Müxtəlif Yaşlı Heyvanlarda Qoxu Dereseptasiyasının, Üzunmüddətli İşıqlılıq və Qaranlıq Rejimlərinin İnteroreseptiv Qlikemik Reaksiyalara Təsiri



Yüklə 92,33 Kb.
Pdf görüntüsü
tarix19.11.2017
ölçüsü92,33 Kb.
#11061


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №2, səh. 109-114  (2013)

 

109 



Müxtəlif Yaşlı Heyvanlarda Qoxu Dereseptasiyasının, Üzunmüddətli İşıqlılıq və 

Qaranlıq Rejimlərinin İnteroreseptiv Qlikemik Reaksiyalara Təsiri 

 

P.Ə. Zülfüqarova, Ə.H. Əliyev 

 

Bakı Dövlət Universiteti, Akad.Z.Xəlilov küç. 23, Bakı AZ 1148, Azərbaycan; Parvin_ 1982@mail ru. 

 

Məqalədə müxtəlif yaşlı dovşanlarda qoxu analizatorunun dereseptasiyasından, onları  işıqlı  və 



qaranlıq şəraitlərdə 10 sutka daimi saxladıqdan sonra və interomexanoreseptiv stimulyasiyası (80-100 

mm c.s. təzyiqlə düz bağırsağın mexanoreseptorlarını  qıcıqlandırma) zamanı qanda şəkərin 

(qlükozanın) səviyyəsində  dəyişikliklərin öyrənilməsinə dair təcrübi dəlillər təqdim edilmişdir. 

Tədqiqatın gedişində müəyyən olunmuşdur ki, qoxu sensor sisteminin funksiyasının pozulması qanda 

şəkərin miqdarının azalmasına səbəb olur və bu dəyişikliyin dərəcəsi heyvanın yaşından asılıdır. 

Müəyyən edilmişdir ki, uzunmüddətli işıqlılıq və ya qaranlıq rejimləri həm sensor deprevasiya, həm 

də interoreseptiv stimulyasiya zamanı qanda qlikemik reaksiyaların ritmik tənziminə müəyyən 

korreksiyaedici təsir göstərir. 

 

Açar sözlər:  qoxu dereseptasiyası, işıqlılıq, interoreseptiv stimulyasiya, qlikemik reaksiya, sistemlərarası 



(əlaqəli) tənzimləmə 

 

 

GİRİŞ 

 

Hal-hazırda təcrübi və  nəzəri fiziologiyanın 

qarşısında duran mühüm məsələlərdən biri insan və 

heyvanların orqanizmində  mərkəzi və ucqar tən-

zimləyici sensor, sinir, neyroendokrin və hormonal 

mexanizmlər ilə daxili (visseral) toxuma və üzvlər 

səviyyəsində həyata keçən maddələr mübadiləsinin 

(metabolizmin) ayrı-ayrı  vəsilələri arasında müm-

kün olan və müəyyən funksional vəziyyətlərində 

reallaşan ikitərəfli və çoxtərəfli dinamik əlaqələrin 

araşdırılması  və qiymətləndirilməsidir. Məlumdur 

ki, orqanizmin homeostatik tipli əsas metabolik 

reaksiyaları arasında qlikemik reaksiyalar – qanda 

və digər toxumalarda şəkərin (qlükozanın) miqdari 

dəyişilmələri çox mühüm yer tutur. Orqanizmdə bir 

sıra proseslərin, xüsusən də sinir proseslərinin və 

əzələ  fəaliyyətinin öz enerji məsrəflərinə  və 

dinamikliyinə görə qlikemik reaksiyalardan mütləq 

asıllıqları ona dəlalət edir ki, bu reaksiyalar toxuma 

və üzvlərin, eləcə  də bütöv fizioloji sistemlərin 

normal və ya anormal (patoloji) formalarda 

funksiyalaşmasını  əks etdirə bilən indikator 

xarakterli mühüm fizioloji-biokimyəvi para-

metrlərindən biridir. Onlar nəinki funksional səviy-

yələrdə və spesifik karbohidrat mübadiləsində, həm 

də metabolizmin digər formalarının (aminturşu, 

zülal və lipid mübadilələrinin) fəallığında  əhəmiy-

yətli rola malikdirlər (Ленинджер, 1985). 

Qlikemik reaksiyaların təcrübi (eksperimental) 

üsulların köməyilə öyrənilməsinin tarixi XIX əsrin 

axırlarına gedib çıxsa da, bu sahədə geniş funda-

mental tədqiqatlar xeyli sonralar aparılmışdır. Qeyd 

edilməlidir ki, o vaxtlar qlikemik reaksiyaların eks-

perimental tədqiqi  əksər hallarda daxili orqanların 

mexano-, xemo-, - osmo- - və termoreseptorlarının 

müxtəlif yol və vasitələr ilə qıcıqlandırılması, başqa 

sözlə, vissero- sensor (interoreseptiv) qıcıq-lan-

dırmalar zamanı  həyata keçirilmişdir. Bu kimi 

tədqiqatların aparılmasında akademik 

A.İ.Qarayevin və onun əməkdaşlarının xüsusi 

xidmətləri olmuşdur. Onlar həmin təcrübi işlərin 

əsasında qlikemik mübadilə refleksləri haqqında o 

dövr üçün yeni olan bir sıra elmi-nəzəri müddəalar 

irəli sürmüşlər (Караев, 1957; Караев и Логинов, 

1960; Гасанов, 1970; Тагиев, 1976). 

Belə hesab edirik ki, interoseptiv qli-kemik 

reaksiyaların öyrənilməsində qaranlıq qalan və 

kompleks xarakterli yeni tədqiqartların aparıl-

masını  zəruri edən bəzi məsələr mövcuddur. Tam 

aydın deyil ki, qlikemik reaksiyaların bu və ya 

digər istiqamətdə (hipo-, və ya hiperqlikemiya 

formasında) inkişafını  tənzimləməkdə hansı  mər-

kəzi strukturlar və mexanizmlər daha fəal iştirak 

edirlər, bu reaksiyaların gedişinə xarici və daxili 

sensor sistemlərin (xarici və daxili analizatorların) 

spesifik və müştərək (sistemarası,  əlaqəli) təsirləri, 

onların neyroendokrin mexanizmlərdən asıllıqları 

necədir və hansı hallarda özünü qabarıq  şəkildə 

təzahür etdirirlər. 

Müasir fiziologiyada artıq qəbul edilmiş  və 

çoxsaylı  tədqiqatlara  əsaslanmış mühüm elmi 

müdəalardan biri də ondan ibarətdir ki, əksər ho-

meostatik göstəricilər, o cümlədən molekulyar-

hüceyrə  və meta-bolik səviyyələrdə  həyata keçən 

başlıca proses və funksiyalar, daha çox sutkalıq 

(sirkad) bioritmlər üzrə 

tənzim olunurlar 

(Заморский  и  Пишак, 2003; Buijs et al., 2006; 

Hastings et al., 2007; So et al., 2009). Bu tip 

müntəzəm bioritmlərin təşəkkülündə  bəzi sensor, 




Müxtəlif Yaşlı Heyvanlarda Qoxu Dereseptasiyasının, 

110 


sinir və neyroendokrin mexanizmlərin xüsusi rolu 

müəyyən edilmişdir. Göstərilmişdir ki, görmə sen-

sor sisteminin ətraf aləmdə işıqlıq (işıqlılığın inten-

sivliyi, davamlılığı, onun qaranlıq faza ilə növbə-

ləşməsi) haqqında impulsasiyaları  qəbul və analiz 

edən, bu siqnallar əsasında baş beynin əksər funksi-

yalarına və onların vasitəsilə somatik və visseral 

sferlərdə gedən həyati vacib proseslərə ritmik təsir 

göstərən xüsusi mərkəzi strukturlar -mərkəzi ritmin 

duksiyaedici mexanizmlər mövcuddur (Алиев  и 

др., 1983; Гаибов  и  др., 1987; Yamamoto et al., 

1984; Kalsbeek et al., 2001). Onların arasında 

görmə sinir traktı ilə bir başa  əlaqəsi olan 

suprahiazmatik sinir nüvələri, onların və retinal-

hipotalamik  əlaqələrin təsirləri altında fəallaşan 

hipotalamusun supraoptik nüvələri və neyrosekretor 

neyron populyasiyaları, bəzi sensor və neqativ sinir 

mərkəzləri ilə çoxtərəfli  əlaqələr saxlayan epifiz 

xüsusi yer tutur (Ром-Бугословская, 1981; Алиев 

и др. 1996; Алиева, 2010; Гончарова, 2010). 

Bu kimi ritminduksiya edici və bioritmlərin 

ötürülməsi və yayılmasında fizioloji peysmeker ro-

lunu oynayan mərkəzi strukturların visserosensor 

mexanizmlərə, və bu mexanizmlər vasitəsilə qlike-

mik və ya başqa tip metabolik reaksiyalara təsirləri 

hələ kifayət qədər öyrənilməmişdir. Görmə siste-

mindən başqa digər eksterosensor sistemlərin (qo-

xu, eşitmə, vestibulyar və s.) bu proseslərdə  əhə-

miyyətli rolunun olub-olmaması da hələ sual 

altındadır.  

 

Bütün bu arqumentlər bizə  əsas verir ki, qli-



kemik reaksiyaları öyrənərkən onların mərkəzi 

tənzimləyicilər və ritmgenarasiyaedici strukturlar 

ilə  əlaqəsini aydınlaşdırmağa yönəldilmiş  təcrübi 

işlərin aparılmasına xüsusi diqqət yetirək. Bununla 

əlaqədar olaraq, biz hal-hazırkı  işimizdə qoxu 

analizatorunun fəaliyyəti pozulduğu hallarda işıq və 

qaranlıq faktorların uzunmüddətli təsirləri və güclü 

interoreseptiv (interomexanoreseptiv) stimulyasi-

yalar zamanı heyvanda, onun müxtəlif yaşlarında, 

qlikemik reaksiyaların qısa müddətlərdə dinami-

kasını izləməyi qarşımıza məqsəd qoyduq.  

 

 



MATERİAL VƏ METODLAR 

 

Tədqiqat Şinşilla cins dovşanlar üzərində apa-

rılmışdır. Tədqiqat üçün 30, 90, 180 və 360-günlük 

60-a yaxın dovşan seçilmişdir və onlar nəzarət və 

təcrübə qrupları qismində ayrıca vivariya və xüsusi 

təcrübi şəraitlərdə saxlanılmışdır. Təcrübə qrupları-

na ayrılan və yuxarıda göstərilən yaş dövrlərində 

olan bütün heyvanlarda qoxu orqanının deresep-

tasiyası (qoxu reseptorlarının sıradan çıxarılması) 

əməliyyatı 

həyata keçirilmişdir. 

Əməliyyat 

А.Д.Погребкова (1972) metoduna uyğun aparıl-

mışdır. Metodun əsas mahiyyəti heyvanın burun 

pərlərinin selikli epitel qişasında, qoxu reseptorları 

lokalizasiya olunmuş yeri, narkoz altında xüsusi 

cərrahi qoşovla qaşıyıb sıradan çıxatmaqdan 

ibarətdir. Qoxu (olfaktor) dereseptasiyasına məruz 

qalan təcrübi heyvanların qulaq venasından analiz 

üçün qan götürülmüş və onda qlükozanın (şəkərin) 

miqdari təyin edilmişdir. Dereseptasiya edilmiş 

heyvanların bir qismini 10 sutka ərzində  işıqlı 

kamerada, digər qismini eyni vaxt ərzində qaranlıq 

kamerada saxladıqdan sonra qanda şəkərin miqdarı 

ölçülmüşdür.Heyvanların düzbağırsağının 

mexanoreseptorlarını 80-100 mm c.s. təzyiqlə 

qıcıqlandırılmış  və qanda şəkərin miqdarı bir saat 

ərzində, müəyyən dəqiqəlik intervallarında 

öyrənilmişdir. Qanda şəkərin bütün təyinləri Bayer-

Holdinq  şirkətinin (ABŞ-Kanada) istehsalı olan 

qlikemetr vasitəsilə ekspress metoda əsaslanmıışdır. 

Alınan təcrübi nəticələrin rəqəmsal göstəriciləri 

Pentium-4 personal kompüterdə EXCEL-7 statistik 

analiz proqramı üzrə işlənmişdir.  

  

 

 



TƏDQİQATIN NƏTİCƏLƏRİ  

VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Heyvan və insan orqanizmi, açıq bioloji sistem 

kimi, öz daxili metabolik, homeostatik və 

funksional sistem və mexanizmlərin fəallığını  və 

işini xarici mühitdə baş verən çoxsaylı dövrü və 

qeyri-müntəzım dəyişikliklərə (məsələn, işıqlığın 

sutkalıq və  fəsillik tərəddüdlərinə, müxtəlif təbiətli 

eksterosensor qıcıqlara, digər fiziki, kimyəvi, 

ekoloji və sair amillərin təsirlərinə) uyğun olaraq 

qurmağa və onlara adekvat cavab reaksiyaları 

formalaşdırmağa məcburdurlar. Belə hallarda orqa-

nizmin müxtəlif reseptor strukturlarının (sensor sis-

temlərinin) xarici və ya daxili amillərin təsirlərini 

modulyasiya etmə funksiyaları çox mühüm rol oy-

nayır. Ekstero- və interosensor mexanizmlər orqa-

nizmdə cari tənzimləməni, metabolik və homeosta-

tik tarazlıqları qoruyub saxlamaq üçün ən optimal 

fizioloji və biokimyəvi imkanların realizə olunma-

sını, müxtəlif funksional sistemlər, habelə ilkin, 

aralıq və son reaksiyalar arasında dinamik əlaqə-

lərin fəallığını  şərtləndirən  əsas mexanizmlərə aid-

dirlər. Apardığımız tədqiqat da bir daha bunu sübut 

etmişdir. 

Məlum olduğu kimi, qoxu resepsiyası xarici 

mühitin müxtəlif tipli iyli maddələrinə (odorantlara) 

və onların kimyəvi keyfiyyətlərinə “qoxu beyni” və 

mərkəzi sinir sisteminin onunla sıx morfo-funksio-

nal  əlaqələrində olan strukturları  səviyyəsində 

adekvat reaksiyaları formalaşdiran və onlara xüsusi 

müntəzəmlik verən  əsas sensor mexanizmdir 

(Минор, 1980; Beydler, 1980; Карнап, 2005; 

Алиева, 2010; Аллахвердиева  и  Алиев, 2011). 

Qlikemik reaksiyalara onun təsirini öyrənmək üçün  



Zülfüqarova və Əliyev 

111 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

müxtəlif yaşlı heyvanlarda qoxu dereseptasiyasını 

apardıq və  əməliyyatın 7-ci günü qanda şəkərin 

miqdarını  təyin etdik. Bütün tədqiqatlarla  əlaqədar 

aldığımız nəticələr dioqramlar üzrə 1, 2, 3 və 4 

saylı  şəkillərdə göstərilmişdir.  İlk təcrübədə 

müəyyən edilmişdir ki, 30- və 90- günlük 

dovşanlarda qanda şəkərin səviyyəsi qoxu 

dereseptasiyası  nəticəsində  kəskin halda, 180 və 

360-günlük dovşanlarda isə nisbətən mülayim 

şəkildə azalır, müvafiq olaraq, 78-84 və 98-114 

mq% təşkil edir, halbuki onlarda qandakı  şəkərin 

normal fizioloji səviyyəsi 120-155 mq% arasında 

tərəddüd edir (şəkil 1).  

Təcrübə heyvanları qoxu dereseptasiyasına 

 

mq % 

0

20



40

60

80



100

120


140

 

  



    a b c          a b c          a b c         a b c 

                    30              90             180           360 günlük 

 

Şəkil. 3. Qoxu dereseptasiya fonunda (a) işıqlığın (b) və 

qaranlığın (c) müxtəlif yaşlı dovşanların 

qanında qıikemik reaksiyaya təsiri 

 

mq% 

               15-30      45-60      15-30       45-60  dəq 



 

 30-90 günlük          180 - 360 günlük 

 

Şəkil. 4. Qoxu dereseptasiyası, işıqlılıq və 

qaranlıq faktorlarının təsirindən sonra 

interoseptiv qıcıqlandırma zamanı 

müxtəlif yaşlı dovşanların qanında 1 saat 

ərzində şəkərin miqdarca dəyişilməsi.

 

mq% 

0

20



40

60

80



100

120


140

 

          



  

a  b          a  b         a  b         a  b 

              30            90           180          360 günlük 

 

Şəkil. 2. Uzun müddətli işıqlığın (a) və qaranlığın 

(b) 30, 90, 180 və 360-günlük dovşanların 

qanında şəkərin miqdarına təsir 

dinamikası 

 

 



mq% 

 

    



a  b          a  b         a  b         a  b 

 

      30           90           180          360 günlük 

 

Şəkil. 1. 30, 90, 180 və 360-günlük dovşanlarda 

normada (a) və qoxu dereseptasiyası (b) 

zamana qanda şəkərin (qlükozanın) miqdar 

dəyişiklikləri

 



Müxtəlif Yaşlı Heyvanlarda Qoxu Dereseptasiyasının, 

112 


məruz qaldığı müddətdə 10 gün daimi suni işıqlılıq 

şəraitində saxladıqdan sonra qanda şəkərin 

miqdarca dəyişiklikləri öyrəndikdə  məlum oldu ki, 

hər iki faktorun birgə  təsiri zamanı bu göstərici 

yalnız yaşlı heyvanlarda nisbətən aşağı normativ 

hüdudlara yaxınlaşır və 100-120 mq%-ə çatır (şəkil 

2). Qoxu dereseptasiyası  şəraitiundə 10 gün 

qaranlıqda saxlanmış eyni yaş dövrlərində olan 

təcrübə heyvanlarında qandakı  şəkərin miqdarı 

müvafiq olaraq 60-70 və 94-114 mq% hüdudlarında 

olmuşdur (şəkil 3). Buradan göründüyü kimi, az 

yaşlı  təcrübə heyvanlarında (30 və 90-günlük 

dovşanlarda) qandakı  şəkərin miqdarı qaranlıq 

faktorunun təsiri zamanı daha kəskin azalır.  

Qlikemik reaksiyaların müntəzəmləşməsində 

interoseptiv qıcıqlanmaların mühüm rolu bir sıra 

tədqiqatlarda yetərincə sübuta yetirilmişdir. Biz bu 

tədqiqatda olfaktor dereseptasiyanın işıqlılıq və 

qaranlıq faktorlarının təsirləri  şəraitində müxtəlif 

yaşlı dovşanlarda düz bağırsaq mexanoreseptor-

larını  qıcıqlandırmaqla qanda şəkərin səviyyəsində 

əmələ gələn dəyişiklikləri öyrəndikdə belə bir mən-

zərəni müşahidə etdik. Bir saat ərzində qanda 

şəkərin təyin göstərdi ki, dereseptasiya edilmiş  və 

işıqlılıq  şəraitində saxlanılmış 30-günlük dovşan-

larda qıcıqlandırmanın ilk dəqiqələrində (15-30-cu 

dəqiqələr) qanda şəkərin miqdarı  əvvəlki təc-

rübələrdə müşahidə edilən qiymətlərə nəzərən azal-

sa da, bu tendensiya sonrakı  dəqiqələrdə (45-60-cı 

dəqiqələr) daha da güclənir və  şəkərin səviyyəsi 

78mq %-dən 64-68 mq %-ə qədər aşağı enir. Daha 

yaşlı heyvanlarda, əksinə, interomexanoreseptiv 

qıcıqlandırma qanda şəkərin xeyli artması ilə 

müşayət olunur və bu tendensiya qıcıqlandırma 

aktından sonra keçən bütün müşahidə 

müddətlərində özünü biruzə verir: qandakı şəkər il-

kin qiymətlərindən (78-114 mq%) daha yüksək 

qiymətlərə (89-142 mq %) qədər artır (şəkil 4).   

Dereseptasiya edilmiş və qaranlıq şəraitdə sax-

lanılmış heyvanlarda düz bağırsaq reseptorlarının 

qıcıqlandırması qandakı şəkərin səviyyəsinə birmə-

nalı  təsir göstərmir. Belə ki, 30 və 90- günlük 

heyvanların qanında şəkərin miqdarı  qıcıqlandırma 

aktı başa çatandan sonrakı 15-45-ci dəqiqələrdə 

daha yaşlı heyvanların qanında isə 15-60-cı 

dəqiqələr  ərzində, özü də qeyri-xətti olaraq, artır 

(şəkil 4). Qeyd edilməlidir ki, ümumiyyətlə, nə 

qoxu dereseptasiyası, nə  də uzunmüddətli işıq və 

qaranlıq fazaları qandakı şəkərin səviyyəsində hətta 

bir saat ərzində müşahidə edilən ritmik dəyişilmə 

dinamikasını köklü olaraq pozmur. Burada təqdim 

etdiyimiz diaqramlardan bunu aydın görmək olar. 

Aparılmış təcrübi işin nəticələrinə  əsasən belə 

mülahizə yürütmək olar ki, qoxu dereseptasiyası və 

uzunmüddətli qaranlıq  şərait heyvanların qanında 

şəkərin miqdarı  dəyişilməsində daha əyani olaraq 

hipoqlikemiya, uzunmüddətli işıqlı  şəait isə hi-

perqlikemiya reaksiyası üzrə dəyişilir. Təcrübə hey-

vanlarının bütün yaş qruplarında dereseptasiya, 

işıqlılıq və qaranlıq rejimləri keçirdikdən sonra 

interoreseptiv stimulyasiya əksər hallarda qlikemik 

reaksiyanın güclənməsinə  gətirib çıxarır və onun 

gündəlik bioritminin kəskin neqativ istiqamətə 

inkişaf etdirmir. Bir çox tədqiqatlar göstərmişdir ki, 

visseral metabolizmin və funksiyaların bioritmik və 

ya aritmik təzahürləri mərkəzi neyronendokrin rit-

mgenerasiya edici strukturlarının o cümlədən epi-

fizin və onunla sıx funksional əlaqələri olan hipo-

talamo-hipofizar kompleksin fəaliyyətinin hansı 

səviyyədə olmasından çox asılıdır. Epifiz, sutkanın 

işıqlı fazasında öz sekretor fəaliyyətini (melatonin 

sintezi və ekssekpesiyası) kəskin azaltdığı halda, 

qaranlıq fazasında,  əksinə, kəskin surətdə artırır, 

melatonin hormonu isə orqanizmdə bir sıra meta-

bolik və funksional göstəricilərə ritmik olaraq təsir-

etmə xassəsi ilə seçilir. Bizim təcrübələrimizdə işıq 

və qaranlıq fazalarda qlikemik reaksiyaların gedi-

şində müşahidə edilən qısamüddətli ritmik dəyişik-

liklər qanda melatoninin artması  və hipotalamo → 

hipofizar  → adrenokortikal neyrohormonal və 

hormonal təsirlərin dinamikası ilə  sıx bağlı ola 

bilər. Bu əlaqələrin təcrübi yolla araşdırılması 

bizim tədqiqatların əsas məqsədlərindən biridir.   

 

 



ƏDƏBİYYAT 

 

Аллахвердиева  К.М.,  Алиев  А.Г. (2011

Динамика  изменений  суточного  ритма  гли-

кемической  реакции  у  щести-  и  двенадцати 

месячных животных при физической нагрузке 

в  условиях  эпифизэктомии  и  нарушение 

функции 


обонятельного 

анализатора 

в 

постнатальном  онтогенезе.  Тр.  Института 



физиологии  им.  А.И.Караева  и  Общества 

Физиологов Азербайджана, XXIX: 158-165. 



Алиев  А.Г.,  Гусейнов  Т.А.,  Фархадова  Л.Е., 

Алекперова  И.Н. (1983) Значение  эпифиза  и 

тонуса  коры  головного  мозга  в  регуляции 

гликемического 

эффекта 


адреналина 

и 

инсулина. Сб. науч. Трудов АзГУ, с. 85-94. 



Алиев  А.Г.,  Джафаров  А.И.,  Алиева  Ф.А.  и 

др. (1996) Изменение циркадного ритма глике-

мической  реакции  при  нарушении  функции 

эпифиза  и  анализаторов.  Первый  Российский 

Конгресс  по  патофизиологии  с  международ-

ным участием. Тезисы докладовМ.: с. 249.  

Алиева  Ф.А. (2010) Роль  эпифиза  в  нейро-

гоморальной  регуляции  интероцептивного 

гликемического 

рефлекса 

в 

условиях 



физической  нагрузки.  Мат. VIII Всероссий. 

конф. «Нейроэндокринология, 

Санкт-

Петербург: с. 8-9.  



Гаибов  Т.Д.,  Гусейнов  Г.А.,  Алиев  А.Г.  и  др


Zülfüqarova və Əliyev 

113 


(1987)  Влияние  эпифиза  на  гипоталамо-гипо-

физарную 

систему 

при 


регуляции 

вегетативных  функций.  Мат.  ХХ  съезда 

Всесоюз. Физиол. Общ. им. И.П.Павлова, Л.: с. 

241-242. 



Гасанов  Г.Г. (1970) Интерорецептивные 

гликемические 

рефлексы, 

корковая 

их 

локализация и механизмы нервной регуляции, 



Баку, Элм, 186 с.  

Гончарова  Н.Д. (2010) Гипоталамо-гипофизар-

но-адреналовая  система  у  лабораторных  жи-

вотных:  циркадные  ритмы,  стресс-реактив-

ность,  старение.  Мат. VIII Всероссий.  конф. 

«Нейроэндокринология,  Санкт-Петербург:  с. 

52-54. 


Заморский И.И., Пишак В.П. (2003) Функцио-

нальная  организация  фотопериодической  сис-

темы  головного  мозга.  Успехи  физио-

логических наук, №4: 37-53. 



Караев  А.И. (1957) Интерорецепторы  и  обмен 

веществ. Баку, АН АзССР, 365 с. 



Караев  А.И.,  Логинов  А.А. (1960) Интеро-

цептивные  обменные  рефлексы,  Баку,  АН 

АзССР, 230 c. 

Карнап  С.В. (2005) Организация  центральных 

нейронных 

ансамблей 

обонятельной 

луковицы.  Автореф.  дис. … докт.  биол.  наук, 

Пущино, 43 с. 



Ленинджер  А.Л. (1983)  Основы  биохимии.  М., 

Мир, 2: 456-458. 



Минор 

А.В. 

(1980) 


Физиологические 

механизмы  работы  обонятельных  рецеп-

торных клеток. Сенсорные системы, №2: 3-11. 

Погребкова  А.Д. (1972) Дыхательные  реакции 

собак 


при 

выключении 

обонятельной 

рецепции.  В  кн:  Вопросы  физиологии  и 

интерорецепции, М., Наук», вып. 11: 14-21. 

Ром-Бугословская И. (1981) Роль мелотонина в 

регуляции  эндокринной  системы.  Сб.  Проб. 

Эндокнинологии (М.), XXVII: 82-89.  

Тагиев  Ш.К. (1976) Филогенетическая  и 

онтогенетическая  эволюция  интерацептивных 

влияний  на  гликемические  реакции  у 

позвоночных животных. Баку, Элм, 180 с.  



Beydler L.M. (1980) The chemical senses. 

Qustation and Olfaction. In: Medical Physiology, 



Nо 4: 586-591. 

Buijs R.M., Seer E.A., Kreiser J. et al. (2006) 

Organization of circadian functions. Prog. Brain 

Res., 153: 341-360.  

Hastings M.H., O’neil I.S., Maywood E.S. (2007) 

Circadian clock: regulators of endocrine and 

metabolic rhythm. J. Endocrinology,  195: 187-

198. 


Kalsbeek A., Fliers E., Rominjn J.A. et al. (2004) 

The suprachiazmatik nucleus generates the 

diurnal changes plasma blood. Chronobiologiya, 

242: 2674-2685.  

So A.Y., Bernal T.M., Plisbery M.J. et al. (2009) 

Glucocorticoid regulation of the circadian clock 

modulates glucose homeostasis. Proc. Nat. Arad. 

Sci., USA, 296: 1758-1787. 



Yamamoto H., Nagoia K., Nakagawa H. (1984) 

Role of suprachiasmatic nucleus in glucose 

homeostasis. Biomed. Res., 5: 55-60. 

 

 



Влияние на Интерорецептивные Гликемические Реакции Обонятельной Дерецептации, 

Продолжительных Режимов Освещенности и Темноты у Разновозрастных Животных 

 

П.А.Зюлфугарова, А.Г.Алиев 

 

Бакинский Государственный Университет 

 

В  статье  представлены  экспериментальные  данные  по  изучению  у  кроликов  разных  возрастов 

изменения в уровне сахара (глюкозы) в крови после дерецептации у них обонятельного анализатора, 

содержания  их  в  течение 10 суток  в  условиях  постоянной  освещенности  и  темноты  и  при 

интеромеханорецептивной  стимуляции  (раздражения  механорецепторов  прямой  кишки  давлением 

80-100  мм  р.с.).  В  ходе  исследования  было  обнаружено,  что  нарушение  функции  обонятельной 

сенсорной  системы  приводит  к  снижению  содержания  сахара  в  крови,  и  степень  этого  изменения 

зависит от возраста животного. Длительные режимы освещенности и темноты вносят определенные 

коррекции в ритмическую регуляцию гликемических реакции в крови как при сонорной депревации, 

так и при интероцептивной стимуляции. 

 

Ключевые  слова:  обонятельная  дерецептация,  освещенность,  интерорецептивная  стимуляция, 

гликемическая реакция, межсистемная (сопряженная) регуляция 

 

 



 


Müxtəlif Yaşlı Heyvanlarda Qoxu Dereseptasiyasının, 

114 


The effect of Olfactory Dereceptation, Long-term Illumination/Darkness Regimes on Interoreceptive 

Glycemic Reactions in Animals of Different ages 

 

P. A. Zulfugarova, A.Q.Aliyev 

 

Baku State University 

 

 

The present work examines the experimental data on the changes in glucose level in the blood of rabbits of 



different ages after dereceptation of olfactory analyzer, keeping them in the constant illumination /darkness 

regimes for 10 days and under interomechanoreceptive stimulation (stimulation of rectal receptors at 

pressure of 80-100 mm. m.c.). In the course of the investigation it was revealed that disturbance of olfactory 

function caused decreasing in the blood glucose level and the degree of the change depended on the animals’ 

ages. Long-term illumination or darkness regimes insert a definite correction in the rhythmic regulation of 

glycemic reaction in the blood at both in sensory deprivation and in interoreceptive stimulation. 



 

Key words: Olfactory derecptation, illumination, interoreceptive stimulation, glycemic reaction, 

intersystemic (conjugated) regulation 

 

 



 

Yüklə 92,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə