Mustafa ağA ŞUXİ Dİvan baki – 2011 azərbayjan miLLİ elmlər akademiyasi



Yüklə 1,33 Mb.
səhifə7/7
tarix27.10.2018
ölçüsü1,33 Mb.
#75797
1   2   3   4   5   6   7

MÜSƏDDƏS
Desə kim, hüsni-xuda dadına, yara, xurşid,

Olur insafidən əlbəttə bu tojiyə bəid.

Şəmsin, aya ki, sənin tək rüxi-zibasimi var,

Zülfü pürçinü ləbi-dideyi şəhlasimi var.

Gejə-gündüz gəzişir hər tərəfə bijadə,

Baş açıq, yalın ayaq zirdə, gəh baladə.


Zülfü şəbrənginə isnad verən müşkü əbir,

Degil aləmdə o biçarə heç əhvalə xəbir.

Onların böylə məkri-rəsmi-çəlibasimi var,

Şiveyi-buyi xoşzibi-mütərrasimi var.

Qoxumuş qandı, gedər zəhrə ki, salsın yadə,

Biridə heç bilinməz ki, nədir dünyadə.


Çeşmi-sərməstini nadan eyləyib nərgisə tay,

Eşidib bu sözü giryan oluram hayi-hərayi.

Nərgisin, ya rəb, ola jovhəri-binasimi var,

İşveyi-qəmzeyi ya şiveyi-imasimi var.

Bir çiçəkdir ki, bitər guh və ya səhradə,

Arzu görməgə etməzsən o bibünyadə.


Rüxi-təbanını etmiş biri təşbih gülə,

Tikəsən dolduruban ağzını torpaqi-gilə.

Ki, gülün hərzəsüxən surəti-hurasimi var,

Bu nəzakətdə rüxi-arizi-həmrasimi var.

Yox səfasi ki, verə kam dili-naşadə,

Ömri bir həftədi bihudə gedər bərbadə.


Ləbi-şirini təşbihə qılan mərjanə,

Özü təşbih olunur şəksiz anın heyvanə.

Ləbi-xəzan tək anın məntiqi-guyasimi var,

Səfi-dəndanə bərabər düri-beyzasimi var.

Uşaq oynatmaq üçün qırmızı daşdır sadə,

Əsli naçiz böjəkdür yığılır dəryadə.

Bir səfihin biri dürr adliyib ol dəndanın,

Jırasan ağzını hər janibə ol nadanın.

Ki, anın xəndeyi-şirin şəkəri-xasımı var,

Ləfzi-janbəxş və ya məfjiri İsasımı var.

Bəli bir şey görünür görməyəsən hər jadə,

Ola ənbər çəkər ol gərdəni-xoş simadə.


Nuri-püstani hər kim edə narınja misal,

Belə nahəq danışan kəslərin olsun dili lal.

Bu lətafətdə anın nəşvi-dilaramimi var,

Höqqeyi-şiri-şəkər simi-mühəqqasimi var.

Təlx tər meyvədə olmaz demək ol pəsdadə,

Lazım olmaz nə qədər fikir edəsən bir zadə.


Bədən-nazına kim ki, şəbihə etsə bülur,

Neməti-həqdən o məhrum qalıbdır gözü kor.

Bu sifət nazü xuram ilə təmaşasimi var,

Hər tərəf aləm ara aşiqi-şeydasimi var.

Şişeyi-səngdən etmiş ani zərf amadə,

Gah su içməgə vəqtilə və gahi badə.


Bixəbər ta sənə sərv deyib bir əhməq,

Dögəsən başına ol qədr ki, ta kim ola şəqq.

Bu nəzakətlə anın qamət balasimi var,

Sərbəsər tazəvü tər lölöyi-lalasımı var.

Bir ağajdır quru dağlarda bitər azadə,

Nə gülü meyvəvü nə sayəsi madərzadə.


Hüsnü əhsən təğvimdə xəlğ etmiş İlah,

Ruyi-zibayi-xuramanda güyavü nigah.

Heç məxluqun aya bu sifət əzasimi var,

Belə bir ruhi-müjəssəm rüxi-əlasimi var.

Şuxiya, şair nadan belə huri-zadə,

Bir hijadə verib ani nə rəva əsnadə.



MÜXƏMMƏS VƏ TƏXMİSLƏR

TƏXMİSE-QƏZƏLE-FÜZULİ ƏLEYHÜRRƏHMƏ
Bixəbərdir əjəba möhnəti-hijranımdan,

Olmamış xüşk axan dəm büni-mücganımdan,

Çıxmamış suzişi-hijranı dəxi janımdan,

«Fələk ayırdı bəni jövrilə jananımdan,

Həzər etməzmi əjəb naleyi-əfğanımdan?».
Çün zəmanə sərimə açdı bənim bu küləgi,

Qıldı əfşan dili-məjruhimə axır naməgi,

Nayi-naləm qaçırır səqfi-səmadən mələgi,

«Oda yandırmasa gər şölə ilə nöh fələgi,

Nə bitər atəşi-ahi-dili suzanımdan?».
Qalmışam külbeyi-əhzanda, yox həmdəm kim,

Hiç əndimdə bənə vermək üçün bir dəm kim,

Dərdi-dil açmağa yox dövrdə bir məhrəm kim,

«Qəmi-pünhan məni öldürdü, bu həm bir qəm kim,

Gülrüxüm olmadı agəh qəmi-pünhanımdan».
Kim görüb xəlqi-jəhandan keçə bir kəs nasir,

Eyləyə bir kəsə iltafi-məhəbbət zahir,

Oldular jümleyi-yaran çübəndən nafir,

«Ah idi həmnəfəsim, ah kim, ol həm axir,

Çıxdı ikrah qılıb külbeyi-əhzanımdan».
Aça gər badi-səba həlqeyi-zülfüdən çin,

Andədir qəlbi-pərişan qalıb avarə həzin,

Açılır jümleyi-əsrar olunur xəlqə-yəqin,

«Mən, nə hajət ki, qılam daği-nihanım şərhin,

Aqibət zahir olur çaki-giribanımdan».
Didə nəzzareyi-ruyinə olurkən raqib,

Özünə məşqələ qılmışdır bu əmri-vajib,

Pişi-çeşmidən olan gündən o məhruzahib,

«Həq bilir, yar deyil janü dilimdən qayib,

Nola gər qaib isə dideyi-giryanımdan».
Yar geysusidir ağuştəvü piçidə dilə,

Qanda əfsunkər kamil ani təxlis qıla,

Nari-eşqinə edib qəlbə nola yar bilə,

«Jan əgər çıxsa tənimdən əsəri-mehri ilə,

Əsəri-mehrini janıman ki, çıxar janımdan».
Qıl hüzurunda bəsi dad bu gündən böylə,

Eyliyə yad bizi gah bu gündən böylə,

Rəhmilə xatiri qıl şad bu gündən böylə,

«Lütf edib sən məgər, ey bad, bu gündən böylə,

Verəsən bir xəbər ol sərvi-xuramanımdan».
Şuxiya firqəti-yarilə işim tapdı zəval,

Atəşi-həsrət alır jismimi çun şaxeyi-nal,

Qeyri-mümkün edəsən bir kəsə izhari-məğal,

«Ey Füzuli, qəmi-hijr ilə pərişandır hal,

Kimsə agah degil hali-pərişanımdan».
TƏXMİSE-QƏZƏLE-FÜZULİ
Getdi ol əyyamlar kim, könlümüz məsrur idi,

Bəzmimiz alayişi-ənduhdən məstur idi,

Hər tərəfdən dideyi-əğyar duradur idi,

«Ey xoş günlərki rüxsarın mənə mənzur idi,

Çeşmi-ümmidim çırağ vəsldən pür nur idi».
Didə jun bişi-nəzərdə mah rüxsarın bulub,

Hoqqeyi dil dəmbədəm rəşhi-bəşaşətlə dolub,

Ləli-jan bəxşini bus etdikjə nazilə gülüb,

«Qurbi-şövqi-afiyətbəxşi-dili-Şeyda olub,

Vəsl zovqi rahətəfzayi-dili-məhjur idi».

Vüsləti jan həzinə verdi təkvin nuyi,

Tələti-ruyindən olmuşdu müzzəyyən dil evi,

Julqamışdı xatirim bir zövqü şovqi-mənəvi,

«İzzətim şəmi münəvvər, taleim əzmi-qəvi,

Dövlətim hökmü rəvan, eyşim evi rəvan idi».


Jərxi-gərdun haliyə bu gərduşindən dönməyib,

Nəminandır şövqdə, işrət ojağım sönməyib,

Saqiyi-dəhri-fəna, həm sağəri-qəm sönməyib,

«Daməni-iqbalimə kərdi-təərrüz qonməyib,

Çeşmi-hasid çöhreyi-jəmiyyətimdən dur idi».
Həsrətindən hasid şeytanı etmişdim məlul,

Mohnəti-dünyavi mafiha girizanü əful,

Dəftər idrak əndişə pərişan xəmul,

«Adəm idim, qürbi-dərgahında bulmuşdum qəbul,

Mənzilim jənnət, meyim kövsər, ənisim hur idi».
Vəsli-yarı çun zəmanə zövqim məfhum olub,

Ol müanid məxbəri-keyfiyyəti mərqum olub,

Jümleyi əsbabi-işrət hasili-mənzum olub,

«Bəxt mətlubim müyəssər qılmağa məhkum olub,

Dəhr əsbabın mühəyya qılmağa məmur idi».
Vəsl övrənginə dövran eyləmişdi intixab,

Arzuyi-dil müyəssər bəxt fərrux, kamyab,

Dərgəhi-xəllaqə eylərdim təşəkkür bihesab,

«Hər dua qılsam, təvəqqüfsüz olurdu müstəjab,

Hər təmənna eyləsəm, ehmalsız məqdur idi».
Jəlməmişdi şurişi-əyyami-fitrət könlümə,

Dəgməmişdi kimsədən növki-ədavət könlümə,

Qalib olmuşdu məbahati-məsərrət könlümə,

«Hijr vəhmindən yetirməzdim küdurət könlümə,

Jərçi dövranın müxalif gəzməgi məşhur idi».

Müntəha eyşi mübəddəl eyləyir əfqanə çərx,

Etdi vüslət xanəni bu tənə ilə viranə jərx,

Neylədi axır görün kim, Şuxiyi-suzanə jərx,

«Nola gər salsa Füzulini qəmi-hijranə jərx,

Vəsl əyyamında ol qatil ikən məğrur idi».



MÜXƏMMƏSLƏR
Ey güli-sədbərgi-gülzari-jəhan, xoş gəldinüz,

Ey ləbi-ləli Məsihadən nişarı, xoş gəldinüz,

Sərvü noxizi gülüstani-xuban, xoş gəldinüz,

Mülki-xubanə şahənşahi-zəman, xoş gəldinüz,

Rəngi-rüxsarın salıb aləmdə qan, xoş gəldinüz.
Firqətindən, ey güli rəna, təvana qalmadı,

Nitq bəstə, həm gözümdə nuri-bina qalmadı,

Təndə taqət, dildə nə səbrü şəkib qalmadı,

Etməmiş barında həqdən bir təmənna qalmadı,

Aqibət təsir edib ahu fəğan, xoş gəldinüz.
Dideyi-həsrət jəmalın şövqünə qarşı gəlüb,

Hər tərəf jari gözümdən gənji-qəmdə sökülüb,

Çin diyarından gözün seyrinə min ahu gəlüb,

Fitnəvü xişmin qətlimə jəllad ya jadu gülüb,

Ey süruri-qəlb, həm vərdi-zəman, xoş gəldinüz.
Yolların, ey sərvər mülki-məlahət, gözlədim,

Hər çe mümkündür Səkibavü iqamət gözlədim,

Görməyib hijrində bir gəz zövqi-rahət gözlədim,

Sirri-eşqin saxlayıb dildə əmanət gözlədim,

Didələr rahində daim didəban, xoş gəldinüz.
Çun bəhar əyamıdır ərzin jənubi göz açıb,

Şövqi-ruyindən jəhanın xüşk çubi göz açıb,

Mürdələr, ey aftabi-mülki-xubi, göz açıb,

Baği-jənnətdən qədün seyrinə tərbi göz açıb,

Feyziyab oldu qədindən rəvan xoş gəldinüz.
Mərhaba, ey Yusifi-bazari-aləm, mərhəba,

Mərhəba, ey xeyli-məhbubanə xatəm, mərhəba,

Firqətin salmışdı jan mülkünə matəm, mərhəba,

Məqdəmindən oldu əhya jani-pürqəm, mərhəba,

Mücdeyi-vəslinlə güldü jismə jan, xoş gəldinüz.
Janımı qurban edim mən, ey büti-ziba sənə,

Jismi-qəmnakım nida, ey gövhər yekta sənə,

Oxşamaz rüxsari-Yusif dideyi-Leyla sənə,

Ruhdən olmuş mühibbin, Şuxiyi şeyda sənə,

Olmalı üşşaqə daim mehriban xoş gəldinüz.
* * *
Ol dəm ki, çeşmə pərtövi-ruyin əyan idi,

Könlüm o zövqi-dilkeş ilə şadman idi,

Didə süruri vəslin ilə kamran idi,

Janbəxş ləlin ilə ləbim həmzəban idi,

Könlümdə mehrü mahi-rüxun aşyan idi.
Bişi-nəzərdə ruhi-müjəssəm nigari-çin,

Bəzmi-tərəbdə ətrfəşan zülfi-ənbərin,

Baği-vüjud nazi-sirişkimdə xuşə çin,

Quti-rəvanım idi tərbəxani-şəkkərin,

Sərçeşmeyi-həyati-ləbin nuşijan idi.
Qəsri-əsas işrətidə çaygir idim,

Huri-behişt mənzər ilə həm sərir idim,

Əsmari-janfəzayi-nəimlə sir idim,

Kənhiyət səlavət ləbdən xəbər idum,

Çeşmim rümuzi-çeşmin ilə nöktəxan idi.

Ruyi-səfayi-vəslin edirdi qəriqi-şövq,

Bəxti-bülənd sakini-səhnü məqami-fövq,

Dil nəşyab qərbi-vüjudunla kamü zövq,

Boynumda idi türreyi-ənbər fəşani-tövq,

Dəstimdə çini-zülfi-rəvan gülüstan idi.


Ləli-ləbin ləbimdə idi misli-şəhdi nab,

Ağuşim idi məhd sənə jaygahi-xab,

Həqqa behişt meyvəsi olmaz imiş xərab,

Çəndan dəhanim içrə olurdusa gərdedan,

Sədrində hər dü nari-müqərrər bəyan idi.
Könlüm edirdi ülfəti-mehrinlə iştiğal,

Etmişdi hər dü qəlb təqriblə ittisal,

Hər şəb beşər eyd idi əbruyi çün həlal,

Şəmsi-rüxün məlahəti etdikjə ixtiyal,

Geysuyi-mişksa sərimə sayiban idi.
Buldum əgərçi-nəşeyi-ənvailə sürur,

Likən birindən etməz idi xatirim qürur,

Bunlar qəmu xəyal idi dildən edən übur,

Gülzari-Şuxi şimdi xəzanfekri-bişüur,

Peyvəstə kari-dövi-çenin ki, çenan idi.

RÜBAİLƏR
Ey, jümlə jəhan qüdrətinə heyrandır,

Ənvari-jəmalınla jəhan tabandır.

Məjməyi-əqlü dərki-binişü daniş,

Künhiyyəti-zatındaki sərgərdandır.


* * *
Ey jümleyi-kainata sanesən sən,

Əzdadların hökmünə manesən sən.

Lahut hüdudundan ta nasutə,

Bişübhə ki, hər zərrədə lamesən sən.


* * *
Ey bir nəzərunlə aləm ijad olmuş,

Yadınla nə kim var isə abad olmuş.

Qəhri-nəzərun meyl edə yek dəmdə olur,

Məmureyi-kainat bərbad olmuş.


* * *

Məhluqi-jəhan varlığına qayildür,

Ənvai-məta lütfünə mayildür.

Sərməşqi-kətəb xaneyi-zatında qəmu,

Bir sərfini dərk etməgə naqabildür.
* * *
Eşqinlə jəhaniyan giranbar olmuş,

Janilə jəmalına xiridar olmuş.

Hər dilki məhəbbətindən olmuş məhjur,

Qəmxaneyi-möhnətdə giriftar olmuş.

* * *
Rahi-tələbində jümlə aləm ajiz,

Hökmündə həm aşkarü mübhəm ajiz.

Təhqiqü məjaz hər çi vardır, sənsən,

Ey dami-qəmində şadiyi-qəm ajiz.


* * *
Ey yadi-jəmalınla dilü jan xürrəm,

Məmureyi-ənbisat keyhan xürrəm.

Bir şəmi-qəhrün ilə peyda dərəkat,

Lütfünlə olub əsasi-rizvan xürrəm.


* * *
Ömrün nə ki, var fəzli-ətadır, rəbbi,

Əsqami-əbadına şəfadır, rəbbi.

Aləm həme jürm içində müstəqrəq ola,

Rəhmin həme mərtəbə ujadır, rəbbi.


* * *

Ey məhrəmi-əsrar, hüzuri-həmdi,

Tapdı həme peyrəvin nijat əbdi.

Olmuş üzü qarə immətin qərqi-günah,

Ey müqbili-dərgahi-İlahi məddi.
* * *

Hər bir nəfəsimdə səd hezaran səlavat,

Dərgahına, ey şəhənşəhi-movjüdat.

Gər sayeyi-lütfün eyləsə zərrə nigah,

Eylər məni-rusiyah üçün rahi-nijat.
* * *

Hər dəmdə fədayi-xaki-dərgahın olum,

Sərbəsteyi-məqdəmi-sərirahın olum.

Açdıqda nola xabi-ədəmdən didəm,

Mənzur dəribari-nəzərgahın olum.
* * *
Ey badeyi-yadi-ləlin etmiş bəni məst,

Etmə dili-zarimi fəraqətlə şikəst.

Peymaneyi-məhruni həman gün içirib,

Peymanilə jift saqi ruzi-ələst.


* * *
Eşqində belə şəhreyi-afaq oldum,

Ta nari-məhəbbətilə əhraq oldum.

Mötadımı əhmər edib yadi-ləbin,

Ol gün ki, rüx alına müştaq oldum.


* * *

Saqi, qədəhi ləlin ilə həmrəng et,

Bir gərdiş bəzm etməgə dur ahəng et.

Ol sağəri-gülfam ilə könlüm evini,

Şuyideyi-əkdari-qəmüm dirəng et.
* * *
Ey saqiyi-gülzari-mən, dadə yetiş,

Fəryadıma gəl əlində bir badə yetiş.

Bir buseyi-janbəxş eylə ləli-ləbdən,

Eylə qəm əyyamdən azadə, yetiş.


* * *
Rah tələbində çəndi-puyan oldum,

Hijran ələmilə zarü giryan oldum.

Hərçənd vüsalə dəstrəs buldum əgər,

Əbram həsud ilə jigərqan oldum.


* * *

Saqi, bəni bir jamilə məxmur edəsən,

Didari-zəmanədən dəmi dur edəsən.

Nola elə məst eyliyəsən bilmərrə,

Azadeyi-qeydi-xəlqi-mənfur edəsən.
* * *
Ey şah, bəhar səndən abad oldu,

Övzayi-jəhan səninlə həm şad oldu.

Səd rəng libasilə sufufi-əşjar,

Ziba bəzənüb nəzərdə irad oldu.




Müxtəlif şeirlər

TARİXE-VƏFATE-ƏXİ-MEHRİBANİ MƏMMƏD AĞA ŞIXLİNSKİ
Diriğa, səd hezar əfsus, ey gərdun, nə kar etdin,

Məgər sineyi-nalanımı məjruhü zar etdin.

Məhəmməd nam şanında atalıq rəsmidir şayan,

Nəhali-qamətin baği-jəhandan bərkənar etdin.

Qılıb sədparə qəlbim şişəsin səngi-həvadislə,

Fəraqi-yari-janımla nə etdim, dağdar etdin.

İnsü munis dərdi-dİlim yoldaş, qardaşım,

Alıb giryan nə qəsdilə bəni leylü nəhar etdin.

Diriğa kim, əqiq asa ləbani-nöqtəyi-pərdazın,

Həvadis daşının zəxmilə bir badi-qubar etdin.

Anın ol qəddi-balasın bənim bu qan olan könlüm,

Qılıb zirü zəbər, ey çərx, böylə xaksar etdin.

Bənə, ey dövri-bədxu, etmədin bu jövri pey dər pey,

Səbəb bu zülmi-bisəddən nədir bilməm şüar.

Vüjudim xanəsin bu vaqiyəti-vəhşətəfzadən,

Nə təqsirlə, ey çərxi-sitəmgər, tarmar etdin.

Şikəstə qəlb giryan eylədin hijrani-yarimlə,

Bir ikən gərdişi-əyamdən dərdim hezar etdin.

Kimə izhar edim dərdi-dərunim getdi həmdərdim,

Qoyub, şəha, bəni xatirşikəstə biqərar etdin.

Dəvazdəh güni mahi-jəmadiül əvvəlin əzmiyə,

Betarixi-hezaro si sədo şeşdə qərar etdin.

Gözüm yaşi rəvan sübhü məsa bu dərdə yox tabım,

Bəni bu möhnətabad içrə hər dəm dibfikar etdin.

Qoyub Şuxini getdin vadiyi-möhnətdə bimunis,

Jəhanı dideyi-giryanına tarikü tar etdin.



TƏVAXİRATİ-ŞƏHƏNŞAHİ-ƏKRƏM İMPERATORİ-ƏZƏM ARAMYABİ-XABİ-BƏQA ŞƏHƏNŞAHİ KİŞVƏRA ALEKSANDR SANİ HƏZRƏTLƏRİNİN VAFATİ-JİGƏRSUZLƏRİNƏ MƏSMU OLDUQDA BUNJA FƏRDİ-NAÇİZ İLƏ MƏRSİYƏ TƏRİQİNDƏ İNŞA OLUNUB DƏRGAHİ-GƏRDUN BARGAHIN ƏXDƏMKAR MƏXLƏSİ-ŞUXİ
Qəmü əfsus ki, aləm zəbərü zir olmaz,

Nə qəzadır ki, buna dəhrdə tədbir olmaz.

Min səkkiz yüz həştad bir əvvəl mart,

Nə müsibət bizə üz verdi ki, təqrir olmaz.

Yarəb, ol ruzi-nühusət dəmi-nabud olsun,

Heç bir karə bu məşhum ilə təşhir olmaz.

Nə təzəlzül salıb ol ruzi-siyəh afaqə,

Bədha rumuzeyi-insanidə təşbir olmaz.

Öylə bir şahi-jəhandarə belə zülmü jəfa,

Ola şərməndə gözün kim fələk bir olmaz.

Sayəəndaz jəhan qaməti-zibası onun,

Düşə bir zülmilə kim, qabili-təhrir olmaz.

Bir sorun tajilə şövkətdə dönər gərdunə,

Yerə düşdükdə neçün çərxi-sərazir olmaz.

Dəsti-bəxşində si səd heyf çu əbri-neysan,

Xakə düşmüş nə sifət qabili-təqrir olmaz.

Noldu baruyi-Kəyani ki, şəhani-dövran,

Rəzmgahində çu həmpayiyi-nəxjir olmaz.

Qani fərmanda giti ki, səri-ləşkərdə,

Küs izzində səlamında jəhangir olmaz.

Mokəb arayi-jəhan noldu dökər mövji-əsa,

Bəhri-ləşkərdə səf əndər səfə təqsir olmaz.

Yoxdur ol sərvəri-dövran ki, səri-səflərdə,

Bərqi-zən jilvənüma rayyətü şəmşir olmaz.

Qəlbi-topxanədə nə vaqeəha eylədir,

Naleyi-bərqi-fəşanə dəmi-təxir olmaz.

Qış sərayında nə sərmazdə olmuş güllər,

Şəmsi-tabında üful etdimi təsir olmaz.

Məgər ol çeşmi-jəhanbini tutub xabi giran,

Jayi-aramına bir fəslidə təğyir olmaz.

Qani ol çöhreyi-zibayi ki, nəqqaşi-fələk,

Çəkə səd sal müqabil ona təsvir olmaz.

Ol xəbisan ki, o şahənşahə qəsd etdi məgər,

Onlara dərgəhi-xəllagdə təzir olmaz.

Jani-mənhusləri tənəvü lə'n içrə müdam,

Qəbri-napakləri qabil təthir olmaz.

Neçun əflakdən ol başlara yağmaz daşlar,

Neçun iqlaldən ol əllərə zənjir olmaz.

Yıxılıb jümlə imarat qılıb məxluq,

Belə bir hadisədən bir dəxi təmir olmaz.

Bəd ol sərvəri-zibarüxi-gülzari-jəhan,

Çəmən dəhri-bəhr vəjhilə tətir olmaz.

Şuxinin didəsi giryan degil kəm bir an,

Dildən ahi-səhərü naleyi-şəbgir olmaz.



DƏR PETERBURQ DƏR VƏQTE ESTEMAYE-VƏFATE-DELSUZE-YARE-MEHRİBANE MƏRHUME QOFTE ŞODE VƏ SƏD MƏRD… DƏR SƏNGE-HEZAR… NEVEŞTE ŞODE
Müntəzir dideyi-tər vəqti-firavan olmuş,

Yardən namə yox, ey peyk, nə üsyan olmuş.

Gəlməz ol nameyi-mişkin gülü-reyhan şəmim,

Məgər ol gülşəni-müstəqrəqi-tufan olmuş.

Hüdhüdi-tərfi-səba gəlmədi, ya rəb, nə olub,

Nə həvadis ki, dil aşuftəvü lərzan olmuş.

Kəsilib zülfi-nəsimi, nolub, ey badi-səba,

Tirəvü-tarına şami-qəriban olmuş.

Kuhi-Qəfqaz məgər sər çəkib aya mələkə,

Poçti-şahanə rəvan suyi-biyaban olmuş.

Sərniqun ola o kühən səri-gərdun seyri,

Xakilə pəst ola ol divi-hərasan olmuş.

Sədd olub yar diyarına ki, gəlməz namə,

Məhv ola yerdən ol afaqə nümayan olmuş.

Nə xəbər yar diyarında bu zaği-siyah,

Təlxi-rüxsarilə peyk dili-viran olmuş.

Götürüb nameyi-dilsuzinə fami-tərin,

Xuni-dil zəhrilə ağuşteyi-ünvan olmuş.


Ol pəri rüxinə siyəh xakilə yeksan olmuş,

Sərvi-azadə şikəsti-qəmi-dövran olmuş.

Görün ol mətleyi-xurşid dirəxşəndə jəmal,

Sər çəkib pərdeyi-xakə, nejə pünhan olmuş.

Dökmə, ey mar, o geysuyi-müəbbər ki, anın,

Bənd bəndinə dil ağuştəvü bijan olmuş.

Həsrətü qəmlə besər pənjeyi-şahin əjəl,

Neçə pəcmurdə gör ol kəbki-xuraman olmuş.

Sər ki, balini dili-nazkeşi-nazı idi,

Gəl gör, ey didə ki, sərmənzili-muran olmuş.

Eyləyib səngi-həvadis ona nə tövr jəfa,

Ləli-xəndan ki, könül yadı ilə qan olmuş.

Zülfi-pürçin ki, müqim anda dili-sərgəştə,

Tökülüb xakda biqədrü pərişan olmuş.

Çeşmi-şəhlanı çu mədhuş qılıb xabi-ədəm,

Didələr sübhü məsa suzilə giryan olmuş.

Tari-pürşur kimidir pəs məfrabi zəman,

Dili-Şuxi həmi dəm xaneyi-əfğan olmuş.



NİYAZE-ŞUXİ BEDƏRGAHE-HƏZRƏTE-PƏRVƏRDİGAR

GƏHƏTE-DƏF'E-ELLƏTE-VƏBA
Zəmanə müztərəb əlhali xəlqi-lərzandur,

Qəzəb nəzərlə əbadinə meyli-hezarandur.

Həmişə rahi-xətadə xilafi-ömrün ilə,

Üzü qara qırlanır işlərimiz üsyandur.

Sən eylə rəhm bizə, ya xudayi kövni-məkan,

Bizə çevir nəzər ol rəsmin ilə rəhmandur.

Vüjudi-külli-jəhan dərgahında laşeydür,

Bağışla didəmizə əjz birlə giryandur.

Bizi bu xofdan azad qıl be həqqi rəhim,

O namına ki, fələklər anınla dövrandur.

Be həqqi-zümreyi-peyğəmbəri-vala qədər,

Be həqqi-hörmət hasan ki, babi-zişandur.

Be həqqi-izzəti-salari-ənbiyayi-əzam,

Edibsən ümmət ona bizlərə nigahbandur.

Hezar sisədo əvvəldən hijrəti-nəbəvi,

Nüzuli-dərdü bəlavü möhnət iləvü hijrandur.

Bağışla ol şəhi-güninə kim, səbəb qıldın,

Jəmi-xilqət afaqə kim nümayandur.

Xüsusi-mahi-məhərrəm gəlüb, bağışla bizi,

Ona ki, seydi-şəbban əhli-rizvandur.

Bi həqqi xun ki, məzlumən axdı xilqətdən,

Bi həqqi-ləli-şəkərbar o ki, suzandur.

Bi həqqi-hörməti-Zəhrayi madəri-şühəda,

Behişti-tələti-ruyi anın firavandur.

Bi həqqi-kərri-bəyanan nazim mələkut,

Müqimi-barkəhi-huli-ərşi-rəhmandur.

Vüjudi-faniyi-növi-bəşər bu vahimədən,

Dəründə xakə düşüb əjzilə hərəsandır.


* Şeirdə h. 1301-ji ildə (m.1883) baş vermiş vəba epidemiyasının yayılma­sı tarixi göstərilmişdir.

Bağışla jürminizi, bu bəlanı dəf eylə,

Əgərçi bar qüsur etməz, firavandır.

Sən eylə rəhm dili-Şuxiyi-günahkərə,

Miyan jümlə ibarında qərqi-üsyandır.
JƏVAB BE ƏHVAL-PORSANİ YEKİ ƏZ DUSTAN DƏR VƏQTE-NAXOŞİ-VƏBA
Dərd oldu füzun, mehri-rüx yarI unutduq,

Firqətdə zəbun vədeyi-didarı unutduq.

Bazari-jəhan içrə vəba saldı bir atəş,

Beyğuleyi-qəmxanədə hər karI unutduq.

Yek nimeyi-müşt ilə jəhan oldu şİkəstə,

Əz dəsti-qəza məntiqü qüftarı unutduq.

Məxluqi-hərasan qılıb heybət qəhhan,

Məvanuz olan kürreyi-dəvvarı unutduq.

İnsanı pərişan elədi səfheyi-xakə,

Manəndi-xəzan hər gülü əzharı unutduq.

Bimariyi-əxbəsdən olub dideyi-dili-xun,

Gülfam rüxü-nərgisi-bimarI unutduq.

Bir badi-büsat tərəbi-eyşinməz oldu,

Səhni-çəmən guşeyi-gülzarı unutduq.

Zülməti-kürreyi-qəmdə pərişani-diləfkar,

Didari-qəmər peykəri-rüxsarı unutduq.

Yadi ləb jananilə qan oldu dili-zar,

Ləbtəşnə qalıb sağəri-sərşarı unutduq.

Pabəndi-həzin guşeyi-üzlətdə müşənəş,

Biseyrü səfa jünbüşü rəftarı unutduq.

Şuxi, nə sifət etdi təlxi bizə kam,

Ol ləli-şəfabəxşi-şəkərbarI unutduq.



MÜNAJATE-ŞUXİ BEDƏRGAHÜ-HƏZRƏTİ-QAZİ-ƏLHAJAT JƏLLƏ ŞANƏ
Jəlir kim, vəqt edəm əzmi-rəhi-dari-bəqa rəbbi,

Alıbdır jani-pürdərdi xəjalətlə həya, rəbbi.

Sərapa ömrü bihudə keçirdim seyyiat ilə,

Səri-nadanimə üsyanım olmuşdur bəla, rəbbi.

Qədəm qoyduqda babi-axirət beytinə xijlətdən,

Nə yüzlə göstərim pişi-hüzurunda liqa, rəbbi.

O jayi-vəhşəti-əfzadə inayət səndən olmazsa,

Nolur hali-təni-pamalü qəlbi-binəva, rəbbi.

Nola xabi-ədəmdən gəlmiyeydim bu jəhan içrə,

Bəni əğfal qıldı məşğəli-dari-fəna, rəbbi.

Üburiyyətdə təqsirim firaban layiqi-şübhə,

Bənə yox getməgə bir ja dərində masəva, rəbbi.

Qüsurim həddən əfzundur, əgər mizanə çəkdürsən,

Həzaran salha şübhə əjrimdir bənə, rəbbi.

Bu dari-kainat əmma hüzuri-bəhri-lütfündə,

Degil bir nöqtə ba jümlə səvab, həm xəta, rəbi.

Nəmaz ləhayi jan fərsam keçmək qeyri-həddimdir,

Tərəhhümlə yetiş fəryadıma ol rah nəmaz, rəbbhəmin. Həmin qəmxanə içrə zaye etdim ömrü üsyanə,

Zəlalət içrə qaldım dai jürmə mübtəla, rəbbi.

Tərəhhüm ilə ruzi-hövlnak həşri-məni-zarə,

Yetişməz dadə ol gündə nə yarü aşina, rəbbi.

Nə mümkündür inayət iltimasinə dəgər bərja,

Dəri-zişövkətindən qeyri-jayi-iltija, rəbbi.

Hərasan qəlbi-məhzun xovfi-qəhri-kibriyasindən,

Vüjudimdir sərapa lərzi-lərzan bidsa, rəbbi.

Yox emalim sətayi-əfvbəxş et Həqq namiçün ilə,

Benami-nameyi-nami-jənabi-Mustafa, rəbbi.

Bənim yox bir şeyim jüz rusiyahi-nəqli dərgahə,

Bənə et rəhm bən həqqi-güruhi-ənbiya, rəbbi.
Gəlürkən Şuxiyi-müjrim hüzuri-payi-divanə,

Çenini-həzrətinə əfv qıl, eylə fəda, rəbbi.


DƏR SETAYEŞE-HƏZRƏTE-SEYİDƏL-MÜRSƏLİN SƏLLƏLLAH TAALA HƏMDÜS-SƏLƏM
Ey şəhriyari-zişərəf, İzzəti-istiva,

Qədri-büləndi-şövkət bisəddi-müntəha.

Mehriniz nurfəşan tarəm səma,

Ey göhər sər aməd dəryayi-iktina.

Yəni həbibi-dərgəhi-valayi-kibriya.

Sərdəfəri-güruhi-rəsul, xətmi-ənbiya,


Ey məhrəmi-xəzaini-əsrari-zül-jəlal,

Mosufi-əqli-külli-həme mədəni-kamal.

Şəmsi-qəmər rəmindən edir kəsbi-inşəal,

Daim təvafi-kuyinə sərbəstə mahü vüsal.

Yəni həbibi-dərgihi-valayi-kibriya,

Sərdəftəri-qoruh rəsel xetəm ənbiya.


Ey məzhəri-məkarimi-rəm biqayeyi-jəlil,

Ey rahi-müstəqim nijat üzrəsən dəlil.

Qəssam rövzənhayi-çenan hövzi-səlsəbil,

Təfsili-çahi-mənzilin məbhəsi-təvil.

Sərdəftəri-qoruh rəsel xetəm ənbiya,

Yəni həbibi-dərgəhi-valayi-kibriya.


Şəhbaz ərşi-seyd ki, sədrə jilvəgah,

Bir tər xoram mənziləti-ənbiyati-çah.

Leylü nəhar gərdişi-kuyində mehrü mah,

Səhrayi-laməkanə səadətlə borde rah.

Sərdəfəri-güruhi-rəsul, xətmi-ənbiya,

Yəni həbibi-dərgəhi-valayi-kibriya.


Oldun hüzuri-həqqə dərayətlə rahyab,

Bəzmi-büsat vəhdəti-lahutə intixab.

Qeyri-müəssər olmayıb ol jayə iqtirab,

Etdin bu qədər mozəlləti-əxzi-iktisab.

Sərdəfəri-güruhi-rəsul, xətmi-ənbiya,

Yəni həbibi-dərgəhi-valayi-kibriya.


Zinət fəzayi-nəqşi-tərazi-mükəvvənat,

Ğərmində qaldı təhti-qüdumunda kainat.

Tutdun rəhi-vərai-hezaran səri-ovqat,

Oldun fəraği-dəğdəğeyi-jümlə mümkünat.

Sərdəfəri-güruhi-rəsul, xətmi-ənbiya,

Yəni həbibi-dərgəhi-valayi-kibriya.


Sən sən əsas aləmə təkvindən murad,

Oldu jəhaniyan həme təşrifin ilə şad.

Hökmünlə sərkəsani-jəhan buldu inqiyad,

Şuxi tutubdi dərgahına çeşmi-etimad.

Sərdəfəri-güruhi-rəsul, xətmi-ənbiya,

Yəni həbibi-dərgəhi-valayi-kibriya.


DƏR TƏRİFE-ŞƏHRE-ŞƏKİ
Biya, ey saqiyi-məhru, nə xudür etmisən peyda,

Ki, könlündən şəki dəf ' et, götür bir sağəri-səhba.

Nuxunun məskəni-şəhri nə ə'la bir məkan üzrə,

Olunmuş vəz'i-zibatər təfərrüj mərkəzi-dünya.

Edib məhsur ətrafın jibali-kəhkəşanrüf'ət,

Misali-qəl'eyi-ə'la tərazi-qüdrəti-mövla.

Se rükn üstündə etmişdir müəyyən suyi-qərbindən,

Açıb afaqə ustadi-əzəl dərvazeyi-Dara.

Təmaşayi-jəhanə sər çəkibdir təmtəraq ilə,

Şimali janibindən kuhi-Əlbürzi-fələkfərsa.

Sərində taji-simin, padişahanə vüqar ilə,

Hüzurunda süfufi-kuhlər ləbbəstə, biguya.

Təmaşa eyləsən hər bir bürujatından ətrafə,

Olur məddi-nigahında nümayan səfheyi-ğəbra.

Müləvvən fərşi-əzhar ilə rəngarəng, minafam,

Müəlla kuhü yaylığı şimalü şərqdən bərpa.

Zülali-abi-heyvandan nişanə çeşmələr jari,

Jibalatında əşjarati-ziba qəddi-sərvasa.

Behər ja səfheyi-kuh üzrə eyvanhayi-gərdunsa,

Görünməz heç bir jadə belə seyrangəhi-əla.

Müəyyən seyirgəhlər hər biri namilə şöhrətyab,

Kənari-şəhr ara hər jadə gəh zirü kəhi bala.

Düzübdür dəsti-ustadi-qəza bir büq’eyi-rəngin,

Çəkib me'mari-qüdrət bir həsari-xoştərü ziba.

Digər sudən düzülmüş bağhayi-jənnətasalər,

Həmə pürbari-əlvan, meyvəhayi-hamizü əhla.

Əhatə dövrin etmişdir qərayi-nəzhət əfzalər,

Çəməngahində ənvai-fəva ki bisədi-əşdi.

Bəhari-dilgüşası qeyri-mümkün jayi-digərdə,

Bu mənzilgahi-janbəxşin görünməz misli digər ja.

Ənadil ləhni, qumri zümzümə, arayi-şəhrur,

Tərənnümhayi-dilkeş etməgə şamü səhər əsfa.

Belə bir mənzili-dilçu bu günə məskəni-niku,

Həme yek-digərinə biqərəz məxluqudur ə'da.

Dü səd heyfa ki, yoxdur əhli-naəhlində bir zərrə,

Dəyanətlə vəfavü qədrü qiymət, danişi-əşya.

Baxıb zahirlərinə e'tiqad eylərsən adəmdir,

Dəruni-şeytənətayinləridir bir digər sima.

Bu ətvar ilə əhlinə məratib qeyri-mümkündür,

Onunçün qəsr müddət başə varmaz bunda kəs əsla.

Xudaya, xəlqinə ehsan qıl, əhvali-təb'i-xoş,

Edib məhfuz ənvai-bəladən jümləsin yekja.

Vilayət içrə asayiş yetirsin bəxt ilə rövnəq,

Verə xəllaqi-aləm ne'mətü izzətlə istiğna.

Vəfasızlıq jahani-bibəqanın karıdır, Şuxi,

Kəsani-qədrdani az deyildir, eyləmə şəkva.



MÜNDƏRİJAT
Ön söz 3

Dibaçə 11

Qəzəllər 14

Qəsidələr və təmsillər 148

Tərjibənd 162

Müsəddəs 164

Müxəmməs və təxmislər 166

Rübailər 171



Müxtəlif şeirlər 176


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə