Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə1/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
  1   2   3   4   5   6   7   8   9   ...   157


 

 



downloaded from KitabYurdu.org


 

Den BRAUN 



CƏHƏNNƏM 

CƏHƏNNƏM 

“Mütləq ki, axtaran tapar” 

Harvardın  görkəmli  simvoloqisti  Robert  Lenqdon 

xəstəxanada  ayılanda  bu  sözlər  qulaqlarında  səslənirdi. 

Harada  olduğunu,  bura  necə  gəldiyini  anlamırdı. 

Şeylərinin  arasından çıxan  qəribə  əşyanın  da bura necə 

düşdüyündən xəbəri yox idi. 

Ölümlə  hədələnən  Lenqdon  gənc  həkim  Sienna 

Bruksla  Florensiya  şəhərində  təhlükəli  təqiblərə  məruz 

qalır. Yalnız Lenqdonun tarixin gizli keçidləri və qədim 

sirlərdən  xəbərdar  olması  onları  naməlum  təqibçilərin 

pəncəsindən qurtara bilər. 

Dantenin  sirli  və  möhtəşəm  şah  əsəri  olan  “İlahi 

komediya”dan bir neçə sətir onlara renessans dövrünün 

məşhur  abidələri,  rəsmləri  və  tikililərində  gizlənmiş 

kodlar  zəncirini  aça  bilmək  üçün  yol  göstərəcəkdir.  Bu 

tapmacanın  cavabları  ilə  onlar  bəlkə  dünyanı  dəhşətli 

təhlükədən xilas edə bilərlər. 

Dünya klassik ədəbiyyatının ən əzəmətli əsərlərindən 

sayılan  Cəhənnəm-dən  qaynaqlanaraq  yazılan  bu  kitab 

Den Braunun ən mükəmməl romanı hesab edilir. Misilsiz 

məzmunu  kitabın  ilk  səhifəsini  açdığınız  andan  onu 

downloaded from KitabYurdu.org




 

bağlayanadək sizi ondan ayrılmağa qoymayacaqdır. 



This edition was published by arrangement with Sanford 

J.Greenburger Associates

Inc. Andrew Nurnberg Associates Baltic 

Dan BROWN 

INFERNO 

Bakı, Qanun Nəşriyyatı, 2014 

İngiliscədən tərcümə: Əfsanə Nurəli Həmzəyeva 

Redaktor: Nüşabə Hüseynli 

Korrektorlar: Gülnar Elşənqızı 

Ceyran Abbasova 

Qanun Nəşriyyatı 

Bakı, AZ 1102, Tbilisi pros., 76 

Tel: (+99412) 431-16-62; 431-38-18 

Mobil: (+994 55) 212 42 37 

e-mail: 

info@qanun.az

 

www.qanun.az



 

ISBN 9789952268447 

© Qanun Nəşriyyatı, 2014 

© Dan Brown, 2013 

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım 

hüquqları  Qanun  Nəşriyyatına  məxsusdur.  Kitabın 

təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli 

hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu 

downloaded from KitabYurdu.org



 

»na ziddir. 



VALIDEYNLƏRIMƏ HƏSR EDIRƏM 

... 


Cəhənnəmdəki ən qaranlıq yerlər mənəvi böhran zamanı 

biganə qalanlar üçün hazırlanmışdır. 

Fakt: 

Əsərdə  təsvir  olunan  bütün  incəsənət  nümunələri, 



ədəbiyyat, elmi və tarixi istinadlar gerçəkdir. 

“Konsorsium”  (“The  Consortium”)  -  yeddi  ölkədə 

ofisləri  yerləşən  özəl  təşkilatdır.  Təhlükəsizlik  və 

məxfilik baxımından adı dəyişdirilmişdir. 

Cəhənnəm  -  Dante  Aliqierinin  şah  əsəri  olan  “İlahi 

komediya”da  təsvir  edilən  yeraltı  dünyadır.  Elə  bir 

məkan  ki  həyat  və  ölüm  arasında  çırpınan  kölgələr  - 

bədənsiz qəlblər oranın sakinləridir. 

Proloq 

Mən bir KÖLGƏYƏM 



Bədbəxt şəhərdən uzaqlaşıram. 

Əbədi kədərdən uçub ayrılıram. 

Arno  çayının  sahili  boyunca  zorla  qaçıram, 

təngnəfəs...  Via  dei  Castellaniyə  san  -  sola  dönürəm, 

yolumu  şimala  tərəf  salıram,  Uffizinin  kölgəsinə 

qısılıram. 

Və onlar hələ də məni təqib edirlər. 

Qəti  qərar  veribmiş  kimi  ayaqlarını  yerə  çırparaq 

downloaded from KitabYurdu.org



 

addımlayırlar.  Onlar  addımladıqca  ayaq  səslərini  daha 



yaxından eşidirəm. 

Onlar məni illər boyu izləyiblər. Varlıqları məni yerin 

altına  məhkum  edib...  əzab  içində  yaşamağa  məcbur 

edib...  qaranlıqlar  dünyasındakı  əjdahalar  kimi  yer 

altında hamballıq etməyə sürükləyib. 

Mən KÖLGƏYƏM. 

Burada  -  yerin  üstündə  baxışlanm  şimala  doğru 

uzanır, lakin mən xilas olmaq üçün düzgün yolu görmək 

iqtidarında deyiləm... Apenin dağlarının üzərinə sübhün 

ilk qızartısı ləkə salır. 

Mazğallı  damı  və  bir  tərəfdə  saatı  olan  binanın 

arxasından  keçirəm...  Piazza  di  San  Firenzedə  sübhdən 

işə  başlayan  kobud  səsli,  lampredottoı  və  qızardılmış 

zeytun iyi verən, satıcıların yanından ötürəm. Bargellonu 

keçməmiş  qərbə  -  Badia  təpəsinə  tərəf  dönürəm  və 

pilləkənlərə açılan dəmir qapı ilə üz-üzə dayanıram. 

Keçirdiyim bütün tərəddüdlər burada bitməlidir. 

Qapının  dəstəyini  burub  geriyə  dönüşü  olmayacaq 

keçidə sarı addım atıram. Keyimiş ayaqlarımı güclə dar 

pilləkənlər  boyu  yuxarı  qaldırıram...  yeyilmiş  və 

uçulmuş, yumşaq mərmər pillələr göyə doğru spiral kimi 

burulur. 

Aşağıdan səslər eşidilir. Yalvarışlar. 

downloaded from KitabYurdu.org




 

Onlar mənim arxamdadır, dayanmadan yaxınlaşırlar. 



Onlar nə yaşanacaqlan... nə də onlar üçün etdiklərimi 

anlamırlar! 

Qədirbilməz torpaq! 

Yuxan  dırmaşdıqca  görmək  çətinləşir...  şıdırğı  yağış 

altında  əyilmiş  bədənlər  sürətlə  hərəkət  edir,  acgöz 

qəlblər  nəcis  içində  üzür,  hiyləgər  canilər  şeytanın  əli 

altında donub qalıblar. 

Son pillələri qalxdıqca sübhün soyuq havasını udaraq 

səndirləyirəm.  Hündür  divara  sarı  qaçıram.  Divardakı 

dəliklərdən  baxmağa  başlayıram.  Lap  aşağıda  məni 

sürgün  edənlərdən  canımı  qurtarıb  qaçdığım  şəhər 

görünür. 

Səslər  məni  çağmr,  daha  da  yaxınlaşırlar:  “Sənin 

etdiyin dəlilikdir!” 

Dəlilikdən dəlilik doğar. 

“Allah  eşqinə”,  -  onlar  qışqırırlar,  -  “onu  harada 

gizlətdiyini söylə!” 

Elə Allah eşqinə deməyəcəyəm! Soyuq daşa söykənib 

narahat dayanmışam. Gözlərini təmiz və yaşıl gözlərimə 

zilləyiblər.  Artıq  gözlərindəki  ifadə  dəyişir;  daha  məni 

çağırmırlar  -  hədələyirlər.  “Sən  bizim  üsullarımızdan 

xəbərdarsan.  Onun  harada  olduğunu  səndən  öyrənə 

bilərik”. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə