Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi mövzusunda magistr dissertasiyasi



Yüklə 455,26 Kb.
səhifə1/7
tarix27.03.2018
ölçüsü455,26 Kb.
#35325
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGISTRATURA MƏRKƏZI

Əlyazma hüququnda


Mustafayev Elvin Museyib oğlu

Müəssisə iqtisadiyyatın əsas subyekti kimi.

mövzusunda

MAGİSTR DİSSERTASİYASI


İxtisasın şifri və adı: - 060409 Biznesin idarə edlməsi

Elmi rəhbər: i.f.d., dos. A.T.Hüseynli
Magistr proqramının rəhbəri: i.f.d., dos. R.Ə.Abbasova

Kafedra müdiri: i.f.d., dos.M.Ə.Əliyev

Bakı-2017
Mündəricat.

Giriş.........................................................................................................................3

Fəsil 1. Müəssisənin yaranmasının elmi – metodoloji əsasları...........................6

1.1. Müəssisənin yaranmasının iqtisadi əsasları və təşkilati – hüquqi

formaları....................................................................................................6

1.2. Ölkə iqtisadiyyatının formalaşması və inkişafında müəssisənin yeri və rolu............................................................................................................13


Fəsil 2. Müəssisənin biznes fəaliyyətinin təşkili və idarə edilməsi.....................21

2.1. Azərbaycan müəssisələrinin biznes fəaliyyətinin təhlili və qiymətləndirilməsi.....................................................................................21

2.2. Biznes plan, onun işlənib hazırlanması prosesi........................................41

2.3. Müəssisədə biznesin idarə edilməsinin prinsipləri və bazar konsepsiyaları............................................................................................47


Fəsil 3. Müəssisənin biznes fəaliyyətinin təkmilləşdirilməsi və inkişaf istiqamətləri.......................................................................................55

3.1. Müəssisənin biznes fəaliyyətində kontrollinq idarəetmə sisteminin tətbiqi......................................................................................................55

3.2. Biznesin inkişafında xüsusi iqtisadi zonaların rolu..................................63
Nəticə və təkliflər...................................................................................................72

Ədəbiyyat siyahısı..................................................................................................76

GİRİŞ
Mövzunun aktuallığı. Müasir dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi, təsərrüfat münasibətlərinin mürəkkəbləşməsi, dünya iqtisadi are¬na¬sının bütün ölkələr üçün açılması, beynəlxalq iqtisadi təşkilatların güclənməsi, transmilli korporasiyaların sayının artması, habelə ölkələr arasında əmtəə və informasiya mübadiləsinin asanlaşması və bu işdə texnoloji yeniliklərin tətbiq edilməsi ilə məhsuldarlığın getdikcə daha da yüksəlməsi nəticəsində dünya ölkələri biznesin qloballaşması adlanan bir prosesin təsiri altına düşürlər. Bu elə bir prosesdir ki, bu zaman hər hansı bir ölkənin iqtisadiyyatında baş verən dəyişikliklər başqa ölkələrin iqtsiadi həyatına da bilavasitə təsir göstərir. Ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi sayəsində artıq bütün ölkələr dünya bazarında müştərək birliklər şəklində fəaliyyət göstərməyə çalışırlar.

Azərbaycan Respublikası da müstəqilliyə çıxdıqdan sonra biznesin qloballaşması prosesinin iştirakçılarından birinə çevrilmişdir. Respublikamızın artıq dünyanın bir çox ölkələri ilə həm iqtisadi, həm mədəni, həm də sosial və başqa tipli beynəlxalq əlaqələri mövcuddur. Müasir dövrdə ölkələr qarşısında daxili bazarda istehsal olunan əmtəə və xidmətlərin dünya bazarına irəlilədilməsi və reallaşdırılması problemi durur. Bu zaman ən mühüm məsələlərdən biri müəssisələrin biznes fəaliyyətinin genişləndirilməsindən, beynəlxalq iqtisadi fəaliyyətə müəssisələrin biznes fəaliyyəti nöqteyi nəzərindən yanaşılmasından ibarətdir. Qloballaşma şəraitində müəssisələr müvafiq inkişaf strategiyalarını formalaşdırır və tətbiq edirlər. Məhz bu müəssisələrə səmərəli biznes fəaliyyətini həyata keçirməyə imkan verir. Eyni zamanda qeyd etmək lazımdır ki, iqtisadiyyatın və ya biznesin qloballaşması şəraitində müəssisələrin inkişaf strategiyalarının formalaşması bir çox bazar konsepsiyalarının tətbiqinə xüsusi diqqət yetirməyi tələb edir.



Müasir iqtisadiyyatın formalaşdığı və inkişaf etdiyi bazar münasibətləri şəraitində müəssisə iqtisadi fəaliyyətin əsas mərkəzi həlqəsinə çevrilir. Müəssisələr ( onların birlikləri: - firmalar, şirkətlər, korporasiyalar) iqtisadiyyatı formalaşdıran və onun inkişafını tımin edən əsas təsərrüfat subyektlərinə çevrilirlər. Qeyd olunanlar dissertasiya işinin aktual bir mövzuya həsr olunduğunu göstər.

Tədqiqatın predmeti və obyekti. Tədqiqatın predmetini ölkə iqtisadiyyatının inkişafında müəssisənin yerinin və rolunun müəyyənləşdirilməsi, müəssisədə biznes fəaliyyətinin təşkili və idarəedilməsi, onun prinsipləri və bazar konsepsiyaları, biznes planın işlənib hazırlanması prosesi, müəssisənin biznes fəaliyyətinin inkişaf istiqamətləri təşkil edir.Tədqiqatın obyekti isə müəssisənin biznes fəaliyyətidir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi və vəzifəsi iqtisadiyyatın formalaşması və inkişafında müəssisənin yerini və rolunu, biznesin idarəedilməsinin prinsipləri və bazar konsepsiyalarını qeyd etmək, Azərbaycan müəssisələrinin biznes fəaliyyətinin təhlilini və qiymətləndirilməsini həyata keçirmək, müəssisənin biznes fəaliyyətinin inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.

Tədqiqatın informasiya bazası. Tədqiqatın informasiya bazasını müasir elmi-iqtisadi ədəbiyyatlar, biznes,marketinq, menecment, beynəlxalq biznes və müəssisənin xarici-iqtisadi fəaliyyətinə dair elmi əsərlər, dövrü mətbuat, qəzet və jurnallarda çap edilmiş müxtəlif məqalələr, Dövlət Statistika Komitəsinin hesabat məlumatları, ölkəmizdə, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən müəsisə və təşkilatların təcrübəsindən götürülmüş və internet saytlarından əldə edilmiş informasiyalar təşkil edir.

Tədqiqatın metodoloji əsası. Tədqiqat prosesində müqayisəli təhlil və ümumiləşdirmə, sistemli yanaşma, iqtisadi-statistik metodlarından istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Aparılan tədqiqatla .müəssisənin ölkə iqtisadiyyatının inkişafında yeri və rolu, müəssisədə biznesin idarəedilməsinin prinsipləri və bazar konsepsiyaları, müəssisənin biznes fəaliyyətinin inkişaf istiqamətləri ilə bağlı olan bir sıra məsələlərin məzmununun açıqlanması. Yerli müssisələrin xarici ölkə bazarlarına çıxış imkanlarının qiymətləndirilməsi.
Tədqiqat işinin strukturu. Tədqiqat işi girişdən, 7 sualı birləşdirən 3 fəsildən, nəticə və təkliflərdən, ədəbiyyat siyahısından ibarət olmaqla 77 səhifə həcmində yazılmışdır. İşdə 3 cədvəl, 7 şəkil verilmişdir.


Yüklə 455,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə