Muxtar respublikanın enerji təhlükəsizliyi təmin edilmişdir



Yüklə 10,88 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü10,88 Kb.
#35317

background image
Muxtar respublikanın enerji  

təhlükəsizliyi təmin edilmişdir 

 

Elektrik  enerjisi  cəmiyyətin,  hər  hansı  bir  ölkənin  tərəqqisində,             



sosial-iqtisadi  inkişafında  mühərrik  rolunu  oynayan  mühüm  amildir.  Naxçıvan 

Muxtar  Respublikasında  da  bu  sahənin  inkişafı  üzrə  ardıcıl  tədbirlər  həyata 

keçirilir,    müasir  elektrik  stansiyaları  yaradılır,  maddi-texniki  baza  gücləndirilir.                 

Bu  istiqamətdə  2006-cı  ildə  Naxçıvan  Qaz-Turbin  Elektrik  Stansiyasında  dizel 

yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi 

gücü  87  meqavat  olan  Naxçıvan  Modul  Elektrik  Stansiyası  tikilib  istismara 

verilmişdir. 

Muxtar  respublikanın  əlverişli  iqlim  şəraiti  və  coğrafi  mövqeyi  ekoloji 

cəhətdən təmiz,  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən istifadəyə  geniş 

imkanlar  açmış,  2006-cı  ildə  Şahbuz  rayonunda  Heydər  Əliyev  Su  Anbarı 

üzərində  4,5  meqavat  gücündə  su  elektrik  stansiyası,   2010-cu  ildə  Ordubad 

rayonunda  Gilançay  üzərində  22  meqavat  gücündə  Biləv  Su  Elektrik  Stansiyası, 

2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat 

gücündə  “Arpaçay-2”  su  elektrik  stansiyaları,  2015-ci  ildə  Babək  rayonunda      

20  meqavat  gücündə  Naxçıvan  Günəş  Elektrik  Stansiyası  istifadəyə  verilmişdir. 

Əgər  1995-ci  ildə  muxtar  respublikada  1  elektrik  enerjisi istehsal  edən  müəssisə 

fəaliyyət  göstərirdisə,  hazırda  bu  müəssisələrin  sayı  8-ə  çatdırılmışdır.  1995-ci 

ildə muxtar respublikada 111 milyon 500 min kilovat-saat elektrik enerjisi istehsal 

olunmuşdursa,  2016-cı  ildə  bu  göstərici  4  dəfə  artaraq  437  milyon  917  min 

kilovat-saata çatdırılmışdır. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə 

yanaşı, muxtar respublikanı enerji ixrac edən regiona çevirmişdir. 

2016-cı  ildə  muxtar  respublikada  istehsal  olunan  elektrik  enerjisinin         

204  milyon  321  min  kilovat-saatı  və  ya  46,6  faizi  su  elektrik  stansiyalarında,     

203 milyon 939 min kilovat-saatı və ya 46,6 faizi istilik elektrik stansiyalarında, 

29 milyon 657 min kilovat-saatı və ya 6,8 faizi isə Günəş Elektrik Stansiyasında 


background image
istehsal  edilmişdir.  Alternativ  və  bərpa  olunan  elektrik  stansiyalarında  elektrik 

enerjisi istehsalının həcmi ümumi istehsalın 53,4 faizini təşkil etmişdir.  

Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri 

yüksək  qiymətləndirən  ölkə  başçısı  cənab  İlham  Əliyev  demişdir:  “Elektrik 



enerjisi  ilə  problem  yoxdur.  Hesab  edirəm,  gün  gələcək  ki,  Naxçıvan  bütün 

enerji  tələbatını  bərpa  olunan  enerji  növləri  hesabına  təmin  edəcək”.  Ölkə 

başçısının  qeyd  etdiyi  kimi  hazırda  Ordubad  rayonunda  36  meqavat  gücündə  su 

elektrik  stansiyasının  tikintisi,  Naxçıvan  Günəş  Elektrik  Stansiyasının  gücünün 

artırılması  və  digər  bu  kimi  mühüm  tədbirlər  muxtar  respublikanın  gələcəkdə 

enerji  təhlükəsizliyinin  tamamilə  alternativ  və  bərpa  olunan  enerji  mənbələri 

hesabına təmin olunmasına geniş imkanlar yaradacaqdır. 



Yüklə 10,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə