MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə89/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   85   86   87   88   89   90   91   92   ...   256

____________Milli Kitabxana____________

205


tələrin ləğv olunmasına çalışmalıyıq və bu da respublikamızda daxili ictimai-

siyasi sabitlik yaranması üçün əsas şərtdir.

Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması

dövlətin əsas vəzifələrindən biridir. Əmin ola bilərsiniz ki, bu yüksək

vəzifədə mən həmin sahəni daim diqqət mərkəzində saxlayacağam və insan

Hüquqlarının qorunması üçün bütün təminatları yaradacağam. Bir sözlə,

cəmiyyətimizdə insanın tam azad olması üçün şərait yaradılacaqdır. Bu

baxımdan həyatımızın indiki mərhələsində vicdan azadlığı məsələsi də

mühüm yer tutur. Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi

yerini tutmuşdur. Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına

İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir

çox hallarda İslam dini vasitəsilə nəsildən-nəslə keçib, indi böyük milli

sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda İslam dininə

insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra

da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır

dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox

böyük fəaliyyət göstərəcəkdir.

Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi

cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-

siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini

və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və

bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan

Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar

yaradılacaqdır.

Bu gün bizim İslam dininin, Qafqaz müsəlmanlarının rəhbəri, xristian

dininin, yəhudi dininin nümayəndələri məni bu vəzifəyə gəlmək münasibətilə

təbrik etdilər. Mən onlara öz minnətdarlığımı bildirirəm və əmin etmək

istəyirəm ki, Azərbaycanda bütün millətlərin, bütün dinlərin bərabər hüquqla

yaşaması üçün bütün şərait yaradılacaqdır.

Respublikamızın müstəqilliyini möhkəmlətmək üçün əsas vəzifələrdən

biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı,

səriştəli xarici siyasətin olmasıdır. Müstəqillik əldə edildikdən sonra xarici

siyasət sahəsində təəssüf ki, az iş görülmüşdür. Qarşıda böyük vəzifələr

durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət

müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün

dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və

inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının

beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın

İqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə

etməkdən ibarətdir. Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir

dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük.

Lakin eyni zamanda nəyin bahasına olursa-olsun respublikanın suverenliyini,

müstəqilliyini və ərazi bütövlüyünü xarici siyasət



____________Milli Kitabxana____________

206


vasitəsilə təmin etməyə çalışacağıq. Güman edirəm ki, bundan sonra görüləsi

işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaqdır və

respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tutacaqdır.

Mənim Prezident seçilməyimlə əlaqədar olaraq dünyanın bir çox

dövlətlərinin başçıları təbrik məktubları göndərmişlər. Bunları, birinci

növbədə, Azərbaycan Respublikasının müstəqilliyinə, dünya birliyində

tutduğu yerə verilən qiymət kimi qəbul edirəm. Təbrik məktubları göndərmiş

dövlət başçılarına,

xarici ölkələrin bu salonda

olan təmsilçilərinə

minnətdarlığımı bildirirəm və onları əmin etmək istəyirəm ki, Azərbaycan

Respublikası bir müstəqil dövlət kimi gələcəkdə bütün bu dövlətlərlə və

başqa ölkələrdə səmərəli əlaqədər yaratmağa və respublikamızı bu ağır

vəziyyətdən çıxarmaq üçün

onların imkanlarından istifadə etməyə

çalışacaqdır. Çox sağ olun, təşəkkür edirəm və eyni zamanda dövlətlərinizin

başçılarına və

xalqlarınıza səadət,

xoşbəxtlik və bütün işlərinizdə

müvəffəqiyyətlər diləyirəm.

Azərbaycan Respublikasının ağır böhran vəziyyətindən çıxması üçün

sosial-iqtisadi

sahədə böyük işlər görülməlidir. Təsəvvür edin ki,

müstəqilliyimizin əldə edilməsi bizim üçün tarixi bir hadisədirsə,

iqtisadiyyatımızın belə vəziyyətdə olması ağır və çətin bir haldır. Təəssüf ki,

son illərlə respublikanın böhran vəziyyətində olması iqtisadiyyatın bütün

sahələrinə mənfi təsir göstərmişdir. İqtisadiyyat, demək olar, tamamilə

dağılmış və bu da respublika vətəndaşlarının rifahının aşağı düşməsinə

gətirib çıxarmışdır. Eyni zamanda qeyd etmək istəyirəm ki, respublikanın

böyük iqtisadi-sosial, elmi-texniki potensialı vardır. Azərbaycanın coğrafi-

siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları

respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz

gələcək işimizdə bir tərəfdən yaranmış potensialdan səmərəli istifadə etmək,

digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar

İqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik.

Bu yol çətin, ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən

sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə

son illərdə buraxılan səhvlər vəziyyəti daha da  gərginləşdirmişdir. Ancaq biz

bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının

iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən

əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan

sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün

Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün

vətəndaşlarının,




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə