MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə8/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   4   5   6   7   8   9   10   11   ...   256

____________Milli Kitabxana____________

24

ilə məşğul olmur. Bəlkə istirahat edir, bəlkə də bir iş görür. Bu, mənə məlum



deyildir.

- Heydər Əliyeviç, xahiş edirəm, belə bir suala cavab verəsiniz. Siz

həm Elçibəyin komandasına qarşı, həm də onun özünə və onun xəttinə

qarşı sərt müxalifətdə olmusunuz. Elçibəy Sizi respublika Ali Sovetinin

sədri olmağa dəvət edərkən nəyə ümid bəsləyirdi və Sizi bu dəvətə razılıq

verməyə sövq edən nə idi?

- Siz sualı o qədər də düz qoymursunuz. Mən Əbülfəz Elçibəyə qarşı sərt

müxalifətlə olmamışam, ümumiyyətlə, müxalifətdə deyildim. Mən sadəcə

olaraq Naxçıvanda yaşayır, Ali Məclisin sədri vəzifələrini yerinə yetirirdim.

Mənim Əbülfəz Elçibəylə nadir hallarda telefon söhbətlərim olurdu. Əlbəttə,

prezident kimi, Əbülfəz Elçibəy Naxçıvan Muxtar Respublikasına da

lazımınca diqqət yetirmirdi, halbuki Naxçıvan blokada ilə əlaqədar ağır

vəziyyətdə idi və bu gün də ağır vəziyyətdədir. Əlbəttə, o, Ali Məclisin sədri

kimi mənə lazımi diqqət yetirmirdi. Odur ki, münasibətlərimiz, əslinə qalsa,

hansısa sərt qarşıdurma ilə deyil, məhz bu cür xarakterizə edilirdi.

Mənim Əbülfəz Elçibəylə ilk görüşüm bu ilin fevralında olmuşdur,

bunadək onunla heç vaxt görüşməmişdim və şəxsən tanış deyidim. Mən

Bakıya böyük qardaşımın vəfatı ilə əlaqədar gəlmişdim, biz prezidentlə

görüşdük, olduqca çoxlu məsələ müzakirə etdik, bir çox məsələlərlə sanki

bir-birimizi başa düşdük. Mən ona öz məsləhətlərimi də, arzularımı da ,

tövsiyələrimi də dedim. Bunlardan onun, istifadə edib-etməməsi öz işidir.

Bizim münasibətlərimiz bundan sonra da  normal olmuşdur. Əbülfəz Elçibəy

məni dəvət edərkən nəyə ümid bəsləyirdi? Sualın birinci hissəsi ilə əlaqədar,

yəni guya aramızda kəskin qarşıdurma olması ilə əlaqədar onu deməliyəm ki,

belə şey olmamışdır. Azərbaycanda vəziyyət son dərəcə kəskinləşdikdə,

bayaq dediyim kimi, bir çox bölgələrdən və əhalinin bir çox təbəqələrinin

nümayəndələri arasında səslər eşidilirdi ki, Əliyevi dəvət etmək lazımdır,

Əbülfəz Elçibəy, görünür, bu fikrə gəlmişdi ki, burada, belə çətin şəraitlə

mənim köməyim gərəkdir. O, telefonla mənə zəng vurduqda belə də izah

etdi: Vəziyyət mürəkkəbdir, xahiş edirəm, Bakıya gələsiniz, vəziyyəti, gəlin,

birlikdə müzakirə edək və bu vəziyyətdən çıxış yolu tapaq. Bax, onun dəvəti

əslinə qalsa, məhz bununla izah edilir.

- Heydər Əliyeviç, mənim, daha doğrusu, mənim yox, bizim televiziya

tamaşaçılarının Sizə belə bir sualı var. Son vaxtlar mətbuatda, xüsusən

xarici mətbuatda, belə ifadə edək, kifayət qədər çoxlu fərziyyə irəli

sürülmüşdür ki, Sizinlə Surət Hüseynov arasındakı qarşılıqlı

münasibətlər sistemi, necə deyərlər, dostluq xarakteri, müəyyən saziş

xarakteri daşıyır. Azərbaycanda baş vermiş bütün bu hadisələr

barəsində Sizinlə Azərbaycanın baş naziri arasında qabaqcadan hansısa

sazişin olması fikrinə necə baxırsınız?



____________Milli Kitabxana____________

25

- Mən bu məsələni aydınlaşdıra bilərəm, özü də bu vacibdir. Əvvəla, mən



Surət Hüseynovu tanımırdım, heç vaxt onun hətta üzünü də görməmişdim.

Yeri gəlmişkən, baxmayaraq ki, mənə indi məlum olduğu kimi, Surət

Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır, respublika baş nazirinin

müavini, Azərbaycan prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi

idi. O, mən bilən, televiziya ilə, demək olar, heç vaxt çıxış etməmişdi. Mən

Naxçıanda yaşayırdım və həmin dövr ərzində onu hətta televiziya ekranında

bir dəfə də olsun görməmişdim. Mənim onunla heç vaxt heç bir əlaqəm

olmayıb. İyunun 4-də bu hadisələr baş verdikdə mənə yenə də aydın deyildi

və bilmirdim ki, orada nə olmuşdu. İyunun 9-da Bakıya gəldikdə mənə onun

haqqında danışmağa başladılar. Mən onu yenə də tanımırdım. Sonra, İyunun

13-də Gəncəyə getməzdən əvvəl mən ona zəng vurdum, biz söhbət etdik.

İyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə olaraq görüşdüm. Deməli,

aramızda hansısa bir sazişin və ya hansısa dostluq münasibətlərinin

olmasından söhbət belə gedə bilməz. Bütün gecə mən onunla danışıqlar

apardım və iyunun 14-də Bakıya qayıtdım. Bundan sonra isə o, ta Bakıya

gələnə qədər onunla telefon əlaqəsi saxladım. Aramızda heç bir saziş, heç bir

dostluq əlaqəsi olmamışdır.

- Əgər olarsa, mən Sizin Hüseynovla qarşılıqlı münasibətlərinizə aid

mövzunu davam etdirərdim. Surət Hüseynov müəyyən ultimativ tələblər

irəli sürürdü və əslində, Bakı ilə güc mövqeyindən danışırdı. Siz onun

tələbini yerinə yetirdiniz, o, baş nazir vəzifəsi aldı və qüvvə nazirlikləri

üzərində kuratorluq aldı. Xahiş edirəm, deyəsiniz, Sizə elə gəlmirmi ki,

bu nümunə Azərbaycanın gələcək siyasəti üçün təhlükəlidir. Hər halda

güc mövqeyindən danışmaq, görünür, siyasi qarşılıqlı münasibətlərin

heç də ən konstruktiv metodu deyildir, heç də ən təhlükəsiz metod

deyildir?

- Bəli, əlbəttə, Surət Hüseynov müəyyən dərəcədə güc mövqeyindən çıxış

edirdi. Lakin bu, onun prezident Əbülfəz Elçibəylə və onun komandası ilə

qarşılıqlı münasibətləri ilə bağlı idi. Surət Hüseynov hesab edirdi ki, İyunun

4-də hərbi hissəyə qarşı və onun özünə qarşı təcavüzkar əməllər törədilmişdir

və buna görə də o, həmin vaxtdan təkid edirdi və indi də təkid edir ki,

prezident Elçibəy və onun bütün komandası istefa verməlidir. Yeri

gəlmişkən, Azərbaycan prezidenti onun bəzi tələblərini, əslində, yerinə

yetirmişdir: baş nazir istefa vermiş, parlamentin sədri istefa vermiş, üç nazir -

müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirləri istefa vermişlər. Bir sözlə,

Surət Hüseynovun bu tələbləri Əbülfəz Elçibəy tərəfindən yerinə

yetirilmişdir. Əgər o, hesab etsəydi ki, bu tələblər hüquqa ziddir, qanuna

ziddir, onda gərək bunu etməyəydi, amma etmişdir. Buna görə də iyunun 15-

də, mən Azərbaycan parlamentinin sədri seçilən günü bu istefaların hamısı

Əbülfəz Elçibəy tərəfindən qəbul olunmuşdu.

Qaldı Surət Hüseynovun iddialarına, əlbəttə, belə iddialar var idi. Lakin

baş nazir vəzifəsinə təyin edilməsi onun tələblə-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə