233
çalışsanız, bunu da öyrənəcəyik. Əlimizdən heç bir yerə
qaça bilməyəcəksiniz”.
Kişi bir neçə dəqiqə gərgin sükut içində dayandı.
Sanki hər an telefonu qadının əlindən ala bilərdi. Nəhayət
ki, simasındakı ifadə yumşaldı və gülümsədi.
“Deməli, rəqsimiz başladı”.
24 Amerika Xəstəliklərə Nəzarət Mərkəzi
32
fəsil
I CORRIDOIO VASARIANO - Vasari dəhlizi - 1564-cü
ildə Mediçi nəslindən olan I hersoq Kozimonun əmri ilə
Giorgio Vasari tərəfindən tikilmişdir. Məqsəd hersoqun
Pitti sarayındakı evindən Arno çayı sahilində yerləşən
Palazzo Vecchiodakı inzibati evə təhlükəsiz keçidi idi.
Vatikanın məşhur Passettosu kimi Vasari dəhlizi də
önəmli və gizli keçid idi. Boboli bağlarının şərq
küncündən başlayaraq köhnə sarayın içinədək, təxminən,
bir kilometr uzanırdı. Ponto Vecchionu kəsib Uffizi
qalereyasını geridə qoyurdu.
Elə indi də Vasari dəhlizi təhlükəsiz keçid rolunu
oynayır, lakin Mediçi zadəganları üçün deyil, incəsənət
nümunələri üçün. Onun enli və möhkəm divarları sonsuz
sayda nadir rəsmlər evidir - dünyaca şöhrətli Uffizi
qalereyasına sığmayan əsərlər bura yerləşdirilib.
Lenqdon bir neçə il əvvəl bura özəl istirahət turu
downloaded from KitabYurdu.org
234
sayəsində baş çəkmişdi. Həmin gün o, dəhlizdəki misilsiz
əsərlərin
qarşısında dayana-dayana hamısını seyr etmişdi. Burada
dünyanın ən böyük ölçülü avtoportretləri də yer almışdı.
O, həmçinin bir neçə dəfə dəhlizin pəncərə əvəzi
çıxışlarından boylanıb nə qədər məsafə qət etdiklərini
müəyyən etməyə çalışmışdı.
Bu səhər isə Lenqdon ilə Sienna dəhliz boyu
qaçırdılar. Onlar təqibçilərlə öz aralarında mümkün qədər
çox
məsafə
saxlamağa
çalışırdılar.
Lenqdon
mühafizəçinin nə zaman əl- ayağı bağlı tapılacağını
düşünürdü. Tunel uzandıqca Lenqdon axtardıqları
nədirsə ona anbaan yaxınlaşdıqlarını hiss edirdi.
“Cerca trova... ölümün gözləri... və məni izləyənlərin
kim olduğunun cavabı”
Axtarış helikopterinin səsi onlardan çox uzaqda idi.
Tunelboyu qaçdıqca Lenqdon bu keçidin necə dəbdəbəli
memarlıq nümunəsi olduğunu düşünürdü. Demək olar ki,
öz uzunluğu qədər şəhərdən yuxanda olan Vasari dəhlizi
nəhəng ilan kimi binaların arası ilə qıvnlır, Arno çayını
kəsərək köhnə Florensiyanın düz ürəyinə çatırdı. Dar və
əhəngli keçid sanki
sonsuz idi. Və məhz maneələri dəf etmək üçün bəzən
sağa və ya sola burulsa da, yalnız Arno çayı boyu şərqə
downloaded from KitabYurdu.org
235
doğru uzanırdı.
Birdən qarşıdan səslər eşidildi. Sienna dayanmaq
istədi. Lenqdon da tərəddüd etdi, amma yaxınlıqdakı
çıxışa işarə ilə əlini onun çiyninə toxundurdu.
Orada turistlər dayanıb.
Lenqdon və Sienna həmin eyvanabənzər çıxışa
yaxınlaşıb tamaşa etməyə başladılar. Onlar Ponte
Vecchio-nun üstündə idilər. Orta əsrlərdən qalan bu
körpü köhnə şəhərə keçmək üçün piyada yolu
funksiyasını daşıyırdı.
Onlardan aşağıda günün ilk turistləri - 1400-cü
illərdən bəri hələ də körpüdə qurulan bazarda gülüşərək
gəzişidirlər. Bütün piştaxtalar zərgər və zinət əşyaları ilə
dolu idi, amma bu, həmişə belə olmamışdı. Vaxtilə körpü
Florensiyanm geniş və açıq havada qəssab bazarı
sayılarmış. Lakin 1593-cü ildə böyük hersoqun Vasari
dəhlizi boyu yayılan köhnə ət qoxusunu hiss etməsi ilə
bazarın bağlanmasına qərar verilir.
Lenqdonun yadına körpünün hansısa hissəsində
törədilmiş biabırçı bir cinayət hadisəsi düşdü.
1216-cı ildə Buondelmonte adlı gənc zadəgan
ailəsinin seçdiyi evliliyə qarşı çıxmış və öz sevgisini
üstün tutmuşdu. Buna görə də o bu körpüdəcə
qəddarcasına qətlə yetirilmişdi.
downloaded from KitabYurdu.org
236
Onun ölümü uzun müddət “Florensiyanm ən qanlı
cinayəti” kimi xatırlanırdı. Buna səbəb iki güclü siyasi
fraksiya arasında - Quelflər və Qibellinlər - əsrlər boyu
davam edən mübarizə idi. Bu siyasi ədavət Dantenin
Florensiyadan - sürgününə yol açdığı üçün o, hadisəni
“İlahi Komediya”smda bu cür təsvir etmişdi: “Ah,
Buondelmonte, sən sözə uyaraq, o qızı rədd etdin, qaldın
zillət içində!”.
Bu
günədək
qətlin
törədildiyi
həmin
yerin
yaxınlığında ayrı-ayrılıqda üç lövhə - lövhələrin hər biri
Dantenin “Paradios”unun 16-cı nəğməsindən fərqli sətri
əks etdirir - görmək mümkündür. Onlardan biri Ponte
Vecchionun girişində asılıb və məşum şəkildə bəyan
etdirir:
O
KÖRPÜNÜ
QORUYAN
MARSIN
SINIQ
HEYKƏLİ,
BİR
QURBAN
GÖZLƏYİRMİŞ
DEMƏ,
FLORENSLİLƏRDƏN
Lenqdon gözlərini körpüdən çəkib, Arno çayının
bulanıq sulanna dikdi.
Şərq tərəfdən Palazzo Vecchionun səmaya doğru
uzanan tənha qülləsi görünürdü.
Arno çayını artıq yarılamış olsalar da, Lenqdon
anlayırdı ki, geriyə dönüş nöqtəsini çoxdan ötüb keçiblər.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |