Mut`ə nigahı (Siğə) Səhih (Qanuni) nigahla haram olan siğə arasında əsaslı (tutarlı) fərqlər



Yüklə 85,53 Kb.
tarix16.11.2017
ölçüsü85,53 Kb.
#10505


Mut`ə nigahı (Siğə)
Səhih (Qanuni) nigahla haram olan siğə arasında əsaslı (tutarlı) fərqlər
Günümüzdə bəziləri insanlar arasında haram olmasında müsəlmanların yekdil rəydə olduqları müt`ə nigahı (siğə) ilə insanlar arasında adət-ənənəyə uyğun nigah, talaq niyyəti ilə bağlanan nigah və misyar nigahı kimi tanınan qadının maddi təminat, ev və yaşayış yeri ilə təmin etmə kimi öz bəzi haqqlarından keçdiyi nigahlar arasında heç bir fərqin olmadığını yayırlar.

Bəziləri isə başqa bir iddia ilə insanları aldadaraq siğə nigahının bakirə qızlara deyil yalnız bakirə olmayan dul və boşanmış qadınlara xas olduğunu və bakirə qızlarla siğə etməyin icazəli olmadığını deyirlər. Lakin alimlərinin rəvayətləri və sözləri dediklərində onlara yardım etmir. Belə ki, “alimləri” bildirmişlər ki, bakirə qızlarla da siğə etmək olar, nəinki bakirə hətta südəmər uşaqlarla belə siğə etmək olar. Hətta demişlər: “Siğə məgər yalnız onlar (yəni, bakirə qızlar) üçündürmü?!” (Əl-Amili, Vəsəil əş-Şiə kitabı, 21-ci cild, səh. 33). Şiələrin dəlil kimi gətirdikləri Uca Allahın bu ayəsinə gəlincə: “Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin”. (Ən-Nisa surəsi, 24). Bu ayənin “nikah etməklə” hissəsi onlara rəddiyədir. Çünki siğə etmək “evlilik” sayılmır. Necə ki, İshaq ibn Ammardan gələn rəvayətdə deyir: Mən Əbu İbrahimdən (əl-Kazim) cinsi əlaqədə olduğu cariyəsi ola-ola zina edən bir kişi barədə soruşdum. Cariyəsi onu evli edirmi? O: “Bəli”-dedi. Mən soruşdum: Əgər yanında siğə etdiyi qadın olarsa necə, evli sayılarmı? O dedi: “Xeyir, evlilik, kişinin yanında daim olana aiddir” (Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 28-ci cild, səh. 68). Bununla da Allaha həmd olsun ayənin nigaha (daimi evliliyə) aid olub şiələrin zənn etdikləri kimi siğəyə (müvəqqəti nigaha) aid olmadığı sübuta yetir. Şəkk yoxdur ki, siğə yuvalarında baş verənlər müsəlman qadınlarının namusları ilə oynamaqdır. Bilin ki, mutə nigahı (siğə) icazəli olduğu vaxtlarda (yalnız səfərdə olarkən) kafir qadınlarla edilirdi. Sonra isə haram edildi.

Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) demişdir: “Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Xeybər (döyüşü) günü mut`ə nigahını (siğəni) və ev eşşəyinin ətini haram etdi” (ət-Tusinin əl-İstibsar kitabı, 3-cü cild, səh. 142. Həmçinin, Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 21-ci cild, səh. 12). Bu hədisin eynisi əl-Buxari və Muslimdə Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun!) rəvayət olunur. Başqa bir hədisdə Cəfər ibn Muhəmməd (İmam əs-Sadiq) mut`ə nigahı (siğə) barədə soruşulduqda dedi: “Bizdə onu yalnız əxlaqsızlar (günahkarlar) edər”. (əl-Məclisinin Bihər əl-Ənvər kitabı və əş-Şiyi kitabı 100-cü cild, səh. 318). Müsəlman kişilərin müsəlman qadınları ilə siğə etməsi heç vaxt baş verməmişdir. Bu yalnız bu günlərdə baş verir. Bu şeylərə qarşı Allahdan kömək diləyirik! Dualarımızın sonu isə "Həmd olsun aləmlərin Rəbbi Allaha!" sözləridir.

Aşağıda qeyd etdiyim müqayisə şiələrin əsaslandıqları ktablardan nəql olunmuşdur və bu onların siğə barədə dediklərinin batil olduğunu üzə çıxarır.




Fərqlər

Şəriət nigahı

Misyar nigahı

Boşanma niyyəti ilə bağlanan nigah

Adət-ənənə ilə edilən nigah

(qeyri-rəsmi)



Siğə

1

Müddət

Müddətsiz

Müddətsiz

Müddətsiz

Müddətsiz

Müddət qoyulur hətta bir dəfə cinsi əlaqəyə girməklə də müəyyən edilə bilər.

Zurara rəvayət edir ki, bir dəfə İmamdan soruşdum: Kişi qadınla qısa müddətə siğə edə bilərmi? O dedi: “Xeyir, lakin bir və ya iki dəfə cinsi əlaqəyə girməklə və yaxud bir-iki günlük siğə edə bilər” (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 459)



2

Talaq

(boşama)



Boşanma var

Boşanma var

Boşanma var

Boşanma var

Boşanma yoxdur

Əbu Cəfərdən rəvayət olunur ki, o demişdir: “Siğə edilən qadınla boşanma olmur” (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 451)



3

Vəli

(qız atasının və ya qardaşının izni)



Vəlinin olması şərtdir

Vəlinin olması şərtdir

Vəlinin olması şərtdir

Vəlinin olması şərtdir

Vəlinin olması şərt deyil

Əbu Abdullah demişdir: “Bakirə qızın razılığı varsa atasının izni olmadan evlənə (siğə edə) bilər” (Mustədrak əl-Vəsəil kitabı, 4-cü cild, səh. 459)



4

Zövcələrin sayı

Dörddən artıq olmaz

Dörddən artıq olmaz

Dörddən artıq olmaz

Dörddən artıq olmaz

1000-ə qədər icazəlidir

Əbu Abdullah demişdir: “İstəsən onlardan (qadınlardan) mini ilə siğə et, həqiqətən onlar icarəyə götürülmüş qadınlardır” (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 452)



5

Şahidlərin olması

Şahidlərin olması şərtdir

Şahidlərin olması şərtdir

Şahidlərin olması şərtdir

Şahidlərin olması şərtdir

Şahidlərin olması şərt deyil

Əbu Abdullah demişdir: “Onlarla (qadınlarla) istədiyin kimi vəli (ata və ya qardaşın izni) və şahidlər olmadan siğə edə bilərsən” (əl-Vəsəil kitabı, 21-ci cild, səh. 64)



6

Evlilik

sayılması

Evlilik sayılır

Evlilik sayılır

Evlilik sayılır

Evlilik sayılır

Evlilik sayılmır

Musa əl-Kazımdan soruşdular: “Yanında siğə etdiyi qadın olan kişi evli sayılırmı?” O dedi: “Evlilik daimi yanında olana aiddir” (Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 28-ci cild, səh. 69)



7

Təsdiqlən-məsi

Təsdiqlənir

Təsdiqlənir

Təsdiqlənir

Dövlət tərəfindən təsdiqlənmir

Təsdiqlənmir

Musa ibn Cəfərdən soruşdular: “Qadın sübutsuz-dəlilsiz siğə edilə bilərmi?” O dedi: “Əgər hər ikisi müsəlman və etibarlıdırlarsa olar” (Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 21-ci cild, səh. 65)



8

Davamiyyətli olması

Davamiyyətlidir

Davamiyyətlidir

Davamiyyətli deyil

Davamiyyətlidir

Davamiyyətli deyil

Çünki müvəqqətidir.



9

Qadının evlə təmin olunması

Qadın evlə təmin olunur

Qadın evlə təmin olunur. Yalnız əgər özü imtina edərsə, yenə də bu onun haqqı olaraq qalır.

Qadın evlə təmin olunur

Qadın evlə təmin olunur

Qadın evlə təmin olunmur

Bu səbəbdən bir cinsi əlaqə üçün də siğə etmək olar



10

Ədalətli davranmaq

Arvadlar arasında ədalətli olmaq şərtdir

Arvadlar arasında ədalətli olmaq şərtdir. Yalnız əgər qadın özü imtina edərsə.

Arvadlar arasında ədalətli olmaq şərtdir

Arvadlar arasında ədalətli olmaq şərtdir

Arvadlarla onlar arasında ədalətli olmaq şərt deyil

Çünki siğə edilmiş qadın icarəyə götürülmüş qadındır, heç bir haqqı yoxdur.



11

Ailə qurulması

Ailə qurmaq məqsədi güdür

Ailə qurmaq məqsədi güdür

Ailə qurmaq məqsədi güdülmür

Ailə qurmaq məqsədi güdür

Ailə qurmaq məqsədi güdülmür

Çünki siğə etməkdə məqsəd nigah adı ilə cinsi ehtirası ödəməkdir.



12

Mehr

Mehr vermək vacibdir

Mehr vermək vacibdir

Mehr vermək vacibdir

Mehr vermək vacibdir

Muzd haqqı verilir

Əbu Abdullah deyir: “Həqiqətən onlar (siğə edilən qadınlar) icarəyə götürülmüş qadınlardır” (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 452)



13

Mehr haqqı

Nigah bağlanmaqla mehr qadının haqqı olur

Nigah bağlanmaqla mehr qadının haqqı olur

Nigah bağlanmaqla mehr qadının haqqı olur

Nigah bağlanmaqla mehr qadının haqqı olur

Cinsi əlaqədə iştirak etməsə ona müəyyən edilmiş haqqdan kəsilir. Haqqı yubadılır.

Əbu Abdullah demişdir: “Heyz günləri istisna olmaqla qadın kişinin haqqını ödəməyənə qədər siğə haqqı gecikdirilir (əskildilir)” (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 461)



14

İddə (gözləmə) müddətində xərclərin ödənməsi

Boşandıqda qadının iddə (gözləmə) müddəti bitənə qədər xərcləri ödənilir

Boşandıqda qadının iddə (gözləmə) müddəti bitənə qədər xərcləri ödənilir

Boşandıqda qadının iddə (gözləmə) müddəti bitənə qədər xərcləri ödənilir

Boşandıqda qadının iddə (gözləmə) müddəti bitənə qədər xərcləri ödənilir

Ayrıldıqda qadının iddə (gözləmə) müddəti bitənə qədər xərcləri ödənilmir

Əbu Abdullah demişdir: “Siğəlik qadının iddə (gözləmə) müddəti ərzində ona heç bir xərc çəkilmir” (Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 21-ci cild, səh. 79)



15

Boşandıq-dan sonra iddə (gözləmə) müddəti

Boşandıqdan sonra iddə (gözləmə) müddəti üç heyz və ya üç aydır

Boşandıqdan sonra iddə (gözləmə) müddəti üç heyz və ya üç aydır

Boşandıqdan sonra iddə (gözləmə) müddəti üç heyz və ya üç aydır

Boşandıqdan sonra iddə (gözləmə) müddəti üç heyz və ya üç aydır

Ayrıldıqdan sonra iddə (gözləmə) müddəti iki heyz və ya 45 gündür

Əbu Cəfər demişdir: “Siğəlik qadının iddə (gözləmə) müddəti 45 gün və ya iki heyzdir” (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 458)



16

Əri ölmüş qadının iddə (gözləmə) müddəti

Əri öldükdə iddə (gözləmə) müddətini başa vurur

Əri öldükdə iddə (gözləmə) müddətini başa vurur

Əri öldükdə iddə (gözləmə) müddətini başa vurur

Əri öldükdə iddə (gözləmə) müddətini başa vurur

Siğə olunduğu kişi ölsə iddə (gözləmə) müddətini gözləmir

Əbu Abdullah siğə edilmiş qadın barədə demişdir: “(Siğə edilən qadın) iddə gözləmir” (Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 21-ci cild, səh. 79)



17

(Üç dəfə) Boşanmış qadının ərinə halal olması

Üç dəfə boşanmış qadını birinci ərinə hala edir

Üç dəfə boşanmış qadını birinci ərinə hala edir

Üç dəfə doşanmış qadını birinci ərinə hala edir

Üç dəfə boşanmış qadını birinci ərinə hala edir

Üç dəfə boşanmış qadını siğə birinci ərinə halal etmir

əl-Baqirdən soruşurlar: Bir kişi arvadını üç dəfə boşayır, sonra başqa bir kişi o qadınla siğə edirsə bu qadln birinci ərinə halal olurmu? O: “Xeyir”-deyə cavab verir. (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 425)



18

Mirasa sahib olma

(Ər-arvaddan hər hansı biri öldükdə) biri digərinin mirasına sahib olur

(Ər-arvaddan hər hansı biri öldükdə) biri digərinin mirasına sahib olur

(Ər-arvaddan hər hansı biri öldükdə) biri digərinin mirasına sahib olur

(Ər-arvaddan hər hansı biri öldükdə) biri digərinin mirasına sahib olur

Heç biri digərinin mirasına sahib olmur

Əbu Cəfər demişdir: “Siğəlik qadın (kişi ölərsə) miras əldə etmir” (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 451)



19

Qadının dini inancı

Yalnız müsəlman və ya kitab əhlindən olan qadınla bağlanır

Yalnız müsəlman və ya kitab əhlindən olan qadınla bağlanır

Yalnız müsəlman və ya kitab əhlindən olan qadınla bağlanır

Yalnız müsəlman və ya kitab əhlindən olan qadınla bağlanır

Qadının dini şərt deyil, hətta məcusi (atəşpərəst) qadınla da olar

Əbu Abdullah demişdir: “Kişinin məcusi (atəşpərəst) qadınla siğə etməsində heç bir maneə yoxdur” (Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 21-ci cild, səh. 38)



20

Qadına aid şərtlər

Kişi qadının ərdə olmamasını əminliklə bilməyənə qədər onunla evlənmir

Kişi qadının ərdə olmamasını əminliklə bilməyənə qədər onunla evlənmir

Kişi qadının ərdə olmamasını əminliklə bilməyənə qədər onunla evlənmir

Kişi qadının ərdə olmamasını əminliklə bilməyənə qədər onunla evlənmir

Qadının ərdə olmamasını əminliklə bilmək şərt deyil

Meysər deyir: Əbu Abdullaha dedim: “Heç kəsin olmadığı səhrada bir qadınla rastlaşıram və ona: “Ərin varmı?”-deyə soruşuram. O da: “Xeyir”-deyirsə (bu qadınla siğə edə bilərəmmi)? O dedi: “Bəli, o özü-özünün doğru söylədiyini bildirdi” (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 462)



Rəfsəncani şəxsən etiraf etmişdir ki, İranda siğədən 250 000 atılmış uşaq var. (əş-Şira əş-Şiə jurnalı dördüncü ilin 684-cü sayı, səh. 4)

21

Zinakar qadınla evlənmək

Zinakar qadınla evlənə bilməz

Zinakar qadınla evlənə bilməz

Zinakar qadınla evlənə bilməz

Zinakar qadınla evlənə bilməz

Zinakar qadınla siğə edə bilər

İshaq ibn Cərir deyir: Əbu Abdullaha dedim: Bizdə Kufədə zinakarlığı ilə tanınan bir qadın var. Onunla siğə edə bilərəmmi? O dedi: “(Zinakarlığını bildirmək üçün qapısına) bayraq asıbmı?” Mən dedim: Əgər bayraq qaldırsa sultan tərəfindən həbs olunar. O dedi: “Hətta bayraq qaldırsa belə onunla siğə edə bilərsən” (Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 21-ci cild, səh. 29)



22

Qadının adlanması

Qadın zövcə adlanır

Qadın zövcə adlanır

Qadın zövcə adlanır

Qadın zövcə adlanır

Qadın “icarəyə götürülmüş” adlanır

Əbu Abdullah deyir: “İstəsən onlardan 1000-i ilə siğə et. Həqiqətən onlar (siğə edilən qadınlar) icarəyə götürülmüş qadınlardır” (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 452)



23

Cinsi əlaqədə olma

Qadın kişiyə cinsi əlaqədə olmamağı şərt qoya bilməz

Qadın kişiyə cinsi əlaqədə olmamağı şərt qoya bilməz

Qadın kişiyə cinsi əlaqədə olmamağı şərt qoya bilməz

Qadın kişiyə cinsi əlaqədə olmamağı şərt qoya bilməz

Cinsi əlaqədə olmamaq şərti ilə siğə etmək olar

Qadın kişiyə deyir: Əbu Abdullah deyir: “qadınlardır” (əl-Kuleyninin əl-Kəfi kitabı, 5-ci cild, səh. 452)



24

Südəmər uşağa şəhvətlə toxunmaq

Südəmər uşaqla nigah bağlanır, amma şəhvətlə toxunulmur

Südəmər uşaqla nigah bağlanır, amma şəhvətlə toxunulmur

Südəmər uşaqla nigah bağlanır, amma şəhvətlə toxunulmur

Südəmər uşaqla nigah bağlanır, amma şəhvətlə toxunulmur

Südəmər uşağa şəhvətlə toxuna bilər

Xomeyni deyir: “Uşağa şəhvətlə toxunmaq, qucaqlamaq və cinsiyyət orqanı budlarının arasına sürtmək olar hətta südəmər olsa belə” (Xomeyninin Təhrir əl-Vəsilə kitabı, 2-ci cild, səh. 241)



25

Zihar1

Zihar olunur

Zihar olunur

Zihar olunur

Zihar olunur

Zihar olunmur

Əbu Abdullah deyir: “Zihar talaq yerindədir.2 (Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 22-ci cild, səh. 336)



26

Lənətləşmə3

Lənətləşmə olur

Lənətləşmə olur

Lənətləşmə olur

Lənətləşmə olur

Lənətləşmə olmur

Əbu Abdullah deyir: “Kişi siğə etdiyi qadınla lənətləşmir.4 (Əl-Amilinin Vəsəil əş-Şiə kitabı, 22-ci cild, səh. 430)


Səbura əl-Cuhani (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) belə buyurdu: “Ey insanlar, mən sizə qadınlarla siğə etməyə izin vermişdim, artıq Uca Allah onu qiyamətə kimi haram etmişdir. Bu gün sizlərdən kiminsə yanında bu cür (Mut`ə nikahlı) qadın varsa, onu buraxsın və ona verdiyiniz şeylərdən heç nəyi götürməsin.” (Muslim rəvayət etmişdir. 4-cü cild, səh. 134)

Möminlərin əmiri Ömər ibn əl-Xattab (Allah ondan razı olsun!) da Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) qadağasına isnad edərək siğəni qadağan etmişdir. Abdullah ibn Ömər (Allah onlardan razı olsun!) deyir: Ömər ibn əl-Xattab (Allah ondan razı olsun!) xəlifə seçildikdə insanlara xütbə verdi və dedi: “Allah Elçisi bizə üç dəfə Mut`ə nikahını (siğəni) izin verdi sonra haram etdi. Allaha and olsun ki, dörd şahid gətirib Peyğəmbərin onu (siğəni) haram etdikdən sonra halal etdiyini şəhadət gətirən istisna olmaqla kiminsə evli ola-ola siğə etdiyini bilsəm daşqalaq edəcəm”. İbn Məca rəvayət etmişdir, həsən hədisdir. (Şeyx əl-Albaninin “Səhih Sünən İbn Məca” kitabı, 2-ci cild, səh. 154)
Qeyd etdiyimiz müqayisədən aşağıdakılar aydın olur:


  1. Adət-ənənə ilə edilən nigah (qeyri-rəsmi): dövlət tərəfindən qeydiyyata alınmayan nigahdır.

  2. Misyar nigahı: qadının öz razılığı ilə ev, maddi tələbat və kişinin yanında qalması kimi bəzi haqqlarından keçməsidir.

  3. Boşanma niyyəti ilə bağlanan nigah: kişi evlənərkən qadının xəbəri olmadan bir müddət sonra boşanacağını niyyət etməsidir.

  4. Siğə nigahı şəriət nigahından (26) məsələdə fərqlənir. Bu səbəbdən siğə nigahı haramdır və şəriətə uyğun nigahların sırasına aid edilə bilməz.

Müəllif: Osman ibn Muhəmməd əl-Xamis




1 Zihar – kişinin öz həyat yoldaşını anasına bənzədərək onu özünə haram etməsidir. Bu barədə əl-Mucadilə surəsinin 2-3 ayələrində bildirilir. (Tərcüməçi)

2 Yuxarıda qeyd olundu ki, siğə edilən qadın talaq olunmur. Demək zihar da olunmur. (Tərcüməçi)

3 Lənətləşmə - Kişinin öz arvadını zina etməkdə ittiham edib dediyinə şahidi olmamasına, əvəzində isə hər ikisinin and içib yalançıya lənət oxumalarına deyilir. Necə ki, bu barədə ən-Nur surəsinin əvvəl ayələrində bildirilir.

4 Yuxarıda qeyd olundu ki, siğə edilən qadın talaq olunmur. Demək zihar da olunmur. (Tərcüməçi)

Yüklə 85,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə