MüXTƏLİf məQSƏDLİ radiOQƏbulediCİ qurğular


Radiorele və peyk rabitə xətləri qəbuledicilərinin növləri və xüsusiyyətləri



Yüklə 1,39 Mb.
səhifə8/10
tarix23.05.2023
ölçüsü1,39 Mb.
#112306
1   2   3   4   5   6   7   8   9   10
2.10.muxt-lif m-qs-dli radioq-buledici qurgular (2)

Radiorele və peyk rabitə xətləri qəbuledicilərinin növləri və xüsusiyyətləri
Radiorele rabitə xətləri çoxlu miqdarda telefon və televiziya məlumatlarını ötürmək üçündür. RRX-n çoxu tezlik bölgülü kanallar üzrə tezlik modulyasiyası ilə işləyirlər.
Əsas parametrləri:
-modulyasiya indeksi m =2.5-3;
- modulyasiya edici siqnalın spektirinin eni 6-10 MHs;
- yüksək tezlik spektirinin eni 20-25 MHs;
- qonşu stansiyalar arasında məsafə 50 km.
Radiorele stansiyalarının aşağıdakı göstəricilərinə yüksək tələblər qoyulur: etibarlıq və xarakteristikalarının stabilliyi. Belə ki trassada çoxlu stansiyalar mövcuddur. Son stansiya qəbuledicisinin struktur sxemi şəkil 1-də əks etdirilmişdir.

Bu qəbuledicilərin pereselektorunda yüksək keyfiyyətli seçici sistemlərdən istifadə edilir. Aralıq tezlik 1QHs tezliyə qədər diapazonlarda, fnp=35 MHs, 1QHs-dən böyük diapazonlarda fnp=70 MHs .
Aralıq tezlikdə seçici dövrə kimi kvars süzgəclərindən istifadə edilir. Buraxma qabiliyyətindən asılı olaraq zolağın eni 30-40 MHs olur. Zolaq daxilində güclənmənin qeyri-bərabərliyi 0.1-0.2 dB- dən böyük olmur.
Tezlik detektoru (TD) yüksək xəttilikli detektor xarakteristikasına malik olur. Adətən RRX qəbuledicisində iki qarşılıqlı kökdən salınmış konturu olan TD –dan istifadə edilir.
Detektorlanmış gərginlik vidieogücləndirici (VG) vasitəsi ilə gücləndirilir və son avadanlığa ötürülür.
Son avadanlığın tərkibinə ,çox kanallı telefon məlumatları ötürülərkən kanalları ayıran qurğu və ya televiziya siqnalları çeviricisi (televiziya mərkəzinə və ya retranslyatora ötürmək üçün) daxil ola bilər.
Aralıq qovşaq stansiyalarında kı qəbuledicilərdə şəkil 1 -dəki sxem üzrə qurulurlar. Bu stansiyalarda telefon kanallarını tam və ya hissəcə ayırmaq mümkündür.
Bir çox tezlik çevirməli aralıq stansiyanın struktur sxemi şəkil 2-də göstərilmişdir.

Bu qurğularda qəbul edilmiş İYT rəqslər daşıyıcı tezliyi fsür =266 MHs qədər fərqli başqa İYT rəqslərə çevrilir. Bu tezlik beynəlxalq standartla müəyyən edilmişdir.
Şəkil 2-dəki sxem üzrə qurulmuş stansiyanın əsa mənfi cəhəti işçi və bir hissə məlumat kanalının ayrılmasını çətinləşdirir. Bunun səbəbi yüksək tezlikli rəqslərdən istifadə olunmasıdır.
İki qat tezlik çevirməli aralıq stansiyanın struktur sxemi şəkil 3-də göstərilmişdir.

Siqnalın əsas güclənməsi birinci aralıq tezlikdə fn1 aparılır. Məlumdur ki, nisbətən alçaq tezliklərdə böyük güclənmə almaq daha asandır. Lazımı səviyyəyə qədər gücləndirilmiş siqnal stansiyasının aralıq tezlikdə güc gücləndiricisindən (ATGG), ikinci tezlik çeviricisindən (İTÇ), İYT güc gücləndiricisindən (İYT GG) və verici antena ilə rabitə dövrəsindən ibarət verici hissəsinə ötürülür. Düzəldici generator (DG) həm birinci həmdə ikinci tezlik çevirməsindən istifadə olunur.
Şəkil 3-də ki sxem üzrə qurulmuş aralıq stansiyanın əsas müsbət cəhəti traktdakı istənilən kanalın ayrılmasının sadəliyindədir.
Məlumdur ki mərkəzi r/yayım televiziya proqramlarını uzaq məsafələrə ötürmək üçün peyk rabitə xətləri geniş tətbiq olunur. SSRİ –də istismar olunan ORBİTA -2 sisteminin yer-üstü qəbul stansiyasının tərkibinə peyki avtomatik izləyən dönən parabolik antenna, iki komplekt r/qəbuledici və son qurğu daxildir. Qəbuledicilərdən biri işləyir, digəri isə qaynar ehtiyatda olur.
Stansiya peyk-rabitə xətti üçün ayrılmış 3.4-3.9 Qhs tezlik diapazonunda işləyir. Rabitə xəttində maksimal tezlik meyli 15Mhs olan tezlik modulyasiyasından istifadə olunur. Yer-üstü qəbul edici qurğunun struktur sxemi RRS –in son stansiyasındakı qəbuledicinin struktur sxemindən fərqlənir(şəkil1). əsa fərq İYT traktının qurulmasındadır. Burada İYT trakt dörd pilləli parametrik az küylü gücləndiricidən ibarədir.
Birinci iki pillə maye azotla 77K temperaturaya qədər soyudulur, (Dyuar qablarında) ikinci iki pillə xarici temperaturun dəyişilməsinin təsirini azaltmaq üçün termostatda yerləşdirilirlər. Gücləndiricinin güclənmə əmsalı 40 dB -ə, girişinin küy temperaturu 70 K-dir. Diod-rezistiv tezlik çeviricisinin çıxışındakı aralıq tezlik 70 MHs-dir. Aralıq tezlik traktının güclənmə əmsalı 60dB, buraxma zolağı təqribən 40 MHs-dir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə