MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə4/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   2   3   4   5   6   7   8   9   ...   256

____________Milli Kitabxana____________

12

sürətlə inkişaf etməlidir. Bir sözlə, sadəcə olaraq xarici siyasət sahəsində öz



mövqeyimi bildirmək istəyirəm. Ali Sovetin sədri kimi bu istiqamətdə

fəaliyyət göstərəcəm, bizim prezidentimizin fəaliyyətinin, Ali Sovetin,

hökumətin fəaliyyətinin uğurlu olması yolunda çalışacağam.

Ancaq bunların hamısından ümdə indi Gəncədə baş vermiş hadisələri,

bununla əmələ gəlmiş gərginliyi aradan götürməkdən ibarətdir. Mən burada

Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan

vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza

tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır

vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan

torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini

təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr

kənara qoyulmalıdır. Mən müraciət edirəm bütün Azərbaycan xalqına, mən

Gəncə əhalisinə, Azərbaycan Respublikasının deputatı Surət Hüseynova

müraciət edirəm, onun silahdaşlarına müraciət edirəm və onların hamısını

müdrikliyə, insani münasibətlərə dəvət edirəm. Bizim respublikamızın indi

buna çox böyük ehtiyacı var və onlar da bilməlidir, bütün xalq da bilməlidir

ki, indi biz hamımız bir olmalıyıq. Azərbaycanın bu faciəli dövründə biz

böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün

siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar,

bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır,

hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq. Güman

edirəm ki, Gəncə əhalisi, Gəncənin ətrafındakı rayonlarda yaşayan insanlar

mənim bu səsimi eşidəcəklər, buna səs verəcəklər. Surət Hüseynov mənim bu

səsimi eşidəcək, özünü müdrik aparacaq və biz bu bəladan tamamilə qurtara

biləcəyik. Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə

dəvət edirəm. Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır,

xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin

kiminlə nə haqq-hesabı var, sonra edər. Indi bunun vaxtı deyil.

Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi

dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər

yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qısas alacaq. Kimsə

onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona

qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə

deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim

təbiətimdə qısasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar

süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox,

ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qısasçılıq

hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün

münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan

bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və

salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə

bir vəzi-




____________Milli Kitabxana____________

13

fəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət



aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və

istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizam-

intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna

riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən

öz əqidəmdən dönməyəcəyəm.

Güman edirəm ki, Ali Sovetlə, Azərbaycan prezidenti Əbülfəz Elçibəylə

birlikdə, hamımız birlikdə biz bu vəziyyətdən çıxa biləcəyik. Sizin hamınızı bu

yolla birliyə dəvət edirəm. Sağ olun.



İ.İbrahimov: Heydər bəy, ... Sizin Ali Sovetin sədri olmağınız vəziyyətdən

çıxmaq üçün bizə - mən bir millət vəkili kimi mənə və mənim yoldaşlarıma,

bütünlüklə Azərbaycan xalqına qarant verə bilərsiniz, yoxsa yox?

H.Ə l i y e v: Mən qeyd etdim, bir də bildirmək istəyirəm ki, Gəncədə

vəziyyət həddindən artıq gərgindir. Bu məsələlərin həll olunması böyük səylər

tələb edir. Ona görə də mən indi Gəncədəki vəziyyət haqqında, apardığım

danışıqların məzmunu haqqında məlumat verməyi məsləhət görmürəm. Mən

Gəncədən qayıdan kimi dərhal Azərbaycan prezidenti Əbülfəz Elçibəyin yanında

olmuşam, bir neçə saat bütün məlumatları Əbülfəz Elçibəyə vermişəm. Əgər mən

bu işə, bir də qeyd edirəm, öz vicdanımın tələbi ilə və ən çox Azərbaycan

Respublikasının əhalisinin cürbəcür təbəqələrinin nümayəndələrinin təkidi və

tələbi ilə, Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahişi ilə cəlb olunmuşamsa,

demək mən burda, bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə

edəcəyəm. Bu barədə heç kəsin şübhəsi olmasın. Burada bu məsələnin

müzakirəsində cürbəcür sözlər deyib. By məsələnin ayrı-ayrı istiqamətlərə

yönəldilməsi məndə çox ciddi narazılıq doğurur. Mən Naxçıvandan bura özüm

gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah

Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim

burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim.

Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm.

Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on

gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar,

Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar,

indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir

kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm. 1991-ci ilin fevral

ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim. Mən Azərbaycana

xalqımla bir yerdə olmaq və xalqımı bu ağır günündə ona kömək olmaq üçün

respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə

demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu

dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən

zalda


oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni

hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər

hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün, vətəndaş kimi, Ali

Sovetin deputatı kimi, Ali Sovetin sədrinin müa-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə