Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi mövzusunda magistr dissertasiyasi


FƏSİL 1. MÜƏSSİSƏ İQTİSADİYYATIN FORMALAŞMASI VƏ İNKİŞAFININ ƏSAS SUBYEKTİ KİMİ



Yüklə 455,26 Kb.
səhifə2/7
tarix27.03.2018
ölçüsü455,26 Kb.
#35325
1   2   3   4   5   6   7

FƏSİL 1. MÜƏSSİSƏ İQTİSADİYYATIN FORMALAŞMASI VƏ İNKİŞAFININ ƏSAS SUBYEKTİ KİMİ.

1.1.Müəssisənin yaranmasının iqtisadi əsasları və

təşkilati – hüquqi formaları.

Yeni müəssisənin yaradılmasına adətən hüquqi baxımdan yanaşılır. Lakin bu onun hüquqi tərəflərini xarakterizə edir. Əslində isə yeni müəssisənin yaradılmasına daha geniş aspektdən yanaşmaq lazımdır. Yeni müəssisənin yaradılması hər şeydən əvvəl, sahibkarlıq fəaliyyətinin təşkilati – hüquqi baxımdan sənədləşdirilməsini nəzərdə tutur, onun mahiyyətindən irəli gəlir.

Yeni müəssisənin yaradılmasınin iqtisadi əsasını ilk növbədə, sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafının zəruriliyi, iqtisadi inkişafının qanunauyğunluqları təşkil edir. Müəssisənin yaradılmasına bu cür yanaşma prosesin bir sıra ardıcıl mərhələlərdən seçməsini nəzərdə tutur.

İlk nöbbədə təsisçilərin tərkibi müəyyənləşdirilir və təsis sənədləri- müəssisənin nizamnaməsi, təşkilatı hüquqi forması göstərilməklə, yaradılması və fəaliyyət göstərməsi ilə bağlı müqavilə hazırlanır. Müəssisənin təsisçilərinin ilk iclası keçirilir, orada direktorun və təftiş komissiyasının sədrinin təyin olunması və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilir və bütün bunlar 1 saylı protokolda qeyd olunur.

Ümumiyyətlə isə qeyd etmək lazımdır ki, hər şey sahibkarlıq fəaliyyətinin formalaşması ideyasının yaranmasından başlayır. İdeyanın yaranması və seçilməsi sahibkarlıq fəaliyyəti haqqında qərar qəbul edilməsinin əsasını təşkil edir. İdeyanın seçilməsi və onun reallığının professionallıqla qiymətləndirilməsi sahibkarlıq fəaliyyətinin başlanğıc mərhələsi hesab olunur, onun istiqamətini müəyyənləşdirməyə imkan verir.

Sahibkar fəaliyyət istiqamətini müəyyənləşdirərkən resursların, texniki imkanların mövcudluğuna diqqət yetirməli, özünün təcrübəsinə, biliyinə, təşkilatçılıq qabiliyyətinə inanmalıdır.

Sahibkar eyni zamanda işə başlamaq üçün nə qədər maliyyə vəsaiti lazım olduğunu, çəkiləcək xərclərin özünü doğrultma müddətini müəyyənləşdirməlidir. Bundan sonra müəssisənin yerləşəcəyi yer, təşkilati – hüquqi forması, adı müəyyənləşdirilir, nizamnəəsi hazırlanır və təsdiq olunur. Hüquqi baxımdan bütün sənədlər hazırlandıqdan sonra müəssisə rəsmi olaraq dövlət qeydiyyatından keçirilir, sonra isə müvafiq vergi orqanında qeydiyyata alınaraq sahibkarlıq fəaliyyətinə başlanılır.

İqtisadi ədəbiyyatlarda iqtisadi kateqoriya kimi müəssisə anlayışının mahiyyətinin açıqlanmasına müxtəlif yanaşmalar mövcuddur:


- Müəssisə ölkə iqtisadiyyatının əsas tərkib hissələrindən biridir, müəssisə özündə bunları ehtiva edir,hər hansı bir mülkiyyətə və kollektiv əməyə əsaslanır, ictimai tələbatları ödəmək məqsədilə və mənfəət əldə etmək üçün məhsul istehsal edən, xidmət göstərən, istehsal - texniki və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs statuslu istehsal - təsərrüfat vahididir ( 6 s 37).

- Müəssisə mənfəət əldə etmək və ictimai tələbatı ödəmək məqsədilə, məhsul istehsalı, işlərin yerinə yetirilməsi və xidmət göstərilməsi üçün sahibkar və ya onların birliyi tərəfindən yaradılan müstəqil təsərrüfat subyektidir ( 10 s.18) .

- Müəssisə - bazarın tələbatını ödəmək, mənfəət əldə etmək və ya xüsusi sosial əhəmiyyətli funksiyanı yerinə yetirmək məqsədilə, məhsul istehsal etmək, xidmət göstərmək, işləri yerinə yetirmək üçün qanunla müəyyən olunan qaydada yaradılan müstəqil təsərrüfat subyektidir ( 20, s 13).

Beləliklə qeyd etmək olar ki, müəssisə anlayışının mahiyyətinin açıqlanmasına müxtəlif yanaşmalar onun yerinə yetirdiyi funksiyaların, təşkilati formalarının müxtəlifliyi ilə və hər bir iqtisadçı alimin bu məsələyə fərdi yanəşmasının nəticəsi olaraq formalaşır. Lakin bu zaman ümumi bir fikir ondan ibarətdir ki, müəssisə mənfəət əldə etmək və ictimai tələbatı ödəmək məqsədilə, sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün yaradılan müstəqil təsərrüfat subyektidir.

Eyni zamanda qeyd etmək lazımdır ki, müəssisənin yaranmasının iqtisadi əsasları müxtəlif aspektlərdən izah edilə bilər. Hər şeydən əvvəl ictimai tələbata diqqət yetirmək olduqca vacibdir. Belə ki, hər şey ayrı ayrı məhsullara və xidmətlərə ictimai tələbatın mövcudluğundan başlayır. Əgər hər hansı məhsula ictimai tələbat mövcud deyilsə, bu halda həmin məhsul üzrə hansısa sahibkarlıqdan və məhsul istehsalından danışmaq belə mümkün deyildir. Deməli, müəssisənin yaradılması və fəaliyyət göstərməsi üçun ilkin şərt ictimai tələbatın mövcudluğudur. Bundan sonra ikinci əsas şərt mənfəət əldə edilməsidir. Mənfəət əldə etmək məqsədilə hüquqi və ya fiziki şəxs sahibkarlıq fəaliyyətilə məşğul olmaq və müəssisə yaratmaq haqqında qərar qəbul edir. Beləliklə müəssisənin yaradılmasının iqtisadi əsası formalaşır.


Müasir dövrdə müəssisə mürəkkəb təşkilati struktura çevrilmişdir. Onun yaradılması və fəaliyyət ğöstərməsində üç əsas məsələyə xüsusi diqqət yetirilir:

• istehsalın elmi əsaslar üzərində qurulması;

əməyin elmi təşkili;

• müasir informasiya və kommunikasiya sistemlərindən istifadə etməklə idarəetmənin elmi əsaslar üzərində qurulması.

İstehsalın elmi əsaslar üzərində qurulması müəssisədə istehsal – texnoloji proseslərin elmin son nailiyyətləri əsasında qurulmasını nəzərdə tutur və istehsalın səmərəliliyini, əmək mənsuldarlığını yüksəltməyə imkan verir.

Əməyin elmi təşkili müəssisədə əmək resurslarından səmərəli istifadəni təmin etmək məqsədilə elmi əsaslandırılmış əmək normalarının tətbiqini, əməyin təşkilinin elmi əsaslar üzərində qurulmasını nəzərdə tutur.



Müəssisələr idarəetməni elmi təfəkkürün nəticəsi olraq, informasiya və kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə yaradılan müasir idarəetmə sistemləri əsasında qurmağa çalışırlar. Bu da onlara biznes fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyə imkan verir. Müəssisələr müxtəlif formalarda yaradılır və fəaliyyət göstərirlər. Onların təşkilati – hüquqi formaları Azərbaycan respublikasının müvafiq qanunvericiliyi ilə təsbit olunur. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət, kollektiv, xüsusi və qarışıq mülkiyyət formalarına əsaslanan müəssisə növləri fəaliyyət göstərə bilər. Müəssisələr dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər.

Dövlət müəssisəsi. Dövlət mülkiyyətinə əsaslanan aşağıdakı növ müəssisələr fəaliyyət göstərirlər:

Yüklə 455,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə