Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə21/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   17   18   19   20   21   22   23   24   ...   157

99 

 

qoymuşdu və bu tapşırıq bitdikdən sonra onun xidmətdən 



uzaqlaşdırılacağına  baxmayaraq,  rəisin  hələ  də  ona 

ehtiyacı var idi. 

Yaxşısı budur ki, yaratdığı bu qarmaqarışıqlığı özü də 

yoluna qoysun. 

Arxasında  sürətli  addım  səsləri  eşitdi.  Rəis  çevrilib 

qadın koordinatorlardan birinin təlaşla ona yaxınlaşdığını 

gördü. 

“Cənab?”, - koordinator təngnəfəs halda dedi. “Bizdə 



yeni məlumat var”. Qadının səsinin sərtliyi sanki səhərin 

havasını  kəsirdi.  “Robert  Lenqdon  Harvard  e-mail 

hesabına açıq IP ünvandan daxil olub”. O,  susub rəisin 

gözlərinə baxdı. “Lenqdonun dəqiq  yerini  artıq  izləmək 

mümkündür”. 

Lenqdon  kimdirsə,  onun  bu  qədər  axmaq  olduğuna 

təəccüblənmişdi. Deməli, bu hər şeyi dəyişir. O, qollarını 

sinəsində  çarpazlayaraq  gözlərini  sahil  xəttinə  dikdi. 

Olanları  fikirləşirdi.  “MHD  dəstəsinin  durumundan 

xəbərdanqmı?” 

“Bəli,  cənab.  Lenqdonun  olduğu  mövqedən  üç 

kilometrlik məsafədə”. 

Qərar vermək üçün rəisə cəmi bir saniyə lazım idi. 

15 


fəsil 

“L’INFERNO  DI  DANTE”,  -  Sienna  pıçıldadı. 

downloaded from KitabYurdu.org



100 

 

Mətbəxinin divarında əks olunan yeraltı dünyanın çılpaq 



simasına  heyranlıqla  baxırdı.  Qeyri-ixtiyari  divara  tərəf 

addımladı. 

“Dantenin  cəhənnəmlə  bağlı  təsəvvürü”,  -  Lenqdon 

fikirləşdi, - “burada canlı-canlı əks olunub”. 

Dünya  ədəbiyyatının  ən  görkəmli  əsərlərindən  biri 

olan  “Infemo”  Dante  Alqiyerinin  14  min  233  sətirlik 

“İlahi komediya” poemasının üç hissəsindən - “Inferno”, 

“Purgatorio”  və  “Paradiso”  -  ən  çox  oxunanı  və 

yaddaqalanıdır. 

Poema  Dantenin  yeraltı  dünyaya  səyahətindən  bəhs 

edir.  Dözülməz  cəhənnəm  əzablarından  başlayaraq, 

durulub cənnətə gedən yol təsvir olunur. 

Dante  Alqiyerinin  1300-cü  illərin  əvvəllərində 

yazdığı  poema  orta  əsr  günah  anlamının,  bir  növ, 

təyinedicisi idi. Cəhənnəm məfhumu buna qədər kütlələri 

belə  maraqlandırmamışdı.  Qəfildən  Dantenin  əsəri 

cəhənnəmin 

abstrakt  anlayışını  aydın  və  qorxunc  mənzərə  ilə 

əvəzləmişdi  -  dözülməz,  aşkar  və  unudulmaz.  Heç 

təəccüblü  deyil  ki,  poemanın  çapından  sonra  katolik 

kilsəsi  Dantenin  təsvir  etdiyi  yeraltı  dünyadan  uzaq 

olmaq  istəyən  nigaran  günahkarların  məbədə  axınından 

xoşhallanmışdı. 

downloaded from KitabYurdu.org




101 

 

Dantenin yeraltı əzab qatlarını qıf şəkilində qurduğu 



cəhənnəmin  qorxunc  təsvirini  Botiçelli  rəsmə  çevirir. 

Yeraltı dünyanın alov, kükürd, çirkab və qulyabanılarla 

dolu  mərtəbələri  və  ən  aşağıda  -  özəkdə  şeytanın  özü. 

Cəhənnəmin doqquz çevrəsinə uyğun olaraq, mənzərə də 

doqquz qatdan ibarətdir. Hər bir qatda işlətdiyi günahın 

dərəcəsinə  əsasən  günahkarlar  təsvir  ediliblər.  Yuxanya 

yaxın hissədə şəhvətpərəst və ya “ehtirasının əsirləri” öz 

nəfsinə  sahib  çıxa  bilməməyin  rəmzi  olaraq  əbədi 

fırtınaya məhkum olublar. 

Onlardan  aşağıda  tamahkar  insanlar  kanalizasiya 

çirkabı  içində  üzü  üstə  uzanmağa  məcbur  ediliblər. 

Ağızları isə öz nəcisləri ilə doludur. Daha bir qat aşağıda 

əbədi  yanğınla  lənətlənmişlər,  alovdan  işaran  tabutlar 

içində kafirlər təsvir 

olunub. Bu, lap  aşağıyadək  davam  edir... getdikcə  daha 

da pisləşir. 

Çap  olunduqdan  sonrakı  yeddi  əsr  ərzində  Dantenin 

cəhənnəm təsviri yazarlar, tərcüməçilər və tarixin bir çox 

yaradıcı  simalan  üçün  mövzu  qaynağı  olur.  Lonqfello 

(Longfellow), Çauçer (Chaucer), Marks (Marx), Milton, 

Balzak  (Balzac),  Borxes  (Borges)  və  bir  neçə  papa 

Dantenin “Infemo”su əsasında əsərlər yaratmışlar. 

Monteverdi,  Lizst,  Vaqner  (Wagner),  Çaykovski 

downloaded from KitabYurdu.org




102 

 

(Tchaikovsky)  və  Puçini  (Puccini)  Dantenin  əsərindən 



ilhamlanaraq 

musiqi 


bəstələmişlər. 

Lenqdonun 

müasirlərdən  sevimli  sənətçisi  olan  Lorena  Makennit 

(Loreena  McKennitt)  də  “İnferno”dan  qaynaqlanan  bir 

musiqi parçası ifa etmişdi. Hətta çağdaş dövrün müxtəlif 

video oyunları və İpad tətbiqi proqramlannda da  Dante 

ilə əlaqəli sonsuz təkliflər vardır. 

Bu məşhur italyan zəkasının zəngin simvol dünyasını 

tələbələri  ilə  bölüşməkdən  zövq  alan  Lenqdon  hərdən 

Dante  və  əsrlər  boyu  ondan  ilhamlanan  digər  dühalann 

əsərlərində 

təkrarlanmış 

surətlər 

mövzusunda 

mühazirələr deyərdi. 

“Robert”, - Sienna divardakı əksə yaxınlaşaraq dedi. 

“Bura  bax!”  O,  qıfşəkilli  cəhənnəmin  dibinə  yaxın 

hissəyə işarə etdi. 

Onun işarə etdiyi hissə “Malebolge” adı ilə tanınırdı, 

mənası  “şeytan  arxlan”dır.  O,  səkkizinci  və  ya  axırdan 

ikinci halqadır və on bərabər xəndəyə bölünüb. Hər biri 

müxtəlif cür yalanı əks etdirir. 

Sienna  bir  az  da  həyəcanla  barmağını  oraya  uzatdı. 

“Bax!  Sən  yuxuda  bunu  gördüyünü  söylədin,  elə 

deyilmi?” 

Lenqdon gözünü qıyıb Sienna göstərən yerə baxsa da, 

heç nə görmədi. Kiçik proyektorun gücü tükənir və şəkil 

downloaded from KitabYurdu.org




103 

 

itməyə başlayırdı. O, yenidən aləti yellətdi, parlaqlıq geri 



qayıtdı. 

Sonra  isə  Lenqdon  divardan  uzaqlaşdı,  mənzərəni 

divarda  daha  aydın  görsün  deyə.  Proyektoru  kiçik 

mətbəxdəki  dolabın  üstünə  qoyub  Siennaya  yaxınlaşdı. 

Bir az yana çəkilib diqqətlə əksə baxmağa başladı. 

Sienna  yenə  barmağı  ilə  cəhənnəmin  səkkizinci 

halqasına  işarə  etdi.  “Bax.  Özün  demədin  ki, 

qarabasmalannda  yerdən  çıxan  və  üzərinə  “R”  hərfi 

döyülmüş  ayaqlar  görürdün?”  O, divardakı  eyni təsvirə 

toxundu. “Bu da eynisi!” 

Lenqdonun  az  qala,  əzbər  bildiyi  “Malebolge”-nin 

onuncu  xəndəyində  bədənləri  yerə  basdırılıb  ayaqları 

havada qalan günahkarlar təsvir olunub. 

Lakin  qəribəsi  bu  idi  ki,  indi  bir  cüt  ayağın  üzərinə 

palçıqla “R” hərfi yazılmışdı. Eynilə Lenqdonun gözünə 

göründüyü kimi. 

İlahi!  Lenqdon  bu  kiçik  detala  bir  az  da  yaxından 

baxmağa  başladı.  “Bu  “R”  hərfi...  dəqiq  Botiçellinin 

orijinalında yoxdur!” 

“Başqa hərf də var”, - Sienna işarə edərək dedi. 

Lenqdon  onun  barmağının  tuşlandığı  yerə  - 

“Malebolge”dəki on xəndəkdən birinə baxdı. Başı tərsinə 

qoyulmuş  yalançı  peyğəmbərin  üzərinə  “B”  hərfi 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə