171
etməyə?”
“Qətiyyən”. Səsində bir nəvaziş hiss olundu. “Sizi
bura işbirliyi üçün dəvət etmişəm. İnsan artımının
səhiyyə problemi olduğunu düşünmədiyinizə qəti şübhə
etmirəm. Qorxduğum yalnız bir şeydir. Bunun insanlığa
dərin təsirinə inanmayacağmızdan narahatam.
Heç zaman oğurluq etməyənlər belə, artımın gətirdiyi
mənəvi yük altında ailələrini dolandırmaq üçün əyri yola
əl atacaqlar. Dantenin hesab etdiyi ən pis günahlar -
acgözlük,
tamahkarlıq, xəyanət, qətl və sair - şəxsi rahatlığımızdan
rişələnərək sıza-sıza aramızda... yayılmağa başlayacaq.
Biz yaşam uğrunda başlanacaq savaşla üz-üzəyik”.
“Mən bioloqam. Mən həyatı xilas edirəm... qəlbləri
yox”.
“Əmin olun ki, qarşıdakı illərdə həyat xilas etmək də
müşkülə çevriləcək. Artım təkcə mənəvi pozğunluğa
səbəb olmur. Makiavellinin bir misrası var...”
“Hə”, - həkim onun sözünü kəsdi. Məşhur deyimi
əzbərdən dedi. - “Yer üzünün hər bir qəsəbəsinin
sakinləri harada olduqlarını anlamayıb başqa yerə köçə
bilməyəcəkləri qədər artdıqlarını qavradıqları an, dünya
özü-özünü təmizləyəcəkdir”. - O, diqqətlə kişiyə baxdı. -
“ÜST-nin hər bir üzvü bu deyimi bilir”.
downloaded from KitabYurdu.org
172
“Yaxşı, deməli, Mariavellinin epidemiyaların
dünyanın təbii özünütəmizləmə olduğunu söyləməsindən
də - xəbərdarsınız”.
“Doğrudur və çıxışımda da vurğuladığım kimi biz
hamımız insan sıxlığı və geniş yayılan epidemiyalar
arasında qarşılıqlı əlaqə olduğunu yaxşı bilirik.
Amma biz dayanmadan aşkarlama və müalicə üsulları
axtarmaqla
məşğuluq.
ÜST hələ də gələcək
pandemiyalann qarşısını ala biləcəyinə əmindir”.
“Yazıq”.
Elizabet çaşqın nəzərlərlə baxdı. “Başa düşmədim?!”
“Dr. Sinskey”, - kişi qəribə gülüşlə dedi, - “siz elə
danışırsınız ki, sanki epidemiyaları idarə etmək yaxşı bir
işdir”.
Həkim dinməz-söyləməz ona baxırdı.
“Çox gözəl anlayırsınız”, - arıq kişi işə xitam verən
müvəkkil kimi qətiyyətlə dedi.
“Ümumdünya Səhiyyə Təşkilatının önə çıxara
biləcəyi ən yaxşı insanla - ÜST-nin başçısı ilə üz-üzə
dayanmışam. Diqqətlə düşünsəniz vahiməli səsləndiyini
görəcəksiniz.
Sizə
yaxınlaşmaqda
olan
bəlanı
göstərdim”.
O, ekrandakı əksi dəyişib əvvəlkinə qayıtdı. “Mən
diqqətdən kənarda qalan insan artımını sizin yadınıza
downloaded from KitabYurdu.org
173
saldım”. O, kiçik kağız qalağına işarə etdi. “Mən sizin
üçün mənəvi böhranın bir addımlığında olduğumuzu
aydınlaşdırdım”. O dayandı və düz həkimə tərəf çevrildi.
“Və sizin mənə cavabınız?
Afrikada pulsuz qoruyucular paylamaq!” Kişi istehza ilə
güldü. “Bu yaxınlaşan asteroidə raket atmağa bənzəyir.
Saatlı bomba artıq dayanmışdır. O, artıq partlamışdır.
İndi əsaslı hesablamalar və ali riyaziyyat olmadan sizin
Allahınıza çevriləcəkdir... və “O” çox qisasçı Allahdır.
O, Dantenin cəhənnəm təsvirini sizə - birbaş Park
prospektinə gətirəcəkdir - öz nəcisi içində vurnuxan
kütlələr. Təbiətin özü tərəfindən bəstələnmiş şərqi”.
“Elə bu?”, - Elizabet sərt şəkildə dedi. “Yaxşı, onda
deyin görək, sizin nəzərinizcə, ideal say nə qədər
olmalıdır? Bəşəriyyətin artımını dayandırmalı olduğu
sehrli rəqəm - hansıdır?”
Hündür kişi gülümsədi. Sualı dəyərləndirdiyi hiss
olunurdu. “İstənilən ekoloji bioloqist və ya statist
bəşəriyyətin uzun müddət var olması üçün ideal rəqəmin
dörd milyard olduğunu təsdiqləyər”.
“Dörd milyard?” - Elizabet qəzəblə soruşdu. “Biz indi
yeddi milyardıq. Artıq gecdir”.
Hündür kişinin gözləri alov kimi parladı.
“Doğrudanmı?”
downloaded from KitabYurdu.org
174
23
fəsil
Robert Lenqdon Boboli bağlarının şimal tərəfindən
çəpəri aşıb yumşaq torpağa düşdü. Sienna da onun
yanma. Üstünü təmizlədi və ətrafa göz gəzdirməyə
başladı.
Onlar mamır və qıjı ilə dolu talada idilər. Palazzo Pitti
burdan görünmürdü. Lenqdon sarayın onlardan kiminsə
bağa girməyəcəyi qədər uzaqda olduğunu bilirdi.
Xoşbəxtlikdən, bağda işçi və ya turist yox idi.
Lenqdon üzüaşağı meşəyə doğru uzanan daş cığıra
baxdı. Cığırın ağaclarla birləşdiyi yerdə mərmər heykəl
var idi. Lenqdon heç də təəccüblənmədi. Boboli bağları
Nikkolo Tribolo, Giorgio Vasari və ıııar-lıq kətan
üzərində əsər yaratmış Bernardo Buontalenti kimi adların
fərqli zövqləri ilə - bəzənmişdi.
“Şimal-şərqə tərəf getsək, saraya çatarıq”, - Lenqdon
cığıra işarə edərək dedi.
“Orada turistlərə qanşıb nəzərə çarpmadan aradan
çıxa bilərik. Yəqin ki, saray saat doqquzda açılır”.
Lenqdon qolunu qaldırıb biləyindəki saata baxmaq
istəsə də, Micky Mouse saatının yeri boş idi. Saatının da
paltarları ilə birgə xəstəxanada qalıb-qalmadığm və nə
vaxtsa onu geri qaytara biləcəyini düşündü.
Sienna cəsarətlə irəliyə doğru addım atdı. “Robert,
downloaded from KitabYurdu.org
175
mənə bir şey maraqlıdır. Hara getdiyimizi bilmək
istəyirəm. Orada nə qərara gəldin? Malebolge? Sıranın
pozulduğun dedin axı”.
Lenqdon qarşıdakı meşəyə işarə etdi: “Gəl, əvvəl
gözdən uzaqlaşaq”.
Onlar aşağıya doğru getməyə başladılar. Cığır
boşluğa san - landşaft memarlığında buna “otaq” deyilir -
qıvrıldı. Burada süni budaqlardan hazırlanmış bir neçə
skamya və balaca fəvvarə var idi. Hava daha sərin idi.
Lenqdon proyektoru cibindən çıxarıb silkələməyə
başladı. “Sienna, bu rəqəmsal rəsmi düzəldən şəxs təkcə
günahkarların üzərinə hərflər əlavə etməyib, həm də
günahlann ardıcıllığını dəyişib”. O, skamyanın üstünə
çıxdı və proyektoru ayağı tərəfə
tutdu. Botiçellinin Mappa dell’Infemo-su Siennanın
yanındakı skamyanın üzərində zəif şəkildə canlandı.
Lenqdon qıfın dibindəki hissəyə işarə etdi.
“Malebolgenin xəndəklərindəki hərflərə bax”.
Sienna onun dediyi səmtə baxıb ucadan oxudu.
“Catrovacer”.
“Doğrudur. Heç bir anlam vermir”.
“Amma sən elə başa düşdün ki, xəndəklərin yeri
dəyişdirilib, elə deyilmi?”
“Əslində, daha asan. Bu qatları on oyun kartı taxtası
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |