Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi mövzusunda magistr dissertasiyasi


- müxtəlif növ güzəştlərin nəzərdə tutulması



Yüklə 455,26 Kb.
səhifə7/7
tarix27.03.2018
ölçüsü455,26 Kb.
#35325
1   2   3   4   5   6   7

- müxtəlif növ güzəştlərin nəzərdə tutulması;

- stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;

- xarici ticarətin azad rejimdə və valyutada həyata keçirilməsi;

- müxtəlif növ vergi, gömrük ödənişlərinin azaldılması və ya tamamilə ləğv edilməsi;

- inzibati əngəllərin aradan qaldırılması və s.

Qeyd olunan xüsusiyyətlər xüsusi iqtisadi zonaların mahiyyətini xarakterizə edir. onların fəaliyyət şəraitinin və prinsiplərinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edirlər.


Praktikada xüsusi iqtisadi zonaların müxtəlif formaları tətbiq olunur. Onlara: - azad ticarət zonalarını, xüsusi gömrük zonalarını, xüsusi ticarət-sənaye zonalarını, texniki-iqtisadi inkişaf zonalarını, yeni və yüksək texnologiyanın inkişafı zonalarını, açıq rayonları, offşor zonaları aid etmək olar. Qeyd olunan xüsusi zonalarin hər birinin özünə məxsus spesifik xüsusiyyətləri və fəaliyyət mexanizmləri mövcuddur. Onların hər birini ayrı – ayrılıqda nəzərdən keçirək:

1. Azad ticarət zonaları. Azad ticarət zonaları daha çox ABŞ-da geniş yayılmışdır. Onların yaradılması 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunla həyata keçirilməyə başlamışdır. Bunun məqsədi ticarətin həvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılması olmuşdur. Qanunda göstərilir ki, hər bir rəsmi limanda heç olmazsa bir azad xarici ticarət zonası yaradıla bilər. Azad ticarət zonalarına misal olaraq nəhəng beynəlxalq aeroportlarda yaradılmış “Duty free” adlanan xüsusi mağazaları göstərmək olar. Maliyyə rejimi nöqteyi nəzərindən azad ticarət zonalarına dövlət sərhəddindən kənarda yerləşən bir zona kimi baxılır. Azad ticarət zonalarına güzəştli ticarət rejiminə malik ənənəvi azad limanları da aid etmək olar. Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur ( 30 ).

2. Xüsusi gömrük zonaları. Xüsusi iqtisadi zonaların sadə forması kimi, xüsusi gömrük zonaları əsasən gömrük sərhədlərində böyük anbarlar formasında yaradılır. Azad gömrük ərazisi hesab olunan belə ərazilərdə ixrac üçün nəzərdə tutulan mallar üzrə bir sıra əməliyyatlar, o cümlədən, malların qablaşdırılması, qorunması, emalı və s. həyata keçirilir. Belə zonalarda mallara gömrük rüsumları tətbiq edilmir. Dünyanın bir çox ölkələri xüsusi iqtisadi zonaların bu formasından istifadə edirlər.

3. Xüsusi ticarət-sənaye zonaları. Güzəştli ticarət rejimi tətbiq olunan belə zonalarda sərmayə qoyuluşu əsasən məhsul istehsalı və ticarət fəaliyyətinə yönəldilir, Xüsusi ticarət-sənaye zonalarının fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, burada istehsal edilən, satışı və ixrac əməliyyatları həyata keçirilən məhsullara yüksək güzəştlər tətbiq rdilir Bu da öz növbəsində həmin zonalarda fəaliyyət göstərilməsində müəssisələrin marağını artırır. Təsadüfi deyildir ki, belə zonalar xüsusi iqtisadi zonaların digər formalarına nisbətən daha geniş tətbiq olunurlar. Milli gömrük ərazisi çərçivəsində və beynəlxalq limanların yaxınlığında yaradılan belə zonaları bəzən ixracyönümlü sənaye zonaları da adlandırırlar. Bu zonaya istifadə üçün gətirilən avadanlıqlara, xammal və materiallara gömrük nəzarəti tətbiq edilmir.

4. Texniki-iqtisadi inkişaf zonaları. Bu cür zonaların yaradilmasından məqsəd ölkə ərazisində yüksək texnoloji istehsalın təşkilini həyata keçirməkdən ibarətdir. Belə zonalarda fəaliyyət göstərən müəssisələrdə istehsalın idarə edilməsinin müsir metodlarından istifadə etməklə mütərəqqi istehsal texnologiyaları işlənib hazırlanır və tətbiq edilir. Bu cür zonalar əsasən inkişaf etmiş ölkələrdə daha çox yaradılır.

5. Yeni və yüksək texnologiyaların inkişafı zonaları. Bu cür zonalar ayrı - ayrı ölkələrdə “inkubatorlar”-ın, “biznes-innovasiya mərkəzləri”-nin “texnoparklar”-ın və “texnopolislər”-in yaradılmasını nəzərdə tutur. Belə zonalar əsasən inkişaf etmiş ölkələrdə - ABŞ, Yaponiya, Almaniya və Çin kimi ölkələrdə yaradılmışdır. Onların əsas məqsədi yeni və yüksək texnologiyalar, elmtutumlu məhsullar yaratmaqdan ibarətdir. Bir çox innovasiyalar, kəşflər, yeniliklər məhz bu zonalarda yaradılır. Dünya iqtisadiyyatının və eləcə də milli iqtisadiyyatların inkişafında bu zonaların rolu olduqca böyükdür.

6. Açıq rayonlar. Belə zonaların yaradılmasından əsas məqsəd güzəştli investisiya rejimi tətbiq etməklə xarici kapitalın cəlb edilməsindən ibarətdir. Bu məqsədlə ölkədə və ya onun müəyyən ərazisində “Açıq rayonlar” yaradılır. Bu zonalarda investisiya qoyuluşlarını stimullaşdırmaqla və güzəştli investisiya rejimi yaratmaqla texniki-iqtisadi inkişaf zonaların, ixracyönümlü istehsalı nəzərdə tutan texnoparklar , xüsusən də . yeni və yüksək texnologiyaların inkişafı zonaları yaradılır.

7. Offşor zonaları. Bəzən “vergi limanları” kimi də adlandırılan offşor zonalar 70-ci illərdən etibarən yaranmağa başlanmışdır. Offşor zonaları səmərəli valyuta-maliyyə rejiminə, yüksək səviyyəli bank və kommersiya sirrinin təminatlılığına, dövlət tənzimlənməsinin loyallığına görə müştəriləri daha çox cəlb edir. Onlar daha çox Böyük Britaniyanın keçmiş müstəmləkələri sayılan Birlik ölkələrində geniş yayılmışdır. Dünyada daimi, sabit fəaliyyət göstərən 30-a yaxın offşor zonalar vardır. Panama, Norman adaları, İrlandiya, İsveçrə və s. kimi ölkələrdə offşor zonalarının fəaliyyəti daha əvvələ gedib çıxır. Son onilliklərdə offşor zonaları İsrail, Malta, Malayziya kimi ölkələrdə də yaranmağa başlamışdır ( 30 ).

İqtisadiyyatı bazar prinsipləri əsasında formalaşan və inkişaf edən Azərbaycan Respublikasında da biznes fəaliyyətinin genişlənməsi və inkişaf etdirilməsi istiqamətlərindən biri kimi Xüsusi İqtisadi Zonaların yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda bir sıra sosial – iqtisadi problemlərin, o cümlədən, ixracyönümlü iqtisadiyyatın formalaşması, innovasiya yönümlü strategiyaların tətbiqi, işsizliyin azaldılması, yeni iş yerlərinin açılması və s. həllinə böyük ehtiyac vardır. Belə problemlərin aradan qaldırılmasında və sosial – iqtisadi inkişafın təmin edilməsində azad iqtisadi zonaların yaradılması zərurətə çevrilmişdir.



Nəticə və təkliflər.


Aparılan tədqiqatın nəticələrinə əsaslanaraq aşağıdakı nəticə və təklifləri qeyd etmək olar:

1. Müəssisənin yaranmasının iqtisadi əsasları müxtəlif aspektlərdən izah edilir. Hər şeydən əvvəl ictimai tələbata diqqət yetirmək lazım gəlir. Hər şey ayrı ayrı məhsullara və xidmətlərə ictimai tələbatın mövcudluğundan başlayır. Əgər hər hansı məhsula ictimai tələbat mövcud deyilsə, bu halda həmin məhsul üzrə hansısa sahibkarlıqdan və məhsul istehsalından danışmaq belə mümkün deyildir. Deməli, müəssisənin yaradılması və fəaliyyət göstərməsi üçun ilkin şərt ictimai tələbatın mövcudluğudur. Bundan sonra ikinci əsas şərt mənfəət əldə edilməsi meydana gəlir. Mənfəət əldə etmək məqsədilə hüquqi və ya fiziki şəxs sahibkarlıq fəaliyyətilə məşğul olmaq və müəssisə yaratmaq haqqında qərar qəbul edir. Beləliklə müəssisənin yaradılmasının iqtisadi əsası formalaşır.

2. İqtisadiyyatın bütün inkişaf mərhələlərində müəssisə əsas həlqə kimi çıxış edir və məhz onun inkişafı son nəticədə iqtisadiyyatın ümumi inkişafına gətirib çıxarır. Nər bir ölkənin iqtisadiyyatı ayrı – ayrı təsərrüfat sahələrinin məcmusu kimi formalaşır. Sahə iqtisadiyyatı isə həmin sahədə fəaliyyət göstərən müəssisələrin məcmusu kimi xarakterizə olunur. Bu baxımdan, ölkə iqtisadiyyatının formalaşması və inkişafı son nəticədə müəssisələrin bazar fəaliyyətindən, onların inkişaf səviyyəsindən asılı olur. Deməli, dövlətin iqtisadi siyasəti ilk növbədə müəssisələrin yaradılması və inkişafına, onların normal fəaliyyətini təmin edən müvafiq bazar şəraitinin formalaşdılmasına yönəldilməlidir.

3. Ölkə iqtisadiyyatının formalaşması və inkişafında müəssisənin rolunu iki aspektə qiymətləndirmək olduqca vacibdir. Birincisi, iqtisadiyyatın formalaşması, ikincisi isə onun inkişafının təmin edilməsidir. Onlar bir – birilə qarşılıqlı əlaqəyə və asılılığa malik olsalarda, hər birinin özünəməxsus spesifik xüsusiyyətləri və iqtisadi əsasları mövcuddur. İqtisadiyyatın formalaşması ayrı – ayrı müəssisələrin yaradılması və fəaliyyət göstərməsi əsasında formalaşan sahə iqtisadiyyatlarının məcmusu olaraq baş verir. Mütəmadi olaraq yeni – yeni müəssisələr yaradılır, bəziləri ləğv edilərək fəaliyyətlərini dayandırırlar və bu proses fasiləsiz olaraq davam edir. Artıq dünyada və ayrı –ayrı ölkələrdə iqtisadiyyatın elə səviyyəsi formalaşmışdır ki, müəssisələrin yaradılması və ləğvi ilə bağlı sahə və ümumi ölkə iqtisadiyyatının səviyyəsində ciddi dəyişikliklər baş vermir. Yeni müəssisələrin yaradılması əsasən potensial tələbatın mövcud olduğu bazar seqmentlərində həyata keçirilir.

4. Bazar prinsipləri əsasında və rəqabət şəraitində fəaliyyət göstərən müəssisələr yalnız o halda səmərəli biznes fəaliyyətini həyata keçirmək, bazar payını qoruyub saxlamaq və daha da artırmaq imkanı əldə edirlər ki, onlar bazarın tələbini, istehlakçıların alış motivlərini, davranış tərzini öyrənmək məqsıdilə marketinq tədqiqatlarını həyata keçirsinlər, onun nəticələrindən düzgün istifadə edə bilsinlər. Müəssisə eyni zamanda rədabətqabiliyyətliliyini təmin etmək üçün səmərəli marketinq strategiyalarından, innovasiyalı inkişaf strategiyalarından istifadə etməli, daha səmərəli istehsal – satış proseslərinə nail olmalı, biznesin təşkilinin ən səmərəli üsullarını tətbiq etməli, onu daima təkmilləşdirməyə çalışmalıdır.

5. Azərbaycanda müəssisələrin biznes fəaliyyəti bazar iqtisadiyyatına keçid dövrünün təzadları altında formalaşmağa başlamış, bü gün də bir sıra problemlər və qeyrimüəyyənliklər şəraitində formalaşmaqda və inkişaf etməkdədir. Mövcud şəraitdə müəssisələr beynəlxalq biznes fəaliyyətini həyata keçirməklə öz inkişaflarını təmin etmək imkanına malikdirlər. Bu isə o qədər də asan məsələ deyildir. Bunun üçün müəssisələr marketinq və innovasiyalı inkişaf strategiyalarını həyata keçirməli, hər vasitə ilə özlərinin və məhsullarının rəqabətqabiliyyətliliyini yüksəltməyə çalışmalıdırlar.

6. Müəssisənin fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsində biznes plan mühüm əhəmiyyət kəsb edir. Yaxşı tərtib olunmuş biznes plan müəssisənin məqsədlərini və onlara nail olunma üsullarını müəyyənləşdirməyə, riskləri azaltmağa, kollektivi həvəsləndirməyə imkan verir. Biznes plan həmçinin investorları layihəni maliyyələşdirmək haqqında qərar qəbul etməyə sövq edir, lahiyə rəhbərlərinə isə biznes fəaliyyətini həyata keçirmək, mənfəət əldə etmək imkanı verir. Biznes plana müəssisənin fəaliyyətinin əsas aspektlərini nəzərdən keçirən, gələçək problemləri və onların həlli yollarını göstərən sənəd kimi baxılmalı, onun işlənib hazırlanmasına yaradıcı yanaşılmalıdır.

7. Müəssisəni əhatə edən mühitin daim dəyişməsi biznesin idarə edilməsində strateji planlaşdırmanın rolunu və əhəmiyyətini daha da artırır. Planlaşdırma nəticəsində bazar şəraiti öyrənilir, onların inkişaf meylləri aşkar edilir, proqnozlaşdırılır və dayanıqlı rəqabət üstünlüyü əldə etməyə imkan verən tədbirlər kompleksi işləyib hazırlamaq mümkün olur. Planlaşdırma sayəsində müəssisə nəyi necə etməli olduğunu, nə əldə etmək istədiyini və konkret şəraitdə hansı işləri görməli olduğunu qabaqcadan bilmək imkanı qazanır. Bu baxımdan müəssisədə strateji planlaşdırma prosesi daima təkmilləşdirilməli, onun ən səmərəli üsullarından istifadə edilməlidir.

8. Müəssisələr strateji məqsədlərini müəyyənləşdirərkən ətraf mühit amillərini, onlarda baş verən dəyişiklikləri nəzərə alırlar və onlara uyğun olaraq strateji planlaşmanı həyata keçirirlər. Buna uyğun olaraq planlar və proqramlar hazırlanır. Bu planların və proqramların əsaslandırılmış formada hazırlanmasında və səmərəli şəkildə həyata keçirilməsində kontrollinq mühüm rol oynayır və ciddi məsuliyyət daşıyır. Kontrollinq nəzarətini həyata keçirərkən məqsədlərin əsaslı olmasına, onlara nail olmağın reallığına xüsusi diqqət yetirilməlidir.

9. Dünya iqtisadi əlaqələr sistemində xüsusi iqtisadi zonalar xarici ticarət dövriyyəsinin artırılması, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi amili kimi çıxış edir, inteqrasiya proseslərinin təşkilati formalarından birinə çevrilir, eyni zamanda müəssisələrin biznes fəaliyyətinin təkmilləşdirilməsi və inkişaf istiqamətlərindən biri hesab olunur.

10. İqtisadiyyatı bazar prinsipləri əsasında formalaşan və inkişaf edən Azərbaycan Respublikasında da biznes fəaliyyətinin genişlənməsi və inkişaf etdirilməsi istiqamətlərindən biri kimi Xüsusi İqtisadi Zonaların yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda bir sıra sosial – iqtisadi problemlərin, o cümlədən, ixracyönümlü iqtisadiyyatın formalaşması, innovasiya yönümlü strategiyaların tətbiqi, işsizliyin azaldılması, yeni iş yerlərinin açılması və s. həllinə böyük ehtiyac vardır. Belə problemlərin aradan qaldırılması və sosial – iqtisadi inkişafın təmin edilməsi üçün azad iqtisadi zonaların yaradılması zərurətə çevrilməlidir.

Ədəbiyyat siyahısı.

Azərbaycan dilində:

1. Azərbaycan Respublikasının qanunvericilik toplusu.

2. “Müəssisələr haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı 1996.

3. “Sahibkarliq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı 1996.

4. “Azərbaycan respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı il.

5. Azərbaycanın statistik göstəriciləri, Bakı, 2001, 2005, 2010, 2015.

6. Azərbaycan sənayesi. Statistik məcmuə, 2001, 2015.

7. Biznesdə Kontrollinq. Təşkilatlarda kontrollinqin qurulmasınınmetodoloji və praktiki əsasları. /A.M. Karminski, N.İ.Olenov, A.Q.Primak, S.Q.Falko - 2-ci nəşr/rus dilindən tərcümə. Bakı “”İqtisad Universiteti” nəşriyyatı 2008, 258 s.

8. Hüseynov T. Müəssisənin iqtisadiyyatı. Dərslik, Bakı 2005.

9. Biznesin təşkili və idarəedilməsi. Dərslik, Bakı “”İqtisad Universiteti” nəşriyyatı 2011, 464 s.



Rus dilində.

10. Экономика предприятия В.Я. Горфингель, В.А. Швандор, учеб. М. изд. ЮНИИТИ-ДАНА, 2007,- 670 с.

11. Дубровин И.А. Бизнес планирование на предприятии. Учеб. М., изд. «Дошков и К» -2013, 432 с.

12. Голета И.В. Экономика организации (предприятия). /И.В. Голета,-М. : Магистр. 2010.

13. Лопарева А.М. Экономика организаций (предприятий). М. Финансы и статистика, 2008.

14. Экономика предприятия(фирмы) – Волков О.И. Изд. «Инфра – М», 2008, 600 с.

15. Организация предприятий деятельности: Учеб. пос. Под ред. О.В.Шеменевой, Т.В.Харитоновой. М. изд. «Дошков и К» -2014, -296 с.

16. Круглова Н.Ю. Основы бизнеса. Учебник. Изд. «РГЛ» 2005, 560 с.

17. Бочарев С.А. . Основы бизнеса. Учебник. Изд. ЕОАИ. 2007, - 447 с.

18. Авдеев С.В.,Зомедлина Е.А. Основы бизнеса. М.: Юрайт – Издат, 2005,-190 с

19. Арустамов Е.А. Основы бизнеса. Учебник.Москва, изд. «Дошков и К» -2015, 232 с.

20. . Экономика предприятия (Организации) Баскакова О.В., Сейко Л.Ф. М. 2013 – 372 с.

21 Экономика и управление на предприятии. Учеб. Голов Р.С. , Агарков А.И., Тенлыщев В.Ю., Ерохина Е.А. . изд. «Дошков и К» -2013.-400 с.

22. Философова Т.Г., Быков В.Конкуренция, инновация, конкурентоспособ- ность. М. изд. «Дошков и К» -2012.

23. Рубин Ю.Б. Основы бизнеса. М. 2003-839 с.

24. . Беляев Ю.М. Инновационный менеджмент. Учебник для бакалавров. М. Изд. « Дашков и К» 2013.

25. Бизнес план предприятия. –www. Qrandars.ru/colleqe/ekonomika-Firmy/biznes plan,htmi.

26 . Бизнес план. Разработка бизнес плана – delpromocenka.by/biznes plan – razrabotka – biznes plana. htmi.

27. Контроллинг как инструмент управления предприятием, под. ред. Н.Г. Даниличкиной, изд. ЮНИИТИ-ДАНА, 2002,-282 с.

İnternet səhifələri.

28.http://www.economy.gov.az



29. senaye.qov.az/content/htmt/3571/attachments/xususi q.20 iqtisadi%20 zonalar. pdf.

30. https://az.wikipedia/orq/wiki/Azad iqtisadi zona.
Yüklə 455,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə