MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə9/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   5   6   7   8   9   10   11   12   ...   256

____________Milli Kitabxana____________

26

ri və ya iddiaları ilə bağlı deyildir. Mən artıq dedim və xatırlatmaq istəyirəm



ki, Surət Hüseynov hələ bir il bundan əvvəl prezident Əbülfəz Elçibəyin özü

tərəfindən Azərbaycan baş nazirinin müavini təyin edilmişdi. Bir daha təkrar

edirəm.

O, Azərbaycan prezidentinin bütün Qarabağda səlahiyyətli



nümayəndəsi təyin olunmuşdu. Belə ki, Surət Hüseynovun çoxlu vəzifəsi var

idi və bütün bu vəzifələri ona Azərbaycan prezidenti Elçibəy vermişdi. O ki,

qaldı indi onun baş nazir olmasına, burada nə var ki, o, sadəcə olaraq daha bir

pillə yuxarı qalxmışdır.



- Heydər Əliyeviç, Siz Surət Hüseynovla görüşübsünüz, bir insan

kimi və bir siyasətçi kimi onun haqqında nə deyə bilərsiniz?

- Surət Hüseynov, əlbəttə, olduqca cavandır və özünün dediyinə görə, onu

yaxından tanıyan adamların dediklərinə görə, Qarabağ zonasında müharibədə

Azərbaycan torpaqlarının müdafiəsi üçün müəyyən iş görmüşdür, onu tanıyır

və ona hörmət edirlər. Bundan əvvəl, o, Yevlax rayonunda iri sənaye

müəssisəsinin direktoru olmuşdur.



- Sağ olun. Bu gün biz Azərbaycan Xalq Cəbhəsi haqqında çox

danışırıq və il ərzində də danışmışıq. Sizcə, bu gün Azərbaycanda Xalq

Cəhbəsinin rolu necədir, o, nə kimi siyasi və sosial bazaya malikdir?

- Bilirsinizmi, Xalq Cəhbəsinin sosial bazası heç vaxt geniş olmamışdır.

Milli azadlıq uğrunda, Azərbaycanın milli istiqlaliyyəti uğrunda mübarizə

aparan xalq hərəkatı kimi, AXC 1988-ci ildə meydana gəlmişdir. Bu müddət

ərzində o, əlbəttə, qüvvə toplamış və həmin illərlə, kommunist hakimiyyəti

illərində Xalq Cəbhəsi kommunist rejiminə qarşı fəal çıxış edirdi və əlbəttə,

respublika rəhbərliyinin Qarabağ problemini həll etməyə qadir olmamısı ilə

əlaqədar rəhbərliyə qarşı xüsusilə fəal çıxış edirdi. Əslinə qalsa, Xalq

Cəhbəsinin özü ən əvvəl Qarabağ problemi ilə və orada başlanmış hərbi

əməliyyatlarla əlaqədar yaranmışdır. 92-ci ilin mayında, yaxud bundan bir

qədər əvvəl, Xalq Cəbhəsindən ayrı-ayrı şəxslər rəhbər vəzifələr tutmağa

başladıqda AXC-nin çoxlu tərəfdarı var idi, bu ona görə deyildi ki, onların

hamısı Xalq Cəhbəsinin üzvü idi, məhz ona görə idi ki, o vaxtlar rejimdən,

Azərbaycan rəhbərliyindən ümumi narazılıq vardı. Xalq Cəhbəsi isə

mənafelərin fəal ifadəçisi kimi çıxış edir, bu narazılığı nümayiş etdirirdi.

Buna görə də AXC ətrafına olduqca çoxlu adam toplaşmışdı və onlar xalq

tərəfindən geniş müdafiə edilirdilər.

Məhz bununla əlaqədar ötən ilin may ayında, daha doğrusu, martında

hadisələr baş verdi, prezident Mütəllibov istefaya çıxdı. Sonra üç ay, demək

olar, hakimiyyətsizlik oldu, may ayında Mütəllibov bir daha prezident

vəzifəsinə qayıtmağa cəhd göstərdi, lakin bu cəhd uğursuz oldu. Bax, onda

həmin rejimdən və Mütəllibovun atdığı düşünülməmiş həmin addımdan

narazılıq dalğası xalqı, əslində, Xalq Cəbhəsi ətrafında birləşdirdi. AXC-nin

bəzi liderləri məsul vəzifələr tutdular, ötən ilin İyununda prezident

seçkilərində isə Əbülfəz Elçibəy Azərbaycanın prezidenti seçildi.



____________Milli Kitabxana____________

27

Yeri gəlmişkən, deməliyəm ki, Xalq Cəhbəsi hakimiyyətə siyasi partiya kimi



normal demokratik mübarizədə gəlməmişdir. Sonra isə rəhbər vəzifələrə bütün

təyinatlar Əbülfəz Elçibəy tərəfindən həyata keçirilirdi. O hesab edirdi ki, Xalq

Cəhbəsinin sədridirsə, prezident seçilmişdirsə, deməli, bütün rəhbər vəzifələrə

AXC üzvlərini təyin edə bilər. Onunla Naxçıvandan telefon  söhbətləri zamanı və

fevralda mən onunla görüşərkən və sonralar, artıq İyun ayında, bizim yeni

görüşümüz zamanı, mən ona demişdim ki, o, çox böyük siyasi səhvə yol verir. O,

gərək prezident seçilən kimi Xalq Cəhbəsinin sədri vəzifəsindən gedəydi, çünki

onu Xalq Cəhbəsi deyil, məhz Azərbaycan xalqı prezident seçmişdir. Lakin,

təəssüflər olsun, o, AXC-yə nəinki üstünlük verir, həm də büsbütün və tamamilə

yalnız AXC-yə arxalanırdı. Halbuki AXC öz sosial bazasını gündən-günə itirirdi.

4 İyun hadisələrinin səbəbi və Surət Hüseynov fonomeni təkcə bunda deyildir

ki, Gəncəyə qoşun göndərilmişdi, Surət Hüseynovun komandanlığı altında olan

hissəni mühasirəyə almaq və ona nə isə etmək istəyirdilər. Səbəb bu idi ki, xalqın

narazılığı artıq neçə aydı getdikcə güclənirdi. Əbülfəz Elçibəy və Xalq

Cəbhəsinin rəhbər vəzifələr tutan digər liderləri bunu İyun hadisələrindən xeyli

əvvəl başa düşmüşdülər. Hiss edirdilər ki, onların nüfuzu gündən-günə aşağı

düşür, xalq onlara olan etibarı itirir və onlar respublikanı idarə edə bilmirlər. İndi

mən müəyyən qiymət vermək istəməzdim. Əvvəla, mən bunu etmək arzusunda

deyiləm. İkincisi isə, sadəcə olaraq vaxt yoxdur - axı bu bir ildə Azərbaycanın

həyatında müsbət dəyişikliklər baş verməmişdir, əksinə, bütün sahələrdə vəziyyət

olduqca ciddi şəkildə pisləşmişdir. Xalq bunu görürdü və Xalq Cəbhəsinə olan

əvvəlki hörmət indi yoxdur, eləcə də Xalq Cəbhəsinin sosial bazası yoxdur. AXC

Azərbaycanın keçmiş rəhbərliyinə qarşı çıxış etdiyi vaxtlarda Azadlıq

meydanında mitinqlərə 200-300-400 min adam toplayırdı. İndi isə, Azərbaycan

prezidenti Elçibəyin özünün tətbiq etdiyi fövqəladə vəziyyət şəraitində Xalq

Cəbhəsinin fəal köməyilə yenə də mitinqlər keçirilir. Amma bu mitinqlərə min

beş yüz, iki min adam gəlir, qoy lap üç min olsun. Bu da sizə AXC-nin sosial

bazasının xarakteristikası.



- Cavab üçün təşəkkür edirəm. İcazə versəniz, bir neçə sual oxuyardım.

Onlar bu gün bizim televiziya suallarının, necə deyərlər, leytmotividir.

Çelyabinskdən Cəfərov Zakir: Siz Qarabağ müharibəsinə necə baxırsınız və

bu müharibə nə vaxt qurtaracaq? Tambovdan keçmiş bakılı Melkumyan

Boris: Bir rəhbər kimi, siz Qarabağ məsələsinin həllini nədə görürsünüz?

Movsesyan, Peterburq: İki il bundan əvvəl Əliyev müsahibəsində demişdi ki,

o, Qarabağ məsələsini ikicə günün içində həll edər. Soruşmaq istərdim. Siz

bunu necə etmək fikrindəsiz? Qarabağ münaqişəsinin həllinin nə kimi

yolları var və nə kimi variantlar ola bilər? – və Qarabağla bağlı digər

suallar.

- Cavab verim. Əvvəla, mən heç vaxt deməmişəm ki, Qarabağ məsələsini

ikicə günün içində həll etmək olar. Görünür, bu, nə isə səhvdir. Qarabağ məsələsi

mürəkkəb məsələdir, lakin bu məsələ məhz ona  görə mürəkkəbləşmişdir ki,

vaxtında lazımınca həll



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə