Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi mövzusunda magistr dissertasiyasi


Səhmdar cəmiyyəti “açıq tipli səhmdar cəmiyyəti” və ya “qapalı tipli səhmdar cəmiyyəti” formasında yaradılır.Cəmiyyətin üzvü olan hüquqi şəxslər öz hüquqi şəxs statusunu saxlayırlar



Yüklə 455,26 Kb.
səhifə4/7
tarix27.03.2018
ölçüsü455,26 Kb.
#35325
1   2   3   4   5   6   7

Səhmdar cəmiyyəti “açıq tipli səhmdar cəmiyyəti” və ya “qapalı tipli səhmdar cəmiyyəti” formasında yaradılır.Cəmiyyətin üzvü olan hüquqi şəxslər öz hüquqi şəxs statusunu saxlayırlar.

Müəssisələr birliyi. Müəssisələr fəaliyyətlərinin əlaqələndirilməsi, hüquqlarının müdafiə edilməsi, ümumi mənafelərinin dövlət və digər orqanlarda, təşkilatlarda, habelə beynəlxalq təşkilatlarda təmsil olunması və digər məqsədlər ilə könüllülük əsasında sahə, ərazi və ya başqa prinsiplərə əsasən ittifaqlar, konsernlər, şirkətlər və digər birliklər yarada bilərlər. Ayrı-ayrı istehsalat-təsərrüfat işlərinin və digər funksiyaların mərkəzləşdirilmiş qaydada yerinə yetirilməsi müəssisələrin razılaşdırılmış qərarı əsasında birliyə həvalə oluna bilər.

Bu maddənin birinci hissəsində göstərilən birliklər Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla yaradıla bilər. Birlik təsisçilərin təsdiq etdikləri nizamnamə əsasında fəaliyyət göstərir.

Birlik bu Qanunla müəyyən olunmuş qaydada qeydə alınır. Birlik hüquqi şəxsdir, bank idarələrində onun hesablaşma hesabı və digər hesabları, öz adı göstərilən möhürü vardır,

Birlik onun tərkibinə daxil olan müəssisələrin öhdəliklərinə, müəssisələr isə birliyin öhdəliklərinə görə, əgər nizamnamədə (təsis müqaviləsində) digər qaydalar nəzərdə tutulmayıbsa, cavabdeh deyildir.

Birliyin tərkibinə daxil olan müəssisələr birlikdən çıxmaq hüququna malikdirlər. Bu halda birlikdən çıxan müəssisə bağlanmış müqavilələrə əsasən birliyə daxil olan digər müəssisələr qarşısında öz öhdəliklərini saxlayır.

Birlik onun tərkibinə daxil olan müəssisələrin qərarına əsasən ləğv edilir. Birliyin ləğvi bu Qanunla müəssisələrin ləğvi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Birliyin ləğvindən sonra qalmış əmlak birliyin nizamnaməsinə uyğun olaraq onun iştirakçıları arasında bölüşdürülür.




    1. Ölkə iqtisadiyyatının formalaşması və inkişafında müəssisənin

yeri və rolu.

İqtisadiyyatın bütün inkişaf mərhələlərində müəssisə müstəsna rola malik olur və məhz onun inkişafı son nəticədə iqtisadiyyatın ümumi inkişafına gətirib çıxarır. Nər bir ölkənin iqtisadiyyatı ayrı – ayrı təsərrüfat sahələrinin məcmusu kimi formalaşır. Sahə iqtisadiyyatı isə həmin sahədə fəaliyyət göstərən müəssisələrin məcmusu kimi xarakterizə olunur. Bu baxımdan, ölkə iqtisadiyyatının formalaşması və inkişafı son nəticədə müəssisələrin bazar fəaliyyətindən, onların inkişaf səviyyəsindən asılı olur. Deməli, dövlətin iqtisadi siyasəti ilk növbədə müəssisələrin yaradılması və inkişafına, onların normal fəaliyyətini təmin edən müvafiq bazar şəraitinin formalaşdılmasına yönəldilməlidir.

Müəssisələr müstəqil təsərrüfat vahidi kimi fəaliyyət göstərirlər, məhsul istehsalını və xidmət göstərilməsi həyata keçirirlər, istehsal – texnoloji prosesləri, təşkilati – inzibati və digər təsərrüfat məsələlərini, ümumilikdə biznes fəaliyyətini müstəqil olaraq həyata keçirirlər.

Bazar münasibətləri şəraitində müəssisə iqtisadi fəaliyyətin mərkəz həlqəsi kimi çıxış edir. Burada qeyd edildiyi kimi, cəmiyyətə lazım olan məhsul istehsal edilir, xidmətlər göstərilir, ölkələr arasında iqtisadi əlaqələr yaradılır. Müəssisələrdə istehsal prosesi təşkil olunur, yüksək məhsuldarlıqlı texnika və texnologiyalar tətbiq olunur, cari və perspektiv strateji planlar işlənib hazırlanır. effektiv idarəetmə sistemləri tətbiq olunur, innovasiya və investisiya fəaliyyəti həyata keçirilir. Əmtəə bazarlarında rəqabətin mövcudluğu müəssisələri daima inkişaf etməyə sövq edir, bu da son nəticədə ümumi iqtisadiyyatın inkişafına gətirib çıxarır.

Qeyd olunanlar müəssisə işilərindən dərin iqtisadi biliyə malik olmalarını tələb edir. Bazar iqtisadiyyatında o müəssisələr müvəffəqiyyətlə fəaliyyət göstərə bilirlər ki, onlar bazarın və istehlakçıların tələbini daha dərindən öyrənə bilirlər və tələbə daha çox uyğun gələn məhsul istehsal edirlər.

Azərbaycanda müəssisələr, xüsusən də kiçik və orta sahibkarlıq, bazar iqtisadiyyatına keçid dövründə, 1990-cı illərin ortalarından bazar prinsipləri əsasında formalaşmağa və inkişaf etməyə başlamışlar və proses bu gün də davam edir. Belə bir şəraitdə kiçik və orta müəssisələrin rəqabətqabiliyyətli olması ölkə iqtisadiyyatının inkişafı üçün olduqca vacibdir. 2000 – 2014 – cü illərdə Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sayının və istehsal etdikləri məhsulun dinamikasını 1.1 saylı cədvəldə nəzərdən keçirək.

Cədvəldən göründüyü kimi, baxılan dövr ərzində cəmi respublika üzrə İşləyən kiçik müəssisələrin sayında ciddi azalma baş vermişdir. Bundan fərqli olaraq sənaye üzrə kiçik müəssisələrin sayında xeyli artım baş vermişdir. Bu da son iyirmi ildə ölkə iqtisadiyyatında mütərəqqi dəyişikliklərin və inkişaf meyllərin baş verdiyini göstərir. Belə müsbət dəyişikliklər həmin müəssisələrin məhsul istehsalı prosesində də özünü qabarıq şəkildə biruzə verir və bu gün də davam etməkdədir.

Cədvəl 1.1.

Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sayı və dinamikası.

Göstəricilər


2000

2005

2010

2014


2014 cü il

2000 ci ilə nis. % lə



Respublika üzrə:

İşləyən kiçik müəssisələrin sayı

Məhsulun həcmi mln man.

24254


434.4

11982


657.5

14532


719.9

14398


1108.8

59.4


255.2

Müştərək müəssisələrin sayı


551

796

1091

1235

224.1

Sənaye üzrə:

Kiçik müəssisələrin sayı

Məhsulun həcmi mln man.

1414


138.4

1674


131.9

1973


243.3

1721


386.3

121.7


279.1

Orta və iri müəssisələrin sayı

561

618

677

613

109.3

2000-2014-cü illərdə Azərbaycanda fəaliyyət göstərən kiçik müəssisələrin sayı 40.6% azalmış, 24254-dən 14398-ə enmişdir. Bununla belə onların məhsulunun həcmi 5.9 dəfə artmışdır. Həmin dövrdə sənayedə fəaliyyət göstərən kiçik müəssisələrin sayı 2,2 dəfə, onların istehsal etdikləri məhsulun həcmi isə 2.8 dəfə artmışdır. Orta və iri müəssisələrin sayının 44.9% artmasına baxmayaraq, onların istehsal etdikləri məhsulun həcmi 9.1 dəfə artmışdır. Bu da müəssisələrin fəaliyyətində struktur və keyfiyyət dəyişikliklərinin baş verdiyini göstərir. Müəssisələrin məhsullarının keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin yüksəlməsi sayəsində onların nəinki daxili bazarda mövqeyi güclənmiş, həmçinin xarici bazarlara çıxış imkanları da genişlənmişdir.

Artıq qeyd edildiyi kimi, müəssisə iqtisadiyyatın əsas həlqəsi hesab olunur. Məhz müəssisədə məhsul istehsalı və satışını həyata keçirilir, ictimai tələbatların ödənilməsi prosesi baş verir, məhsul satışının həyata keçirilməsi və mənfəətin əldə edilməsi sayəsində geniş təkrar istehsal prosesi mümkün olur. Əsas təsərrüfat subyekti kimi müəssisələr ölkənin sosial – iqtisadi inkişafında mühüm rol oynayırlar. Onların fəaliyyətinin səmərəliliyindən cəmiyyətdə sosial – iqtisadi və siyası stabillik çox asılı olur. İqtisadiyyatın inkişafında müəssisənin rolu aşağıdakılardan ibarətdir (20, s.13):

• müəssisə səviyyəsində cəmiyyətdə əsas iqtisadi məsələlər həll edilir: - nə istehsal etməli, necə istehsal etməli, kimin üçün istehsal etməli;

• müəssisənin fəaliyyətinin nəticələrindən ümumilikdə ölkənin sosial iqtisadi mövqeyi asılı olur;

• müəssisə iş yerləri yaratmaqla əhalinin məşğulluğunu təmin edir;

• müəssisənin fəaliyyətindən məhsulun keyfiyyəti, istehlakçıların tələbinin ödənilməsi asılı olur;

• müəssisə əhalinin gəlirlərinin formalaşmasını, əmək kollektivinin sosial inkişafını təmin edir;

• müəssisə regional infrastrukturun formalaşmasında iştirak edir;

• müəssisə vergi sistemi vasitəsilə dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edir;

Müəssisənin funksiyaları onun ixtisaslaşmasından, fəaliyyət istiqamətlərindən asılı olaraq formalaşır. Malik olduğu funksiyalara uyğun olaraq müəssisə bir sıra vəzifələri yerinə yetirir ki, onlara aşağıdakıları aid etmək olar:

• istehsal – satış proseslərini həyata keçirməklə mənfəət əldə etmək, sahibkarın gəlirlərini təmin etmək;

• istehlakçıların məhsula olan tələbatını lazımı miqdarda və keyfiyyətdə ödəmək;

• əmək kollektivini zəruri işlə təmin etmək, müvafiq əmək naqqı sistemini yaratmaq və həyata keçirmək;

• maliyyə, material və əmək resurslarından səmərəli istifadə olunması;

• məhsulun və müəssisənin rəqabətqabiliyyətliliyinun təmin olunması; Müəssisənin əsas vəzifəsi onun qarşısında qoyulan məqsədə, sahibkarların maraqlarına uyğun olaraq müəyyənləşdirilir və ətraf mühit amillərinin təsiri altında müəyyən dəyişikliklərə məruz qalır. Qarşıya qoyulan məqsədlərə və vəzifələrə uyğun olaraq müəssisənin inkişaf strategiyaları hazırlanır və həyata keçirilir. Yuxarıda qeyd olunan vəzifələrə uyğun olaraq müəssisələr əmlaklarını, avadanlıqlarını, xammal və materiallarını, əmək resurslarını, idarəetmə aparatını və onun strukturunu formalaşdırır, istehsal - texnoıoji prosesləri təşkil edir, özünün fəaliyyət mexanizmini formalaşdırır. Müəssisələr məhsul konsepsiyasını formalaşdırır, səmərəli bölgü kanallarını və satış şəbəkəsini yaradırlar, mürəkkəb kommunikasiya sistemini tətbiq edirlər və ən vacibi, səmərəli biznes fəaliyyətini, onun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək məqsədilə SVOT – analizi həyata keçirirlər. SVOT – analiz müəssisələrə özlərinin zəif və güclü tərəflərini, imkanları və təhlükələri aşkar etməyə, gələcək inkişaf strategiyalarını müəyyənləşdirməyə imkan verir.

Ölkə iqtisadiyyatının formalaşması və inkişafında müəssisənin rolunu iki aspektə qiymətləndirmək olduqca vacibdir. Birincisi, iqtisadiyyatın formalaşması, ikincisi isə onun inkişafının təmin edilməsidir. Onlar bir – birilə qarşılıqlı əlaqəyə və asılılığa malik olsalarda, hər birinin özünəməxsus spesifik xüsusiyyətləri və iqtisadi əsasları mövcuddur.

İqtisadiyyatın formalaşması ayrı – ayrı müəssisələrin yaradılması və fəaliyyət göstərməsi əsasında formalaşan sahə iqtisadiyyatlarının məcmusu olaraq baş verir. Mütəmadi olaraq yeni – yeni müəssisələr yaradılır, bəziləri ləğv edilərək fəaliyyətlərini dayandırırlar və bu proses fasiləsiz olaraq davam edir. Artıq dünyada və ayrı –ayrı ölkələrdə iqtisadiyyatın elə səviyyəsi formalaşmışdır ki, müəssisələrin yaradılması və ləğvi ilə bağlı sahə və ümumi ölkə iqtisadiyyatının səviyyəsində ciddi dəyişikliklər baş vermir. Yeni müəssisələrin yaradılması əsasən potensial tələbatın mövcud olduğu bazar seqmentlərində baş verir.

Müasir iqtisadiyyatın formalaşdığı və inkişaf etdiyi bazar münasibətləri şəraitində müəssisə iqtisadi fəaliyyətin əsas həlqəsi hesab olunur. Müəssisələr ( onların birlikləri: - firmalar, şirkətlər, korporasiyalar) iqtisadiyyatı formalaşdıran və onun inkişafını tımin edən əsas təsərrüfat subyektlərinə çevrilirlər

İqtisadiyyatın inkişafında müəssisələrin rolu olduqca böyükdür. İqtisadiyyatda mövcud olan inkişaf meylləri müəssisələrin inkişafı əsasında baş verir. Müəssisələrin inkişafı əmtəə bazarlarında rəqabətin mövcudluğu ilə şərtlənir. Müəssisələr rəqabət şəraitində fəaliyyət göstərirlər və ətraf mühit amillərinin təsiri altında rəqabətqabiliyyətli olmağa, bazar mövqelərini qoruyub saxlamağa çalışırlar. Bu məqsədlə səmərəli marketinq və innovasiyalı inkişaf strategiyalarından istifadə etməyə çalışırlar.

Müasir əmtəə bazarlarında innovasiya, məhsulların yeniləşdirilməsi və ya təkmilləşdirilməsinin, eləcə də müəssisələrin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin və bazar mövqeyinin möhkəmləndirilməsinin ilkin əsasını təşkil edir, biznesin inkişafını təmin edən əsas vasitəyə, yaradıcı hücum strategyasına çevrilir. İnnovasiya inkişaf strategiyasının seçilməsi eyni zamanda innovasiyanın növlərindən asılı olur. Müəssisənin innovasiya aktivliyinin qiymətləndirilməsi onun müəyyən innovasiya növünü mənimsəməsinə imkan verən iqtisadi imkanlarından asılı olaraq həyata keçirilir.

Qeyd etmək lazımdır ki. firmanın biznesin yeni sahələrinə, yeni satış bazarlarına daxil olmasını, stimullaşdırma mexanizmlərinin, kadr siyasətinin, menecmentin yeniləşməsini və təkmilləşdirilməsini nəzərdə tutan ümumi iqtisadi inkişaf strategiyasının tətbiqi innovasiya strategiyaları ilə birbaşa əlaqələndirilir. İnnovasiyalı inkişaf strategiyaları, eyni zamanda digər marketinq strategiyaları müəssisənin ümumi inkişafını təmin edən əsas alətlərə çevrilirlər.

Müasir şəraitdə müxtəlif istiqamətlərdə innovasiya strategiyaları tətbiq edilir ki, ümumi formada onları əsasən iki qrupa bölmək olar.

Firmanın innovasiya strategiyaları
Müdafiə xarakterli strategiyalar
Hücum xarakterli strategiyalar

Şəkil 1.1.Firmanın innovasiya strategiyaları.

Müdafiə strategiyalarının tətbiqi firmanın fəaliyyətinin artıq mənimsənilmiş məhsul nomenklaturası üzrə proqramları əsasında həyata keçirilməsini, riskin əhəmiyyətli dərəcədə az olmasını, kifayət qədər bazar payının əldə edilməsini və qorunub saxlanılmasını, xərclərin azaldılması hesabına mənfəət normasının təmin edilməsini nəzərdə tutur. Belə strategiyanı adətən rəqabət şəraitində mənfəətlə işləməyə qadir olan, istehsal və marketinq sahəsində güclü olan orta və iri müəssisələr həyata keçirirlər.

Hücum strategiyası isə yeni məhsullarla və yeni texnoloji proseslərlə əlaqəli proqramlara əsaslanır. Hücum strategiyaları mənimsənilmiş bazar seqmentlərinin genişləndirilməsinə, yeni satış bazarlarının mənimsənilməsinə istiqamətlənən aqressiv istehsal-kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır (22, s.87).

Müəssisələr innovativ inkişaf strategiyalarını həyata keçirməklə özlərinin ümumi inkişafını təmin etməyə çalışırlar. Nəticədə iqtisadiyyatın ümumi inkişafı təmin edilmiş olur.

Müasir dövrdə dünya miqyasında ölkələrin iqtisadi əlaqələrinin böyüməsi, ölkə bazarları arasında informasiya mübadiləsinin sürətləndiyi və bu prosesin kifayət qədər asanlaşdığı şəraitdə hər hansı bir ölkənin iqtisadiyyatında baş verən dəyişikliyin tezliklə digər ölkələrin iqtisadiyyatında da nəzərə çarpması müşahidə olunur ki, bu da qloballaşma olmasından xəbər vcrir. Qloballaşma yeni dünyamızda təsərrüfatmın mühüm xüsusiyyətidir. O, bir sıra xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu gün umumi miqyasda kollektiv valyuta sistemi, güclü ölkə birlikləri kimi en böyük gücə, geniş fəaliyyətə malik olan və öz fəaliyyəti ilə öz dövlət sərhədlərini aşan transmilli korporasiyalar mövcuddursa, deməli, qloballaşma dünya təsərrüfatnın bir əlaməti kimi formalaşmaqda və genişlənməkdədir.

Hər bir ölkədə baş verən qloballaşma meylləri ölkədə fəaliyyət göstərən müəssisələrin həm daxili, həm də beynəlxalq biznes fəaliyyətinə, onların inkişaf strategiyalarının formalaşmasına çox ciddi təsir göstərir.

Müəssisələrin inkişaf strategiyalarının formalaşmasına və problemlərinə ümumbazar maraqlarından və mövqelərindən yanaşmaq daha məqsədəuyğundur. Bu onunla əlaqədardır ki, beynəlxalq bazarlar indiki dövrdə iqtisadi, sosial və siyasi dəyişikliklərin baş verdiyi şəraitdə hökm sürdüyü şəraitdə formalaşır və inkişaf edir. Beynəlxalq iqtisadi münasibətlər demək olar ki, dünyanın bütün ölkələrini ehatə edir. Faktiki olaraq elə bir ölkə yoxdur ki, o beynəlxalq biznesdən asılı olmasm. Dünya iqtisadi əlaqələr sisteminə daxil olma prosesi biznes üzrə tərəf müqabil ölkələrin iqtisadiyyatının qloballaşdınlması və beynəlmiləlləşdirilməsi meylləri ilə müşayət olunur. Bu da öz növbəsində müəssisələrin inkişaf strategiyalarının formalaşmasının əsas şərtlərindən biri kimi çıxış edir. Müəssisələrin biznes fəaliyyətinin inkişafında baş verən mövcud dəyişikliklər milli iqtisadiyyatların və eləcə də dünya iqtisadiyyatının inkişafında da ciddi dəyişikliklərə gətirib çıxarır, nəticədə yeni bir iqtisadiyyat formalaşır.

Müasir iqtisadiyyat üçün əvvəllər daxili bazara istiqamətlənmiş kiçik və orta müəssisələrin digər ölkələrin bazarlarına cürətlə çıxmaları və öz xarici ticarət dövriyyələrini artırmaları artıq normaya çevrilmişdir. Lakin bu proses də yeni iqtisadiyyatın təsiri altında dəyişir və təkmilləşir.

Müəssisələrin inkişaf strategiyalarının formalaşması motivləri müxtəlif ölkələr üçün müxtəlif öncül istiqamətlərə malikdir. Məsələn, Avstriya müəssisələri üçün onlar aşağıdakı kimi qruplaşdırılır:

1. Mövcud istehsal güclərindən daha səmərəli istifadə etməyə can atmaq.



2. Öz ölkəsində ixrac üzrə məşhur olmağa cəhd göstərmək.

3. Ölkənin iqtisadi vəziyyətinin pisləşməsini gözləmək.

4. İstehsalın yeniləşdirilməsi üçün ixrac hesabına maliyyə imkanı qazanmaq.

5. Xarici valyuta əldə etmək imkanı qazanmaq.

6. Öz ölkəsindəki rəqiblər üzərində üstünlük əldə etməyə çalışmaq.

7. Xarici ölkə bazarında dövriyyənin daha yüksək rentabelliyini təmin etmək.

8. Daha qiymətli noy-xau əldə etməyə çalışmaq.

9. Öz ölkəsinə nisbətən xaricdə daha zəif rəqabət şəraitində işləmək .

Firmaların xarici şəraitə uyğunlaşmasi, qloballaşma və beynəlmiləlləşmə prosesinin, onların xüsusiyyətlərinin və mərhələlərinin dərk edilməsi ilə əlaqədardır.

Bu gün Azərbaycanın qarşısında iqtisadiyyatı qlobal dünya iqtisadiyyatı sisteminə vahid milli kompleks kimi daxil etmək və beynəlxalq miqyasda səmərəli fəaliyyət göstərmək vəzifəsi durur. Deməli, sahibkarlıq səmərəli bazar iqtisadiyyatının formalaşmasının və sürətli inkişafnın, cəmiyyətdə sosial və siyasi gərginliyin zəiflədilməsinin və aradan qaldırılmasının mühüm şərtidir. Odur ki, iqtisadiyyatın tənəzzül vəziyyətindən çıxarılması və tədricən dirçəldilməsi naminə milli sahibkarhğın formalaşmasına və hər vasitə ilə inkişafına şərait yaradılmalı, onların sərbəst biznes fəaliyyəti göstərmələri və inkişaf etmələri təmin olunmalıdır.

Qeyd olunanlar müəssisə rəhbərliyindən və işçilərdən dərin iqtisadi biliyə malik olmalarını tələb edir. Bazar prinsipləri əsasında və rəqabət şəraitində fəaliyyət göstərən müəssisələr yalnız o halda bazarda qalmaq, səmərəli biznes fəaliyyətini həyata keçirmək, bazar payını qoruyub saxlamaq və daha da artırmaq imkanı əldə edirlər ki, onlar bazarın tələbini, istehlakçıların alış motivlərini, davranış tərzini öyrənmək məqsıdilə marketinq tədqiqatlarını həyata keçirsinlər, onun nəticələrindən düzgün istifadə edə bilsinlər. Müəssisə eyni zamanda rədabətqabiliyyətliliyini təmin etmək üçün səmərəli marketinq strategiyalarından, innovasiyalı inkişaf strategiyalarından istifadə etməli, daha səmərəli istehsal – texnoloji proseslərə, istehlakçıların tələbinə uyğun gələn, keyfiyyətli məhsul istehsalına nail olmalı, biznesin təşkilinin ən səmərəli üsullarını tətbiq etməli, onu daima təkmilləşdirməyə çalışmalıdır.


FƏSİL 2. MÜƏSSİSƏNİN BİZNES FƏALİYYƏTİNİN TƏŞKİLİ

VƏ İDARƏ EDİLMƏSİ.

2.1. Azərbaycan müəssisələrinin biznes fəaliyyətinin təhlili

və qiymətləndirilməsi.
Azərbaycan müəssisələrinin biznes fəaliyyəti konkret məhsul bazarında fəaliyyət göstərən istehsalçı müəssisələr arasında rəqabətin zəif olması ilə xarakterizə olunur. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, respublikada konkret məhsul istehsalı ilə əsasən bir və ya iki müəssisə məşğul olur. Nəticədə yerli istehsalçı müəssisələr əksər hallarda inhisarçı mövqeyə malik olurlar. Bu da onlara fəaliyyət göstərdikləri əmtəə bazarlarında biznes fəaliyyətini zəif rədabət şəraitində həyata keçirməyə imkan verir. Bundan əlavə yerli sahibkarlara, xüsusən də, istehsalçı müəssisələrə dövlət köməyinin həyata keçirilməsi çərçivəsində onların istehsal etdikləri məhsulların idxalına məhdudiyyətlər müəyyənləşdirilir və yaxud idxal rüsumlarının dərəcələri yüksəldilir. Bu cür tədbirlər istehsalçı müəssisəni idxal olunan xarici malların təsirindən və rəqabətindən qoruyur. Bu isə qeyd edildiyi kimi müəssisənin istehsal etdiyi məhsul bazarında rəqabəti zəiflədir.

Dövlətin yerli müəssisələrə himayədarlığı müəssisələrin biznes fəaliyyətinə müsbət təsir göstərməklə yanaşı, eyni zamanda mübahisə doğuran məsələyə çevrilir. Dövlətin müəssisələrə köməyi onları süni surətdə rəqabətdən qorumaqla deyil, əksinə, onların fəaliyyət göstərdikləri bazarlarda sağlam rəqabət şəraiti formalaşdırmaqla həyata keçirilməlidir. Dövlət köməyi əsasən iqtisadiyyatın prioritet sahələrinə daha çox istiqamətlənməlidir və belə sahələrdə fəaliyyət göstərən müəssisələr daha yüksək inkişaf tempinə malik olmalı, daha səmərəli biznes fəaliyyətini həyata keçirməlidirlər.

Azərbaycanda biznes fəaliyyəti həm xidmət, həm də istehsal sahəsində fəaliyyət göstərən müəssisələrin biznes fəaliyyəti ilə xarakterizə olunur. Hər iki istiqamətdə müəssisələr tərəfindən səmərəli biznes fəaliyyətinin həyata keçirilməsi, onların yüksək mənfəət əldə etmələri ölkə iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bununla belə, istehsal müəssisələrinin, xüsusən də, sənaye sahəsində fəaliyyət göstərən müəssisələrin biznes fəaliyyəti daha mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında inkişaf etməkdə olan sahibkarlıq strukturları -yeni yaradılan və modernizə edilən müəssisələr yeni məhsul, yeni texnologiya yaratmaq istiqamətində deyil, bazarda mövcud olan rəqabətqabiliyyətli məhsul istehsalını həyata keçirməyə üstünlük verirlər və bu məqsədlə artıq xarici bazarlarda tətbiq olunan texnologiyaları alıb tətbiq etməyə, ya da xarici şirkətlərlə birgə fəaliyyəti həyata keçirməyə üstünlük verirlər.

Respublikada biznes fəaliyyətini həyata keçirən müşssisşlər əsasən emal və yeyinti sənayesində, mebel məhsulları, tikinti materialları, elektrik məhsulları istehsalı, kimya sənayesi və s. istiqamətlərdə fəaliyyət göstərən və daha çox müvəffəqiyyət qazanan müəssisələrdir. Həmin müəssisələrin məhsulları əsasən yerli bazarlar üçün nəzərdə tutulsalarda müəyyən hallarda xarici bazarlara da çıxarılırlar. Lakin müəyyən sənayesi müəssisələri, xüsusən də kimya sənayesi müəssisələri məhsullarını xarici bazarlara çıxarmaq üçün geniş imkanlara malikdirlər.

Yerli müəssisələrin istehsal etdikləri məhsul bazarlarında rəqabət əsasən istehsalçı müəssisələr arasında deyil, onlarla həmin məhsulları idxal edən firmalar arasında baş verir. Buna baxmayaraq həmin müəssisələr səmərəli biznes fəaliyyətini həyata keçirmək, rəqabətə dözmək inkanına malik olurlar. Çünki, onlardan fərqli olaraq idxalçı müəssisələr əlavə olaraq nəqliyyat xərclərinin, gömrük və yüksək dərəcəli vergi rüsumlarının ödənişini həyata keçirirlər ki, nəticədə onlarla müqayisədə yerli istehsalçı müəssisələr rəqabət üstünlüyü əldə etmək və daha güclü mövqeyə malik olmaq imkanı əldə edirlər.

Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonra, müəssisələr, xüsusən də kiçik və orta sahibkarlıq bazar prinsipləri əsasında formalaşmağa və inkişaf etməyə başlamışlar və proses bu gün də davam edir. Belə bir şəraitdə kiçik və orta müəssisələrin rəqabətqabiliyyətli olması və səmərəli biznes fəaliyyətini həyata keçirməsi ölkə iqtisadiyyatı üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan sənayesi bazar prinsiplərinə uyğun formalaşmaqda və inkişaf etməkdədir. 2005 - 2013 –cü illərdə ölkədə sənaye məhsulu istehsalının dinamikasını 2.1 sayl cədvəldə nəzərdən keçirək.

2005- 2013 –cü illərdə Azərbaycanda sənaye məhsulları istehsalının strukturu və dinamikası. (Milyon manatla).




2005

2010

2013


2013 cü il 2005 ə nis. %-lə

Bütün sənaye:

dövlət sektoru

özəl sektor


9309

2737


6572

27978

5578


22403

33898

6397


27501

364.1

233.7


418.5

Mədənçıxarma sənayesi:

xam neft və təbii qaz hasilatı



5673

5370


20862

20199


24655

23658


434.6

440.6


Emal sənayesi:

qida məhsullarının istehsalı

içki istehsalı


3073.1

1094.5


72.5

5735.7

1924.6


170.2

7243.8

2516.2


207.7

235.7

229.9


286.5

Tütün məmulatlarının istehsalı

30.5

22.3

13.1

43.0

Toxuculuq sənayesi

34.8

29.4

51.2

147.1

Geyim istehsalı

16.3

34.7

40.0

245.4

Ağac emalı və ağacdan məmulatların hazırlanması

9.6

12.1

15.1

157.3

Neft məhsullarının istehsalı

836.8

2160.6

2434.2

290.9

Kimya sənayesi

198.3

120.3

200.3

101.0

Rezin və plastmas məmulatları istehsalı

23.5

43.3

74.0

314.9


Tikinti materialları istehsalı

135.4

452.2

390.2

288.2

Mebel istehsalı

17.5

51.5

43.9

250.9

Maşın və avadanlıqların istehsalı

32.8

151.2

151.5

461.9

Metallurgiya sənayesi

271.9

135.2

305.2

112.2


Yüklə 455,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə