Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi mövzusunda magistr dissertasiyasi



Yüklə 455,26 Kb.
səhifə6/7
tarix27.03.2018
ölçüsü455,26 Kb.
#35325
1   2   3   4   5   6   7

Göründüyü kimi, biznesin idarə edilməsi prosesində marketinq ilk növbədə, müəssisənin idarəetmə sistemində yeni təfəkkür tərzi kimi qavranılır. Marketinq bu baxımdan özünü sosial idarəetmə prosesi kimi təqdim edir. Müəssisəni əhatə edən mühitin daim dəyişməsi biznesin idarə edilməsində sistemli planlaşdırmanın rolunu və əhəmiyyətini daha da artırır. Bu baxımdan planlaşdırma tez-tez dəyişən xarici şəraitə uyğunlaşmağa imkan yaratmalıdır. Müasir dövrdə biznes fəaliyyətinin planlaşdırılması müstəsna rola malikdir.

Planlaşdırma nəticəsində bazar şəraiti öyrənilir, onların inkişaf meylləri aşkar edilir, proqnozlaşdırılır və dayanıqlı rəqabət üstünlüyü əldə etməyə imkan verən tədbirlər kompleksi işləyib hazırlamaq mümkün olur. Planlaşdırma sayəsində müəssisə nəyi necə etməli olduğunu, nə əldə etmək istədiyini və konkret şəraitdə hansı işləri görməli olduğunu qabaqcadan bilmək imkanı qazanır.

Planlaşdırma biznes fəaliyyətinin mənfəətin artırılmasına yönəldilmiş idarəetmə prosesdir və bu prosesin xüsusi bir hissəsi olmaqla məhsulun yaradılması, istehsalı və satışının təşkili üzrə planlar və proqramlar hazırlanmasını, ayrı - ayrı bölmələrin qarşılıqlı əlaqələndirilməsi və icrasının həyata keçirilməsini özündə birləşdirir. Planlaşdırmanın mahiyyətini 2.3. saylı şəkildən daha aydın təsəvvür etmək olar: (10-49)


Planlaşdırma

Müəssisənin biznes fəaliyyətinin əsaslandırılması və dayanıqlılığının təmin edilməsi

Tələb və təklifin (imkanların) uyöunlaşdırılması

Məqsədin müəyyən edilməsi

İstehlakçılar üçün dəyərlərin yaradılması gəlir əldə sdilməsi

Şəkil 2.3. Planlaşdırmanın mahiyyətinin xarakteristikası.


Strateji planlaşdırma biznes sahəsində müəssisənin məqsədləri, potensial imkanları və şansları arasında strateci uyğunluğun yaradılmasının və qorunub saxlanmasının idarə edilməsi prosesidir. O, müəssisənin aydın ifadə olunmuş proqramm bəyanatına, köməkçi məqsədlərin və vəzifələrin ifadəsinə, sağlam təsərrüfatçılıq portfelinə və artım strategiyasına istinad edir.

Strateji planlaşdırma özündə aşağıdakı mərhələləri birləşdirir:

Müəssisənin missiyasının müəyyənləşdirilməsi

Müəssisənin məqsədlərinin

müəyyənləşdirilməsi
Biznes portfelin təhlili

Nəzarətin həyata keçirilməsi


Planların realizasiyası

Məssisənin strateji planlarının hazırlanması


Şəkil 2.4. Müəssisənin biznes fəaliiətinin strateji planlaşdırılması.

Birinci mərhələdə müəssisənin biznes fəaliyyətinin missiyası müəyyənləşdirilir. Müəssisənin missiyası dedikdə onun təyinatı, nə ilə məşğul olması və ya nə ilə məşğul olmaq istəməsi başa düşülür. Müəssisənin missiyası müəyyənləşdirilərkən aşağıdakı amillər nəzərə alınır:

1.Müəssisənin tarixi. Hər bir müəssisə özünün inkişaf, fəaliyyət və bazar siyasəti tarixinə malikdir, fəaliyyət göstərdiyi müddətdə istehlakçıların şüurunda müəyyən bir mövqe qazanmışdır.

2. Xarici mühit. Xarici mühitin dəyişməsi müəssisənin missiyasına həlledici dərəcədə təsir göstərir. Çünki xarici mühitdə baş verən dəyişikliklər müəssisənin fəaliyyətində həm əlverişli fürsətlər, həm də təhlükələr yarada bilər.

3. İşgüzarlıq vərdişləri, bacarığı və imkanları.

4. Resurslar. Müəssisənin malik olduğu resurslar onun missiyasını müəyyənləşdirən əsas amillərdən biridir. Çünki müəssisə malik olduğu və ya əldə edə biləcəyi resursların imkan verdiyi fəaliyyətlə, məşğul ola bilər.

5. Rəhbərliyin şəxsi keyfiyyəti və bacarığı. Müəssisə öz missiyasına dair bəyanat tərtib edir. Bu bəyanatda müəssisənin məhdud sayda məqsədi, siyasəti və üstünlük verdiyi əsas fəaliyyət istiqamətləri, fəaliyyət göstərdiyi əsas rəqabət sahəsi mütləq göstərilməlidir. Tərtib edilmiş bəyanat myəssisənin menecerlərinə, işçilərinə və müştərilərinə çatdırılır.

Müəssisənin missiyası əsasında onun məqsədləri müəyyənləşdirilir. Missiya ümumi xarakter daşıdığından o detallaşdırılalaq konkret məqsədlərə çevrilir.

Biznes fəaliyyətinin strateji planlaşdırılmasının növbəti mərhələsində müəssisənin fəaliyyət növləri kompleksi, yəni biznes portfelinin təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bunun əsasında müəssisənin ali rəhbərliyi hansı fəaliyyət sahəsinin inkişaf etdiriləcəyini, hansı fəaliyyət sahəsinin mövcud səviyyədə saxlanılacağını, hansı sahənin isə ləğv etdiriləcəyini əsaslandırır. Biznes portfelin təhlilinin məqsədi optimal fəaliyyət növləri kompleksinin tərtib edilməsi olduğuna baxmayaraq bu müxtəlif təhlil metodları əsasında həyata keçirilir.

Müəssisənin biznes - portfeli təhlil edildikdən və hər bir fəaliyyət növünün vəziyyəti qiymətləndirildikdən sonra müəssisənin strategiyası hazırlanır. Strategiya müəssisənin inkişafı üçün bazarda yaranan imkanlardan istifadə etməyə, baş verəcəyi ehtimal edilən təhlükələrdən müdafiə olunmağa və özlərinin müstəsna bilik və təcrübəsindən istifadə etməyə imkan yaradır. Bunun üçün o, bazarda nələr baş verəcəyini və niyə baş verəcəyini müəyyən etməlidir.

Müəssisə biznes imkanlarının səviyyəsindən və bazar mövqeyinin möhkəmliyindən asılı olaraq ayrı-ayrı fəaliyyət növləri üzrə artım (inkişaf), mövcud vəziyyətin saxlanması (qorunması), qaymağın yığılmasım və ya ləğvetmə strategiyalarından istifadə edə bilər.

Stateji planlaşdırmanın növbəti mərhələsində tərtib edilmiş strategiyanın realizasiyası baş verir. Bu mərhələdə strategiyanın necə və kim tərəfindən həyata keçiriləcəyi, onu həyata keçirən şəxslərin məsuliyyəti, hansı hadisələrin harada baş verə bilməsi və bu hadisələrin nəticələrinin müəssisənin fəaliyyətində nəzərə alınması üçün hansı işlərin nə vaxt həyata keçiriləcəyi məsələləri həll olunur.

Beləliklə, bazar situasiyasına uyğun gələn strategiyanın tərtib edilməsi ilə onun realizasiyasının düzgün əlaqələndirilməsi müəssisənin biznes fəaliyyətinin effektliliyinin zəruri və kafi şərtidir.

Biznes fəaliyyətinin strateji planlaşdırılmasının son mərhələsində strateci planların yerinə yetirilməsinə nəzarət həyata keçirilir. Nəzarət prosesində müəssisənin bazar fəaliyyəti qiymətləndirilir, biznesin ətraf mühitində baş verən dəyişikliklər və bu dəyişikliklərin müəssisənin biznes fəaliyyətinə təsiri öyrənilir.


Biznes fəaliyyətinin idarə edilməsinin əsasını müəssisədaxili idarəetmə konsepsiyası təşkil edir. Bu konsepsiya özünə aşağıdakı prinsipləri birləşdirir:

1. Strategiyaya yönümlülük. Bu prinsip biznesin əsas elementlərinin müəyyənləşdirilməsinin və planlaşdırılmasının həyata keçirilməsinə strateci yanaşmanı, bu zaman ən effektiv metodlardan istifadə edilməsini nəzərdə tutur.

2. Dəyişən xarici mühitə uyğunlaşmaq və ona təsir etmək. Müəssisənin biznes fəaliyyəti çoxlu sayda xarici mühit amillərinin təsirinə məruz qalır. Bəzən bu amillər biznes fəaliyyətinin nəticələrinə olduqca ciddi təsir göstərirlər. Odur ki, müəssisə rəhbərliyi öz fəaliyyət proqramlarını daimə dəyişən xarici mühitə uycunlaşdırmağa çalışır, müvafiq tədbirlər həyata keçirməklə bu mühitə az da olsa təsir göstərməyə cəhd göstərir.

3. Təşkilati imperativlik. Bu prinsip müəssisədə idarəetmənin müxtəlif pillələrində aşağıdan yuxarıya tabeçilik prinsipini nəzərdə tutur.

4. İşçi heyəti əsas resursdur. Hər bir müəssisədə biznes fəaliyyətinin həyata keçirilməsində, qarşıya qoyulan məqsədə nail olunmasında işçi heyəti olduqca mühüm rol oynayır. Çünki proqramlarının yüksək keyfiyyətlə hazırlanması, tərtib edilməsi müəssisənin biznes fəaliyyəti üçün nə dərəcədə əhəmiyyətlidirsə, onların daha səmərəli, yüksək effektlə həyata keçirilməsi də bir o qədər vacibdir. Proqramların icra səviyyəsi isə hər bir fərdi icraçıdan, işçi heyətindən çox asılıdır.

5. İşlərin operativ qruplaşması, geniş və soxaspektli ixtisaslaşma. Müəssisədə həyata keçirilən işlər sahələr üzrə qruplaşdırılır və o müəssisə bazarda daha güclü mövqeyə malik olur ki, onun biznes fəaliyyəti geniş, çox cəhətli ixtisaslaşma əsasında qurulur.

6. Müəssisədaxili nəzarət, daxili intizam. Müəssisədə hər bir işçinin fəaliyyəti daxili intizam, qayda və normalar çərçivəsində həyata keçirilir. Bu qaydalar ümumilikdə müəssisə mədəniyyəti də adlanır. Eyni zamanda fəaliyyət proqramlarının yerinə yetirilmə səviyyəsini müəyyənləşdirmək məqsədilə müxtəlif səviyyəli müəssisədaxili nəzarət həyata keçirilir.

7. Çevik təşkilati struktur, üfiqi əlaqələrin inkişafı. Bu prinsip müəssisədə elə təşkilati strukturun yaradılmasını tələb edir ki, o çevik və operativ idarəetməni həyata keçirməyə imkan versin.

8. Demokratik idarəetmə stili. Müəssisələrdə biznesin idarəetmə mexanizmi demokratik prinsiplərə əsaslanır. Ən aşağı səviyyədə yerləşən işçidən tutmuş ali rəhbərliyədək bütün işçilərin fəaliyyəti demokratik prinsiplər əsasında qurulduqda biznesin qarşısında qoyulan məqsədlərə daha yüksək səmərə ilə nail olmaq mümkündür.

9. Əməkdaşlıq, kollegiyalılıq. Müəssisə kollektivinin hər bir üzvü qarşılıqlı əlaqə və anlaşma şəraitində fəaliyyət göstərməli, ali rəhbərliyin qəbul etdiyi qərarlar isə kollegiyalılıq prinsipinə əsaslanmalıdır.

10. İşin nəticələrində kollektivin rolunun yüksək olması. Müəssisənin biznes fəaliyyətinin daha effektli həyata keçirilməsi müəssisə kollektivinin bilik və bacarığından, tapşırıqları yüksək səviyyədə yerinə yetirə bilmək qabiliyyətindən asılıdır. Bütövlükdə kollektivin və onun hər bir üzvünün icra səviyyəsindən asılı olaraq proqramların yerinə yetirilməsi təmin edilir.

11. Təşkilatın mənafeyi ilə yanaşı həm də cəmiyyətin mənafeyi baxımından fəaliyyət göstərmək. Hər bir müəssisə məhsul istehsalı və satışını həyata keçirərkən sosial etik normalara və qaydalara, dövlət və beynəlxalq standartların tələblərinə uyğun olaraq hərəkət etməlidir. Bu zaman sosial-etik marketinq konsepsiyasının tələbləri nəzərə alınmalıdır.

12. İnnovasiyaya yönümlülük və bununla əlaqədar risklərə meyillilik. Müasir dövrdə texniki tərəqqinin durmadan inkişafı, texnoloci proseslərin daima dəyişməsi, yeni-yeni bazarların meydana gəlməsi və mövcud bazarlarda rəqabət mübarizəsinin kəskinləşməsi müəssisələrdə innovasiyalara maraq, risklərə isə meyllilik yaradır.

Müasir idarəetmə konsepsiyası daima baş verən dəyişikliklərə, qeyri-müəyyən ətraf mühitə, fasiləsiz texnoloci yeniliklərə reaksiyadır. İdarəetməyə müasir yanaşma insan amilinin və təşkilati dəyişikliklərin balanslaşdırılmış uyğunlaşması və dəyişən xarici mühitə adaptasiyadır. Müəssisədə biznesin idarə edilməsinin metodoloci əsasları araşdırılarkən bazar sistemlərinə diqqət yetirilməsi olduqca vacibdir. Bu sistemlərin hər birinin özünəməxsus xüsusiyyətləri vardır və onlar biznesin idarə edilməsi strategiyasının formalaşmasında mühüm rol oynayırlar. Bazar sistemləri tələbatın müəyyən növ məhsullar, ərazilər və xidmətlər üzrə formalaşmasını və həmin istiqamətlərdə alıcı və satıcıların məcmusunu xarakterizə edir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi marketinqin idarə edilməsi prosesi həm biznes fəaliyyətinin təhlilini və planlaşdırılmasını, planların realizasiyasını və ona nəzarətin həyata keçirilməsini özündə birləşdirir, bütün məhsulları, ideyaları, xidmətləri və deməli bütün bazarları əhatə edir, həm də mübadilə prosesinə əsaslanaraq mübadilədə iştirak edən bütün tərəflərin tələbatının ödənilməsinə xidmət göstərir. Biznesin idarə edilməsində marketinq konsepsiyasından istifadə eyni zamanda biznes fəaliyyətinin intensivləşdirilməsi və səmərəli təşkilinin fəlsəfi, vasitəsi kimi, bazarda dayanıqlı rəqabət üstünlüyü əldə etməyə imkan verən fəaliyyət kimi izah edilir.(11-54)

FƏSİL 3.MÜƏSSİSƏNİN BİZNES FƏALİYYƏTİNİN İNKİŞAF İSTİQAMƏTLƏRİ.

3.1. Müəssisənin biznes fəaliyyətində kontrollinq idarəetmə

sisteminin tətbiqi.

Контроллинг müasir idarəetmə nəzəriyyəsində və praktikasında iqtisadi təhlilin, planlaşdırmanın, idarəçilik uçotunun və menecmentin qarşılıqlı əlaqəsi və birləşməsi əsasında meydana gələn yeni idarəetmə sistemidir. Kontrollinq müəssisənin idarə edilməsini keyfiyyətcə yeni səviyyəyə gətirir, strateji və cari məqsədlərə nail olunması üçün müəssisənin müxtəlif xidmət və bölmələrinin fəaliyyətini istiqamətləndirir, əlaqələndirir və maraqlandırır. Kontrollinq müəssisədə iqtisadi fəaliyyətin təkmil formasıdır.

Kontrollinq idarəetmə qərarlarının qəbulu üçün əhəmiyyətli olan informasiyalrın toplanması, işlənməsi və rəhbərliyə təqdim edilməsini təmin etməklə yanaşı eynim zamanda bazar iqtisafiyyatı şəraitində şüəssisənin inkişaf səviyyəsi və meyllərini müəyyənləşdirən xüsusi qaydalarının aparılmasını da özündə birləşdirir. Kontrollinqi həyata keçirən mütəxəssislər iqtisadiyyatın müxtəlif sahələri üzrə dərin biliyə, təcrübəyə və geniş dünya görüşünə malik olmalıdırlar. Müəssisələr biznes fəaliyyətində müxtəlif xarakterli problemlərlə qarşılaşırlar. Onların isə hazır həll üsulları mövcud deyildir. Odur ki, müəssisələr qarşıya çıxan problemləri, qeyrimüəyyənlikləri həll etmək üçün zəruri informasiyanın mövcudluğu şəraitində belə kreativ yanaşmalar tətbiq etməyə və düzgün qərarlar qəbul etməyə çalışırlar. Kontrollinqin əsas məqsədi müəssisənin qarşısında duran bütün məqsədlərə nail olunmasına istiqamətlənməkdir. Bu zaman kontrollinq aşağıdakı bir sıra ümumi funksiyaları yerinə yetirir ( 27 s 7):


  • müəssisənin məqsədlərinə nail olmaq üçün müxtəlif istiqamətlər üzrə idarəetmənin əlaqələndirilməsi;

  • idarəetmə qərarlarının qəbul edilməsinə məsləhətverici və informasiya təminatlı köməyin göstərilməsi;

  • müəssisənin idarə edilməsinin ümumi informasiya sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi;

  • idarəetmə prosesinin səmərəliliyinin təmin edilməsi.

Hər bir ayrıca hadisədə kontrollinq xidmətinin funksiyaları bir sıra şərtlərdən asılı olur. Bu şərtləri və müəssisələrin təcrübəsini ümumiləşdirməklə kontrollinqin əsas funksiyalarının və vəzifələrinin optimal təsnifatыны müəyyənləşdirmək mümkündür.

Müasir biznes fəaliyyətində kontrolluq kimi vacib bir konsepsiyanın yaranması və tətbiqi bir sıra amillərlə əlaqədardır:

1.Biznesin ətraf mühitində baş verən ciddi dəyişikliklər və qeyri stabilliyin yüksəlməsi idarəetmənin qarşısında yeni tələblər qoyur.

2.Ətraf mühitdə baş verən dəyişikliklərə müəssisənin reaksiyasının güclənməsi

3.Müəssisənin daxili və xarici mühitində baş verən dəyişikliklərin daimi olaraq izlənilməsinin zəruriliyi

4.Müəssisənin bazar mövqeyinin qorunub saxlanılması üçün düşünülmüş fəaliyyət sisteminin yaradılmasının vacibliyi

5.Müəssisənin idarəetmə mexanizminin mürəkkəbləşməsi idarəetmə sisteminin daxili elementlərinin əlaqələndirilməsini tələb edir.

Bu amillər müəssisənin biznes fəaliyyətində kontrollinqin tətbiq edilməsini zəruri edir. Artıq qeyd olunduğu kimi, kontrolluq müəssisənin idarəedilməsinin ayrılmaz hissəsi kimi məqsədlərə nail olunmasının təmin olunması üzrə idarəetmə sistemidir. Müasir idarəetmədə müəssisənin məqsədləri iki yerə: -operativ və strateji məqsədlərə bölünür. Bununla əlaqədar olaraq kontrollinq həm müəssisənin operativ, həm də strateji məqsədlərinə nail olunmasını təmin edən nəzarət sistemi kimi çıxış edir. Bu baxımdan kontrollinq hər iki istiqamət üzrə fərqli xüsusiyyətlərə və fəaliyyət mexanizmlərinə malik olur.

Müəssisələr strateji məqsədlərini müəyyənləşdirərkən ətraf mühit amillərini, onlarda baş verən dəyişiklikləri nəzərə alırlar və onlara uyğun olaraq strateji planlaşmanı həyata keçirirlər, buna uyğun olaraq planlar və proqramlar hazırlanır. Bu planların və proqramların əsaslandırılmış şəkildə hazırlanmasında və səmərəli şəkildə həyata keçirilməsində kontrollinq mühüm rol oynayır və ciddi məsuliyyət daşıyır. Kontrollinq nəzarətini həyata keçirərkən məqsədlərin əsaslı olması, onlara nail olmağın reallığı müəyyənləşdirilir.

Strateji planların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi zamanı planların dolğun və düzgün olması, orada nəzərdə tutulan göstəricilərin qarşılıqlı əlaqəsi və əsaslandırılması, dövrlər üzrə realizasiyası diqqət mərkəzində saxlanılır.

Strateji kontrollinqin tətbiqi zamanı ya planın yerinə yetirilməsinə nəzarət sistemi işlənib hazırlanır, yaxud da strateji planın alternativ variantının hazırlanmasına başlanılır. Birinci halda strateji plan müsbət qəbul olunmuş olur və onun realizasiyasının gedişi üzrə nəzarət sistemi tətbiq olunur.

Strateji kontrollinq nəzarəti özündə bir sıra nəzarət altı göstəricilərin təhlilini birləşdirir. Bu cür göstəricilərə:

-faktiki göstəricilərin plan göstəriciləri ilə müqayisəsi əsasında kənarlaşmaların aşkar edilməsi;

-plan göstəricilərindən kənarlaşmaları törədən səbəblərin və günahkar şəxslərin aşkar edilməsi;

-plandan kənarlaşmaların müəssisənin fəaliyyətinin son nəticələrinə təsirinin qiymətləndirilməsi;

-kənarlaşmaların mənfi təsirini aradan qaldırmaq məqsədilə həyata keçirilən tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi;

Qeyd olunan nəzarətaltı göstəricilər sistemini müəyyənləşdirərkən bir sıra tələblər nəzərə alınmalıdır:

1.Göstəricilərin həcmi məhdud olmalıdır;

2.Göstəricilər həm ümumilikdə müəssisəni, həm də onun ayrı-ayrı bölmələrini əhatə etməlidir;

3.Göstəriıciləri xarakterizə edən məlumatlar dinamikada baxılmalı, perspektivə malik olmalıdır;

4.Göstəricilər müqayisə edilə bilən olmalı, vaxtında xəbərdarlıq edən xarakterə malik olmalıdır.

Beləliklə, strateji kontrollinq strateji məqsədlərə nail olunmasını təmin etmək məqsədilə həyata keçirilən nəzarət sistemi kimi çıxış edir, strateji planlaşmanın bütün istiqamətlərini və xüsusiyyətlərini özündə birləşdirir.

Müəssisənin idarə edilməsinin müasir konsepsiyası kimi kontrollinq idarəetmənin əsas funksiyaları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər. bunu 1 saylı şəkildən daha aydın görmək olar (6, s.14).


Müəssisənin idarə edilməsinin əsas funksiyaları



Planlaşdirma:

Resurslar;

Bölmə, şöbə

Fəaliyyət istiqamətləri



uçot

Istehsalın idarə edilməsi

Satışın idarə edilməsi




İnteqrasiyalaşmış istehsalın kompyuterləşməsi

Kompleks proqram məqsədli planlaşdırma

Nəzarət və tənzimləmə

Marketinq




Analitik informasiya dəstəyi.

Kontrollinq


Şəkil 3.1. Kontrollinqin müəssisənin idarəetmə funksiyaları ilə

qarşılıqlı əlaqəsi.

Şəkildən göründüyü kimi, kontrollinq müəssisənin idarə edilməsinin əsas funksiyaları ilə qarşılıqlı əlaqədə, marketinq konsepsiyasından istifadə etməklə həyata keçirilir. Qeyd olunan əlaqələr çərçivəsində kontrollinqin əsas funksiyaları və vəzifələri yerinə yetirilir.



Operativ kontrollinq kontrollinqin bu formasının əsas məqsədi müəssisənin cari məqsədlərinə nail olunmasını təmin etməkdən, eyni zamanda əldə edilən mənfəətlə xərclərin optimal nisbətinin formalaşmasına nail olmaqdan, bunun üçün vaxtında düzgün qərarlar qəbul edilməsindən ibarətdir.

Operativ kontrollinq bir çox hallarda müəssisənin stratelji məqsədlərinə uyğun olaraq həyata keçirilir. Biznesin strategiyaya yönümlülük prinsipinə əsaslanaraq fəaliyyət göstərən müəssisələr əsasən cari məqsədlərini strateji məqsədləri çərçivəsində formalaşdırırlar və belə hallarda operativ kontrollinq strateji kontrollinqin tərkib hissəsinə, ilkin .mərhələsinə çevrilir. Operativ kontrollinqin nəzarət altı göstəricilərinə-məhsuldarlıq, likvidlilik, kapital qoyuluşlarının rentabelliyi aid edilir. Operativ kontrollinq biznes fəaliyyətində cari, operativ qərarların qəbul olunmasında mühüm əhəmiyyət kəsb edir.

Müəssisənin biznes fəaliyyətində kontrollinqin strukturunun düzgün müəyyənləşdirilməsi daha səmərəli nəticələr əldə etməyə imkan verir. Kontrollinqin strukturunu və onun elementlərinin qısa xarakteristikasını 3.2 saylı şəkildə nəzərdən keçirək.


İdarəetmə qərarları qəbul etmək üçün təkliflərin hazırlanması

Müəyyən olunmuş məqsədlər




Kontr0llinq

İdarəetmə uçotu

Planlaşdırma


Planların, kənarlaşmaların və nəticələrin təhlili




Nəzarət



Monitorinq

İnformasiya axınları

Şəkil 3.2. Kontttttrollinqin strukturu (27 s.16)


Şəkildən göründüyü kimi kontrollinq bir sıra fəaliyyət istiqamətlərini özündə birləşdirir və onlar bəzən müəyyən ardıcıllıqla, bəzən isə paralel olaraq qarşılıqlı əlaqədə həyata keçirilir.

Məqsədin müəyyənləşdirilməsi. Müəssisə ilk növbədə həm kəmiyyət, həm də keyfiyyət baxımından cari və strateji məqsədlərini müəyyənləşdirir. Sonrakı bütün fəaliyyət həmin məqsədlərə nail olunmasına yönəldilir. Məqsədlərə nail olunması səviyyəsini qiymətləndirmək üçün müvafiq göstəricilər və kriteriyalar müəyyənləşdirilir.

Planlaşdırma-məqsədlərə uyğun olaraq onlara nail olunmasını təmin etməyə imkan verən planların və proqramların hazırlanmasını onların proqnozlaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə müəssisədə SVOT analiz həyata keçirilir, biznes fəaliyyətinin zəif və güclü tərəfləri, imkanları və təhlükələr təhlil edilir, biznes portfelin təhlili həyata keçirilir, müəssisənin fəaliyyət istiqamətləri ayrı-ayrılıqda qiymətləndirilir. Planlar ümumi müəssisə üzrə, müxtəlif fəaliyyət istiqamətləri və ayrı-ayrı məhsullar üzrə hazırlanır. Kontrollinq planlaşdırmanın metodikasının işlənib hazırlanmasında, ayrı-ayrı bölmələrin fəaliyyətinin əlaqələndirilməsini, planların qiymətləndirilməsini, onların məqsədlərə uyğunluğunu və səmərəliliyini və yerinə-yetirilmə imkanlarını qiymətləndirir.



Operativ idarəetmə uçotu. Bu uçot forması kontrollinq sisteminin elementi kimi, mühasibat uçotundan ciddi surətdə fərqlənir, müəssisənin bütün fəaliyyət istiqamətlərini əhatə edir. Idarəetmə uçotu müəssisə rəhbərlərini operativ idarəetmə qərarları qəbul etmək üçün müxtəlif fəaliyyət istiqamətləri üzrə zəruri məlumatlarla təmin edilməsini nəzərdə tutur.

Informasiya axınları sistemi kontrollinqin ən vacib elementlərindən biri hesab olunur. Bəzən idarəetməyə informasiya axınları sisteminin işlənməsi onların əsasında qərarların qəbulu prosesi kimi baxılır, idarəetmə qərarlarının müxtəlifliyi informasiyaya olan tələbatı xeyli artırır. Müəssisənin ətraf mühitində baş verən dəyişikliklər onun daxili fəaliyyət sistemini mürəkkəbləşdirir, idarəetmə qərarlarının qəbulu üçün daha çox informasiya əldə edilməsini zəruri edir. Deməli, səmərəli idarəetmə qərarlarının qəbul edilməsində obyektiv, geniş informasiya axınlarının rolu olduqca böyükdür.

Müəssisədə idarəetmə qərarları qəbul etmək üçün təkliflər işlənib hazırlanır. Belə təkliflər də informasiyaya əsaslanır. Müxtəlif xarakterli informasiyaların təhlili əsasında hansısa bir kənarlaşma aşkar edilir, məqsədlərə nail olunması üzrə zəruri tədbirlərin həyata keçirilməsinə zərurət yaranır.

Biznes fəaliyyəti üzrə planların yerinə yetirilməsi prosesində plandan kənarlaşma halları baş verir. Belə kənarlaşmalar müsbət və mənfi kənarlaşmalar ola bilir. Hər iki halda kontrollinq həmin kənarlaşmalara uyğun olaraq müvafiq tədbirlər hazırlayır, qərarlar qəbul edir. Belə qərarlar həmçinin, planların yerinə yetirilməsinin nəticələri üzrə də qəbul edilirlər.

Kontrollinqi nəzarətlə eyniləşdirmək düzgün deyildir. Nəzarət müəssisənin fəaliyyətində artıq baş vermiş hafisələrlə və göstəricilərlə əlaqədar həyata keçirilir. Kontrollinq isə yaxın və uzaq gələcəkdə baş verə biləcək hadisələri, yerinə yeltiriləcək işləri əhatə edir. Məhz bu zaman kontrollinq nəzarət funksiyasını yerinə yetirir. Belə hallarda ənənəvi nəzarət funksiyasında ciddi dəyişikliklər baş verir.

Kontrollinq nəzarəti faktlar baş verməmişdən əvvəl yerinə yetirilir və bu zaman məqsədlərin düzgünlüyü bir-birini təkrar edib etməməsi, məqsədlərin miqdarca müəyyənləşməsinin uyğunluğu, verilən proqnozlara onların məqsədlərə uyğunluğu, daxili və xarici amillərin müəssisənin fəaliyyətinə təsiri, planlara, plan göstəricilərinin məqsədlərə uyğunluğu, xərclərlə bağlı tərtib olunan büdcələrlə əlaqəli məsələlərinə nəzarət həyata keçirilir. Qeyd olunanlarla yanaşı cari nəzarət fəaliyyəti, o cümlədən, daxili və xarici mühit amillərinin təsiri ilə bağlı monitorinq də həyata keçirilir. Yekun nəzarət qaydasında faktiki göstəricilərin plandan kənarlaşması halları təhlil edilir, baş verən kənarlaşmalar müəyyənləşdirilir.

Beləliklə, qeyd etmək lazımdır ki, kontrollinq nəzarəti keçmiş dövrü deyil, mövcud və gələcək .dövrü əhatə edir, cari hadisələrin baş verməsi prosesinə nəzarəti həyata keçirir, müəssisənin biznes fəaliyyətində nə baş verdiyi və necə baş verdiyini müəyyənləşdirməyə imkan verir. Kontrollinq sisteminin ən vacib vəzifələrindən biri idarəetmə qərarlarının qəbul edilməsi üçün təkliflərin işlənib hazırlanmasıdır. Bu məqsədlə biznes fəaliyyətinin müxtəlif istiqamətləri və konkret hadisələr üzrə həyata keçirilən təhlil nəticəsində idarəetmə qərarları qəbul etmək üçün müvafiq təkliflər hazırlanır. Mövcud şəraitdən asılı olaraq hadisələrin və həyata keçirilən tədbirlərin alternativ variantları təhlil edilir qarşıya qoyulan məqsədə daha səmərəli şəkildə nail olmaq imkanları müəyyənləşdirilir.

Idarəetmə qərarlarının qəbulu olduqca məsuliyyətli, çətin və mürəkkəb bir prosesdir. Hər bir idarəetmə qərarının qəbul edilməsi üçün yüksək səviyyədi informasiya təminatı olmalı, qərarın aid olduğu məsələ ilə bağlı amillər və mövcud şərait ətraflı təhlil edilməlidir. İdarəetmə qərarlarının qəbulu prosesində müxtəlif yanaşmalar tətbiq olunur, müxtəlif metodlardan istifadə edilir.

Hər bir müəssisə rəhbərinin fəaliyyətinin ən vacib istiqamətlərindən biri idarəetmə qərarlarının qəbul edilməsindən ibarətdir. Bu baxımdan kontrollinq sisteminin vacib vəzifələrindən biri, müəssisə rəhbərlərinə idarəetmə qərarlarının qəbulunda yardımçı olmaq, onları bu istiqamətdə zəruri təkliflərlə və məlumatlarla təmin etməkdən ibarətdir.

Bütün idarəetmə qərarlarını iki qrupa bölmək olar: - proqramlaşdırılmış və proqramlaşdırılmamış. Bu qruplardan hər biri kontrollinqə idarəetmə qərarlarının qəbul edilməsinə yardım edən sistem kimi öz tələblərini irəli sürür.

Proqramlaşdırılmış qərar standart şəraitdə, mövcud ənənələrə, metodlara əsaslanmaqla qəbul edilir. Bu cür qərarlar ani olaraq qəbul edilən sadə qərarlara və ciddi yanaşma tələb edən mürəkkəb qərarlara bölünürlər. Kontrollinq sistemi də öz-özlüyündə standartlaşmaya və proqramlaşdırılmağa meyllidir. Çünki, belə olan halda kontrollinq sisteminin fəaliyyəti dlaha sistemli və planlı şəkildə həyata keçirilə bilər.

Proqramlaşdırılmamış idarəetmə qərarları, qeyri standart şəraitdə, qeyri adi, qəfildən yaranan problemlərin aradan qaldırılması məqsədilə qəbul edilir. Bu cür qərarların qəbul edilməsi üçün hazır metodlar və yanaşmalar mövcud deyildir. Kontrollinq bu halda yaradıcı, tədqiqat xarakterinə malik olur, zəruri informasiyalar və kriteriyalar məsələnin mahiyyətindən və xarakterindən asılı olaraq formalaşır. Idarəetmə qərarlarının qəbulu prosesinin çoxsaylı olması və mürəkkəbliyi bu prosesdə müxtəlif yanaşmaların mövcudluğunu əsaslandırır, prosesə yaradıcı yanaşma tələb edir (27, s.229).

Beləliklə, kontrollinqin əsas vəzifəsi müəssisənin qarşısında qoyulan məqsədlərə nail olunmasını təmin etməkdən ibarət olduğu üçün, o özündə məqsədlərin müəyyənləşdirilməsi, planlaşdırmanın həyata keçirilməsi, uçot və nəzarət, təhlil və tədqiqatların aparılması, təkliflərin hazırlanması, infomasiyaların əldə edilməsi, sistemləşdirilməsi, təhlili və digər bu kimi məsələləri birləşdirdiyinə görə mürəkkəb xarakterli bir struktur bölməsi kimi çıxış edir.

3.2. Biznesin inkişafında xüsusi iqtisadi zonaların rolu.

Dünya iqtisadiyyatının inkişafi dövrlər üzrə tarixi inkişaf mərhələlərindən keçmişdir. Bu inkişaf prosesində dünya səviyyəsində müxtəlif xarakterli islahatlar, tədbirlər həyata keçirilmiş, iqtisadiyyatın inkişaf müxanizmləri təkmilləşdirilmiş,yeni – yeni strategiyalar hazırlanaraq tətbiq olunmuş, son nəticədə iqtişadiyyatın qloballaşması və beynılmiləlləşməsi prosesi baş vermiş, ölkələr arasında iqtişadi əlaqələr genişlənmişdir. Belə proseslərdən biri də xüsusi iqtisadi zonaların yaradılması hesab olunur.

Xüsusi İqtisadi Zona dedikdə – xüsusi rejim şəraitində biznes fəaliyyətinin həyata keçirildiyi ölkə ərazisinin bir hissəsi başa düşülür. Bu zonada biznes fəaliyyətini həyata keçirən təsərrüfat subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət göstərirlər.

Müasir dövrdə xüsusi iqtisadi zonalar beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir, yerli və xarici kapitalın birləşməsi və təmərküzləşməsi sayəsində, daha mütərəqqi biznes strategiyalarının tətbiqi nəticəsində yeni məhsul bazarlarına çıxış imkanlarını artırır, daha mütərəqqi ticarət metodlarının tətbiqinə, əmtəələrin irəlilədilməsinə şərait yaradır.

Xüsusi iqtisadi zonalar biznes fəaliyyətinin idarə olunmasının ərazi prinsipi üzrə təşkilinin yeni formalarından biri olmaqla dünya iqtisadi sistemində mühüm yer tutur. Bu beynəlxalq ticatət forması yarandığı dövrdən bu günə kimiartıq özünə həyat vəsiqəsi qazanmış, mütərəqqi ticarət forması kimi formalaşmağa və inkişaf etməyə başlamışdır.

Xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti üzrə dünya təcrübəsi göstərir ki, hər hansı bir ölkə ərazisində onun mövcud olması həmin ölkənin iqtisadiyyatına yalnız müsbət təsir göstərir, iqtisadi inteqrasiya proseslərinin güclənməsi sayəsində ölkə iqtisadiyyatının daha sürətli inkişafı təmin edilir.

Son dövrdə xüsusi iqtisadi zonaların yaradılması məsələsi dünya ölkələrinin, beynəlxalq iqtisadi təşkilatların daha çox diqqətini cəlb edir. Belə zonaların yaradılması ölkələrin dünya iqtisadi sisteminə inteqrasiyasını, müəssisə və təşkilatların beynəlxalq iqtisadi əlaqələrini gücləndirməklə yanaşı, eyni zamanda, onların dünya iqtisadi sistemindən asılılığını gücləndirir,

Dünya iqtisadi əlaqələr sistemində xüsusi iqtisadi zonalar xarici ticarət dövriyyəsinin artırılması, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi amili kimi çıxış edir, eyni zamanda inteqrasiya proseslərinin təşkilati formalarından birinə çevrilir.

Xüsusi iqtisadi zonalar - yerli və xarici müəssisələrin biznes fəaliyyəti üçün də əlverişli şərait yaradır. Xüsusi iqtisadi zona yalnız xüsusi ayrılmış bir coğrafi ərazi deyil, eyni zamanda, müəssisələrin beynəlxalq biznes fəaliyyətini xüsusi güzəştlər və stimullar sistemi şəraitində həyata keçirdikləri məkandır.

Xüsusi iqtisadi zonaların yaradılması məqsədləri və şərtləri bazar iqtisadiyyatının inkişaf prinsiplərinə uyğun olaraq formalaşır. Onların fəaliyyət göstərməsi xarici iqtisadi fəaliyyətin liberallaşması və fəallaşdırılması ilə sıx əlaqədardır. Məlumdur ki, xüsusi iqtisadi zonalar birdən-birə yaranmamışdır. Onların meydana gəlməsində iqtisadi, sosial, siyasi və bu kimi digər amillərin təsirləri olmuşdur.

Xüsusi iqtisadi zonaların yaradılmasının tarixi zəruriliyi əsasən aşağıdakı amillərlə izah olunur:

- ticarət dövriyyəsinin artırılması, alqı – satqı proseslərinin sürətləndirilməsi, ticarət tərəfdaşlarının maraqlarının təmin edilməsi;

- sərhəd və gömrük maneələrinin aradan qaldırılması, bürokratik nəzarət və dövlət orqanlarının müdaxilələrinin məhdudlaşdırılması;

- investisiya və sərmayələrin yatırılmasına stimulların gücləndirilməsi, qoyulan kapitalın rentabellik səviyyəsinin artırılması;

- ixrac yönümlü istehsalın həvəsləndirilməsi və xarici ticarət tərəfdaşlarının maraqlarının qorunması;

- ölkənin istehlak bazarında qıtlıq olan istehlak mallarının istehsalının stimullaşdırılması;

- məşğulluğun gücləndirilməsi, iş yerlərinin açılması, ixtisaslı kadrların hazırlanması;

- infrastrukturun maddi-texniki bazasının genişləndirilməsi, yeni layihələrin gerçəkləşdirilməsi və sair ( 29).

Xüsusi iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Söhbət ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi və bu yolla da valyuta daxilolmalarının artımının təmin edilməsindən gedir.

Xüsusi iqtisadi zonaların yaradılmasında digər məqsəd bütövlükdə və ya ayrı-ayrı ərazilərdə dövlətin iqtisadi inkişafında, sosial, regional və elmi-texniki sahələrdə zəruri inkişafa nail olunmasından ibarətdir.

Xüsusi iqtisadi zonaların yaradılması məqsədləri 3 qrupa ayrılır :

1. İqtisadi məqsədlər:

- milli bazarın dünya iqtisadiyyatı sisteminə effektiv daxil olması;

- xarici və milli investisiyaların cəlb edilməsi;

- beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə edilməsi;

- ölkə büdcəsinə valyuta daxilolmalarının artırılması.

2. Sosial məqsədlər:

- iqtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı;

- iş yerlərinin sayının çoxaldılması və əhalinin məşğulluğunun təmin edilməsi;

- ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması.



3. Elmi-texniki məqsədlər:

- ən yeni yerli və xarici texnologiyaların istifadəsi;

- idarəetmənin yeni formalarının həyata keçirilməsi;

- texniki mərkəzlərin, elmi araşdırmaların istehsala cəlb edilməsi;

- istehsal gücünün və infrastrukturun keyfiyyətinin artırılması ( 29 ).

Ayrı – ayrı ölkələrin inkişaf səviyyəsindən asılı olaraq xüsusi iqtisadi zonaların yaradılması məqsədləri də fərqli olur. Nisbətən zəif inkişaf etmiş ölkələrdə xüsusi iqtisadi zonalar əsasən işsizliyin azaldılması, əraziyə xarici investisiyanın cəlb edilməsi, infrastrukturun inkişaf etdirilməsi, yerli istehsalın inkişaf etdirilməsi, əlavə iş yerlərinin təmin edilməsi və digər bu kimi məqsədlərlə yaradılır.

İnkişaf etmiş ölkələrdə isə məqsədlər xeyli fərqlənir. Belə ki, bu ölkələrdə xüsusi iqtisadi zonaların yaradılmasından məqsəd qabaqcıl texnologiyanın və idarəetmə sistemlərinin tətbiq edilməsi, yüksək ixtisaslı kadrların formalaşdırılması, yüksək səviyyəli kommersiya xidmətlərinin göstərilməsi və s. ibarətdir.

Xüsusi iqtisadi zonaların yaradılması, xüsusi vergi, gömrük siyasətinin tətbiqi nəticəsində dövlətin müəssisələrin biznes fəaliyyətinə müdaxiləsi və təsiri xeyli dərəcədə zəifləyir, onlar daha səmərəli şəraitdə biznes fəaliyyətini həyata keçirmək imkanı əldə edirlər. Bu zonalar son nəticədə beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına, daha səmərəli biznes əlaqələrinin yaradılmasına xidmət göstərir. Belə zonalarda həmçinin, yeni texnologiyaların və idarəetmə metodlarının tətbiqi həyata keçirilir.

Xüsusi iqtisadi zonalar yaradılanda dövlətin və sahibkarların məqsədləri bir - birindən xeyli fərqlənir ki, bu da təbii bir haldır. Bu zaman dövlətin əsas məqsədi ondan ibarətdir ki, ölkəyə varici kapital qoyuluşları həyata keçirilsin, ölkədə işsizliyin azaldılması məqsədilə əlavə iş yerləri yaradılsın, ixrac imkanları genişləndirilsin, idxaləvəzləyici məhsulların istehsalı artırılsın. Lakin sahibkarların məqsədləri bir qədər fərqli formalaşır. Onların əsas məqsədlərinə əsasən – biznes fəaliyyətini inkişaf etdirmək, müxtəlif xarakterli ödənişləri, inzibati maneələri azaltmaq, istehlakçılara istiqamətlənən strategiyanı tətbiq etmək, beynəlxalq əlaqələri genişləndirmək, ən vacibi isə daha çox mənfəət əldə edilməsini təmin etməkdən ibarətdir.

Qarşıya qoyulan məqsədlərə uyğun olaraq xüsusi iqtisadi zonalar bir sıra mühüm vəzifləri yerinə yetirir. Həmin zonalarda sənayenin modernləşməsi həyata keçirilir, ixrac potensialının artırılması, mütərəqqi texnologiyaların tətbiqi sayəsində daha səmərəli istehsal proseslərinin həyata keçirilməsi mümkün olur.

Xüsusi zonalarda səmərəli biznes fəaliyyətinin həyata keçirilməsi üçün bir sıra şərtlərə əməl edilməsi lazım gəlir:

1. Ölkədə siyasi sabitliyin mövcud olması. Siyasi sabitlik xüsusi iqtisadi zonalarda fəaliyyət göstərən həm yerli və həm də xarici müəssisələr üçün olduqca mühüm şərtdir.

2. Qanunvericilik bazasının mövcudluğu. Hər bir müəssisə mövcud qanunvericilik bazası çərçivəsində fəaliyyət göstərir. Bu baxımdan zonalarda qanunvericilik bazasının formalaşması və onun səmərəli işləmə mexanizminin mövcudluğu biznes iştirakçıların fəaliyyətinə güclü təsir göstərir.

3. İnkişaf etmiş infrastruktur. Xüsusi iqtisadi zonalarda yüksək səviyyədə inkişaf etmiş infrastrukturun mövcudluğu zonanın normal fəaliyyətinin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

4. Əlverişli təbii-coğrafi mühit. Coğrafi mühit biznes fəaliyyətinin ətraf mühit amillərindən biri hesab olunur, ərazinin coğrafi yerləşməsi, iqlim şəraiti, nəqliyyat sistemi kimi göstəricilərlə xarakterizə olunur. Bütün bu göstəricilər zonada normal iqtisadi fəaliyyətin həyata keçirilməsində mühüm rol oynayırlar.

5. Əlverişli iqtisadi vəziyyət. Hər bir müəssisənin normal fəaliyyətinin təmin olunmasında əlverişli iqtisadi vəziyyətin mövcudluğu əsas şərtlərdən biridir.

Praktikada xüsusi iqtisadi zonaların təşkilinə iki konseptual yanaşma mövcuddur:


  1. Ərazi yanaşması. Belə yanaşmaya görə xüsusi iqtisadi zona bütün biznes iştirakçılarının xüsusi güzəşt şərtlərindən istifadə etdikləri fəaliyyət ərazisi kimi çıxış edir. Bu yanaşmaya misal olaraq inkişaf etməkdə olan ölkəlrdə yaradılan istehsal – ixrac zonalarını qeyd etmək olar.

  2. Funksional yanaşma. Bu yanaşma ərazidən asılı olmayaraq müəyyən biznes fəaliyyətinə şamil edilən güzəştli rejimdir. Buna misal olaraq “nöqtəvi” zonaları (ofşor zonaları, “duty-free” mağazaları) göstərmək olar.

Xüsusi iqtisadi zonaların təşkil olunması zamanı yaranan vacib məsələlərdən biri də onların yerləşdirilməsi ilə əlaqədardır. Bu zaman müəyyən tələblər irəli sürülür:

1. Zonalarda inkişaf etmiş nəqliyyat şəbəkəsinin mövcudluğu. Bu müəssisələrə daxili və xarici ticarət əməliyyatlarını səmərəli şəkildə həyata keçirməyə imkan verir.

2. Material və əmək resurslarının mövcudluğu. Xüsusi iqtisadi zonaların yaradılması üçün müəssisələrin material və əmək resursları ilə təmin olunma səviyyəsi yüksək olmalıdır.

3. Xüsusi iqtisadi zonaların normal fəaliyyət göstərməsi üçün bank, nəqliyyat, poçt, konsaldinq, marketinq xidmətlərinin göstərilməsini təmin edən infrastrukturun yaradılması və normal fəaliyyət göstərməsi vacibdir.



4. Xüsusi iqtisadi zonalar adətən təbii sərvətlərin və ehtiyyatların mövcud olduğu yerlərdə yaradılır. Bu baxımdan xüsusi zonanın yerləşdiyi ərazıdə təbii sərvətlərin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Xüsusi iqtisadi zonalar bir sıra spesifik xüsusiyyətlərə malikdirlər. Onlara aşağıdakıları aid etmək olar:

Yüklə 455,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə