məxluqat sayirindən nəfsi-nati­qə ilə mümtaz və istedad ənvai-kəlamati ilə sərəfraz və hər bir nəfs növ'i-digər sənət və qabiliyyət ilə arəstə və hər vüjudi-şəkli-müxtəlif ilə pirastə buyurmuş ilə riştəkeş intezami-aləm zinyətbəxşi-arayeşi-bəni-adəm gera­mi­tərin məxluqati-ruyi-zəmin xəlq edib fərqi məzkurdan bə­zinin qılıb bir üslubunda nətijeyi-kamalatdan möv­zuniyyət təb ehsan iltifat ilə öz süni-qüdrətini əbyat və əş­ar ilə izhar etmək üçün səfheyi-aləmə pərakəndə etdikdə bu jüm­lədən əşhər əş-şüəra əlmütəqəddimin və mütəəxirindən əksərinin zəmiri-müniriləri ənvari-qüd­siyeyi-yəzdani şövqi-jəzbeyi-jəmali-sübhani birlə mü­­nəvvər və derun müsəffaları fiyuzati-jənabi-Rəbbani ilə malamal manən­de abi-zülal və kəmalati-kəramat ürfa­niləri ilə rişteyi-nəzmə çəkdikləri əşar dürri-abdar və şəkkərriz olduqları kəlami-dilşuar səhayifi-səhife kürreyi-divardə neveştə və bərqərar paydar olmaqla qılıb müs­təmeinə həyat və dili-məhzunə qəmumi-əktardan ni­jatbəxş və əşari-lətafət ayinlərdə nəinki məani-məstur, bəl­kə janilə məmlu ol­muş varisteyi-bəyandır.

Minvali-məzkurə üzrə küruhən bədguru hər biri zəma­ni-səadəti-əğran qədrdanlarına nitqi-janfəzala­rından ijad etdikləri talif tərtibi-nabai-izzətabad-ruhəfzaləri sairə ğəbra­də əla inqirazi-zaman bərpa jismi-pakları jəhan içrə ehya olmaları nümayani-arifan jahandur.

Gozareş hali-hazirə gəldikdə mətai-əşar xari-bietibar və kasad bazar gülzari-əbyat pəcmurdə xəzanborde rudi- ğubar xirmən suxteyi-qəzəliyyat rəfteyi-çərxi-dəvvar və napəsənd təbayeğ əhli-rüzgar olmaqilə şüərayi-zəmani- diləfkar və əzqofteyi-xod sərmşar və sədleyi-əyyam nafərjam dili-sədparə olan şişeyi-xatirindən rüdqi intiza­mi-xəyal ilə və təlaş məaş yövmiyyə əyal ilə məşğul dil xəraş ikən çənd fərdi rişteyi-nəzmə yetirinjə tarpu rişteyi-qəlbi-əbram və oham zəmanədən kəsişə vüqar mar və pərişan olmasıyla puyan rahi-durderaz istimdaddə sər­gər­dan olub teygəz istilhaq istila çənd xəjr ilə ərjayi- ənan birlə istinad zaviyeyi-hərman ikən iqtidar şeyvər goftequyi-əbyat və əşar heyhat ki müəssər və misvər ola.

Bədha əgərçi ruyin arilə təvəjjümi-gərbijəvab ğeyri əzin niyyət ançe nəbusim binaən əleyh bənde əhqər əbadə nisbətən qələmi-ajizanəm çənd əlfazi-divanəvəş məşabə nəzmin təhririnə məsadət etməgimi bər mən­zumeyi-əşar hesabi-dəhtərqim olunmadı qəni əhli-bəsirə­ti-zəmanəyə izhar və be dəstur təmannayi-ajizanə oldur ki, həmin məsudeyi-mühəqəranəmi-nəzm və əşar və ya qabil bir kəlami-mənidar hesabında mülahizə olun­muyub ol surət ilə əmrar mənzur nəzər atifləri edələr kim əsiriki dəstriz həyatmı şuyəd hərçi behzəman ayəd bequyəd əsir dəsti-zəman bi imanikən hər zəhmat və məxkat birlə ruzigari-nasazkari keçirmək niyyətilə təhri­rinə iqdam etməgimi nəzərdə saxlamaq təhrir ilə didə və küllən üyubini sitərdağ həmtərilə puşidə etməklərin iltifat kərdikan məasirindən təmənna və rijai-bimüntəha edi­rəm.

Buna nəzərən həmin məsudeyi-ajizanədə ol əyyam şəbabında yazılan bir neçə laməni-qəzəli-farsiləri yazıb, bə'd tərtib huruf qəzaliyyati-türki yazılır. Rəfiqani-baz­mən­­­də­qanə bizdən sonra yad etmək üçün o Xoda­yəm dər in kar yari dəhəd, Ze dəsti-bəran rəstikari dəhəd, Tarixi-hijrət əlnəbəvi əvvəl mahi-rüb'i-əssani 1310 və dər hesa­bi-məsihi 11 mahi-oktobr milad 1892
QİTƏLƏR
Sərgüzəştdən qılıb bir şəmmə izhar üçün,

Göftgu vəqti-şəbabətdə keçən əhvaldən.

Hərzəxalikdür, nəinki şeir ya əbyatdır,

Şeir mümkündürmü yazmaq dəsti-dəhri-zaldən.

Qeydi-aləmdən xilasına giribanun məjal,

Bulsam ər şərhə xəyalım var keçən emaldən.

Məhəbbət yadü xəyali-mahi-rüxsaran ilə,

Gün keçirmək yaxşıdır sair qəmu əşğaldən.

Şuxiyi-azadə ləb hər ləfz gəlmiş kamına,

Qeyd qılmış rişteyi-nəzmə keçən əfaldən.

Zeştü ziba hər çi yazmış əfv olur ümiddir,

Gözləməklik hərfi-qabil olmaz ol pamaldən.


* * *
Bu tərh ilədir kar kərdəndə dəhr,

Gəhi şəhd irür kamına, gah zəhr.

Sərəfraz edir gah ənamilə,

Müsəllət qılır gah zənjiri-qəhr.

Edir mənzilin kuyi-viranəsin,

Gəhi paytəxt içrə eyvani-şəhr.

Gəhi qərq edir xüşk vadidə seyl,

Rəvan eyləyir gah bər ruyi-bəhr.

Gəhi xüşk edir gülşəni-əşkini,

Edir gah seyrab juşində nəhr.



QƏZƏLLƏR

QƏZƏLİYYATE-TÜRKİ

DƏR TOVHİDE-HƏZRƏTE-SƏJJANİ
Behəmdullah ki xəllaqi-jəhantabi-jəhanara,

Edipdir növi-ensani kamali-nitq ilə guya.

Nigarəş verdigində aləmə ənvayi-zinətdə,

Veripdir əhsəni-təqvim ilə xoş surəti-sima.

Ğəvayi-nitq ilə mumtaz edip məxluq aləmdə,

Kəmali-əql ilə qılmış müəllim qabili-əsma.

Vüjudi-nastə dərk etməgə mojudi-xəllaqin,

Edip tərtib təmənnayi-əsas aləmgira.

Çəkup firuzə gün səhni-zəminə taqi-gərduni,

Düzüp mismari-zərrin ilə etmiş səqv üçün bərpa.

Asıp qəndil xurşudü mehri-əflakə səqfindən,

Füruqindən füruzandır sərapa xaneyi-dünya.

Jəmali təl`ətindən mehri tabanə verip zərrə,

Büsati-kayinat içrə münəvvərdir həmi əşya.

Müzəyyən eyləyib səqfi-səmayi seyrin eylə,

Jəvahirhayi-zibatər hezaran gövhəri-əla.

Zəmin səthin məvalidi-səlasə birlə nəqş etmiş,

Nəayəm həddən əfzuntər təməttö eyş layəhsa.

Nə gunə badbani-qüdrət açmış kəşti xakə,

Müqərrər dövr edir bəhri-həvadə kərreyi-ğəbra.

Çəkər hər fəsildə ruyi-zəminə rəngi-digərqun,

Edir sübuti-zibatər verip arayişi-ziba.

Çəkip izhardən fərşi-mürəssə tiri-xak üzrə,

Həzaran abrəng ilə nə zibatər qılıb mina.

Təravətbəxş ikən ruyi-zəminə lütfi alimdən,

Çəkər övji-həvayə hər zaman bir sərnigun dərya.

Zəhi xəllaqi-ziqüdrət rəbubətidə bihəmta,

Əsasi-mümkünatında görünməz nöqteyi-nabərja.

Büsati-kainatı eyləyib nə tərh inşa,

Yədi-qüdrətlə xəllaq əziz əlqədəri-bihəmta.

Üquli-xəlqi-aləm süninin dərkindədir ajiz,

Rumuzi-qüdrətin fəhm etmədi ziyruhi-jalfərsa.

Təaləllah kəmali-qüdrətində əqli heyrandır,

Sifati-zatını dərk etməgə yox zəhrəvü yara.

Fərəstadə qılıb qurtarmağa rahi-zəlalətdən,

Çirağəfruzi-aləm üçün bir gövhəri-yekta.

Həbib xasını xəlqi-jəhanə rəhnüma qılmış,

Rüufi-baləbadə dili-pədşahi-xaliqi-əşya.

İtirsə kəsi bu dərgahın yolun qəflətdə qafildir,

Həqiqətlə onunçun dideyi-binasıdır ə`ma.

Dər aləmi-pənah kibriyası münkəşifü məftuh,

Müqərrər bargahi-izzətində sailə dərva.

İlahi, dərgahında bibəsirət qoyma Şuxini,

Ola avarəvü nadan yolunda eylə pabərja.


* * *
Sərabistani-aləm içrə qılmış Həzrəti-mövla,

Əbadi çun hezaran növi-neməthayi-ruhəfza.

Dila, bir aç bəsirət çeşmini, eylə nəzər gör kim,

Nə gunagun sənə əbə qılınmış neyməti-üzma.

Hezaran ləzzəti-zövqi-firavan rəng buyi xoş,

Səninçündür nəmək paşidəvu bu hamrəzü əsla.

Təmaşa eylə sün`i-həqqə, ruyi-mahruyanə,

Nə təsvir ilə sərmin eyləyip məşşateyi-kübra.

Xuraman baği-naz içrə qılıpdır dilbəran qəddin,

Qoyup girdab-qəmdə dideyi-üşşaqi-janfərsa.

Jəmal ayinəsinə baxdı fekəndə mərdomi-didə,

Qalıp heyrətdə sərgərdan olupdur valehü şeyda.

Dəhanim xənd içrə nə əsrar eyləyib mübhəm,

Dəmi-nuşabəsidir qalıb biruhə janbəxşa.

Negarəş ariz napeyda kanə abü atəşdən,

Nə rəng ilə çəkib nazi-təravətlə verip sima.

Nə mişkin rəng ilə səfil veripdir zülfi-muy üzrə,

Könüldür dami-geysu içrə dərkəm gəşti rəhi-bija.

Salıpdır jism evinə hər tərəf bir suzişi-əfqan,

Qürur ilə müruri gərdişində nərgisi-şəhla.

Məazallah verirsə əmri-təxrib ol səf əndərsəf,

Sepahi-zengibanə kim açıp dərvazeyi-hija.

Verip əbruyə jövhəri-muydən həm qəmzəsin birsu,

Edip şəmşirdən xunriz tər gər etsə bir iyma.

Nə misgərlik ləbi-meygunə vermişdir səlavətdən,

Olup səd mərhələ əfzun zehəd məstiyi-səhba.

Nə surət göstəribdir dideyi-barik binində,

Edipdir Qeys ikən Məjnun jəmali tələti-Leyla.

Bəsirət didəsilə göstərirkən xabi-qəflətdə,

Məhi-Kənan ilə etmiş Züleyxa işrətin yəğma.

İlahi, rahi-eşqində müsəmməm eylə Şuxini,

Mərakid qəlbin et mehri-həyatəfruzuna məva.


DƏR ŞETABE-HƏZRƏTE-FƏXRE-KAİNAT ƏLƏ ƏFZƏLƏ ƏSSƏLƏVAT

Səni məhbub qılmışdır xodai əkbərü-əla,

Ki, sənsən kainat içrə münəvvər gövhərü əla.

Şəhi-təxti-nübüvvətsən həbibi-həqqi-ziqüdrət,

Səfarai-quruhi-əhli məhşər sərvəri-əla.

Xoşa mümtaz qılmışdır səni kövnü məkan içrə,

Həme məxluqi-aləmdən güzidə tərü əla.

Hümayi-əbr açıb daim əlaimdən jinahi-xoş,

Mübarək firqətinə bir çətir zərrin pəri-əla.

Şəbi-meraj qürbində dər-dərgahi-mövlayə,

Qədəmgahında fəth olmuş firavan kişvəri-əla.

Sənayi-jümlə əshabın xüsusən çar yaranın,

Edinmək jümlə ümmət çün səzadır əzbəri-əla.

Əbubəkr sədaqət göstərü siddiq yoldaşın,

Rifaqətdən qədəm kəm qoymadı möhtədi-əla.

Hərəsan sütut naruğdən dövrində kəffadan,

Olupdur nəşr üçün dini-mübinə məzhəri-əla.

Güli-sədbərgi-gülzari-həya Osmani-zinnürin,

Səadət bürjinə arayişi-əfza əxtəri-əla.

Məhi-bürji… səadət şiri-yəzdani,

Jənabi-xatəmi-təxti-xilafət Heydəri-əla.

Vüjudunla verib xəllaqi-aləm bu jəhan içrə,

Çeraği-aləməfruz olmağınla zivəri-əla.

Ümidim belədir müqbili-dərgahi-Sübhani,

Qıla ümmətlərin əta səninçün davəri-əla.

Əzan jümlə olursa Şuxi məjrində azadə,

Negahınla tərəhüm etsən ey sərdəftəri-əla.
* * *
Xəlqi-aləm həmi tövğin derazjan sənə,

Jümlə sərbəstədin ey müqbili yəzdan sənə.

Eyləyibdir səni məhbub xudavəndi-jəhan,

Ki, tərəttib olunub aləmi-əkvan sənə.

Pasiban xorrəmdir ki, illət əşşərəfin,

Səfi-zənan fövj mülki-xadim dərban sənə.

Səlavat ilə səlam etməgi məxluqə müdam,

Əmrilə vajib edib Həzrəti-Sübhan sənə.

Sənsən ol sərvəri-sərdəftəri-sərxeyli-əsəl,

Buna fərman verib dəstinə fürqan sənə.

Həmə judu kərəmin mədənidir pak dilin,

Bağlıdır etmək üçün aləmə ehsan sənə.

Əzmi-seyrində əqalım fəsihi-məlkut,

Teyyi olup ləhzədə ey faris dövran sənə.

Tutiya etmək üçün çeşmə ğubari-qədəmin,

Ərşiyan busə edip dəstilə dəhan sənə.

Əjzi-izhar qılıb seyrdə Jəbrili-əmin,

Ey bülənd əxtəri-ziqədri jəhanban sənə.

Mələkut əhli-nisar eylədi dağ-dağ,

Qədəmi-pakın üçün gohəri-qəltan sənə.

Ey Əmin dər dadar kei ruzi-məhşər,

Bəxş edər ümmətini Həzrəti-Rəhman sənə.

Zatı-pakın nə sifət ola mədh ola müstəfiddir,

Qəlbə təfrihdir olmaqla sənaxan sənə.

İstək Şuxi məjrəm bu xəjalətlə tutub,

Çeşmi-ümidini ey sərvəri-zişan sənə.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə