Mustafayeva A.İ., hüquq üzrə fəlsəfə doktoru, amea insan Hüquqları İnstitutunun direktoru ♦



Yüklə 213,72 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix14.06.2018
ölçüsü213,72 Kb.
#48268
1   2   3   4   5   6   7

 

Hesab edirik ki, biosun mühafiz



ə olunması problemləri biosiyasətin bir hissəsi 

olaraq, h

əm də bioetik təfsirlərə imkan verir. Məsələn, A.Vlavianos-Arvanitis "ətraf 

mühitin  etikası"  terminindən istifadə  edərkən "hər bir ölkədə  biomühitin mü-

hafiz

əsinin onun vətəndaşlarının  borcu olmasını"  nəzərdə  tutur.  "Ətraf  mühitin 



etikası", "ekoloji etika", "ekoetika" devizi altında çıxış edən digər ictimai xadim-

l

ər və  təşkilatlar da var.  Yeri gəlmişkən, ekoloji etika çərçivəsində  insan mənəviy-



yatının təsir sahəsini genişləndirmək, buraya bioloji birliyin bütün üzvlərini - "fərdi 

heyvan v


ə  bitkilərdən  onların  növlərinə  qədər, həmçinin  çay,  landşaft  və  planetin 

bütün ekosistemini d

ə daxil etmək təklif olunur" [40, s. 22-24]. 

B

əzən  "bioetika"  anlayışı,  demək olar ki, bütün biosiyasəti  əhatə  edən dərin 



m

əzmun  daşıyır.  A.Vlavianos-Arvanitis  əks tərəfə  meyil göstərir və  bioetikanı 

biosiyas

ətin bölməsi kimi nəzərdən keçirir. O, heç bir tərəfi dəstəkləmir və hesab edir 

ki, biosiyas

ətin də, bioetikanın da müstəqil şəkildə mövcud olmaq hüququ var [40, p. 

48-51]. 

Qeyd etm


ək istərdik ki, bioetika və biosiyasət tez-tez kəsişsələr də, onlar müx-

t

əlif  konseptual fundamentə  malikdir.  Yuxarıda  göstərildiyi kimi, biosiyasət sosial 



elml

ərlə, xüsusilə də nüvəsində yarandığı politologiya ilə sıx bağlıdır. Tətbiqi etika-

n

ın  bir hissəsini təmsil edən bioetika bəzən  fəlsəfənin  tərkib hissəsi hesab edilir. 



A.

P.Oqurtsov  yazır:  "Bioetika  -  mənəvi problemləri  əhatə  edən, insanın  yırtıcı 

heyvanlara v

ə  ev heyvanlarına münasibəti kimi qədim tarixi olan, eləcə  də  biotex-

nologiyalar v

ə  elmi tədqiqatların  coşğun  inkişafı  ilə  bağlı  yaxın  vaxtlarda yaranan 

probleml

əri əhatə edən fəlsəfi-tətbiqi bilik sahəsidir". 

N

əzəri  əhəmiyyəti olan bioetika və  biosiyasət arasındakı  sərhəd məsələsi bizi 



onlar

ın  prinsipcə  oxşar  işlə  məşğul  olduqları  ilə  bağlı  mühüm  məqamdan  ayırma-

malıdır.  Bioetika  və  biosiyasət praktikada sıx  qarşılıqlı  sərfəli  əməkdaşlıq  edə  bi-

l

ərlər. Xüsusilə, şəbəkə tipli eyni bir təşkilat özünün fənlərarası xüsusiyyətını məhz 



onunla sübut ed

ə bilər ki, o, biologiyanın ən yeni nəiliyyətlərinin һəm bioetik, həm də 

biosiyasi hüdudlar

ını işləyib-hazırlayır. 

B

əzi bioetik problemlər genetik texnologiyalar halında olduğu kimi, açıq ifadə 



olunan biosiyasi çalar alır. Bioetik ideyalar onların ətrafında fəalların toplaşdığı si-


 

yasi mübariz



ənin  şüarlarına çevrilir. Buna səciyyəvi  misal  olaraq  ABŞ-da abortun 

t

ərəfdarları  ilə  əleyhdarları  (müvafiq  olaraq  "Pro-choice" və  "Pro-life" hərəkatları) 



aras

ında olan siyasi mübarizəni göstərmək olar. Bu mübarizə nəticəsində 1996-cı ildə 

prezident seçkil

ərində namizəd Robert Doul seçicilərin əksəriyyətinin səsini itirməli 

oldu. C.M.Mann

ın  fikrincə, son onilliklərdə  müxtəlif ölkələrdə  QİÇS-in  yayılması 

һəm etik problemlər (QİÇS xəstəsinin statusu, seksual azlıqlara münasibət), həm də 

siyasi t


ədbirlərin görülməsi zəruriliyi doğurmuşdur. Məsələn, köçürmə üçün istifadə 

olunan qanda QİÇS-infeksiya olmasına nəzarətin təmin edilməsi. QİÇS-э münasibət 

siyas

əti və onunla bağlı problemlər hələ indiyə qədər də müxtəlif ölkələrdə və hətta 



bir ölk

ənin ayrı-ayrı hissələrində də ciddi şəkildə fərqlənir [25, s. 48-49]. 

Biosiyas

ətçilər nüfuzlu bioetik təşkilatlarla, məsələn, Con Kennedi adına Va-

şinqton Etika İnstitutu ilə (Corctaun Universiteti, ABŞ), Biotibbi etika üzrə Avropa 

Şəbəkə  Təşkilatı  ilə, müxtəlif elmi müəssisələrin nəzdində  etik komitələrlə  işgüzar 

əlaqələrin yaradılması imkanını diqqətdə saxlamalıdırlar. ABŞ-da bu cür komitələrin 

(x

əstəxanaların  etik komitələri, müəssisələrin  müşahidə  şuraları)  fəaliyyəti federal 



qanunvericilikl

ə  təyin  olunmuşdur.  1996-cı  ildən Bioetika üzrə  Milli Konsultasiya 

Komissiyası mövcuddur [26, s. 143-144]. 

Qeyd etm


ək istərdik ki, biosiyasətçilərin kompetensiyasında təşkilati  reseptlər 

vardır. Bunlar hətta biosiyasi məsələlərə birbaşa diqqət göstərmədən də özünü yalnız 

bioetik probleml

ərə həsr edən şəbəkə qrupları ilə işlərin tənzimlənməsi üçün faydalı 

ola bil

ər. Əks ər bioetik təşkilatların  strukturu  şəbəkə  xarakteri  daşıyır,  onların 



f

ənlərarası  statusu  vardır.  Belə  ki,  ABŞ-da müəssisələrin etik problemlər1ə  məşğul 

olan  müşahidə  şuralarına (IRB) mütləq  hüquqşünaslar  və  ictimaiyyətin 

nümay


əndələri daxil edilirlər. Təsadüfi deyil ki, Bioetika proqramı və onu idarə edən 

Bioetika Departamenti YUNESKO-nun Sosial v

ə Humanitar Elmlər Sektoruna aiddir 

[21, s. 141]. 

Biosiyas

ət və  bioetikanm  sıx  qarşılıqlı  qovuşmasının,  onların  arasındakı 

s

ərhədlərin mütəhərrikliyinin və  müəyyən  qədər  yox olmasının  -  bütün bunların 



biosiyasi 

əsası  mövcuddur.  Canlıların  sosiallığı  və  biososial sistemlərdə  fərdlərin 

bununla 

əlaqədar  davranış  normalan  həm insan siyasətinin,  һəm  də  son nəticədə 




 

inkişaf etməkdə olan insan cəmiyyətində etik dəyərlərin bağlı olduğu ədalət hissinin 



t

əkamül müjdəsidir. 

Son ill

ər Biosiyasi Beynəlmiləl Təşkilat  (BBT)  arbitraj  funksiyalı  ətraf mühit 



m

əsələləri üzrə  beynəlxalq məhkəmənin (International Court for the Bio-Envi-

ronment) yaradılması istiqamətində fəal çalışır. Bəşəriyyətin biomühit problemləri ilə 

bağlı  münaqişələri  həll  edilmədiyindən beynəlxalq miqyasda tanınan hüquqi 

mexanizmin gerç

əkləşdirilməsi bu məhkəmənin vəzifəsinə  daxil ola bilərdi. Yeri 

g

əlmişkən, 2001-ci ilin yanvarında BBT-nin Afinada keçirilən  konfransı  bu  möv-



zuya h

əsr edilmişdi. Burada "qlobal sülh, sağlamlığın qorunması və insanın yaşadığı 

mühit

ə hörmət göstərməsinin reallığa çevriləcəyinə" ümidlər ifadə olunmuşdu [31, s. 



15]. 

Vurğulamaq yerinə düşər ki, bioetikanm formalaşması һər şeydən оnсə çağdaş 

t

əbabətin texnoloji cəhətdən yeniləşməsi,  eləcə  də  tibbi-klinik praktika sahəsində  -



gen müh

əndisliyi, orqanların  köçürülməsi, biotexnologiya və  xəstənin həyatının 

saxlanması sahəsində əldə edilən irəliləyişlərlə şərtlənib. Bütün bu proseslər həkimin, 

x

əstənin qohumlarının və tibbi heyətin qarşısında duran əxlaqi problemləri daha da 



k

əskinləşdirib. 

Ölümcül x

əstənin həyatının  saxlanmasında  hansısa  hədd mövcuddurmu və  bu 

h

ədd nədən ibarətdir? Evtanaziyaya yol verilə  bilərmi?  Ölüm  halı  hansı  andan 



başlanmış sayılır? Hansı məqamda rüşeym canlı varlıq hesab edilir? Aborta yol verilə 

bil


ərmi,  yoxsa  abort  canlı  varlıqların  məhv edilməsidir? Bunlar müasir təbabətin 

misilsiz t

əchizatı şəraitində həkimlərin, həmçinin geniş ictimaiyyətin qarşısında duran 

suallarm yalnız bir neçəsidir [41, s. 218-228]. 

Artıq  məlumdur ki, bioetika təbabətin sağlamlığa  və ömrün  uzadılmasına mü-

nasib


ətdə əsaslı qərarlar qəbul ediməsi ilə bağlı ən yeni sahələrində yaranan əxlaqi 

probleml


əri  araşdırır.  Onun  əsas istiqamətləri gen mühəndisliyi, surroqat  analıq, 

klonlaşdırma, insan orqanlarının köçürülməsi, cinsin dəyişilməsi, həyatın süni şəkildə 

uzadılması və evtanaziyadır. 



Yüklə 213,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə