MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə5/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   2   3   4   5   6   7   8   9   ...   256

____________Milli Kitabxana____________

14

vini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali



Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın

ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm,

başqa məqsədim yoxdur. Burda danışan adamların bəziləri ancaq məqsəd

üçün bura gəliblər. Ona görə də mən heç kəsə heç bir qarantiya vermirəm.

Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə

böyük potensial var, hamını birləşdirib, bu vəziyyətdən çıxmaq olar.




____________Milli Kitabxana____________

15

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN



SƏLAHİYYƏTLƏRİNİ HƏYATA KEÇİRƏN

AZƏRBAYCAN RESPUBLİKASI

ALİ SOVETİNİN SƏDRİ

HEYDƏR ƏLİYEVİN BƏYANATI

1993-cü il iyunun 24-də Azərbaycan Respublikasının Milli Məclisinin

qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri

Azərbaycan Respublikası Ali Sovetinin sədrinə verilmişdir.

Azərbaycan Respublikası adından bəyan edirəm ki, Azərbaycan

dövlətinin daxili və xarici siyasətində heç bir dəyişiklik baş verməyəcəkdir.

Bildirirəm ki, Azərbaycan demokratiya, siyasi plüralizm və azad İqtisadiyyat

yoluna davam edəcəkdir. Azərbaycan dövləti insan hüquqlarına və bütün

beynəlxalq hüquq normalarına riayət edəcək, respublikamızda başlanmış

demokratik islahatlar bundan sonra daha geniş və sürətlə həyata

keçiriləcəkdir. Dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalanma

prinsipləri əsasında başlanmış iqtisadi əməkdaşlıq davam etdiriləcək, ayrı-

ayrı xarici şirkətlərlə imzalanması nəzərdə tutulmuş bütün müqavilələrlə

bağlı götürülmüş öhdəliklər sivilizasiya normaları çərçivəsində yerinə

yetiriləcəkdir. Ölkəmizin daxili ictimai-siyasi vəziyyəti sabitləşdikcə, həmin

məsələlərlə daha fəal məşğul olmağa imkan yaranacaqdır.

Son günlər görülən tədbirlər nəticəsində xalqımız üçün çox təhlükəli olan

vətəndaş müharibəsinin qarşısı alınmış və ölkəmizdə daxili siyasi gərginlik

müəyyən qədər azalmışdır. Lakin Ermənistan tərəfdən Azərbaycan

Respublikasına qarşı aparılan müharibə və xüsusən də son günlərlə

həmsərhəd rayonlara edilən hərbi hücumlar daxili siyasi iqlimə güclü təsir

göstərir.

Respublikanın daxilində dövlət böhranının mövcud olduğu və bu

səbəbdən Azərbaycanın Silahlı Qüvvələrinin parçalandığı, həmin məsələlərə

Azərbaycanın dövlət orqanları tərəfindən lazımi nəzarətin olmadığı bir

şəraitlə Ermənistan fürsətdən istifadə edib Azərbaycan ərazilərinə yeni

hücumlar etmişdir.

İyunun 12-dən etibarən Ermənistan hərbi qüvvələri Ağdam və Ağdərə

istiqamətlərində hücum edərək Ağdərə rayon mərkəzini və bir neçə kəndimizi

ələ keçiriblər. Qarabağ bölgəsinə daxil olmayan Gədəbəy rayonu da intensiv

hərbi hücumlara məruz qalıb. Görülən müdafiə tədbirləri nəticəsində həmin

hücumların qarşısı alındı və iki-üç gün bundan qabaq atəş müəyyən qədər

dayandırıldı.  Lakin iyulun 1-də  Ermənistan hərbi qüvvələri Azərbaycanın



____________Milli Kitabxana____________

16

başqa bir bölməsinə - Füzuli və Cəbrayıl rayonlarına güclü hücum etdilər.



Nəticədə bir neçə kəndimiz ələ keçirilmiş, bəziləri vəhşicəsinə yandırılmışdır,

dinc sakinlər arasında həlak olanlar var. Azərbaycanda olan 500 mindən çox

qaçqına son hücumlar nəticəsində ev-eşiyindən məhrum olmuş daha minlərlə

soydaşımız əlavə olunmuşdur. ABŞ, Rusiya və Türkiyənin münaqişəyə dinc

vasitələrlə son qoyulmasına dair təşəbbüsünün, BMT Təhlükəsizlik Şurasının

822 nömrəli qətnaməsinin elan olunduğu və ümumiyyətlə, bu qanlı savaşın

qarşısının alınmasına müəyyən ümidlər yarandığı bir vaxtla Ermənistanın bu

təcavüzkar hərəkətləri vəziyyətin xeyli kəskinləşməsinə səbəb olmuşdur.

Güman edirəm ki, beynəlxalq ictimaiyyət və bütün dövlətlər bu təcavüzü

qətiyyətlə pisləməlidir. Azərbaycan dövləti adından bir daha bəyan etmək

istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Türkiyənin

təşəbbüsü ilə ATƏM çərçivəsində göstərilən bütün cəhdlərin və qəbul

olunmuş qərarların tərəfdarıyıq. Azərbaycan Respublikası ATƏM Minsk

konfransının sədri cənab M.Raffaellinin başçılığı ilə göstərilən sülh məramlı

cəhdləri alqışlayır və bunun həyata keçirilməsi üçün hər cür şərait

yaradılacağına təminat verir, ümid edir ki, cənab Raffaellinin iyulun 5-də

regiona səfəri "doqquzların" təşəbbüsünün reallaşmasına təkan verəcəkdir.

Münaqişənin sülh yolu ilə nizama salınmasının tərəfdarı olan Azərbaycan

hökuməti dünya dövlətləri rəhbərlərini, BMT, ATƏM və digər nüfuzlu

beynəlxalq təşkilatları Ermənistanın 5 ildən artıq davam edən və son günlər

daha da  şidlətlənən təcavüzünü qətiyyətlə pisləməyə, təcavüzkarı cilovlamaq

məqsədilə təcili, təsirli və qəti tədbirlər görməyə çağırır.

Biz həm də dünya dövlətlərini və beynəlxalq təşkilatları indiki ağır

şəraitlə Azərbaycan Respublikasına çox zəruri olan humanitar yardım

göstərməyə çağırırıq.

Bakı şəhəri,



2 iyul 1993-cü il


____________Milli Kitabxana____________

17

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ



PREZİDENTİ ƏLAHƏZRƏT

BİLL KLİNTON CƏNABLARINA

Hörmətli cənab prezident!

Böyük ölkənizin istiqlaliyyətinin 217-ci ildönümü münasibətilə sizi

ürəkdən təbrik edir, sizə və bütün Amerika xalqına səadət, əmin-amanlıq və

tərəqqi arzulayıram.

Fürsətdən istifadə edib sizi əmin etmək istəyirəm ki, Azərbaycan -

Amerika münasibətlərinin bundan sonra da  müvəffəqiyyətlə inkişaf etməsi

üçün əlimdən gələni əsirgəməyəcəyəm. Demokratiya, insan hüquqlarına və

milli azlıqların hüquqlarına, BMT Nizamnaməsinə, bütün beynəlxalq hüquq

normalarına hörmət prinsipləri Azərbaycan Respublikasının dövlət

siyasətinin əsasını təşkil edəcəkdir.

Zənnimcə, sizin ölkənizlə əməkdaşlıq, Qərb ölkələri barəsində açıqlıq

bizə demokratik islahatlar keçirməkdə, bazar İqtisadiyyatı yaratmaqda kömək

edəcək. Azərbaycan xalqının əsl mənada azad və müstəqil xalqlar cərgəsinə

inamla qoşulmasına imkan verəcəkdir.

Səmimiyyətlə, sizin



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

Bakı şəhəri,

2 iyul 1993-cü il


Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə