Mustafa ağA ŞUXİ Dİvan baki – 2011 azərbayjan miLLİ elmlər akademiyasi



Yüklə 1,33 Mb.
səhifə5/7
tarix27.10.2018
ölçüsü1,33 Mb.
#75797
1   2   3   4   5   6   7
ÇƏND ƏZ QƏZƏLİYYATİ-TAZE
Səni, ey dil, təfəhhüm eylərəm viranəsən guya,

Fəraqi-yarilə bitab olub divanəsən guya.

Xəyali-məşəli rüxsari-jananilədir şölən,

Təfəkkür didəsiylə ey könül pərvanəsən guya.

Müqərrər yadi-janbəxşi-ləbi-mekuni xatirdə,

Mükərrər qəlbi-məşhun eyləyib məstanəsən guya.

Xəyali-dilü təfəkkür jümləsindən əzm edib yarə,

Həme əxbasdən xali təhi bir xanəsən guya.

Nə təşvişi-hərarətdir deruni-dildə sər ta pa,

Qəriqi-atəşi-pürşöleyi-suzanəsən guya.

Tutub rahi-bəqa yarani-məxləs qalmasın tənha,

Jəhan içrə qəribü bükəsü yekdanəsən guya.

Nə heyran olmusan bu haləti-firqətdə, ey Şuxi,

Müqabil ol rüxi-məhpeykəri-tabanəsən guya.


* * *
Babi-məqsudimi eylərsə əgər baz bənə,

Ol büti-mahliqa eyləyib naz bənə.

Müttəsil təhniyyət bəhs edərdim şəbü ruz,

Şərəfi-vəslini imkan ola ehraz bənə.

Yetirib vəslə dönər firqətə etməkdə duçar,

Eyləyir meyli-itabü qəzəb ağaz bənə.

Kimi peyğam ilə irsal edib ol məhruyə,

Bulmazam əhli-vəfa kim, ola həmraz bənə.

Ol təzərvanə xuramilə edib bağrımı xun,

Çü bulub baxması manəndeyi-şəhbaz bənə,

Yetirib ömr dönər buseyi-gülfam bu ləbi,

Etdi məkşufi-Məsihanə bir ejaz bənə.

Qəmi-ənduhi-zəmanə çevirib ətrafun,

Şuxiya, təng olunub saheyi-Qəfqaz bənə.


* * *
Gətürüm rüxsari-mahpeykər dildardır peyda,

Miyani-əbrdən ya şəmsi-pürənvardır peyda.

Ləbi-janbəxşdə lütfünə təbəssüm pür nəzakətlə,

Tərəhhüm aşiqi-dilsuzinə izhardır peyda.

İşarati-bəşarətdir gözə əhrari-rövşənlik,

Füruği-çöhreyi-janandən asardır peyda.

Məsihadəm ləbindən nuşdarü əxz qıl, könlüm,

Təğafül etmə daruyi-dil bimardır peyda.

Miyan məhvəşan içrə qədri-diljuyi-balası,

Gül gülzar içində nəxli-şəkərbardır peyda.

Olubdur arizi-gülfamə çəsban törreyi-müşkin,

Behişti-ədn içrə surəti-kəffardır peyda.

Könül əxzi-ülumə mötəkifdir gənji-zülfündə,

Şekənji tar hər muyində pürəsrardır peyda.

Nigah et qəmzəhayi nərgisi-siyrabına hər yan,

Dəvan jasuslər bir fitnədən əxbardır peyda.

Nəhani dərdi-eşqindir dili-Şuxidə gənjidə,

Vəli muyi-sərindən muyhayi-zardır peyda.


* * *

Hansı bürj isə müqabil rüxi-gülfamə düşüb,

İjtima qəmər, zöhrəvu, bəhramə düşüb.

Əsəri-şişeyi-çöhreyi-gülgünindən,

Atəşi-şöleyi-fərzan deyəsən bamə düşüb.

Zülfü rüxsarına əfşan tökülüb xəlq təmam,

Bu sifət mah tutulmaqdan ovhamə düşüb.

Abə bir zərfi-bilurində ləbi-əksindən,

Guyiya pareyi-yaqut bin çamə düşüb.

Xəlqdən jəlbi-nəzər eyləyərək bəzm içrə,

Çeşmi-fəttani işarətilə eyhamə düşüb.

Dövri-xali-həjərində dolanır həlqeyi-zülf,

İstelam üzrə səfi-rəngidir əhramə düşüb.

Bəsteyi-ahu kimi hər yan təkü-pudən sonra,

Fitnədən didəsi xabilə bir aramə düşüb.

Xəlqə qismət olunub karu gərü dadü fəraq,

Bu şikayət Şəkidə Şuxivü nakamə düşüb.
* * *
Zari-könlüm dami-eşqə bir mələksima salıb,

Həlqeyi-zənjir zülf başıma sevda salıb.

Tuli-hijranın əgər mümtəd ola ey, mahvəş,

Çeşmi-xunpaşimdən ümmid ilə kim, dərya salıb.

Dideyi-abidi-firibin eylədikdə bir nəzər,

Mülki-jan içrə sərasər qarətü yəğma salıb.

Şöleyi-ruyin düşüb çeşmə, itirmiş rahini,

Xor özün çahi-zənəxdanə dili-şeyda salıb.

Xali-rüxsari-jəhantabın görən təsdiq edir,

Gülşəni-firdövsə hendu bəççədir məva salıb.

Çini-zülfün çin diyarın eyləyib təsxirü bənd,

Kişvəri-Hindustanə şurişi-ğövğa salıb.

Tərki-eşqi-jansitanın, Şuxiya, düşvardır,

Sərsəri-səhni dil üzrə mahi-ruyin ja salıb.


* * *

Könlüm o gün ki, tellərinə mübtəla olub,

Hər tari-muyi başıma yüz min bəla olub.

Hər dü qaşınla çöhreyi-gülgünə başurub,

Şəmşiri-xun çekani-şəhi-Mürtəza olub.

Zər tökmə dövr sədri-lətafət sirişkinə,

Rəzzin hisari-dövqeyi-jənnətsəra olub.

Mina bərgilə başına təzmin verən,

Rüxsari-mahi-peykərə nuri-əla olub.

Etmirdim ol xəyalı qujarkən miyanıni,

Zərrin kəmər bu işdə əjəb bihəya olub.

Ləb teşnəqan eşqə rəva gənj ləblərin,

Qanda bulum təriqini darüş-şəfa olub.

Asan göründü əsmər edəm bir gəz ixtiyar,

Rahi-güzari-eşq belə pürjəfa olub.

Hurani-jənnəti-könül eylərdi arzu,

Bilsəm əgər ki, jəngini məhliqa olub.

Zövqü səfayi-ruhfəza bəlkə Şuxiyə,

Şəbhayi-vəslin, ey sənəmi-dilrüba olub.
* * *
Səba, keyfiyyəti-halim vəfasız yarə məlum et,

Rəvan ol kuyinə, məkşuf qıl, əhvalı məfhum et.

Pərişan hali-tirə ruzigarım çun şəbi-hijran,

Bu məzmun əzrə ətvarım ona mərsulü mərsum et.

Dəhani-qönçeyi-siyrabdan məhfumi-əsrar et,

Dəhanı tək nümayan olmadan məsturi-məktum et.

Bilib sirri-zəmirün nükhəti-zülfilə bir namə,

Mədari-türreyi-mişkindən tərtibi-mərqum et.

Olurmu rahi-didari-şəfabəxşinə bir ümmid,

Qəmi-üzlat qəlbi seydi-peyğamınla mədum et.

Ziyayi-tələti-didarilə ümidi-binayi,

Zəmani-bədi-hijranilə bəstə çeşmi məhrum et.

Əlaji-dil olunmaz şikveyi-hijranilə, Şuxi,

Müsəjjel etmə dərdün nameyi-əmali məxtum et.


* * *

Ovsani-nahəqdən olma, ey gözəl bir qanə sən bais,

Dolanır bari o könül başına qurbanə sən bais.

Ola ey qəmzeyi-jadu olundun əvvəlü axır,

Pərişan haliyi dil xatiri-viranə sən bais.

Nəzərdən dur ikən ruyi olursan türreyi-mişkin,

Təxəyyülhayi-şeirin şəbi-hijranə sən bais.

Dila, əfrati-eşqü hübb evin eylədin zahir,

Bu nazi-jandar şiveyi-jananə sən bais.

Edirsən göftüguyi-zövqi-ləlin rənjini yarə,

Olub izhari-əsrari-ləbi-xəndanə sən bais.

Təğafil eyləyib əğyarə verdin rahi-əfsadə,

Fəraqi-yarilə oldun dili-suzanəsən bais.

Baxanlar durdən zənn eyləyirlər işrətin, əmma,

Həzaran heyf, Şuxi, xoşk bir əfsanə sən bais.
* * *

Nədən ey güli-belə bir busəni təhrim ilə bəhs,

Eyləmək xatir pürnazını torim ilə bəhs.

Badeyi-eşqini sərməstligindən eylədim,

Nə günah isə bənə eyləmə təjrim ilə bəhs.

Bəni bihuş qılıb zövqi-ləbi-gülfamın,

Eylə əvvəl bənə öz halimi təfhim ilə bəhs.

Dil edərmi bəni hər növ müqəssir edəsən,

Hər xüsusilə sənin qövluna təqdim ilə bəhs.

Qəzəbin hər nə ki, var eylə səbayə kim edir,

Verdigin türreyi-mişkinə məstim ilə bəhs.

Buseyi-ləlin üçün başımı ehda edərəm,

Bax, ey mahrüxim, eyləmə təvəhüm ilə bəhs.

Şuxi, məhsub olunur jümleyi-varilə sənin,

Digər, ey gül, nə rəva bəndeyi-təslim ilə bəhs.
* * *

Sən, ey gül, aləm içrə fitneyi-aşubə sən bais,

Anınçün kim, həman məhparə ruyi-xubəsən bais.

Könül bu iştiyaqilə vüsalə jüstüju üzrə,

Müqərrər, ey məhim, bir əksi-mətlubəsən bais.

Demə aləmdə bir jövr etmədim tətbiq ilə bir bax,

Şekəsti-hüsni-ruyi-jümleyi-məhbubəsən bais.

Nə göstərdi iki xunxar çeşmin bu dili-zarə,

Diyari-jan içində ləşkəri-məğlubəsən bais.

Könül məmurəsin seyr eylə gör təxribə üz tutmuş,

Xədəng əndazeyi ol qəmzeyi-dil kubəsən bais.

Çəküb razi-dil üşşaqi qıldın aləmə zahir,

Həmin tərqimi-əş’aratilə məktubəsən bais.

Rəhi-eşqidə olsa karbar Şuxiyi-zarın,

Büsati-işrət əhvalını məktubəsən bais.
* * *
Bu gün ol mahi-rüxim etmək üçün dərdə əlaj,

Verdi lütf eyliyərək mətleyi-rüxsarə rəvaj.

Rəhgüzarında dü məstanə gözü tutdu yolun,

Əqlini verdi dili-zarı xilas olmağa baj.

Eşqe sevdasını döndərdi könüldə qanə,

Gül rüxün ərz qılıb eylədi təğyir fəraj.

Dürr bəhrindən əqsayi xətadən dəxi müşk,

Zibi-rüxsarına şahan edir irsal xəraj.

Zülfi-hindusi binaquş buxağın götürüb,

Bir giran qədri-mətai ki, ola mayeyi-aj.

Eşq əsrarını hifz etməgə yox ja dildə,

Qəmzəsi ilə qılıb xaneyi-qəlbi taraj.

Olamaz navək dilduzinə üşşaqdə tab,

Qeyri məjruh dili-Şuxiyi-məsləkin amaj.


* * *
Gətir, ey saqiyi-məhrü, bənə bir sağəri-rah,

Rahi-kəm kərdeəm ol hadiyi-hənjari-fəlah.

Qəsdi-jan etməgə amadə durubdur çeşmi,

Tərksər məsti-müsəlləh be həme növ’i-səlah.

Qəlbi-taraj günüm tarü pərişan zülfi,

Edər olduqda nəşimən gəhi amaji-riyah.

Çilvə zülfinə verir rəxamətdə bənaz,

Zənn qıldım dil açıb tutiyi-tavus çinah.

Dəstrəs buseyi rüxsarına heyhat durub,

Səf mücgan qazaq alayi kimi əldə rəmah.

Dedim, ey dil, dəmi-sevdayi-səri-zülfündə,

Sənə bu örfdən idrak degil rahi-səlah.

Şuxiya, məskən qürbətlə fəraği-zülfi,

Səni piçideyi-əbru edər ovqati-rəvah.


* * *

Dili-ğafil, gözün aç hüsni-dilarasına bax,

Durub ol mah rüxim surəti-simasına bax.

Tir bər tir rəvan sinəmə əndaxtədir,

Çeşmi-jaduyi-şikarəfkəni-şəhlasına bax.

Saldı o dildarə dil şifteyi-suzani,

Pərtövi-arizi-gülguneyi-zibasına bax.

Ləbi-ləlindən edə qətreyi-janbəxş əta,

Sər foru eyləməz ol gərdəni-minasına bax.

Bəndi-bərbənd qılıb qeyd əsatətdə müqim,

Qəbrin türreyi piçideyi-mütərasına bax.

Sərvi heyran qılıbdır hərəkətdən saqət,

Qədi-zibayi-xuramandeyi-balasına bax.

Qəmzəsi etdigini könlümə bəndən sorma,

Xaneyi-qəlbə edən qarətü yəğmasına bax.

Lütfilə gah səni eyləyir əhya, ey dil,

Xəndeyi-ləli-ləbi-lölöyi lalasına bax.

Bir nigah ilə olub valehü məftunü əbd,

Şuxiyi-qəmzədə aşiqi-şeydasına bax.
* * *

Rüxündə məzhəri-lütfi-xuda çu qıldı nəhud,

Anımçün oldu dü əbru bənə məkani-jüjud.

Nəsimi-sübh toxundu qədə tari-zülfündən,

Gəlirdi guşəmə avazi-nəğmeyi-Dadud.

Hüjumi-qəmdən olurdum fərağü azadə,

Jəmali-mahliqasını eyləyib məhşud.

Həzar jəhdilə düşmüşdü dəstimə, çıxdı,

Nifaqi-dövri-zəmanilə daği-məqsud.

Bu illər ilə olan tul dərdi-hijranə,

Dəvayi-sürət dövri-vüsal qılmadı sud.

Əgərçi daği-vəslinə dəstrəs buldum,

Vəfayi bisəmər bəxt etdi xoşnud.

Eşitdim isə də bu ləfzi, görmədim səfa,

Deyirdi xəlq tülu etdi kövkəbi-məs’ud.

Fəğan ki, sabitkən eylədi bu qəsdi fələk,

Fənayi-aqibəti-hal hasidü məhsud.

Zəmani-firqəti-təlxində, ey şəkərdəhənim,

Olundu Şuxiyə əbvabi-işrəti məsdud.
* * *
Görməm əbruyi-hilalın məhimin əhdi-bəid,

Könül imsak üzərə bəstə qılıbdır dəreyd.

Həlqeyi-zülfi üzün tərfi-binakuşə çəküb,

Olur andan yenə bir fitneyi-aşub pədid.

Bir dəm vəslinə, ey badi-səba, səy edə gör,

Yetir ol ləli-şəkərbardən əxbari-nəvid.

Zinəti-gülşəni-jisminə verib nəşvü nüma,

Kamran heyf ki, dil bir güli-məqsud məçid.

Yox vəfa kəsdə ki, şərhi-qəm edə jananə,

Ola bir yar kojaməhrəmi-əsrari-bərid.

Nola bir kərrə təmənnasını tut qoyma ola,

Səri-rahında nəhayət dili-məzlum şəhid.

Etmədi rəhmi dili-Şuxiyə ol mahi-rüxim,

Naləhayi-şəbi-hijranımı aya nə şenid.

* * *
Səni ersali-nəzdi-bir güləndam eylərəm, kağız,

Sənlə ol büti-zibayə peyğam eylərəm, kağız.

Həmin bir namə kim, razi-dili-məjruhədir havi,

Anınçün janü dildən lütfi-ikram eylərəm, kağız.

Fəraği-ruyi-şərhin əşki-ələmdən müradilə,

Yazıb mərsul ol rüxsari-gülfam edər kağız.

Səni məmlu edib dərdi-dil ilə ey vərəq parə,

Dərunində bəsi əsrari-əktam eylərəm, kağız.

Yetişdin dəstbusi-yar edib çaket giribanın,

Nümayan et nə kim təqrirü elam eylərəm kağız.

Hərasan olma axər rişteyi-mehr ilə pabəstə,

Qılıb dildareyi-ənjam hər kam eylərəm, kağız.

Bu əxbarati təslim eyləsən ümmidi-Şuxidir,

Xilasi-vərteyi-hijranə iqdam eylərəm, kağız.


* * *
Səni, ey gül, xərababad könlüm sübhü şam istər,

Vəlikən yox ümidi-vəsl, bilməm dil nə kam istər.

Güli-gülzar seyrinə dilü didə nigah etməz,

Səni əndində könlüm, ey büti-ziba, xüram istər.

Nə meyli-bağ, nə şövqi-rəyahinü gülü sünbül,

Şəmimi-türreyi-ənbər siriştindən məşam istər.

Güli-izhari-bağ içrə şüküftə leyk naqisdir,

Rüxi-gülfamın ilə jani-mən zibi-təmam istər.

Qıla məşruhi-əhvali-fəraqi-jismi-suzani,

Mükəmməl qasidi-xoşməşrəbi-şirin pəyam istər.

Bulur bir rahi-fürsət dəsti-kinə jibi-əğyarə,

Qoyarsa gərdişi-gərdun nə günə intiqam istər.

Şəbi-hijranın keyfiyyəti təhriri-namümkün,

Zəbani-qöftequyə, Şuxiya, vəqti-məqam istər.


* * *
Olunmaq mübtəla eşqi-vəfasız yarə müşküldür,

Mərizi-dərdi-eşq üzrə bulunmaq çarə müşküldür.

Məhəbbət damına pabəstə dil kim, zarü nurandur,

Nəsihət rahdən heyhat ona qöftarə müşküldür.

Kimə izhari-dərd etmək, rəfiqan, napərid olmuş,

Hər an biməğzi agah eyləmək əsrarə müşküldür.

Əduyə intiqam etməkdə səbrə qeyri-mümkündür,

Vüqar təbdən almaq dəxi biqarə müşküldür.

Dilü-didə müqərrər iztirabü intizar üzrə,

Fəraqi-yarilə olmuş könül sədparə müşküldür.

Bulunmaz çareyi-dil dərdməndan bidəva qalmış,

İqamət biətibba mülkdə bimarə müşküldür.

Degil dil qabili-dərman, olupdur Şuxiya suzan,

Tutuşmuşdur əzəldən şöleyi-rüxsarə müşküldür.


* * *
Hər zaman badi-səri-zülfi-dilaramə dəgər,

Şam sübhə toxunur, sübh dəxi şamə dəgər.

Sübh məxluq oxur mülkə qərardur atəş,

Ya ki badi-səhəri arizi-gülfamə dəgər.

Göstərib ru miləli-xarijə saldun şuriş,

Bu həqarət həme bütxaneyi-vərzamə dəgər.

Zülfi-mişkini jəlinanə töküb rüxsarə,

Bais fitrət olur rövnəqi-islamə dəgər.

Qan olur badi-dərunində o dəm rəşkindən,

Ləbi-gülfam hər andəm ki, ləbi-jamə dəgər.

Ənbərin türrəsinin şərhini etdikdə murad,

Bir həzin muyə dirsən ləbi-eğlamə dəgər.

Badə məjlisdən itər, sükuti bir ömür çəkər,

Qətreyi-gənji-ləbindən ki əgər kamə dəgər.

Jigərim daş degil qəlbinə xuda etmə qiyas,

Qəmzədən hər nə ki var, atdığın ishamə dəgər.

Aldım ağuşimə bir nazi-qərib, etdi zühur,

Bilməzəm ruhdur aya tənim əjsamə dəgər.

Nə yazım vəsfi-rüxun zülfi-pərişan dökülüb,

Səfheyi-ruyinə təhrir ilə yüz xamə dəgər.

Şuxiya, belə ki, qismət sənə məhruyandan,

Tiri-qəmzeyi nola sən bikəsi-kəmnamə dəgər.


* * *
Zülfün ol məh ki, pərakəndeyi-rüxsar eylər,

Yüz könül həlqeyi hər muyə giriftar eylər.

Etməyib rəhm dili-həlqə nəsimi-səhəri,

Zir hər tarqdən izhari-səd israr eylər.

İki məstanə gözün əmrinə bağlı mücgan,

Əzmi-tarat neçə ləşkəri-tatar eylər.

Bəni-dildarəni baz etmək üçün bəsteyi-dam,

Tökülüb zülfi-binaquşinə əxbar eylər.

Daneyi-xal ki, künji-ləbi-gülfamə düşüb,

Xaneyi-qəlbimi aşuftəvü şeşdar eylər.

Halimi böylə zəbun, sinəmi məjruhi-əbd,

Bənəm ol qəmzeyi-xunrizi-şərərbar eylər.

Rüxi-məhparəsinə həlqeyi-zülfün dağılıb,

Şuxiyi-zari şəbü ruz diləfkar eylər.


* * *
O gün kim, ey məhim sevdayi-eşqin başə düşmüşdür,

Dəxi başim kəməndi-zülfi-ənbərpaşə düşmüşdür.

Nigah etdim iki jəllad əlində yayi durmuşdur,

Və ya məddi-nəzər dövründə çeşmü qaşə düşmüşdür.

Təmaşayi-rüxi-tabani didə degil qadir,

Şüayi-şəms güya dideyi-xəffaşə düşmüşdür.

Həsari-sinəmə bir tir atılmış şəsti-qəmzəndən,

Dəruni-xaneyi dil şurişi-pərxaşə düşmüşdür.

İki məstanə çeşmindən dilə mədumi-asayiş,

Giribani-rəaya neçə fərraşə düşmüşdür.

Edindim vadiyi-heyrət məkan əyyami-firqətdə,

Məsəldür seydini tərlan itirmiş, daşə düşmüşdür.

Təqazayi-zəman hazirün övzaidür Şuxi,

Tədabiri-vilayət qəbzeyi-ovbaşə düşmüşdür.


* * *
Çeşmeyi-tar olunup səfheyi-dünya sənsiz,

Ey qəmərtələt, degil çöhreyi-ziba sənsiz.

Məsti-ləli-ləbin oldu fəraqinlə qəmüm,

Qəlbi təsiri-həzin eylədi səhba sənsiz.

Təlxi-tər kamım edir zövqi-ləbani-şirin,

Zülmət qəlb verir türreyi leyla sənsiz.

Pür olan əmteyi-vəslilə bazarimdən,

Qaldı başımda bu sərmayeyi-sevda sənsiz.

Bağə girdikdə açılmasına çox təfi etdim,

Xəjalətdən qızarıbdır güli-həmra sənsiz.

Yadına sal bir özün işrət ruzi-vəsli,

Gör nolub hali-dil aşiqi-şeyda sənsiz.

Ləzzəti-ləli-ləbin gördügünə yox meyli,

Qeyri kəsdən dili-Şuxidə təmaşa sənsiz.


* * *
Ol ğəzali-xətini neyləməli, ram olmaz,

Hasili-məğsudə tədbir ilə ənjam olmaz.

Şikveyi-qəmzəsini eyləmə, ey dil, həzər et,

Öylə xunxar ilə şərhi-qəmə əbram olmaz.

Piçi-zülfündə səba etdi könül eyşini təlx,

İstirahətlə qəribanə ki, bir şam olmaz.

Mubəmu silsileyi-zülfini görəndə könül,

Hər çi zülmat ola divaniyə övham olmaz.

Müztərib atəşi-ruyilə olub qəlbə həriğ,

Od düşən xanədə asayişi-aram olmaz.

Bir neylistan ola əhvali-qəmi-eşqindən,

Yazıb itmamını etməkligə iqdam olmaz.

Zövqi-vəslindən əgər şərh qılam illər ilə,

Ləzzəti-buseyi-ləli-ləbin itmam olmaz.

Atəşi-eşqilə yandırma dili-zari əbəs,

Yeksər, ey dil, səna bu bəxt ilə bir kam olmaz.

Aşiqan ilə gərək qeys ilə Fərhad kimi,

Şuxiya, sən kimi bişöhrətü kəmnam olmaz.


* * *
Olan bəd zəman didarın ilə dideyi-mənus,

Edərmi səbr, ey məhru, dökər bir haləti-məkus.

Gülüstan içrə əzmində gözündən nərgisi-heyran,

Gül həmrani xijlətdən edibsən qanilə məlbus.

Bənövşə sünbül ilə bir düzüm əxbari-zülfündən,

Səmaən sərəfkəndə hər tərəf əzm etdilər məyus.

Pərəstiş hüsnə kəffarə etmək şərhini eylər,

Büti-bijanə etməkdən üzülməz naleyi-naqus.

Ola heyhat təxlis gəriban etməgə çarə,

Sən ey zülfi-müənbər, baisi-sədjanəsən məhbus.

Pərakəndə tökülmüş çöhreyi-gülgünin zülfün,

Düşüb atəşdə piçi-tabə guya şəhpəri-tavus.

Xədəngi-qəmzədənü-əbruyi-tiğindən əgər Şuxi,

Bəsi-şükranə eylər belə janın etməgə məhrus.


* * *
Səni bu hüsnilə kim şöhreyi-afağ eyləmiş,

Mən məhzuninidə sərdəftəri-üşşaq eyləmiş.

Ənbərin zülfilə arayişi-rüxsarın edib,

Dili-məjruhimi hər muyinə ilhaq eyləmiş.

Xirələndirdi təmaşasın edirkən çeşmi,

Ruyi-məhpeykərini gün kimi işraq eyləmiş.

Verən ol surəti-janbəxşi-dilaranı sənə,

Ey diriğa, belə bədxuyü bədəxlaq eyləmiş.

Görməzəm bir səri-azadeyi-qeydi-zülfün,

Nə bəni, bəlkə giriftari-səd ənağ eyləmiş.

Məni dilbəsteyi-mehri edib ol mahrüxim,

Qövli-əğyarə olub mübəttəli-misaq eyləmiş.

Firqət yarilə bərəksi-ədvari-zəman,

Dili-Şuxini pərakəndeyi-övraq eyləmiş.


* * *
Məgər lütf eyləyib ol mahru bir namə göndərmiş,

Qəm eşqilə bəstə mübtəlayi-damə göndərmiş.

Təbəddülhayi-ruzi-vəsldən bir məbhəsi-əfzun,

Şikayətlər dili-xunbarimə elamə göndərmiş.

İtirmiş seydini kim vadiyi-eşq içrə sərgərdan,

Jərəsi-fəryadı birlə mətləbin əfhamə göndərmiş.

Səba rüxsarına qəsdən ədavətlə qılıb təhrik,

Sepahi-küfri-zülfün kişvəri-islamə göndərmiş.

Xəyalım istelami-qibleyi-ruyinlə tayifkən,

Kəməndi-zülfi-rəddi-məqsədilə şamə göndərmiş.

İki məstanə çeşmi-qəlbi-zarim etməgə nima,

Hezaran qəmzəhayi-jansitan ənjamə göndərmiş.

Ləbaləb qanilə hijrandə dolmuş kaseyi-çeşmim,

Ləbindən bilməzəm kim badeyi-gülfamə göndərmiş.

Mələk mənzər təban etdiklərinə bəhsi-zibayi,

Səni onlarə, ey məhru, qəza ilzamə göndərmiş.

Atıb hər karını zülfündə ja tutdun dili-Şuxi,

Məgər, ey bisərü saman, səni aramə göndərmiş.


* * *

Jəvabım qasid ilə ol təb növrəstə göndərmiş,

Və leykən bir kəlam müğləqi sərbəstə göndərmiş.

Qılıb bir növ rəddi-iltimasım vəsli-bəxşində,

Ləzaqi-rişteyi-ümmidimi nüksişə göndərmiş.

Nəsimi-zülfini badi-səba təqviyyəti qəlbə,

Tərəhhüm eyləyib şamü səhər peyvəstə göndərmiş.

Jəhan gülzarına ol nonihali hüsnü surətlə,

Mükəmməl bağban sün’ edib şayəstə göndərmiş.

Jəmali-janfərasın əhsəni-təqvim ilə peyda,

Həme rəgdardən təhzib ilə varəstə göndərmiş.

Edib qəsdi-nijatım təxti-parə bəhri-təxlisə,

Bəni girdabi-gəm içrə yəqin danəstə göndərmiş.

Məsihədəm ləbindən nitqilə bir qasidi-məqbul,

Təfəhhüslə bekami-Şuxiyi-dilxəstə göndərmiş.

* * *
Seyti-hüsni-rüxin, ey mah, jəhanı tutmuş,

Zikri-övsafi-ləbin xəlqi-zəmanı tutmuş.

Naleyi-kusmidir məqdəmi-şahənşahə,

Ya könül həsrəti-ruyinlə fəğanı tutmuş.

Nəzər et dideyi-sərməstinə bəhramasa,

Güyiya başına şəmşir kəyani tutmuş.

Eylə bimari-əbəd çeşmi-xumarın ki, qalıb,

Dili-xunbarının əlbəttə ki, qanı tutmuş.

Dilü jan mehri-rüxindən edə bilməz təfriq,

Kürreyi-zülf həme rişteyi-janı tutmuş.

Oğrun-oğrun səri-zülfində görürkən könlüm,

Səf mücgani-yolun qəti-nihanı tutmuş.

Xabi-qəflətdən oyan, getdi rəfiqan, Şuxi,

Səni məşğul bu mənzil ki, fani tutmuş.
* * *
Kəf qüdrət ki, o məhpeykəri təkvin etmiş,

Gör nə arayişi-ziba ilə təzyin etmiş.

Afərin surəti-simayi-jəhan tabına kim,

Afərinində nə xoş nəqşilə rəngin etmiş.

Hüsni-janbəxşinə bir-bir baxuban şəmsü qəmər,

Müddəilər eylər özü tərifilə təhsin etmiş.

Xali-hindu beçəsi kibr ilə şahanasa,

Rüxi-xubində nə iqraz ilə təmkin etmiş.

Jəm ikən əql təmaşasına jadu gözünün,

Nə pərakəndə gör ol sahiri-bidin etmiş.

Bağrımı şəqq bilə həsrətilə xunalud,

Fərqi-Fərhad kimi ol ləb şirin etmiş.

Türrəsi dövreyi-çeşmində şərarət gəzişir,

Görüm ol sərxoşi-bibakə nə təlqin etmiş.

Ənbərin zülfü ləbi-ləlü dü çeşmi-ahu,

Bəsteyi-dam bəsi aşiqi-miskin etmiş.

Xəlqdən qəti-nəzər şöğli-dəhistani qəbul,

Özünə Şuxiyi-dil süxteyi ayin etmiş.


* * *
Olur aya ki, edə ol sənəmi-xas əlxas,

Bəni ənduhdən etməkligə vəslilə xilas.

Zülfilə xalı alur buseyi-ruyindən kam,

Lütf edib qıl məni-məhrumə də bir busə həsas.

Götürüb çü hər yan göhərü yaqut, vəli,

Ləbü dəndani tək ol məhvəşin olmazdı məsas.

Bir təbəssümlə ki izhar eylədi bəzmi içrə,

Etdi sərmayəsini ləli-firuşin ərxas.

Aşkar etsə o məh ruh müjəssəm bədənin,

Ərinür simi-mətanun təni manəndi-rəsas.

Bədri-ənvər rüxin ol mahgər eylərsə güşad,

Zöhrə ol bəzmdə şövqündən olurdu rəqqas.

Ey gülüm, Şuxiyə ver gülşəni-vəslində sükun,

Sənə vabəstə edib dideyi-sədqü ixlas.

* * *
Səba, dərdi-dilim şərhin varıb jananə qıl məruz,

Gözəllik mülkünə mənsub olan sultanə qıl məruz.

Xədəngi-qəmzədən aram versin natəvan qəlbə,

Dü çeşmi-janistan əmrü fərmanə qıl məruz.

Könül pərvanəsinə sətr qılma jan nisar etsin,

Təmənnasın rüxi-gülrəngü dil suzanə qıl məruz.

Şəbi-hijran sərgərdani-didarı qalıb çeşman,

Kəvakib intizarından məhi-tabanə qıl məruz.

Qalıb çahi-zənəxdan içrə könlüm möhnəti-qəmlə,

Əzizi-Misri dili-şahənşəhi-dövranə qıl məruz.

Gülü-gülzar qədri-zövqini zağü zəğən bilməz,

Həmin keyfiyyəti-mürğani-xoşəlhanə qıl məruz.

Edib əsrari-qəlbi kətm Şuxi dənbdəm təkid,

Məbada kəşf qılsın dideyi-giryanə qıl məruz.


* * *
İki dəstim edib, ey məhliqa, ağuşimə mərbut,

Anınçün kim vüjudun şirü şəkərlə olub məxlut.

Bənə ruhi-rəvan olmağına fərmanilə elam,

Jəbin üzrə etmiş katibi-qüdrət ani məxtut.

İki şəhla gözün hökmilədir zənjir edib zülfün,

Nə vardır ixtiyar janü dilü dəstindədir məzbut.

Səni xak içrə buldum taji-şahanə səza gördüm,

Götürdüm janım içrə hifz edim, ey gövhəri-məlqut.

Hijabi-huri-mənzər şiveyi-neyrəng ilə oldun,

Jəhan əhlinə hüsni-surəti-məhşur ilə məğbut.

Gül nəsrinə ağuştə edibdir müşkilə ənbər,

Səri-sevdayə bir ləxləxə ol törreyi məştut.

Edirsən Şuxiyi-müştaqə hijranla tənbihat,

Təğafül etmə ol iqrarlər kim, etməsin məşrut.


* * *
Edirsən əzmi-fərda, ey pəri ruyim, xudahafiz,

Qalır zülmətdə sənsiz bu səri-kuyim xudahafiz.

Unutma aşiqin sən gahü gahi yadbud eylə,

Yetir buyin məşamə, ey səmənbuyim, xudahafiz.

Nədəndir nagahani firqətə məyyal olub verdin,

Təhərrük qamətə, ey sərvi diljuyim, xudahafiz.

Edirsən qəddimi ziri-qəmi-möhnətdə pəcmürdə,

Xəmidə hijrətinlə, ey xəm əbruyim xudahafiz.

Bu əzm ilə bəni tab edirsən, ey mələk müntəzir,

Gedir əflakə sənsiz nalevü huyim xudahafiz.

Jeragahın qoyub əzmi-xətadır etdigin məqsəd,

Nə məjbur eylədi, ey çeşmi-ahuyim xudahafiz.

Xəzan olmuş könül bağına min bəd, ey dili-zarim,

Olur Şuxi dü çeşmindən rəvan juyim, xudahafiz.


* * *
Ola kəs ləhjeyi-janbəxşinki yekbar səmi,

Dilü jan ləzzət javid qılır kəsb vədi.

Eşqinə hər dil biməğzdən olmaz mamərva,

Nəjbər, ey sərvi-rəvan sineyi-pündərdi-vəsi.

Gərdişi-qəmzeyi xunxardən etdikdə həras,

Eyb qılma ləbini bus ilə qılmaqda şəfi.

Saqiya, badə götür sübh vüsalı açılır,

Dəmbdəm jünbüşü rəftarını etməklə səri.

Dili-əğyarı vüsalilə qılıb rəşkalud,

Eylərəm ləli-ləbi-şəkəri-püstani rəxi.

Eylədi rövşəni çeşmimi didarı füzun,

Həm gülə güşimi iqbali-vüsalilə rəfi.

Keçirib Şuxiyi-dilsuz şetayi-hijrin,

Rüxi-gülzarı ilə oldu bənə fəsli-rəbi.


* * *
Eylə bir dəm məni ey məh, qəzəbindən fariğ,

Səd bəla ilə dil olmaz tələbindən fariğ.

Ölmək asandır, olmaqlıqa qayət müşgil,

Buseyi-ləli-şəkərbari-ləbindən fariğ.

Qəsdi-jan eyləmə axşam deyib əzm edəsən,

Ruzi-vəslə yetirib zövqi-şəbindən fariğ.

Mehri-rüxsarın ola mənzərim olmaq diləməm,

Bəsteyi-eşqdə əmrazi-təbindən fariğ.

Qəmi-hijranilə pabəstə rəvadır edəsən,

Ləbi-xəndanü rüxi-pur tərəbindən fariğ.

Eyləmə xari-müğilanə düçar, ey qibləm,

Şəkərin meyveyi-nəxli-rətbindən fariğ.

Şuxiyi-zar, jəhan içrə qəmü şüğlindən,

Mehrü-məhruyin olmuş səbəbindən fariğ.


* * *
Səni xəlq eyləyib, ey məh, belə xəllaq zərif,

Jismi-pürnazını ənvai-nəzakətdə lətif.

Qibleyi-ruyinə dillərdə qoyub mehr bəsi,

Səri-kuyin edib üşşaqına məsudü-şərif.

Rüxi-janbəxşinə təzyini-məlahətlə verib,

Sərbəsər qaməti-diljuyinə tərtibi-ətif.

Nə yazım vəsfi-jəmalında ki, təhrir olunub,

Oxur ol ləfzi-jəbinində sərahətlə ərif.

Gər giranbar isə də mehri-rüxin jan içrə,

Eyləyib şövqi-vüsalın bənə çun zərrə xəfəf.

Rəhm qıl etməgə zülmətkədəmi rövşəntər,

Bir kejə vəslilə, ey mahvəş, qədri-mənif.

Sənə bir yar həgiqi qalır axır, ey gül,

Lütf edib Şuxiyi-dilsuzə bu qədər olma ənif.


* * *
Degil məlumuniz, yaran məni heyfa jəfayi-eşq,

Oleydüz məxjəri-dərdi-dəruni-mübtəlayi-eşq.

Təfəhhüm eyləyəydiz talibi-dilhayi-üşşaqi,

Qılıb zirü zəbər məjmueyi-vadin bəlayi-eşq.

Qonure-bəstəri-qəflət kaja məfhumi-raz eylər,

Səhər mürğindən istidlal məğmun arayi-eşq.

Olurdun məstü mədhuşi-əbəd məsmuin olseydı,

Sürudi-nəğməsindən zərrə bir guşə nəvayi-eşq.

Durubdur mənzərində bigəran bir bəhr tək daim,

Jəhanda mişi-çeşmində degil peyda vərayi-eşq.

Fəlatun və Ərəstu gəlsə olmaz dərdinə çarə,

Ləbi-janbəxşi-janani-dilaradır şəfayi-eşq.

Dili-dərya mərahimanə lazım Şuxiya bulsun,

Miani-qərqi-tufan nar içrə səfayi-eşq.


* * *
Gəzər ruyində hər yan rişteyi-jani çəkər zülfün,

Yenə salmağa bir qan bu biyana səy edir zülfün.

Nədir qəsdi gəhı nəzdik ləbi gahı bənaquş,

Qarışdırmağa dünyanı nihani söyləşər zülfün.

Nəsimi-sübhdən bir nazənin təhrik ilə hər dəm,

Dili-biçarəni eylər vətəndən dərbədər zülfün.

Şərab dilqoşa ləlindən eylər nuş hər saət,

Jəhali-baği-rizvan içrə məstanə gəzər zülfün.

Dili-xunbar halın bir qiyas et xofdan çəkmiş,

Xədəngi-qəmzədən başına əbrudən səpər zülfün.

Belə uçmaq həmişə adətdür imdi həm derlər,

İki türkə qoşulmuş çinə qəsd eylər səfər zülfün.

Rüxün məstur edib gahi-pərişan eylər əhvalım,

Rəhi-məqsud Şuxini, nədir bais, kəsər zülfün.


* * *
Rüxi-məhpeykərün, ey gül, açılmış nəstərənlər tək,

Dolanır didəm ətrafında oğrun gül dərənlər tək.

Nəzərgahındən ötdükdə nə san ol qəmzeyi-jadu,

Könül məmurəsin taraj qıldı rahzənlər tək.

Neçə əbruyi-mişkin famə qılmış təkiyə məstanə,

Nigahi-çeşmi-xunxarə nəzər qıl səf şekənlər tək.

Təni-gülbərgini ağuşə almaq kamını bulsam,

Edirdim janilə məstur jismin pirəhənlər tək.

Nedərdün ruzi-məhşərdə şəhidən dəsti-zülmündən,

Şikayət damını əldə gələm xunin kəfənlər tək.

Həmağuş olduğumdan darə çəkdirməkmidur qəsdin,

Tökülmüş boynuma gesuyi-mişkin rəsənlər tək.

Olupdur bayisi-eşqi-jegərsuzi-dili-Şuxi,

Əzəldən axirə sən məhvəşü simin bədənlər tək.


* * *
Jəhan bağı yetirməz bir güli-məmduh ol ru tək,

Və ya bir nəxli-şəkkərbari-mövzun qəddi-dilju tək.

Pərişan zülf arasından rüxin, ey mahru ləman,

Füruzantər dəmi-fəvvarədən əfşan olan su tək.

Tərəddüd rahını məxluqdan qət eyləyib zülfün,

Səbadən müttəsil əfsarilə aşuftə hindu tək.

Tutub ətrafını məstanə çeşmin ləşkəri-mücgan,

Edir nəzzarə hər yanə hərasan olmuş ahu tək.

Olub sipər neçə şahın çeşmi-jansitanında,

Könül mürği-pərişan pürşekəstə zari-tihü tək.

Müşabih zülfiqar heydəri-kərrardır, ey məh,

Əlaji-zəxmi-napeydadır ol şəmşirə əbru tək.

Gülər gülzari-firdövs içrə mümkün olsa güllərdə,

Dəhani-qonçeyi-siyrabə nisbət nükhəti-bu tək.

Dili-divanəni zəbt etməgə qadir degil jozi,

Kəməndi-şirgir həlğeyi-zənjiri-geysu tək.

Rüxi-minuvəşin, ey mah, mövjud ol min məjlis,

Olur Şuxi üçun ol məskəni-deyju damu tək.


* * *
Olunmadı bənə kamımja vəsli-yar husul,

Fəraqı eylədi idrak əqli məhvü əful.

Diriğ qafileyi-rahi-eşqinə girdim,

Müyəssər olmadı şəhri-vüsalə rah vüsul.

Məhəbbət rüxi-zibası ruhilə böylə,

Edib çu ruzi-əzəl qalibi-həzinə hülul.

Olub sədası geysuyi-mehrinə bəstə,

Xilasına degil imkan gərdən məğlul.

Çəkər zəmani-nəzakətdə ruhi janımdan,

Təbəssümanə təhərrüklə dideyi-məkhul.

Əsarəti-səri-zülfündə janü dil pamal,

Degər edərmi bu viranə intezam qəbul.

Edirsə bəhs vəjahət əgər ki, fasilədir,

Anınla məbhəsi-məzkuri eyləriz mədlul.

Bu qarə günlərə eylər bəni düçar müdam,

Rüxinə türreyi-ənbərfəşan edəndə nüzul.

Diriğ hijrəti-düşvar məsqəti-rəsin,

Səni çu qıldı Şəki, Şuxiya, bu tərz xəmul.


* * *
Sürud neçə şəb biqərarın, ey bülbül,

Gəlirdi guşimə zari-hezarın, ey bülbül.

Şəriki-dərdi-dili-zarsən bu vadidə,

Xoşa rəfaqəti-kamil əyarın, ey bülbül.

Bənəm ki, firqəti-yarilə ta səhər bidar,

Sənə bəid degildir ki yarın, ey bülbül.

Bənim fəğanımı əxfari-qəm bəyanə çəkər,

Sənin nisari-jəhani aşkarın, ey bülbül.

Xəyali-zülfünə məşğuləm əldə təhririm,

Gəlir təraneyi-şəkər nisardən, ey bülbül.

Sənə müyəssəri-məşhuddur rüxi-janan,

Degil müyəssəri-bu dilfikarın, ey bülbül.

Yadında varmı dedim ərzi-hüsni-yar qılıb,

Sənə biyar bəmidan varın, ey bülbül.

Əsiri-möhnəti-hijranəm, imdi yarilə sən,

Zəhir səadəti-bəxti-nigarın, ey bülbül.

Bu mahdır sənə də zövqi-işrəti-vəslin,

Gedər sənin də dəxi gülüzarın, ey bülbül.

Zəban bəridə qalırsan bənim kimi məbhut,

Keçər fərağilə çun rüzgarın, ey bülbül.

Olurdu Şuxiyi-dilsuz üçün təsəllibəxş,

Nəvai-dilkeşü dilsuzi-zarın, ey bülbül.

* * *
Sanə mövla eylə eylədigi məşatə həram,

Çeşmimə eyləmisən aləmi sən tarü zəlam.

Zülfi-jənanə çəkib sübhü məsa bir şanə,

Eylədin bağrımı sədpareyi-məjruhi-məram.

Gah rüxsareyi-janbəxşini gülfam qılıb,

Qazeyi-nazilə öz rəngi degildirmi təmam.

Ənbərin zülfünü rüxsarına əfşan edəsən,

Rişteyi-jan edər atəşlərə yanmağa rəvan.

Nə qiyamətdi ki, xəlq içrə düşübdür şuriş,

Məgər ol mahi-mələkmənzər edibdirmi qiyam.

Sünbül aşuftə qızardı gülü nəsrin heyran,

Əzmi-seyrindən edildikdə gülüstanə pəyam.

Sərvi-bitab dəxi şaxeyi-gül səbt oldu,

Bağda qaməti-zibasına verdikdə xüram.

Fəjr et müddəini-ağzı olur qan ilə pür,

Ləli-nabından əgər eyliyə ağazi-kəlam.

Yetirib yarə təmənnayi-vüsalın Şuxi,

Müşkül oldur ki, məhim etmiyə ənjami məram.

* * *
Səni, məşatə, pərişan olasən zar müdam,

Olasan mən kimi eşqinə giriftar müdam.

Dolaşıb gədənə eyliyə səd gunə əzab,

Janına üqdeyi-geysusi ola mar müdam.

Çubeyi-sərməsi hər bir gözünə tir olsun,

Səfi-mücganı ola xənjəri-tatar müdam.

Yürəgin qanilə dolsun qazan tək,

Hər çi payindədir ol çöhreyi-rüxsar müdam.

Vermisən seyqəl əbruyə tiği-üryan,

Ola öz janın üçün qatili-xunxar müdam.

Öldürüb aşiqi-zib üstünə dikər zinət,

Edəsən möhnəti-eşqi-bənə təkrar müdam.

Artırırsan dili-məjruhimə eşqin şəbü ruz,

Bəni etməklə xəyalilə diləfkar müdam.

Bari bir vəslinə et çareyi-imdad eylə,

Ruzigarım ki, bənə eyləmisən tar müdam.

Eşq bər eşq füzun eyləmisən, lal olasan,

Halətim eylə də bari ona izhar müdam.

Çun salıbsan bəni bu halə könül razından,

Yetir ol sərvi-xuramanimə əxbar müdam.

Gündə bir rəng ilə təqrir eylə kim Şuxini,

Belə odlara salır ol büti-əyyar müdam.


* * *
Ol təzərvi alıb ağuşə ki, teyran oldum,

Görüb ol mənzili əfsusilə giryan oldum.

Yadıma düşdü o fərxəndə zamanda səəd ruz,

Ənbərin zülf tək aşüftəvü pərişan oldum.

Ləbi-janbəxşini qüti-dili-jan eyliyərək,

Azimi rahi-çəməngahü gülüstan oldum.

Bir zəman dami-qəmi-hijrdən azadəvü fərağ,

Xəndeyi-ləli-şəkərpaşinə xəndan oldum.

Xaneyi-işrəti-arastə vəslilə edib,

Kamyab ləbi sərçeşmeyi-heyran oldum.

Nazi-aşiq kuşəni dərkə degildim qadür,

Məsti-çeşmaninə dilbəstəvü heyran oldum.

Jism bər jism bərağuştəvü həm rüh beruh,

Tazədən xəlqi-növijad bir insan oldum.

Dəsti-dərgəran seyrani-çəmənzar edərək,

Rüxi-gülfamını busilə xuraman oldum.

Şəjəri-qaməti-nivəsinə Şuxi dolaşıb,

Dari-hijranə düşüb randeyi-rizvan oldum.


* * *
Bənə üftadeyi-dərdün, sən ey dildarım, olmuşsan,

Şüyni-naleyi-bişəhavü zarim olmuşsan.

Səba, təğriri-hal et, ol vəfasız yarə rəhm eylə,

Rəvan ol kuyinə hər vəqt, intezarım olmuşsan.

Fəraqi-yardən şərhi-bəyanə olmuyub həmraz,

Sərasər qanilə məmlu dili-bimarım olmuşsan.

Bu rəşkilə qılırsan aləmə izhari-əhvalım,

Məgər, ey didəsində naşiri-əsrarım olmuşsan.

Olur şadan dilim, ey bivəfa, məsmuyim olseydı,

Təfəhhüs kərdeyi-yekbareyi-əxbarim olmuşsan.

Nədir razi-dilindən göftgudə sübhədək tənha,

Mehü pərvin ilə, ey dideyi-bidarım olmuşsan.

İçirdin Şuxiyə çun jami-eşqin olmadın yarı,

Əbəs məxmur edib bu halət əskarım olmuşsan.


* * *
Ey duman, məhv olasən yar səri-kuyindən,

Ola didarə nümayan əsəri-suyindən.

Halimə rəhm edib, əbri-giran bərtərəf ol,

Jismi məhrum eyləmə janibi-diljuyindən.

Fəth edib qəhrilə, ey bad, həsari-zülmi,

Əbr qalxanına bir tiğ çək əbruyindən.

Belə zülmətlə ki, mabeynimizi səd qılıb,

Bir ziya çeşmə nümayan elə məh ruyindən.

Bəlkə bir məddi-nəzər eyliyə yad eyliyərək,

Tərfi-müştaqıma ol dideyi-ahuyindən.

Dil hijab içrə qalıb türreyi mişkinindən,

Kami-məstanıma, ey bad, yetir buyindən.

Tuli-hijrətlə belə Şuxini məhzun etmə,

Qılmasın firqəti-ənduhdə məşkuyindən.


* * *
Baxın, ey xəlq siz də bir görün ol mahpeykərdən,

Məh istikmali-hüsn eylər və ya ol mahi-ənvərdən.

Qələm qaşınla bilmişdim nolur əhvalım eşqində,

Rüxində etdigi təqdir ol təhriri-məhzərdən.

Çəkibdir türki-çeşmi qəsdimə bir tiği-əbrudən,

Təni-zarə xülasə kim bulunsun dəst kafərdən.

Tökülmüş türreyi-ənbərfəşanı atəşin ruyə,

Şəmimi-janfəza kam içrədir ol övdi-məjmərdən.

Səfi-dəndanına nisbət gəzərsə fövji-qəvvasan,

Tapılmaz ruzü şəb bəhrin ijində eylə gövhərdən.

Oleydı mənzərimdə bir qərar ol əbruvü mücgan,

Təvəhhüm eyləməzdüm qətl olunsam tiği-xənjərdən.

Rüx əlindən ehsas etdi təqribilə ağuşim,

Müzərrəh bir gülabi-ruhpərvər ol güli-tərdən.

Qalıb çun tifli-nalan, dari-ətyam fəraq içrə,

Dili-məqtuvü suzan intiqa-şirü şəkkərdən.

Olub məğruri-hüsnün Şuxiyə kəm iltifat olma,

Müşərrəf olmuşuz dünya evinə jümlə bir dərdən.

* * *
Nümayan ruyi-ruhəfzasın ol şəngüli-məhparə,

Edib didari-janbəxşilə mərhəm dideyi-zarə.

Tökülmüş zülfi-mişkin vəjhinə ovqati-zülmidən,

Səba, imdad qıl izhari-sübhi-ruyə bir çarə.

Füruği-ruyi düşmüş dideyi-dil içrə çak eylər,

Edinməz xaki-jismim tabi-juş mədəni-narə.

Nədir atəşdə suzan mar tək zülfi-səmənbuyi,

Düşübdür həlqələnmiş səfheyi-gülfam rüxsarə.

Edir bir tiri-çeşmilə könül səd naləvü əfqan,

Müğənni guyiya mizrab çalmış rişteyi-tarə.

Mətai-mehrini qəlbim degil məqdur edə məknun,

Sərim sevdayi-eşqin zor salsın bəlkə bazarə.

Açarsa didəm əşkin şərhi-firqətlə nolur halin,

Biyaban içrə çun uftadə rahil təhti-intizarə.

Nümayan namidə məzhər rəsm nədamətdür,

Neçün aldandın, ey məhpeykərim, qövli-əğyarə.

Həyati-no bulur lütfündən, ey ləli-məsihadəm,

Ləbi-xəndanın ər Şuxiylə bir gəz gəlsə qöftarə.


* * *
Müqabil duş didəm oldu çun ol mah simaya,

Səri-pürşurimi azadə ikən saldı sevdaya.

Könül juşişdə, göz heyran olur gördükdə hər saət,

Münəvvər bir jəmali-janfəzayi nüzhət əfzayə.

Olur bir böylə məhbub əl qülub məxzəni-nazeş,

Verə hər surətə nəqqaş qüdrət zibü pirayə.

Jəmalın gördügündə mahi-ənvər əzmi-rah etdi,

Özün salmadı bəhs etməkligə bija təmənnayə.

Vəli rüxsar açıb höjjətlə gəldi sübh meydanə,

Qızardı mis kimi qabil dökülmüş dərki-əşyayə.

Hekayət eyləsən dərdi-dilim ol gülruxi-xəndan,

Qərar eylərmi, yarəb, nim dəm etməklə əsğayə.

Xilas et janımi ….. mişkinbuyi-dəstindən,

Səba, tapşır məni rəsmən güli-xəndan həmrayə.

Gəzibdür rüxündə bini-dil ilə əndəlib asa,

Kim etsin dərdi-dil şərhin o gülruyi-dilaraya.

Qalır Şuxi jəfadə vadiyi-eşqində sərgərdan,

Bulurmu dəstrəsin, ya ol xuraman sərvi-rənayə.


* * *
Nə surətlə tamaşayə durubsan, ey büti-məhru,

Əritmiş qəlbimi tiri-nigahın, eyləmişdir su.

Çevir məh çeşmini bir yanə məndən daneyi-əşkim,

Rəvan manəndeyi-tiflan olurlar dər peyi-ahu.

Salıb təsxirə bənd etmiş qədəm almağa qüdrət yox,

Kəməndi-zülfilə pabəstə qılmış qəmzeyi-jadu.

Bilirsən dərdimi görsən özün, ey gülrüxim, bir gəz,

İjazə ver tutum göstərməgə rüxsarına güzgu.

İki nim eyləyib həm qəlbimi qanilə ağuştə,

Düşən rüxsar gülfam üzrə piçi-zülfdən bir mu.

Girizan əqli-idrakim görüb çeşmilə mücganın,

Neçə rumi qara qul gördügündə ləşkəri-hindu.

Şəbi-hijrandə məhbus etmə, ey gül, Şuxiyə lütf et,

Olur manəndi-xaristan sənsiz balışi-pərğu.

* * *
Güli-rüxsarın ol məh aşiqi-nalanə göstərdi,

Təriqi-lütfə ğərmən dideyi-heyranə göstərdi.

Nəzakət pərdəsindən inkişafən hüsni-janbəxşin,

Rəhi-tiğimə salik vahidi-ehsanə göstərdi.

Məgər ləlində ruhəfza təbəssüm oldu kim, zahir,

Bənə təjdidi-tərmimə dili-viranə göstərdi.

İki məstanə qəmmazi dilə məşhur olan saət,

Sipahında yəğmayə deyərsən xanə göstərdi.

Bu məjruhiyəti-dil kim təsəvvür eylə sədparə,

Edən suzan zülfün bir müanid şanə göstərdi.

Müyəssər olmayan məqsud üçün məktumi-əsrarın,

Diriğa bəzi naəhlə dili-divanə göstərdi.

Qəmi-hijran, Şuxi, yarə məşruh olmadı heyfa,

Şikayəthayi-pürənduhilə hər yanə göstərdi.


* * *
Fədayi-dideyi pərvazü məstin ehyaüs-saqi,

Yetir bir sağəri-səhba ki, versən nəşeyi-baqi.

Məlahət mədəni jismin səlavət xəjrəti ləlin,

Sənə bənzər bulunmaz bir gözəl gördükdə afaqi.

Açıb paşın pərişan zülfün etdi mah rüxsarə,

Şəbü ruzun bir aşuftə edib öldürdün üşşaqi.

Ləbin sərçeşməsindən qətrə olmazsa, dəf etməz,

Bu gunə iştiyaqi-atəşindən qəlb ehraqı.

Töküb, ey nogülüm, zülfün buxağə dərdi bilməzsən,

Qarışdırdın uşaqlığ halidir müşkilə qaymağı.

Nədir təfsirü ayə zülfünə vaiz xilas etməz,

Əsarətlə qalan küffar əlində bənd dustagi.

Rüxü səd rəngdən eylə Şuxini bir kamiyab, ey gül,

Belə biçarə qoyma həsrətilə qəlb müştaqi.


* * *
Tərrəhhümlə yüzün ol məhvəş məstanə göstərdi,

Dəmi-aramü təskinə dili-suzanə göstərdi.

İki çeşmim çəkərkən intizar tələt ruyin,

Jəmali-janfərasın dideyi-giryayə göstərdi.

Həyat nola dili-ehya bulub sərrişteyi ilğa,

Təbəssümkərdə ləlin çun təni-bijanə göstərdi.

Dolandırdıqda aldı nərgisi-sirabını əqlim,

Əgər məxmuri-məsti-eşqinə bimanə göstərdi.

Yenə bir tiri-bürran qəmzəsindən keçdi sinəmdən,

Ki, guya əşkbusi Rüstəmi-dəstanə göstərdi.

Şekənji-zülfdə xalin nə gunə çeşmi-jadusu,

Könül mürgünə bir dami-bəladə danə göstərdi.

Pərişan oldu dil həm tari-çeşmim yanədir sordum,

Səba bir ah edib ol türreyi-əfşanə göstərdi.

Miyan piçi-zülfi içrə bir qəmxaneyi-zülmət,

Dili-avareyi kuyi olan mehmanə göstərdi.

Keçirdin qəflətilə, vəsli-qədrin bilmədin, Şuxi,

Təriqindur münakiş dövri-fələk hijranə göstərdi.


* * *
Zəmani-işrətin, ey dil, fəraqi-yarilə getdi,

Sürudi-əndəliban mövsümi-gülzarilə getdi.

Şəbi-hijranı möhlətxaneyi-zülmətdə məskunəm,

Ziyayi-xaneyi-dil pərtövi-rüxsarilə getdi.

Xəyali-zülfün eylərkən müğənni bir nəva tutdu,

Ki, piçi-həlqeyi-tarında könlüm zarilə getdi.

Ləbindən nuş edən bir jamilə dil oldu məstanə,

Olurmu bais rüsvai kim, bazarilə getdi.

Təhidür xaneyi-jismim qalıb bihissü biidrak,

Məgər jan çeşmi-jadusi qılan ehzarilə getdi.

Əlaji-dərdi-dil, heyhat, olunmaq qeyri mümkündür,

Şəfayi-qəlbi-pürxun dideyi-bimarilə getdi.

Dili-şurideyi-Şuxi düşdü piçi-zülfi-xananə,

Nolur ənjamı vadihayi-piçan tarilə getdi.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə