MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə3/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   2   3   4   5   6   7   8   9   ...   256

____________Milli Kitabxana____________

10

nın və Türkiyənin təşəbbüsü nəticəsində imzalanmış sənəd bizim müharibə



şəraitindən tədricən çıxmağımız üçün ilk addımdır. Yəqin ki, bu sahədə

gələcəkdə daha da  güclü tədbirlər görülməlidir ki, Azərbaycan Respublikası

bütün ərazisinin sahibi olsun və bizim xalqımız müharibə şəraitindən çıxa bilsin.

Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir.

Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə

geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın

pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və

cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır.

Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının

qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar

olmalıdır. Yəni bizim respublikamız bir sənə bundan öncə başladığı yola davam

etməlidir. Bu düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha

qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam.

İndi bizim respublikanıi gərgin vəziyyətdə olmasının əsas  səbəblərindən biri

iyun ayının 4-də Gəncədə baş vermiş hadisələrdir. Hadisələr dəhşətlidir, qan

tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar,

cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmişlər hansı tərəfdən asılı

olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır. Bu məsələ ilə

deputat-istintaq komissiyası məşğul olur. Biz isə gərək tezliklə yaranmış

gərginliyi aradan qaldıraq. Dünən prezident Əbülfəz Elçibəylə danışıqlarımız

olub, Gəncədə də mən danışıqlar aparmışam, mənimlə gedən şəxslərlə və

təkbətək. Ona görə mən güman edirəm ki, bizim bütün səylərimiz bu gərginliyi

aradan götürməyi, bu qarşıdurmanı aradan götürməyi təmin edə biləcəkdir.

Ancaq demişəm, bir də deyirəm: heç vəchlə silah işlədilməsinin tərəfdarı ola

bilmərəm. Bu gərginlik, qarşıdurma ancaq sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı

anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. Güman edirəm ki, bizim

xalqımızın müdrikliyi,

nüfuzlu adamların, Azərbaycanın ziyalılarının,

Azərbaycanın ağcaqqallarının hamısının bir yerdə səyi və bizim hamımızın bir

yerdə çalışmamız şübhəsiz ki, bunları təmin edə biləcək.

Biz Azərbaycanda demokratik müstəqil respublika quraraq sivilizasiyalı

cəmiyyət uğrunda mübarizə aparapaq, ümumi dünyəvi bəşəri dəyərlərin

hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən,

əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi

nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki,

Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca

böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam

müstəqil demokratik (bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam

demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir

cəmiyyət olacaq. Bunun   üçün  bizim  həm  elmimiz,  həm  mədəniyyətimiz, həm

tarixi



____________Milli Kitabxana____________

11

ənənələrimiz, həm dini mənbəyimiz olan İslam dini - hamısı birlikdə çox



böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli

istifadə edək.

Azərbaycanda gərginlik bir tək Qarabağ problemi ilə, jəni Ermənistanın

Azərbaycana təcavüzü ilə əlaqədar olan səbəblərdən deyil. İndi Gəncə

hadisələri baş verdi. Təəssüf ki, gərginliyi yaradan səbəblərdən biri də

Azərbaycanda uzun illər bir yerdə yaşayan millətlər, etnik qruplar arasındakı

münasibətlərin bir qədər pozulmasıdır. Azərbaycan on illərlə, yüz illərlə bu

torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni

olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş

milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni

hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu

əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan

bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu

bizim əsas vəzifələrimizdən biridir. Güman edirəm ki, biz buna nail olacağıq.

Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq

görüləsi işlər daha da  çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası

demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər

yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətlə

getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci

növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət

münasibətləri yaradılmalıdır. Bu baxımdan Türkiyə Cümhuriyyəti ilə olan

əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Qonşu İran

İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf

etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur.

Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında

münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır.

Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün

dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan,

Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr

yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi

əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüz

illiklərlə çox yaxın olub. Bunları qırmaq olmaz, əksinə, inkişaf etdirmək

lazımdır. Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının

müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir.

Azərbaycan Respublikası artıq ümumi dünya miqyasına çıxıbdır.

Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son

zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu

münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri

ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya

və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə,

türkdilli ölkələrlə bizim  əlaqələrimiz daha  da



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə