Muxtar respublika sakinlərinin alıcılıq qabiliyyəti artmışdır



Yüklə 97,69 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü97,69 Kb.
#68278

background image
1

 

 



Muxtar respublika sakinlərinin 

alıcılıq qabiliyyəti artmışdır 

 

         Muxtar  respublikada  artan  əhali  tələbatına  uyğun  olaraq yeni istehsal və 



xidmət sahələrinin yaradılması, səmərəli məşğulluğun təmini üzrə ardıcıl tədbirlər 

davam  etdirilir.  İqtisadi  və  sosial  sahələrin  inkişafı  üzrə  həyata  keçirilən  mühüm 

tədbirlər  bütün  makroiqtisadi  göstəricilərin  pozitiv  meyilliliyini  təmin  etmiş, 

yüksək nəticələr əldə olunmuşdur.  

2016-cı  ildə  muxtar  respublikada  bir  işçiyə  hesablanmış  orta  aylıq 

əməkhaqqı  413,2  manat  olmaqla  1995-ci  ildəki  göstəricini  26  dəfə  üstələmişdir. 

2016-cı    ildə    muxtar    respublikada    əhali    gəlirlərinin    həcmi    1995-ci    illə  

müqayisədə    58    dəfə    artaraq    1    milyard 825  milyon  manat  təşkil  etmişdir.  Bu 

dövr ərzində hər  bir nəfərə  düşən əhali  gəlirlərinin   həcmi   isə   43   dəfə   artaraq 

4086  manata çatmışdır. 

2016-cı  ildə  muxtar  respublikada    pərakəndə  əmtəə  dövriyyəsinin  həcmi 

1995-ci illə müqayisədə 41 dəfə artaraq 1 milyard 506 milyon manatdan, onun hər 

bir nəfərə düşən həcmi isə 31 dəfə artaraq 3371 manatdan çox olmuşdur.  Ümumi 

əmtəə  dövriyyəsinin  1  milyard  450  milyon  manatı  və  ya  96,3  faizi  pərakəndə 

ticarət  şəbəkələrinin  payına  düşmüşdür.  Pərakəndə  ticarət  şəbəkələrində  hər  bir 

nəfərə  düşən  ticarət  dövriyyəsi  göstəricisinə  görə  muxtar  respublikamız  ölkənin 

digər iqtisadi rayonları ilə müqayisədə ilk yerdə təmsil olunmuşdur. 

Bu  gün  istеhsаlçı  və  istеhlаkçılаrın  qаrşılıqlı  fəаliyyətinin  təmin  olunduğu  

bazar iqtisadiyyatında təhlil edilən mühüm göstəricilərdən biri də pərakəndə ticarət 

şəbəkələrində  satılan  məhsulların  tərkibində  yerli  istehsal  məhsullarının  üstünlük 

təşkil  etməsidir.  Bu  göstəriciyə  görə  də  Naxçıvan  Muxtar  Respublikası  öz  üstün 

mövqeyini  qoruyub  saxlamışdır.  Belə  ki,  bu  gün  muxtar  respublikada  120  növü 

ərzaq, 246 növü qeyri-ərzaq  olmaqla, 366  növdə məhsul  istehsal  olunur. 107-si 


background image
2

 

 



ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli 

imkanlar hesabına ödənilməkdədir.  

        2016-cı  ildə  muxtar  respublikada  əhaliyə  iaşə  şəbəkələrində  56  milyon 

manatlıq      xidmət      göstərilmişdir      ki,    bu    da    pərakəndə  əmtəə  dövriyyəsinin      

3,7  faizini  təşkil  etmişdir.  2016-cı  ildə  iaşə  dövriyyəsinin  həcmi  2015-ci  illə  

müqayisədə  2,3  faiz  artmışdır.                                                                                       



Yüklə 97,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə