Müstəqil Elmi Praktik Independent Scientific



Yüklə 10,49 Kb.
tarix23.11.2017
ölçüsü10,49 Kb.

Müstəqil Elmi - Praktik Independent Scientific

Hüquq Mərkəzi Practical - Legal Center



Ünvan: Möhsun Sənani, 7B Address: Mohsun Sanani str, 7B

Bakı, Azərbaycan Baku, Azerbaijan



Telefon:(+994 12) 4956175 Telephone: (+994 12) 4956175

Fax: (+994 12)5964713 Fax: (+994 12)5964713

E-mail: isplc_org@yahoo.com E-mail: isplc_org@yahoo.com

­­­­­­­­
­­­­­­­­­­­

20 iyun 2007
Müstəqil Elmi-Praktik Hüquq Mərkəzində Ümumdünya Qaçqınlar Günü münasibəti ilə dəyirmi masa keçirildi

19 may 2007-ci il tarixdə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzində Ümumdünya Qaçqınlar günü münasibəti ilə dəyirmi masa keçirildi. Dəyirmi masada BMT QAK-ın və Qaçqınlara və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən hüquqşünaslar şəbəkəsinin üzvləri, MEPHM-in əməkdaşları, hüquqşünaslar, volontyorlar və Beynəlxalq Universitetin tələbələri iştirak etdilər.


Tədbiri giriş sözü ilə açan Mərkəzin prezidenti Aydın Kərimov Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında, insan hüquqlarının müdafiəsində qaçqın hüquqlarının qorunmasının yerindən və əhəmiyyətindən, bu sahədə ölkədə görülən işlərdən danışdı. Bu sahədə beynəlxalq təşkilatların, dövlət orqanlarının və QHT-lərin əməkdaşlığının zəruriliyini vurğuladı. Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin və digər QHT-lərin bu sahədəki fəaliyyəti haqqında məlumat verdi.
Hüquqşünas Asif Məmmədov Azərbaycana gələn qaçqınların qarşılaşdığı əsas problemlər haqqında məruzə etdi, bu problemlərin həll edilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi və dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini bildirdi.
Hüquqşünaslar şəbəkəsinin koordinator assistenti Nigar Filiyeva son dörd il ərzində BMT QAK-ın Bakı ofisi ilə əməkdaşlıq zamanı görülən işlər haqqında məlumat verdi. Məlum oldu ki, bu müddət ərzində xarici ölkələrdən Azərbaycana gəlmiş beş minə qədər sığınacaq axtaran, qaçqın və vətəndaşlığı olmayan şəxs hüquqşünasların xidmətindən istifadə etmişdir. Müvafiq dövlət orqanlarının köməyi ilə qaçqınların hüquqları müdafiə olunmuşdur.
Hüquqşünas Leyli Quliyeva qaçqınlar arasında gender zorakılığı hallarının baş vermə səbəblərindən, onların aradan qaldırılması üçün görülən tədbirlərdən, BMT QAK-ın və Azərbaycan dövlətinin bu yöndə gördüyü tədbirlərdən danışdı.
Beynəlxalq Universitetin “İnsan hüquqları” kafedrasının müdiri, fəlsəfə elmləri namizədi Rafael Əhmədov sığınacaq hüququnun mahiyyətindən, insan hüquqlarının qorunmasında və beynəlxalq hüquqda onun yerindən, beynəlxalq aləmdə bununla bağlı qəbul edilən normalardan və onların tətbiqi mexanizmindən məlumat verdi.
Leyli Quliyeva

MEPHM-in media koordinatoru


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə