MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə6/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   2   3   4   5   6   7   8   9   ...   256

____________Milli Kitabxana____________

18

İSTANBULDA İQTİSADİ ƏMƏKDAŞLIQ



TƏŞKİLATININ 2-ci GÖRÜŞÜNÜN

İŞTİRAKÇILARINA

Zati-aliləri, hörmətli dostlar!

İcazə verin, mötəbər məclisinizi salamlayım, sizin hamınıza uğurlu və

səmərəli iş arzulayım. Əminəm ki, keçirilən bu məclisin həsr olunduğu

iqtisadi əməkdaşlığın inkişafı regionlarımızın və xalqlarımızın yaxınlığına

xidmət edəcək, onlara dinclik, səadət və firavanlıq bəxş edəcəkdir.

İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin - Türkiyənin, İranın, Pakistanın,

Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın,

Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri,

material ehtiyatları vardır. Onlardan birgə istifadə olunması əsl müsəlman

intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir.

Hörmətlə,



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

5 iyul 1993-cü il




____________Milli Kitabxana____________

19

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN



SƏLAHİYYƏTLƏRİNİ HƏYATA KEÇİRƏN

AZƏRBAYCAN RESPUBLİKASI

ALİ SOVETİNİN SƏDRİ

HEYDƏR ƏLİYEVİN BƏYANATI

1993-cü il 2 iyul tarixli bəyanatımla mən ABŞ, Rusiya, Türkiyə

dövlətlərinin, BMT, ATƏM və dünya ictimaiyyətinin diqqətini Ermənistan

silahlı qüvvələrinin Azərbaycan ərazisinə intensiv hücumları ilə yaranmış

vəziyyətə cəlb edərək onları təcavüzün dayandırılması üçün lazımi tədbirlər

görməyə çağırmışdım. Qarabağ məsələsinin sülh yolu ilə həll olunması üçün

təşəbbüskar olduqlarına görə bu dövlətlərin səyi ilə BMT Təhlükəsizlik

Şurasıiın 822 nömrəli qətnaməsinin həyata keçirilməsinin zəruriliyi

bildirilmişdi.

Məlum olduğu kimi, ATƏM-in Minsk konfransının sədri cənab

M.Raffaelli iyulun 5-də Azərbaycana gəlməli idi. Respublikanın rəhbərliyi

cənab M.Raffaellini qarşılamağa hazırlaşaraq lazımi tədbirləri həyata

keçirmiş və onun proqramını qəbul etmişdi. Çox böyük təəssüf və təəccüb

hissilə qeyd edirəm ki, buraya dəvət olunmuş dövlətlərin səfirləri, yəni

onların təmsil etdikləri dövlətlər lazımi tədbirlər görməyiblər. Bunu bəyan

edərək ona əsaslanıram ki, iyulun 2-dən sonra Ermənistan silahlı qüvvələrinin

Azərbaycan ərazisinə təcavüzkarlığı nəinki dayandırılmadı, hətta iyulun 3-4-

dən daha da genişləndi.

Ona görə də bizə məlum deyil, ABŞ, Rusiya, Türkiyə dövlətlərinin bu

istiqamətdə fəaliyyətləri nədən ibarət olub? Bununla bərabər biz c-b

M.Raffaellinin Azərbaycana gəlməsinə çox böyük ümid bəsləyirdik.

İnanırdıq ki, c-b Raffaellinin səfəri və nəzərdə tutulmuş proqramın həyata

keçirilməsi Ermənistan silahlı qüvvələrinin hücumunu dayandıra biləcəkdir.

Təəssüf ki, bu gün səhər bizə məlumat çatıb ki, c-b M.Raffaelli Bakıya

gəlməyəcəkdir və ümumiyyətlə səfərini təxirə salıbdır. C-b M.Raffaellinin

qəbul etdiyi qərarın səbəbləri bizə məlum deyildir. Onun bu addımını biz

başa düşə bilmprik, belə qərardan narazılığımızı və narahatlığımızı bildiririk.

Sonradan məlum oldu ki, cənab M.Raffaelli bu qərarını xarici agentliklərin

ermənilərin guya Ağdamı tutması haqqında yaydığı məlumat əsasında qəbul

edib. Əgər böyük siyasi, diplomatik addımlar ayrı-ayrı agentliklərin yaydığı

qeyri-mötəbər və yoxlanılmamış informasiyalar əsasında qəbul olunursa bu,

sadəcə olaraq, bizdə təəccüb doğurur və bunu anlaya bilmirik. Beləliklə, c-b

M.Raffaellinin öz planından geri çəkilməsi və regiona nəzərdə tutulan çox

əhəmiyyət-




____________Milli Kitabxana____________

20

li səfərini təxirə salması o deməkdir ki, Azərbaycanın ümid bəslədiyi ATƏM



artıq özünü münaqişənin nizama salınması prosesindən kənara çəkərək təcrid

edir və bizi Ermənistanla təkbətək vuruşmağa məcbur edir. Bu isə problemin

dinc vasitələrlə həlli perspektivlərinə ciddi zərbə vurur və regionda

müharibənin daha da şiddətlənməsi deməkdir. Belə bir vəziyyətlə barışmaq

isə qətiyyən mümkün deyildir. Bunun qarşısını almaq üçün ABŞ, Rusiya,

Türkiyə üzərlərinə götürdükləri missiyanı yerinə yetirməlidirlər və verdikləri

vədlərə sadiq olmalıdırlar. Bu ölkələrin səfirlərinin iyul ayının 2-dən sonrakı

vaxtda bu işə bəslədikləri münasibət bizi heç cür razı sala bilməz. Əgər

böyük dövlətlər təşəbbüsü öz üzərlərinə götürüblərsə və onlar Azərbaycan

hökumətini Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasına daim dəvət

ediblərsə, onlar da öz öhdəliklərini yerinə yetirməlidirlər. Birləşmiş Millətlər

Təşkilatı Təhlükəsizlik Şurasından xahiş edirik ki, bu məsələyə qarışsın, öz

imkanlarından və səlahiyyətlərindən istifadə edib lazımi tədbirlər görsün.

İyul ayının 2-dən indiyədək Ermənistan silahlı qüvvələri tərəfindən

aparılan hücumlar nəticəsində bir çox kəndlər və yaşayış yerləri əldən gedib,

dağıdılıb, yandırılıbdır. Xeyli insan həlak olub, çoxları öz yaşayış yerlərini

tərk ediblər və hazırda çöllərdə çox ağır vəziyyətdə yaşayırlar. Bunların

hamısı, şübhəsiz, Ermənistanın məhz indi, bu günlərlə çox qəti təcavüzkar

mövqedən çıxış etdiyini sübut edir. Bildirmək istəyirik ki, biz yenə də

Ermənistan tərəfindən edilən hərbi təcavüzün qarşısını dinc yolla almaq üçün

bütün imkanlardan istifadə etməyə çalışmışıq. Şəxsən mən bilavasitə

Ermənistan Respublikasının rəhbərləri ilə, Rusiyanın xüsusi tapşırıqlar üzrə

səfiri V.Kazimirovla, ABŞ və Türkiyənin Azərbaycandakı səfirləri ilə telefon

danışıqları aparmışam, təcavüzün dərhal dayandırılmasını xahiş etmişəm,

məsələnin asudə, sülh yolu ilə həllinə dəvət etmişəm. Təəssüf ki, bunlar

nəticə verməyibdir və Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində indi

də qanlı döyüşlər davam etməkdədir.

Biz xahiş edirik ki, bu ağır vəziyyətdə hərə öz üzərinə düşən vəzifəni

layiqincə yerinə yetirsin. Heç kəs, o cümlədən burada iştirak edən xarici

ölkələrin nümayəndələri də şübhə etməməlidirlər ki, bunların hamısı

Ermənistan silahlı qüvvələrinin təcavüzüdür və başqa cür qiymətləndirilə

bilməz. Güman edirik ki, belə bir faciəli vəziyyətdə bu böyük dövlətlər gərək

öz qəti tədbirlərini görsünlər. Bəyanatı bitirərək bir daha qeyd etmək istəyirik

ki, biz cənab M.Raffaellinin təcili gəlməsini gözləyirik və Azərbaycan

tərəfindən cənab Raffaellinin missiyasının



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə