Muxtarov Elnur 11a sinifi MƏİŞƏt tullantilari: ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ VƏ emali



Yüklə 14,41 Kb.
tarix06.05.2018
ölçüsü14,41 Kb.

Muxtarov Elnur 11a sinifi

MƏİŞƏT TULLANTILARI:ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ VƏ EMALI



c:\documents and settings\user\рабочий стол\новая папка\скачанные файлы.jpg

İnsanın təbiətə bioloji varlıq kimi təsiri hər hansı bir yırtıcı heyvan növünün təsirindən çox da fərqlənmir.İndiki dünyamızın ekoloji baxımdan narahat edən insanın ətraf mühitə sosialoji faktor kimi təsiridir.Cəmiyyətin sosialoji qurumunun özəyi ailədir.Ailənin həyatı məişət xüsusiyyətini və onunla bağlı ekoloji problemlərini yaradır.Ailələrdən cəmiyyət formalaşdığı kimi, ailə həyatının məişət çatişmamazlığı cəmiyyətin ümumi ekoloji problemlərini yaradır.

İnsanın məişət fəaliyyətinin ətraf mühitə təsirinin ekoloji maraq cəlb edən ilk nəticəsi həyətyanı sahələrin əmələ gəlməsidir.Həyatyanı sahələr təbii landşaf transformasiya edir orada keyfiyyət dəyişikliyi yaradır.Həyətyanı sahənin keyfiyyətcə dəyişdirilməsi “abadlıq” adlandırılır.

c:\documents and settings\user\рабочий стол\новая папка\images.jpg

Lakin meşəni qırıb yerində taxıl və ya bostan-tərəvəz əkmək ekoloji baxımdan uğur deyil,uğursuzluqdur; bununla başlayır landşaftın torpaq eroziyası, ekoloji sistemin pozulması, gələcəyin quraqlığı, güclü seller və s. Neqativ nəticələr.

Hər bir ailədə məişət tullantıları əmələ gəlir.elə bir ailə yoxdur ki, orada artıq hesab edilən bərk cisimlər, maye və qaz halında maddələr ətraf mühitə atılmasın.

c:\documents and settings\user\рабочий стол\новая папка\скачанные файлы (1).jpg

Moskvada ildə hər adam 270 kq ABŞ-da isə 715 kq məişət tullantısı (bərk cisimlər) düşür. Azərbaycanın indiki reallığında heç bir ailə ətraf mühitə atdığı “artıqları” hissələrə ayırmır, qarışıq atır.İnkişaf etmiş ölkələrdə ətraf mühitə atılan metalların bir yeri; şüşə, beton, plastik kütlənin başqa yeri, üzvi birləşmələrin (enerji daşıyıcısı) ayrı yeri olur. Məişət tullantılarının differensasiyası onlardan təkrar istifadəni asanlaşdırır.Üzvi birləşmələrdən ibarət tullantıları bitkisiz boş yerdə torpağa basdırmaq torpağı münbit edir.Kənd yerində hər ailənin məişət suyunu torpağa yaymaq onu çaya və ya gölə axıtmaqdan yaxşıdır (məişət suyunda olan üzvi birləşmələri torpaq daha asand minerallaşdırır). Metalları müəyyən bir yerə yığıb, sonra metal məntəqəsinə vermək olar.Beton, şüşə və plastik kütlə qırıqlarını toplayıb yol çəkməkdə, ev tikəndə ona özül tökməkdə istifadə etmək olar.Beləliklə, hər bir ailədə məişət tullantılarının təkrar istifadəsini təşkil etmək olar .

Ailədə məişət fəaliyyətinə düzgün ekoloji istiqamət verilməsi onun üzvlərində ekoloji mədəniyyət formalasdırır.Mədəni şəxs ekoloji pozğunluğa heç vaxt yol vermir, onun ekoloji məsuliyyət hissi daima güclənir.

Ailələrin sosioloji həyatı kənd, qəsəbə və şəhərləri əmələ gətirir. Bunların hər birinin səciyyəvi məişəti formalaşır.Kənddə, qəsəbədə və şəhərdə yaşayan ailələrin ətraf mühitə münasibətində ümumi maraq ailə marağından üstün olmalıdır.Unutmaq olmaz ki, ailələri seliteb sahələrdə birləşdirən səbəb qarşılıqlı fayda şəraitində rahat yaşamaqdır. Tək yaşamaq çətin olduğu üçün ümumi marağı şəxsi və ailə marağına tabe etmək gec-tez neqativ nəticə verməlidir. Şəxsi həyətə mərmər döşəyib, küçə və meydançanı zibilliyə çevirmək heç kimi, o cümlədən mərmər həyət sahibini ümumi ekoloji bəladan xilas etmir; yoluxucu xəstəliklər varlı insanı kasıbdan fərqləndirə bilmir. Deməli ümumilikdə xüsusiyyətçilik hamıya zərərlidir.

Ailəni kənddən, qəsəbədən, şəhərdən,ölkədən və bəşəriyyətdən ayırmaq olmaz. Hər şeydən öncə ona görə ki, ailənin ayrıca ətraf mühiti, ayrıca planeti yoxdur.

Təbiidir ki, qəsəbədə və şəhərdə yaşayan hər bir ailədə əmələ gələn tullantıların təkrar istifadəsi, kənd şəraitindən fərqli olaraq, mərkəzləşmiş qaydada təşkil edilməlidir.Şəhəri məişət tullantıları ümumi zibilliyə daşınır, oradan isə ayrı-ayrı zavod və sexlərə aparılıb, təkrar istifadə üçün emal edilir.Şəhərin məişət suyu ümumi sutəmizləyici qurğuya yönəldilib təmizlənir. Şəhərdə hər bir ailə ümumi şəhər əhalisi qarşısında,şəhərin rəhbərliyi isə hər bir ailə qarşısınd cavabdehdir. Belə bir bağlılıq ekoloji baxımdan daha çox möhkəmdıir,Ona görə ekoloji biganəçilik hər yerdə, xüsusən şəhərdə çox zərərlidir.



c:\documents and settings\user\рабочий стол\новая папка\eeeee.jpg

Atmosferdə karbon qazının təbii mənbələrinə (vulkanlar, canlıların tənəffüzü, təbii yanğınlar) məişətdən və iqtisadi fəaliyyətdən (antropogen yanacaq prosesləri, insan və ev heyvanlarinin tənəfüsü) əlavə olunan karbon qazı çoxdur ki, az deyil. Karbon qazının çoxalması Yer ilə Günəş arasındakı temperatur albedosunu (işıq şuasını sındırıb qaytarmaq) dəyişir, buzlaqlar əriyib qitələri su altinda qaya bilər. Atmosferə məişətimizdən atılan xlor birləşmələri çox yəhlükəlidir; bir molekul xlor on min ozon molekulunu dağida bilir. Atmosferdə xlor, ftor, qurğuşun kimi bir sıra maddələrin təbii balansının pozulmasi (azalıb-çoxalması) ekoloji dəhşətlərə səbəb olur. Məişətimizə geniş daxil olmuş plastiq əşyalar yandırılarkən dioksin adlı maddələr əmələ gəlir.Onlar təbiət üçün yaddır,əsasən su və ərzaqla orqanizmə daxil olur, qana keçir, piy toxumalarında toplanır, sonra da ana südü vasitəsilə yeni nəslə ötürülür.Dioksinlər orqanizmin immun sistemini dağıdır, orqanizm özünü heç nədən müdafiə edə bilmir.Dioksinin təsiri altında hüceyrənin normal bölünməsi pozulur, nəticədə bəd xassəli şişlər əmələ gətirir. Odur ki, dioksinlərin ümumbəşəri təhlükə yaratması istisna edilmir.



Zibilxanalarda mikrobioloji proses gedir, bioqaz əmələ gəlir.Bioqazin tərkibində çoxlu (60-70%) metan olur.Müasir dövrdə bioqazdan istifadə üçün çoxlu qurğular tikilmişdir.Bioqazdan istilik və elektrik enerjisi mənbəyi kimi istifadə olunur.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə