Mustafayeva A.İ., hüquq üzrə fəlsəfə doktoru, amea insan Hüquqları İnstitutunun direktoru ♦



Yüklə 213,72 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.06.2018
ölçüsü213,72 Kb.
#48268
1   2   3   4   5   6   7

16 

 

davranışının  hüquqi və  mənəvi nizamlanmasının  daha bir prinsipial fərqi bundan 



ibar

ətdir. 


C

əza ədalət mühakiməsinin üstünlük təşkil etdiyi bir şəraitdə və hüquq-müha-

fiz

ə sisteminin güclü olduğu vəziyyətdə bütövlükdə etika və xüsusən də biotibbi peşə 



etikası həkim şəxsiyyətinin, onun tək qanuna əsasən deyil, həmçinin vicdanına uyğun 

h

ərəkət etmək hüququnun sosial müdafiəsi funksiyasını yerinə yetirir. 



D.P.Fidlerin f

əlsəfi  anlayışlarına (diskurs, diskursiv formasiya) [14, s.  38-54] 

müraci

ət edən Devid Stader bioetikada iki modeli -  hüquqi və  mülki  modeli  qarşı-



qarşıya qoyur [11, s. 132-135]. O, hüquqi modeli fərdiyyətçiliyin dəyərlərini, şəxsi 

maraqlar


ın  prioritetliyini müdafiə  edən  liberalizm  ideologiyası  ilə  birbaşa  bağlayır. 

Bu d


əyərlər öz ifadəsini onda tapir ki, bioetikada (xüsusən də  onun  inkişafının  ilk 

onilliyind

ə) fərdi mənəvi çözüm, habelə  şəxsiyyətin muxtariyyəti və  unikallığı 

prinsipi, şəxsi maraqların və pasiyentlərin hüquqlarının prioritetliyi və s. kimi hüquqi 

paradiqma hakimdir [6, s. 43-56]. 

M

əlum  olduğu  kimi,  bioetikada  hüquqi  paradiqma  Barbara  Mayer  və  Uorren 



Şiblsin bədii ifadələrinə görə, nəsə "ümumi hüquqi şüur"u, yəni qəbul edilən mənəvi 

q

ərarların  həqiqiliyinə  və  obyektivliyinə  təminat verilməsini, tibb aləminin  peşə 



hökmranlığının  mənbəyini və  sirlərini nəzərdə  tutur [8, s. 189-192]. Maarifçilik 

dövründ


ən qalmış belə bir konstruksiya müəyyən nəticələr doğurmaqdadır. Məsələn, 

ABŞ-da  geniş  yayılmış  presedent  hüququ  ilə  aşkar  ziddiyyətdə  olan etikada vahid 

normativ t

əfəkkürün dirçəlişinə gətirib çıxarmaqdadır. 

Qeyd etm

ək vacibdir ki, bioetikanın  əsas vəzifəsi  -  elm və  təcrübənin sürətli 

t

ərəqqisinə səbəb olan mürəkkəb mənəvi problemlər üzrə müxtəlif mövqelərin aşkara 



çıxarılmasına kömək etməkdir. İnsanı klonlaşdırmaq olarmı? Genetik üsullarla yük-

s

ək fiziki və intellektual keyfiyyətlərə malik olan "yeni insan nəsli" yaratmaq cəhd-



l

ərinə yol verilə bilərmi? Ölmüş adamın orqanlarını digər insanlara köçürmək üçün 

çıxaran  zaman  onun  qohumlarının  razılığını  almaq  lazımdırmı?  Pasiyentə  onun sa-

ğalmaz xəstəliyə düçar olması barədə həqiqəti söyləmək olarmı və bu, lazımdırmı? 

Evtanaziya cinay

ətdir, yoxsa şəfqət aktı? Bioetika elmi bəşəriyyətin demək olar ki, 




17 

 

h



ər gün qarşılaşdığı bu və buna bənzər müxtəlif suallara mənəvi cəhətdən əsaslandı-

nlmış və sosial baxımdan məqbul çözümlər tapmaq məqsədi daşıyır [46, s. 201-208]. 

Əsrlər boyu təbabət və  elm müstəqil olaraq analoji problemləri  həll  etdikləri 

halda, b


əs bioetikanı yaratmaq nə üçün və nəyə gərək idi? Gerçəkdən də, hamı, deyək 

ki, bir çox yüzillikl

ər ərzində həkimlərin peşə etikasının özülü olan Hippokrat andı 

içm


əsindən,  aparıcı  fiziklərin nüvə  silahı  sınaqlarının  qadağan  edilməsi  uğrunda 

rolundan, bioloqlar

ın ətraf mühitin qorunması istiqamətində apardıqları mübarizədən 

x

əbərdardır. 



Bioetika il

ə etika arasında hansı fərqlər vardır? Bioetikanın ənənəvi - Hippokrat 

etikas

ından başlıca fərqi ondan ibarətdir ki, sonuncu sırf korporativ xarakter daşıyır. 



O, h

əkimi yeganə  mənəvi subyekt kimi qəbul edir. Belə  ki, iztirab çəkən  fərd 

olduğuna görə onun üçün həyati əhəmiyyətli qərarların işlənməsində iştirak etməyən 

v

ə  passiv  olan  pasiyent  qarşısında həkim borcunu yerinə  yetirir. Bioetika mənəvi 



subyekt olaraq dig

ər subyektlərlə  -  həkimlərlə  və  alimlərlə  çətin dialoq (bəzən isə 

r

əqabət xarakterli) münasibətlərinə girən "aktiv pasiyent" ideyasına əsaslanır. 



C

əmiyyətin bioetikanm inkişafında oynadığı rol bir çox beynəlxalq və milli qa-

nunvericilik aktlar

ında da öz əksini tapmışdır. 

Avropa Şurasının "Biologiya və təbabətin nailiyyətlərindən istifadə etməklə əla-

q

ədar insanın  hüquq və  ləyaqətinin müdafiəsi haqqında:  insan  hüquqları  və  biotə-



bab

ət haqqında" Konvensiyasının  28-ci maddəsində  aşağıdakı  müddəa təsbit olun-

muşdur:  "Tərəflər biologiya və  təbabət sahəsində  tərəqqi ilə  əlaqədar fundamental 

probleml


ərin (xüsusilə, sosial-iqtisadi, etik və hüquqi aspektlər) geniş ictimaiyyətin 

müzakir


əsinə verilməsi və lazımi məsləhətləşmələrin mövzusu olması qayğısına qal-

malıdırlar...". 

Hesab edirik ki, bioetikan

ın  formalaşmasının  ilk  mühüm  şərti ekoloji hərəkat 

ideologiyasıdır.  Elmi-texniki tərəqqi insanlar və  bəşəriyyət üçün təkcə  saysız-he-

sabsız  nemətlər  yaratmır,  habelə  onun  mövcudluğuna  və  məskunlaşdığı  mühitə 

t

əhdidlər doğurur. Ekoloji düşüncənin biotəbabətə təsiri ənənəvi olaraq tətbiq edilən 



d

ərman vasitələrinin insan orqanizminə  mənfi təsiri ilə  bağlı  çoxsaylı  faktlar 

s

əbəbindən xüsusilə sürətlənmişdir [37, s. 22-26; 17, s. 115-132]. 




18 

 

İnsan  hüquqlarının  müdafiəsi hərəkatı  -  bioetikanın  formalaşması  üçün  ikinci 



vacib m

ədəni  şərtdir. Əg ər  ekoloji hərəkat insanın  fiziki (təbii) rifahına təhdidlərə 

qarşı cavab olaraq meydana gəlmişdirsə, bioetika isə biotəbabət sahəsində texnoloji 

t

ərəqqidən qaynaqlanan insanın mənəvi identikliyinə təhdidlərə qarşı sürətli inkişafa 



başlamışdır.  Məsələ ondadır ki, insan biotəbabətdə һəт başlıca  hədəf kimi, һəm  də 

elmi  araşdırmalar  üçün  qaçılmaz  "vasitə"  kimi  çıxış  edir.  Tədqiqat  işləri aparan 

h

əkim üçün һəг  hansı  insan  bir  tərəfdən, "bütövlükdə  bəşəriyyətin" nümayəndəsi 



kimi, dig

ər tərəfdən isə bəşəri maraqlara deyil, öz şəxsi mənafeyinə əsaslanan konkret 

f

ərd olaraq mövcuddur. 



Əslində,  öz  qarşısına pasiyentlərin hüquqlarının  müdafiəsini qoyan hüquq-

müdafi


ə hərəkatının xüsusi istiqamətinin inkişafı belə bir duruma qarşı sanki cavab 

reaksiyası oldu.  Hazırda onkoloji,  QİÇS,  diabet,  astma,  psixi pozğunluq və s. kimi 

müxt

əlif xəstəliklərdən əziyyət çəkən pasiyentlərin hüquqlarının müdafiəsi üzrə çoxlu 



beyn

əlxalq, milli və regional təşkilatlar mövcuddur. Bütövlükdə, xüsusi sosial qrup 

olaraq pasiyentl

ərin hüquqlarını qoruyan təşkilatlar da vardır [7, s. 323-330]. 

Hesab  edirik  ki, bioetikan

ın əsasını həkimin məqsədi olan cismani rifahın bir-

t

ərəfli tibbi izahının natamamlığı barədə fikirlər, həmçinin tibb işçiləri ilə humanitar 



elml

ərin təmsilçilərinin fənlərarası  dialoqunun, pasiyentlərlə  və  ictimaiyyətin 

nümay

əndələri arasındakı  dialoqun  çox  vacibliyi  haqqında mülahizələr təşkil  edir. 



Yalnız belə bir dialoqun köməyi ilə insan iztirablarının çoxplanlı təbiəti adekvat ifadə 

oluna v


ə  anlaşıla  bilər.  Artıq  bu  əsasla da һəm  ayrı-ayrı  fərdlər üçün həkimliyin 

m

əqsədləri, һəm də bütövlükdə ictimai səhiyyənin məqsədləri kimi rifah ideyasının 



çağdaş anlamı işlənilə bilər [22, s. 82]. 

Misal olaraq, dey

ə bilərik ki, süni reproduksiya texnologiyalarının getdikcə daha 

geniş yayılması ilə əlaqədar olaraq çoxlu sayda mənəvi münaqişələr yaranmaqdadır. 

Bel

ə ki, ortaya aktuallıq kəsb edən məsələlər çıxır. Məsələn, rüşeymin və dölün fərdi 



inkişafının hansı anını insan həyatının başlanğıcı qəbul etmək lazımdır? Başqa sözlə, 

mayalanmış  toxum-hüceyrəni tam həcmdə  yaşamaq  hüququ  olan  rüşeym  və  ya 

"insan"

ın doğulmamış dölü hesab etmək olarmı? Yoxsa, onlar orqanizmdən cərrahi 



yolla çıxarılan şiş kimi, ana bədəninin ancaq bir hissəsidir? [51, s. 42-44]. 


Yüklə 213,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə