Mustafa ağA ŞUXİ Dİvan baki – 2011 azərbayjan miLLİ elmlər akademiyasi



Yüklə 1,33 Mb.
səhifə3/7
tarix27.10.2018
ölçüsü1,33 Mb.
#75797
1   2   3   4   5   6   7

Eylə, ey fani-dövran nəzər ol təsvirə,

Bəsteyi-bab təmaşa ki, qəsri-çin et.

Ey səba, ol büti-pürnaz dutub nə ola xəbər,

Kim təmaşa edələr məjmi-hurəleyn et.

Baxıb öz surətinə hali-dilim fikr elə,

Özün insafilə əhvalimi bir təxmin et.

Eyləmə xatirimi böylə zəbun hijrini-ilə,

Bari bir xüşki-ümid eyləyərək təzmin et.

Bəxşişi-nuşəş nuşabə ləbindən jurə,

Bir tərəhhüm edib aram dili qəmqin et.

Şuxi, rindi xərabati fəramuş etmə,

Vəqt ona söhbəti-hali-bəxtin üçün təyin et.
* * *

Sitəm etmirsə janan qəmzeyi-xunxarə yox minnət,

Ola sevgidü janib, fitneyi-əğyara yox minnət.

Vüsalə meyl edirsə rah mümkün bulmaq asanı,

Nə dənlü sədd edirlərsə dəri-divarə yox minnət.

Edirsə ərzi-didar ol büti-ziba qədu gülu,

Nə seyri-səhni-bağ, nə gül gülzarə yox minnət.

Miyani-nari-simin üzrə qoysam başimi bir kəz,

Bilaşək bəxtiyarəm, buseyi-rüxsarə yox minnət.

Bilür sirri-zəmirun çeşmü-ləbdən rubəru gülçin,

Miyani-aşiqü məşuqdə izharə yox minnət.

Sərəfraz eyləsə iqbal ilə iltafi-yəzdani,

Qəmi sədü nühus kövkəbi-dəvvarə yox minnət.

Qənaət guşəsində təkiyə qıl müstəğniyi-təb ol,

Dolan salarvəş, namərd olan idbarə yox minnət.

Götürmə başına hirsü təmədən özgə bərdarı,

Bulunsa xanədə nanü-nəmək, bazarə yox minnət.

Yüzün tutduqda rahi-müstəqimə, Şuxiya, hərgiz,

Nə mehri şahdən əndişə, nə sərdarə yox minnət.
* * *

Səba peyki-dili-məhjuriyansən yarə gəlsən get,

Fərağından dili-zarimdəki bu dərdilə tən get.

Apar şərh eylə əhvali-dili, görsün nə şuriş var,

Tənü janımda hijrindən səhər dur sübh şirdən get.

Səlamım hüsni-lütfilə güli-rənaya təbliğ et,

Yetişjək busə qıl ol məhliqaya dəstü damən.

Qıla məsmu hali-dildən ol dildar kim dildə,

Salıb dərdi-fəraği-jan evində zarü şivən get.

Bəni tənha qoyub əğrardan dönməkligin söylə,

Həbibi-jan ikən qıldı özün qəlbimdə düşmən get.

Ləbi-ləli-təmənnası ilə qan içmək murad eylər,

Xəyali-xatirim bilsən güli-həmrayi-gülşən get.

Salır dil atəşi-eşq ilə yanmaqdan xəbərdar et,

Jəhan içrə qərüvü vəlvələ çun jəngi-Bəhmən get.

Degil təqsiridə billəm inayin aldı əğyardan,

Be hər təqdir qıl keyfiyyəti ol yarə rövşən get.

Dili-dinini Şuxinin gedirkən verdi yəğmayə,

Səba bu vadiyi-qəmdə bəyan et çeşmi rəhzən get.
* * *
Ey qələm razi-dili-qəmzədəni təhrir et,

Sən də ey badi-səba, yarə götür təqrir et.

Qəmzeyi-naz ilə tənmülkini bərbad qılıb,

Əmr qıldın iki şəhla gözə kim təqdir et.

Demədimmi sənə ruzi-əzəl ey afəti-jan,

Nə belə munisi-jan ol, nə dili təshir et.

Janü dil gör ki fərağətlə neçə virandır,

Belə viranə buraxma, yenə sən təmir et.

Pişi-çeşmimdə deyən ol qaməti-sərvi-asani,

Nəzərimdə rüxi-məhpeykəri gəl təsvir et.

Qoyma bu badiyə eşqdə divanə misal,

Zülfi-mişkin sərv gərdənimə zənjir et.

Xabi-xərguşilə Şuxini yatırmaq ta çənd,

Fələğə jünbişə gəl, şurişi-aləmgir et.


* * *
Gəl imdi halima nigah et bir zəman, ey büt,

Fərağın yandırıb tut leyli-zülfün sayəban, ey büt.

Xəyal et rövnəqi-baği vüjudun olduğum vəqti,

Nəhali-qəddinə nəşvü-nümaya bağban, ey büt.

Dəhanü dəstim ilə oxşaya novbavə türünjün,

Eylətdim gülşəni-sədrəngdə nazilə bəyan, ey büt.

Verib xor didəm ilə nərgisi-şəhlaya tərtibat,

Edündim janimə püramiri-qarətgiran, ey büt.

Güli-rüxsarına ol rəngi verdim xuni-dildən ta,

Olub xəlq içrə nahəq baisi-besyar qan, ey büt.

Çəküb səd bar səngi-sinəm üzrə tiği-əbruni,

Jila verməklə ol siğlədə etdim çalışan, ey büt.

Verib xuni-jigərdən çöhreyi-gülgünə qazə,

Bu vəjhilə könül bitab onadir mehriban ey büt.

Fəramuş eyləmə şəb ta səhər nazdən çəkərdi dil,

Bəni axir fəraqın etdi belə natəvan, ey büt.

Açıb ol qönçəyi-sirabi, Şuxi, səd lisan ilə,

Anınçün xəndeyi-şirini eylər bəxşi-jan, ey büt.


* * *

Ey səba, gəlməz nə müddətdür xəbər əz kuyi-dust,

Ya qoyarmı bir görəm kamımja gərdün ruyi-dust.

Göndərim ya namə ya bir qasidi-şəkkər zəban,

İştiyaqi-qəlbi ifşayə rəvan bir suyi-dust.

Etdi əhvalım digərgün ruzi-əvvəl gör məni,

Atdı bir tiri-nigah ol dideyi-ahuyi-dust.

Gər yüzin görsəm olur yarayi-nitqim bilməzəm,

Xatirə salmış təvəhhüm qəmzeyi-jaduyi-dust.

Qəmzəsindən atmağa etmiş mühəyya sədxədəng,

Bir hədəf qəlbi-pərişani ğəmi əbruyi-dust.

Varmı bir ümmid rahi, ya ki bir övhamdır,

Dövr edir gahımda hər dəm niqəhin geysuyi-dust.

Ey nəsimi-sübh, istişmam olur lütf eylə kim,

Bir xəbər, ey jan, fədayi-xaki-rahət buyi-dust.

Qeyr mümkündür ki nirəng dü çeşmü zülfilə,

Qəlbə təxlis giriban əz kəfü bazuyi-dust.

Ey səba, nola yetirsən Şuxiyi-dilsuz üçün,

Mücdeyi janbəxşi-didari-rüxi-diljuyi-dust.

* * *
Bu gündən belə, ey badi-səba, əzmdə yar et,

Fəraği-şikvəsindən ol mələksimayə izhar et.

Juda olduqda ənvai-bəlaya mübtəladır dil,

Təbibi-qəlb pürdərdim əlaji-dərdi-bimar et.

Nə yazdın haləti-aşuftəlikdə tərfi-janandan,

Yetişməz bir jəvabi-dilnəvaz, ey xamə, təkrar et.

Olub o daği-jismim firqətindən, ey güli-rəna,

Tələttüf eyləyib şirazü-bənd türreyi-tar et.

Yetişməz guşinə dərdi-dilimdən halimdən qafil,

Yetirər əhvalım ol bir həmə sən, ey nalə, bidar.

Səri-şuridə sevdayi ləbi-meyguni tərk etməz,

Bəni ey şəhnəxahi şəhnə, ya divanə ehzar et.

Səba, rəhm eylə sən, vəqti-həmindir Şuxiyi-zarə,

Yetiş fəryadına, dildarı halından xəbərdar et.
* * *
Saqiya, dur ki, bəni durmağa bir məjbur et,

Səri-aşuftəni, sübh oldu, yenə pürşur et.

Gətür ol badeyi-gülfamı xəyali-ləbinə,

Nuş edim, məşğəli-əyyamı sərimdən dur et.

Guşü huşin bənə ver şəb ki, nə təlqin etdim,

Nəsəqi-məjlisi-rəsmi-süxəni məh benur et.

Tutuban sazü nəva ilə bənayi-bəzmi,

Atəşin abi-gili-nizhətilə məmur et.

Raqibi-hal jəvanan ola gör dəm bər dəm,

Kəşfə meyl eyləyə əsrar həman məstur et.

Gülən əsnadə o salari-bütan bəzm içrə,

Pişi-didar bedan saili dura-dur et.

Ol büti-jümleyi-nazı bənə-həmzanu qıl,

Qəlbi təqribi-jəmal ilə dəxi məsrur et.

Çeşmi-aşiqkeşənin əmrinə ta vaqif olam,

Həm müqabil gözüm ol surəti-eyinəlhür et.

Şəmi-bəzmi-rüxi-tabanına nəzdik qılıb,

Rövnəq verib şəbistani dəxi pürnur et.

Sanma kim rindi-xərabati nəzərdə sərməst,

Əmri-çeşmanimi daim nəzəri-mənzur et.

Şuxiya, aqibəti-bəzmi-nihan et, bəsdür,

Vardır əsrar bəsi pərdəkeş ol, məhsur et.

* * *
Bu qədər əfqan ilə, ey sərvəri-xuban, nədir bais,

Bəni etdin giriftari-qəmi-hijran, nədir bais.

Səfi-əğyarlər sahilnişin eşrətü məqsud,

Mənəm girdabi-qəmdə belə sərgərdan, nədir bais.

Yetirməz nükhəti-janbəxş heç zülfi-janandan,

Səbanın iltifatında belə nöqsan nədir bais.

Bu istiğna nədir kim işrət dil payimal oldu,

Verirsən xatirə ənduhi-bipayan, nədir bais.

Nigara, şövqi-vəslində rəhi-məqsudi-napeyda,

Bəni etməkdə, yarəb, bisərü saman nədir bais.

Nə təqsir ilə məhrum olmuşam dildar vəslindən,

Qalıb həsrətdə çeşmim birüxi-janan, nədir bais.

Nə nuş etdirdin, ey saqi, dili-Şuxidə var suziş,

Həzin məsmu olur bir naleyi-əfqan, nədir bais.


* * *

Fəraği-dərdinə, ey dil, nə heç şeydir əlaj,

Məgər ki, saqiyi-gülçöhrəyə jami-meydir əlaj.

Gəhi təfəkküri-üşşaqi dəfi-saznəva,

Sədayi-zümzümə pirayi-nayü neydir əlaj.

Məşami-zülfü binaküşdən yetirsə pəyam,

Nəsimi-sübhi-diləfruz nikpeydir əlaj.

Baharə yetməgə az vəqt var, şitab etmə,

Əgər həyat ola baqi, miruri-deydir əlaj.

Təriq aparması mümkündü qürbi-jananə,

Səri seyr ilə axir bu rahi-eydir əlaj.

İki jəhandə vəli baisi-səlamətlik,

Təqərrübi-aləm pənah veydir əlaj.

Həvayi-nəfs qılıb qəlbi, Şuxiya murdə,

Edirsə heyyi-şəfabəxş lütfi-heydir əlaj.
* * *
Yandım ol gülrüxilən kim qəmu əxlaq kari-kəj,

Alıb aramım ol məhvəş ki əmalü fikarı kəj.

Küsüb hər dəmdə bir sözdən edir kəj bəxtimi höjjət,

Qaşın kəj qəmzəsi kəj türrəhayi-mişkbari kəj.

Rüxü zülfü gözilə gündə yüz yerdən edər izhar,

Atıb geysusini hər janibə çün şahmari kəj.

Barışması üçün səd bar edərdim busə ruyindən,

Dəmadəm iztirab üzrə edir meyli-fərari kəj.

Alıb ağuşə jismi nazının könlün almağa,

Verir kəj buseyi-ruyin gəhi püstani-nari kəj.

Gülü narınjı etsəm gəzidə vəqti-xəşmində,

Edir yüz şivə ilə xəndeyi-kəj qahvari-kəj.

Qoyub zanusuna sər xab edim zülfün qılır hayil,

Kəj əndər kəj töküb geysuyi-ənbərbar tari kəj.

Gözü manəndi tərlan dovr edib hər bir nigahında,

Alır dil mürğini yanağa ol baz şikari kəj.

Dili-Şuxi qalıb müşküldə bir kəj xəlqi-məhruyin,

Edib başımda gərdəndə bu dövri-rüzgarı kəj.


* * *
Gər səba birlə niqab rüxi-janani fütuh,

Edə bilsəm neçə əsrarı edərdim məşruh.

Janü dil dərdi-fəraq ilə pərişan, bihiss,

Bəlkə təşrif ilə əhya qıla ol mayeyi-ruh.

Nola bir dəstrəs ol bağü rüxü sinəsinə,

Güli-narınjini neçin bir kərrə edərdim məmsuh.

Sirri-sevdazədə bitabi-təbi-eşqidən,

Navəki-çeşm ilə sərtasər olub dil məjruh.

Sübhədək dildə xəyali-rüxi suzan etdi,

Etmədi sud fəraq atəşinə jam səbuh.

Düşsə seylabi, bi qəmu illəri viran eylər,

Şəbi hijranda iki çeşmimdən əşki mənsuh.

Şuxiya, qıldı mühit aləmi əmvaji-bəla,

Səy qıl kim, tapasan daməneyi-gəştiyi Nuh.


* * *
Qasid əzmində məgər eylədi bir əmri-qəbih,

Gəlmədi baz ki, təbliğ edə peyğami-sərih.

Rahi-fürsət bula mətlubim edə şərhü bəyan,

Eyləməz rədd yəqindir o məhruyi-məlih.

Edə bilsəydi xoşa dərdi-dərunim nə ki var,

Qasidi-sadədil ol mahə sərasər tovvih.

Verir əlbəttə ki, əhvalımı təhqiq bilə,

Qəlbi-məhzunə bir ümmid yolundan təfrih.

Eylədi xəndeyi-pürşur ilə bir növ əlaj,

Fürsətən ərzi-jəmal etdi çu bir qəlbi-çərih.

Nola kim lütfi qılıb ol büti-fərxəndəliqə,

Vədeyi-vəslini verməkligə bir qövli-səhih.

Mehri-rüxsarını tərk etmədi qəsdində idim,

Şuxiya, eşqini səyilə qılır dil tərjih.


* * *
Qələm aldım yazam şərhi-qəmim dildarə, taqət yox,

Nə dildə səbr, nə ləbdə məqalə, vəz`i-halət yox.

Zəmanın növbənöv alami qılmış xatirim məhzun,

Tənasan vüjudim ziri-möhnətdə fəraqət yox.

Gözüm ümmid tutma gəl vəfadən zərrə aləmdə,

Jəhanın əhli-naəhlində, bir kəsdə dəyanət yox.

Yüzün gördüm salıb əsqani-dövran ilə bir halə,

Ki, guya rəngi-alindən o gülrunun əlamət yox.

Səba, imdad qıl ol novnəhalın bil gül əhvalın,

Görüb ol surəti-halın tənü janımda rahət yox.

Sezibdir ol büt zibanı gör kim afəti-dövran,

Rümuzi-dideyi-bimarinə tərzi-nəzakət yox.

Edib bərəks dövri zəmanə qalmayıb, Şuxi,

Nə mövzuniyyəti-təbim, nə nitqimdə fəsatət yox.


* * *
Arzu eylərdin, ey dil durmuş ol məhruyə bax.

Dovri-ruyində müsəlsəl əbruvəş geysuyə bax.

Sər çəkib yox dəstrəs damanına yüz nazilə,

Bəndən ol sərvi-xüraman qaməti-diljuyə bax.

Ləşkəri-mücganı qarət eyləyib dili-mülküni,

Qəmzəsi əmr ilə böylə ol səfi-hinduyə bax.

Didəsi səyyadi-daməndə giriftaran kimi,

Hiç zülfündən hərasan olmuş ol ahuyə bax.

Dil olub pavəstəvü məftuni-biənduh ikən,

Gör neçə əfsun edib, ol nərgisi-jaduyə bax.

Türrəsin açmış binaquşin güzər qılmış səba,

Bu müəttər nükhəti-janbəxşi-mişkinbuyə bax.

Ey iki çeşmani-həsrət keş misalə ruzədar,

Ruzi-hijranın qılıb eyd ol hilaləbruyə bax.

Yazmışam şərhi-qəmi-eşqin, sərapa ey məhin,

Eyləyim ərsali-xidmət dəftəri-məktubə bax.

Beytül-əhzan içrə məhbus eyləyibdir Şuxi,

Dərdi ol jəhan bimari keyhanpuyə bax.


* * *

Gülmədi qasid könül, təşviş edər aramı yox,

Qanda qalmışdır ki, yarəb, nə nişani-namı yox.

Namə ya irsal edəydi vaqifi-əsrar edə,

Ya olan keyfiyyəti-əhvaldən elamı yox.

Mücdeyi-didarını təbliğə yoxdur mərdi-rah,

Ol mələksima tərəfdən ya məgər bifami yox.

Saqi gülruyi-təəllül eyləyir bais nola,

Böylə hali-həsrətimdə sağər gülfamı yox.

Gərdişi-dövran kimi məxluqun xasiyyəti,

Bivəfalındır sərapa, karının ənjamı yox.

Nola ol kəsdən olaydım qeydi-aləmdən bəri,

Əksi-durahindən hərgiz qəmü alami yox.

Gərçi Şuxidir qəmi-əyyamdən pəcmurdəhal,

Jüz fəraqi-yardən dildə dökər övhamı yox.
* * *

Nə qədər ki, dilədim, əsmədi bir badi-murad,

Ey fələk, bir belə kəj bəhs gələndən səd dad.

Qıldın aludə qübari-kədər ilə daim,

Etmədin könlümü bir hasili-məqsudilə şad.

Yüz məşəqqətlə ki, təmirinə ağaz etdim,

Xaneyi-xatiri bir ləhzədə etdin bərbad.

Yetməsin mətləbinə dəhrdə bir dəm əğyar,

Qılma, ya rəb, dili-namərdi bəladan azad.

Nə qədər lütfi-məraat edəsən ram olmaz,

Kəj baxar hər çe ki ehsan edəsən tirə nəhad.

Etmədi şad salıb xatirə ol sərvi-rəvan,

Bir səlamilə ki, gəhü gah qılırdı bəni yad.

Şuxiya, eyləmə qəm, xilqəti-dünya belədir,

Dəsti-zülmindən edir jümleyi-aləm fəryad.
* * *

Nigarandildi dərdən baxmaq ilə jamə səndən sud,

Və ya məhruyini görməkligimdən biləgindən sud.

Hezar əfsus qıldım bi to seyri-qülşənü baği,

Dili-müştaqıma bir zərrə olmadı çəməndən sud.

Müəttər eyləyib göndərməgindən olmadı hasil,

Güvəndimsə dəxi kamü məşamə pirəhəndən sud.

Uzağdan etməklə yüz işarati-mühibbanə,

Eşitməzsiz edirmi vədeyi-vəslin dəhəndən sud.

Gülabın qorxaram əğyar alır, bija çəkəm zəhmət,

Mənə heç olmaya bu şövq ilə ol gülbədəndən sud.

Driğa almadım kamımja zövq ləli-gülfamın,

Özüm dilxahim üzrə bir ləbi-şəkkərşekəndən sud.

Dolaşdıq bir zaman dövri-fənadə görmədük, Şuxi,

Nə əqli-mərifətdən mənfəət, nə janü təndən sud.
* * *
Driğa, olmadı şərhi-qəm dövranə bir həmdərd,

Dirunim dərd içində az qalıbdır yanə bir həmdərd.

Hüjum etməkdədir təsxiri-qəlbə möhnətü-ənduh,

Olur təxlis mümküngər bulunsa janə bir həmdərd.

Gözüm görməz edəm razi-dərunim bir kəsə ifşa,

Yetirməzsə xuda bu firqeyi-tufanə bir həmdərd.

Bu məxluqə edəm zahir xəyala yetdi əfkarım,

Atarlar səng əşhərlər salıb meydanə bir həmdərd.

Gedər könlümdə təhqiqən bu alami-jigərsuzim,

Bu bazar içrə napeyda dil nalanə bir həmdərd.

Züleyxavəş bənə lazim dili-bidar xab içrə,

Olaydı vaqifi-hüsnü Məhi-Kənanə bir həmdərd.

Gözüm peyvəstə juyandır görünməz didəmə agəh,

Rümuzi-xəndeyi-şirin ləbi-xabanə bir həmdərd.

Edərlər muşikafan muyiyi-üşşaqdən məfhum,

Kim, istərlər əsiri-möhnəti-hijranə bir həmdərd.

Dila bu dari-nafəhma içində didə dərk etməz,

Məh vüsal axtarırsa Şuxiyi-suzanə bir həmdərd.


* * *
Səni bu şəkl insan afəridənd,

Bəni, ey ruhi-bijan, afəridənd.

Lətafətdə misali-ruyin olmaz,

Məhi hərçənd taban afəridənd.

İki ləlü dü çeşmi-fitnəjudə,

Məlahəthayi-pünhan afəridənd.

Jəhan bağında qəddi novnəhalın,

Peyi-zibi-gülüstan afəridənd.

Səni, ey qönçeyi-gülzar xubi,

Nə şirin tərzi-xəndan afəridənd.

Müənbər zülfə verdikdə təravət,

Bəni zarü pərişan afəridənd.

Bəni bənd etmək üçün rami-qəmdə,

Səni zepa xuraman afəridənd.

Müqəvvəs qaşların tərki-bənayə,

Peyi-dilhayi-viran afəridənd.

Təbəssüm etdigində jəzb janə,

Bənüçahi-zənəxdan afəridənd.

Gəhi qan almağa amasi-dildən,

Xədnəgi-tiri-mücgan afəridənd.

Jəmalında nə görmüş hər dü didəm,

O təsvir üzrə heyran afəridənd.

Rüxi-gülrəngindən eşqində julər,

Müəyyən qəsr mehman afəridənd.

Be şəməfruziyi-dilhayi-üşşağ,

Çiraği-hüsni-xuban afəridənd.

Nihan pərvaneyi-rüxsari-janan,

Dili-dəndani-suzan afəridənd.

Əzəldə xilqəti-Şuxini təqdir,

Mühübbi-mahruyan afəridənd.


* * *
Götürdü peyki-səhərbardən beru kağız,

Yetirdi janıma qüvvətlə rəngü ru kağız.

Müəttər eylədi kaşanəmi vüsalından,

Çu zülfi-yari-diləfruz müşkbu kağız.

Açanda çaki-giryan məhvəşanasa,

Qübari-xatirimi etdi şostşu kağız.

Rijayi-vəslini etməkdə qeyzi-vəhdətlə,

Edirdi məhbəsi-nökərdi qöftequ kağız.

Kitabhahi-dilaviz mehrü lütfamiz,

Biləndi nöqteyi-əsrarı mubəmu kağız.

Jəvabına dili-qəmdidə iqtidar etməz,

Edirsə meyli-ətab üzrə jəngju kağız.

Yetir peyyamımı yad etməsilə Şuxini,

Dağıldı mukəbi-ənduh subesu kağız.

* * *

Məkanından könül bilməm nədəndir inhiraf eylər,



Nə kuyə yüz tutub şamü səhər, daim təvaf eylər.

Yüzündən bərgi-zülfün atıb yarın səba guya,

Ərusi-jümleyi-xavər jəmalın inkişaf eylər.

Düşəhla gözləri əbrusindən tiği-dəstində,

İki şəhzadə guya rubəru durmuş, məsaf eylər.

Xəyalım seydi-ənqayə açıbdır şəhbərü balin,

Gördün kim köhən bu şəhbazı əzmi-kuhi-Qaf eylər.

Dolanmaqdır bər əksilə müşküldür bu aləmdə,

Kəvakib hər çi rayimdir ani daim xilaf eylər.

Zəmanə ahəngin əqvalına bavər nə mümkündür,

Nə dersən ali ona, sənə bihudə laf eylər.

Yetir dərdi-dilin ol nazəninə, Şuxiya, bir gəz,

Səni hijran evində həbs, ya bir dəm məaf eylər.
* * *
Dilbəra, ruzi-fəraqətdə dilim məhzun olur,

Axıban seylabi-əşkim çeşmidən jeyhun olur.

Gejə-gündüz mürği-nalan tək üzülməz naləmiz,

Dəmbədəm, saətbə saət dərdi-qəm əfzun olur.

Sinəmiz surax-surax oldu tiri-çeşmidən,

Bağrımız ömrün xədəngindən bu gün pürxun olur.

Hər görən mehri-jəmalın qəsdi-janü tən qılır,

Hər görən məxmuri-çeşmi-məstini məftun olur.

Tələti-didarını etsin nümayan, Şuxiya,

Qəti-nalə eyləyib həm xatiri məmnun olur.


* * *
Sənə, ey nuri-əyan, xəlqi-jəhan maildir,

Səndəki jəmi-kəmalətə qəmu qayildir.

Əqli-küll məzhəri-zati-şərəfi-ayindır,

Jümlə o saf vüjudunda sənin kamildir.

Feyləsofanə jəhan hər çe ki tərqim edələr,

Qeyri əğvali-şəfabəxşin ola batildir.

Xələli-izzətü namusuna kim qəsd qıla,

Nəss qati ani jərh etmək üçün jaildir.

Üzünə gülşəni-kuyindən alıb daneyi-töxm,

Hər ülum üzrə ki, hər kim görünür, fazildir.

Ey şəhənşahi-jəhan lütfi-jəhan pirayən,

Jümlə fərq səri-məxluq üzrə şamildir.

Tövfi-kuyində səfuvfati-məlayik şəbü ruz,

Dərgəhində həme məxluqi-jəhan saildir.

Kim ki, ixlasın ilə qılmaya pürnuri-dilin,

Sərniqun çahi-zəlalətdə qalıb qafildir.

Sahiba, Şuxiyi-pürjürm hesab eylər özün,

Lütfi-amdır şəhənşahına naildir.


* * *
Yenə yaran gözümə nuri-təjəlla görünür,

Ya bir rövzənədi ol büti-ziba görünür.

Ya odur rövzənədən hüsni-zəkatın dağındır,

Bürji-əflakda ya şəmsi-müsəffa görünür.

Çeşmi-sərməstinə bir diqqət edin, əhli-nəzər,

Gərdişində o gözün afəti-dünya görünür.

Ləbi-janbəxşdə ey əhli-məsihi-millət,

Mən güvahim ona iltafi-məsiha görünür.

Gördüm ey didə ki şəhzadeyi-xurşidmisal,

Səri kuyində gəzər, bəhri-təmaşa görünür.

Tar olub dil, dəxi bir rəhm ilə ey badi-səba,

Olub əfşan yüzünə zülfi-çəliba görünür.

Şəkərin ləbləri şur ilə təbəssüm edərək,

Dəmi-janbəxşi-səbaya dürri dərya görünür.

O degil jamə siyəhfam siyəh əsb üzrə,

Şəbi-zülmətdə ya kovkəb beyza görünür.

Dili-divaneyi-Şuxi edər oldu pərvaz,

Sanki Məjnunə yenə məhməli-Leyla görünür.

* * *
Toxunub mövji-həva türreyi-janan titrər,

Qəfəsi-təndə sərasimə olub jan titrər.

Gələ gör badi-səba rəxnə vura sünbülünə,

Rişteyi-jan üzülür bu dili-suzan titrər.

Ey nəsimi-səhəri tellərinə vermə nişat,

Aşyandil itərü şami-qəriban titrər.

Tiri-mücganına yenə tökdü əya didə dilə,

Çub gördükdə neçə tifli-dəbistan titrər.

Əzmi-qəsd eyliyə daneyi-xalə dili-xam,

Dami-təzvirə düşüb mürği-hərəsan titrər.

Bad əsib zülfi-pərakəndə qılıb rüxsarə,

Neçə qar içrə pür zağı-pərişan titrər.

Yenə bu şəbdə yəqin şanə qılıb zülfini şəq,

Kəhkəşan dövrə durub gör nejə heyran titrər.

Qədi-zibası-əgər sayə salar gülzarə,

Nəxli-sərpayə atıb sərvi-xuraman titrər.

Ziri-ləlində təbəssüm hərəkət xalə verə,

Daği-dərdilə dili-laleyi-nəğman titrər.

Qövsi-əbrusuna çin vursa gəhi-söhbətdə,

Mah novparələnir kövkəbi-keyvan titrər.

Şəmsi-rüxsarı bərabərdə görün əks salıb,

Dili-ayineyi-Şuxi nejə suzan titrər.


* * *
Bu jəvan gör nə gögçək oğlandır,

Zülfi-xoşrəng, buyi-reyhandır.

Sormaq anın ləbi-buxağından,

Çünki bu gejə bizə mehmandır.

Gözləri məstü, ləbləri-xəndan,

Könlü ahu kimi hərasandır.

Bu gejə məjlisə götürmə çıraq,

Mahi-rüxsarı çünki tabandır.

Leyk bu bəzmə zinətü zivər,

Verən əlbəttə kim bağırqandır.

Bizi bu bəzmi-vəslə vasil edən,

Hajı bəlkə əmiri-xoşxandır.

Ta ki, Şuxi bərabərində anın,

Gözləri gözlərinə heyrandır.

* * *
Məhi-jəmalın dili-şuridəni məsrur qılır,

Başdan əndişəni, dildən kədəri dur qılır.

Hər şəbistanidə gör kim olasan jilvənüma,

Pərtövi-rüyin ona şanəni pürnur qılır.

Qəlbimi gərçi qılıb çeşmi-xumarın viran,

Bir işaratilə ləlin ani məmur qılır.

Olsa da bari qəm altında könül hər nə qədər,

Tutar aram hər andəm səni mənzur qılır.

Xaki-ruyin deyəsən baği-behişt içrə durub,

Nejə bir zümzümə ağaz ki şəhru qılır.

Nə qədər qəlbi-pərişan ola, təfrih verir,

Hər zaman ləli-ləbin xəndeyi-pürşur qılır.

Ruzi-şəb görəndə kuyində belə mehri-rüxin,

Səni görməklik üçün gör nejə məjbur qılır.

Şəb tar etmə günüm zülfünü salmaqla üzə,

Nə sifət əbrimə ənvəri məstur qılır.

Badə nuş etsəm əgər yadi-ləbinlə nə zaman,

Zövqi-məstanəlik oldəm bəni məxmur qılır.

Qeydi-eşqində üzüm əjrimi izhar edəjək,

Nazi-hüsnün səni yüz mərtəbə məğur qılır.

Mehri-sevdasın edən Şuxiyi-gümnam kimi,

Ani sərmayeyi-eşqin belə məşhur qılır.


* * *
Könül aramın o gülçöhreyi-xəndan aparır,

Nəki arami-dili, bəlkə dilü jan aparır.

Hər zaman olsa müqabil nəzərimdə ruyin,

Gözüm ol neməti-rizvandan ehsan aparır.

Aradan rəf səmavat ola, jənnət açıla,

Hüsnünə rəşkü həsəd huriyü qılman aparır.

Mələkut içrə əgər bəhsi gözəllik oluna,

Səni nəqqaşi-əzəl anlara bürhan aparır.

Nə umarsan dili-zarimdən aya, vaizi-xəlq,

Əql jəm`iyyətin ol zülfi-pərişan aparır.

Çünki eşqində könül mehrin ilə məmludur,

Hər nə kim dərdün ola jananə mehman aparır.

Sanma getdikdə fəna mülkünə eşqin fani,

Ola dildən ani xor Şuxiyi-suzan aparır.

* * *
Yenə bu ətr fəşan zülfi-şahi-xubandır,

Hər üqdəsində hezaran dili-pərişandır.

Nəsim edirsə bu vəjh üzrə türrəsin əfşan,

Bənayi-bərhəmi-eyşi-şəbi-qəribandır.

Könül bu qarə günə imdi mübtəla ki degil,

O piçi-zülfdə peyvəstə zarü giryandır.

Nə xof mürği-dil eylərsə mar zülfündən,

Miyani-jəmdə manəndi-birdi-lərzandır.

Nə jəzbədir rüxi-xübində, bilməzəm ki, gözüm,

Jəmali-mahliqasına şöylə heyrandır.

Dolanmasında nə var ya o çeşmi-şəhlanın,

Ki, hər təhərrüki-mücganı qatili-jandır.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə