Мяммядаьа султанов йазылы абидялярин тядгиги бакы – 2010 азярбайжан милли елмляр академийасы



Yüklə 1,17 Mb.
səhifə5/9
tarix26.11.2017
ölçüsü1,17 Mb.
#12676
1   2   3   4   5   6   7   8   9

Klassik təbabətİn tədqİqİ

problemİnə daİr
Jurnalımızın 1970-ci il 2-ci nömrəsində filo­loji elmlər namizədi Məmmədağa Sultano­vun “Qədim dərman bitkilərinin sirləri” adlı məqaləsini dərc etmişdik. Məqalə geniş oxucu kütləsinin rəğbətini qazandığından, redaksiya bu barədə çoxlu məktub almış və bu məsələ ətrafında bir neçə dəfə çıxış etmişdir. Məsələ ciddi əhəmiyyətə malik olduğundan, bu il oktyabrın 21-də Azərbaycan SSR Elmlər Aka­demiyasının Rəyasət Heyəti Respublika Əlyaz­malar fondunda orta əsr təbabətinə dair müha­fizə edilən əlyazmalar haqqında M.Sultanov mə­ruzəsini dinləmiş və qərar qəbul etmişdir.

Aşağıda M.Sultanovun məruzəsini ixtisarla dərc edir və akademiyanın rəyasət heyətinin qəbul etdiyi qərarla oxucuları tanış edirik.
Orta əsrlərdən bizim nəslə yadigar qalmış elə bir əlyazma-kitab yoxdur ki, orada tibb nüsxələri, məcunlar və dərman növləri qeyd edilməsin. Əlbəttə, belə pərakəndə qeyd və nümunələr professional həkimlərin əsərləri məzələsində olma­salar da, Azərbaycan və Yaxın Şərq xalqlarının tibb elminə nə qədər maraq göstərdiyini əyani surətdə nümayiş etdirir. Lakin Yaxın və Orta Şərqin təbabət aləmində son dərəcə böyük rol oynayan haziq həkimlər də olmuşlar ki, onlar həm elmi əsərləri, həm də təcrübi əməlləri ilə xalqa ləyaqətlə xidmət etmişlər. Bu əsərlərdən yadda saxlanılan dərman növləri sonra xalq təbabəti adı ilə nəsildən-nəsilə keçmişdir.

Azərbaycan SSR EA Respublika Əlyazmalar fondunda tibb elminə dair olduqca qiymətli əsərlər mühafizə edilir. Sayca 200-dən artıq olan bu əlyazma içərisindən orta əsr Şərq həkimlərinin mizüstü kitabları olan “Qanun”, “Zəxireyi-Xarəzm-şahi”, “Zəxireyi-Nizamşahi”, “Dəsturül-əlac”, “Tibb­na­mə”, orta əsr əczaçılığına dair qarabadinlər içərisində məş­hur azərbaycanlı həkimbaşılarının da fars və Azərbaycan dilində çox qiymətli əlyazmaları vardır. Bunlardan birisi XVIII əsrin əvvəllərində yaşamış azərbaycanlı təbib Məhəm­məd ibn Yusif Şirvanidir. Onun “Tibbnamə” əsəri başdan-ayağa qədər insan orqanizminin bütün xəstəliklərindən bəhs edərək, onların qısaca simptomunu göstərməklə hansı dərman ilə müalicə olunmasını nişan verir. 112 babdan ibarət olan bu əsər eyni zamanda Azərbaycan dilinin morfoloji və sintaktik quruluşu etibarilə nəzər diqqəti cəlb edir.

Fondumuzda mühafizə edilən əlyazmalarından birisi də Məhəmməd Bərgüşadinin ərəb və Azərbaycan dilində yazdığı tibb əlyazmalarıdır. Bu əlyazması öz quruluşu etibarilə başqa­larından fərqlənir. Müəllif yeri gəldikcə, dərman bitkilərinin azərbaycanca qarşılığını da verir.

Əsərin dili də çox sadə olub, müxtəlif xəstəliklərdə özünü doğrultduğunu xəbər verir. Əsər 1825-ci ildə yazılmışdır.

Üçüncü əsər 1840-cı ildə azərbaycanca yazılmış “Məna­fiün-nas” adlı tibb əsəridir. Bu əsəri salyanlı Məhəmməd Əttar yazmışdır. Kitabın müqəddiməsində oxuyuruq:

“Təbabət elmi çox şərafətli bir elmdir və ondan bəhrəmənd olmaq hər kəsə vacibdir. Amma zəmanəmizdə haziq təbib qalmamışdır. Olanlar dəxi padişahlara mənsub olub, astaneyi-səadətdən bir an xali olmazlar, amma kənar yerlərdə təbib möhtaclarının nəhayəti yoxdur. Vilayət vardır ki, təbib olma­dığından başqa, tibbə mütəəlliq bir risalə də bulunmaz. Əgər kitab bulunarsa, kimi ərəbi yazar, kimi farsi ki, xalq olanlardan məna istixracından acizdir. Ol səbəbdən, saf türki dili ilə bu müxtəsəri qələmə götürüb adını “Mənafiun-nas” qoydum”.

Burada yazılan davalar məhz nəbati olduğundan və xü­susilə dərman adları mümkün qədər azərbaycanca yazıldı­ğından istifadə üçün çox faydalıdır.

Məhəmməd Həsən ibn Məhəmmədəli Gəncəvinin “Misba­hül-əlac” adlı əsəri də çox maraqlıdır. Təbrizdə həkimbaşı adı ilə şöhrət tapan bu gəncəli həkim öz əsərini gözəl bir şeirlə başlayır. Müəllif bu şeirdə bitkilərin, gül, yarpaq, kök, toxum və şirələrinin müəyyən bir xəstəliyə dərman olduğunu bədii ifadələrlə şərh edir.

Həkimbaşı müəllif yeri gəldikcə, yenə şeirə əl atsa da, onun əsil fikri heç də şeirlə ötürülüb qalmır və doğrudan da çox mükəmməl bir tibb əsəri yazır. O bildirir ki, bu kitabı o özünə qədər Şərqdə mövcud olan bütün əsərləri oxumaqla ya­zıb və öz təcrübələrində onları yoxlamışdır. Burada o, təbabət elminin həm nəzəri, həm də əməli cəhətini çox geniş vermiş və nəbatatdan bir dərman kimi çox bacarıqla istifadə etmişdir.

Onun nəzərincə, ən qorxulu olan xərçəng xəstəliyi məhz bədəndə sövdanın həddindən çox artmasından irəli gəlir. De­məli, bədəndə sövdanın çoxalmasına imkan verməməli və ya onun çoxalması müəyyənləşən kimi dərhal onu azaltmağa ça­lışmaq lazımdır.

Təbib Məhəmməd Hüseyn Gəncəvi əlyazmasının sonunda yenə şeirlə “Həyat suyu” adlandırdığı aşağıdakı məcunu hamıya məsləhət görərək, bu məcunun bütün dərdlərə dərman olduğu fikrini irəli sürür. Şeirin sətri tərcüməsi belədir:

Bu bütün dərdlərin dəvasıdır,

Hər kəs bu tərkibi içsə,

Onun təbibə ehtiyacı olmaz;

Kündür, dəvalə, müşk ilə sünbül,

Zəfəran, kəbabə, savəc, qızıl gül.

Narcıl, şəqaqil, bəsbasə,

Södi, hindi və soğan toxumu,

Filfil, dar filfil və səndəl,

Darçın, cövz, zəncəfil, durunc,

Hədvar, çəlğuzə, ənbər, nar gülü,

Zərnəb, məstəki və surincan,

Ənisun və kirman zirəsi.

Bütün bunları bərabər miqdarda

Həvəngdə əzib, ələyib təmiz bal ilə yoğur,

Sonra qəvamə gətir-qaynat və soyut,

Sonra qarışdırıb halva halına gətir.

Səhər-axşam ondan bir misqal qədər ye.

Əgər 60 yaşın varsa 120 yaşarsan,

Özünü həmişə cavan hiss edərsən.

Buna “Abi-həyat” məcunu deyərlər.

Azərbaycanlı həkim Hacı Süleyman ibn Kürd Həsən İrəvani özünün 1788-ci ildə yazdığı “Fəvadül-hikmət” adlı əsərinin müqəddiməsində deyir:

“Bütün dünya ləzzətlərindən vaz keçib, ruzigarın əzabına dözərək bu kitabı yazmağa meyl etdim ki, gələcək nəslə yadi­gar qalsın”. Burada dərman bitkilərinin adları farsca, ərəbcə, yu­nanca, hindcə və azərbaycanca qeyd edildiyindən, onları ta­nımağa böyük imkan yaradır. O yazır: “Hörmcək torunu sirkə ilə xəmir edib yaranın üstünə qoyanda qanı dayandırır və yara­nı sağaldır.

Qara çörək otunu sirkə ilə bərabər ac qarına bir qaşıq içsələr, qarından qurdu salar” və habelə.

Azərbaycan dilində tibbə dair yazılmış maraqlı əsərlərdən biri də “Qayətül-mütərəqqi bi tədbiri-küllül-mərəz” (bütün xəstəliklərin müalicəsinin son üsulları) adlanır. Bu əsərin müəllifi olan Həsən əfəndi kitabın əvvəlində yazır: “Tibb elmi şərafətli bir elmdir. Allah buyurub ki, elmlərin elmi bədən və din haqqında olan elmlərdir. Bədən elmini əvvəlcə ona görə demişdir ki, bədən sağlam olmasa, ibadət də mümkün olmaz”.

Bu əlyazmasında tibb elmi kimya və əczaçılıqla əlaqə­lən­dirilir və yunan alimlərinin fikirlərindən də geniş istifadə edi­lir.

1856-cı ildə İsa Dərbəndi tərəfindən üzü köçürülmüş tibb əlyazması maraqlı bir əhvalatla başlayır. O yazır:

“Belə nəql edilir ki, Bağdad xəlifəsi təxtə əyləşib bu­yu­rurdu ki, ölkədə olan bütün bilikli həkimləri onun yanına çağırsınlar. Onlar gələn kimi xəlifə buyurdu ki, insanın bə­dəninə nəyin xeyirli, nəyin zərərli olduğunu aydın yazsınlar. Onlar bütün kitabları töküb axtardılar və nəhayət, xəlifənin cansağlığına kömək edən bu kitabı düzəltdilər”.

Burada əsasən bitkilərin, quşların və heyvanatın insan bə­dəninə etdiyi təsirlərdən söhbət gedir. Kitabın sonunda müx­təlif dərdlərə dərman olan bitki dərmanları qeyd edilmişdir.1

Yeri gəlmişkən demək lazımdır ki, hazırda bütün dünyada bitki dərmanlarına xüsusi fikir verilir. Bu cəhalətdən hind, fransız və İran alimləri daha çox fəallıq göstərirlər.

Hazırda Yeni Dehlidə “Həmə dərd dəvax” adı ilə böyük bir müəssisə fəaliyyət göstərir. Burada məhz orta əsr tibb əlyazmalarında adı çəkilən bitkilərdən dərmanlar hazırlanır və dərmanlar Hindistanın ən ucqar yerlərinə göndərilir. Onun hər şəhərdə bir şöbəsi var. Çoxmilyonlu hind xalqının müalicəsi bu təşkilatın hazırladığı bitki dərmanlarla təmin edilir. Burada bitkilər məhz orta əsr tibb kitabları olan istilahlarla göstə­rilərək onlardan həb məcunlar hazırlamaqla bərabər, həmin dərman bitkiləri qurudulub, gözəl bağlamalarla Hindistana və dünyanın müxtəlif yerlərinə göndərilir. Həmin müəssisənin ixtiyarında yuxarıda adlarını çəkdiyim İbn-Sinanın “Qanun”, Məhəmməd Möminin “Töhfətül-möminin” əsərləri, müxtəlif qarışıq dinlər və “Məxzənül-ədviyyə” kitabları mövcuddur. Hind alimlərinin istifadə etdiyi həmin kitablar artıqlaması ilə bizim fondumuzda da vardır.

Mehdi Nəraqi adlı iranlı bir alim uzun müddətdir təbabətə dair fransız mənbələri və orta əsr Şərq əlyazmaları üzərində tədqiqat aparıb dərman bitkilərinin sirlərini açmağa çalışır. O, aşağıdakı kitablarını çap etdirmişdir:

“Yeni həyat tərzinin vəsiqəsi,

“Nə yemək lazımdır”,

“Şadlıq və sağlamlığın rəhni”,

“Nə edək ki, heç vaxt xəstə olmayaq”,

“Dərdə şəfa verən göyərtilər və meyvələr”.

Mehdi Nəraqi özünün “Güllər və dərman bitkiləri” adlı kitabının müqəddiməsində yazır.

– Min illərdən bəri dünyanın hər yerində insan təbiətin bəxş etdiyi bitki və meyvələrdən istifadə edir. Lakin insanlar han­sı bitkinin, göyərtinin və meyvənin hansı dərdə dərman ol­duğunu hələ dərindən dərk etməmişlər. Elmin bugünkü nailiy­yətləri nəticəsində məlum bitki və meyvələrin kimyəvi tərkibi öyrənilmişsə də, onlar əsasən bir növ vitamin mənbəyi kimi izah edilmişdir. Halbuki, hər gün işlətdiyimiz göyərti və mey­və­lərin müəyyən xəstəliyə faydalı və zərərli olduğuna fikir verilmir.

Sərtib Əhməd Bəharməst, Mehdi Nəraqiyə yazır:

– Mən Kürdüstanda olarkən bir az arıqlamaq və çəkimi azaltmaq fikrinə düşdüm. Səhər yemək əvəzinə ancaq meyvə suyu içib, nahara qədər heç bir şey yeməmək qərarına gəldim. İçdiyim meyvə suyu təsadüfən üzüm suyu idi. Bir neçə gün sonra baş nahiyəsində ağrılar baş verdi və gözləmədən sidiklə qumlar ixrac olduqda anladım ki, mənim böyrəklərimdə və sidik kisəmdə daş var imiş. Üzüm suyunun bu təsirini həkim­lərə dedim, onlar mənə əhəmiyyət vermədilər. Lakin sizin ki­tabınızda üzüm suyunun böyrəklərdəki daşları parçaladığı haqda məlumatı oxuduqda, etiqadım kamil oldu. Mən xəstə­liyə tutulan bir dostuma acqarına üzüm suyu içməyi məsləhət gördüm və çox çəkmədi ki, onun da böyrəyində olan daş par­çalandı və dostum əzabdan xilas olub, mənə təşəkkür etdi. Biz sizə minnətdarıq.

Aldığımız məlumata görə, hazırda İsveçrədə bitkisatan adlı mağazalar açılmışdır və həkimlərin çoxu məhz öz nüsxələri ilə xəstələrə burada satılan bitkilərdən istifadə etməyi tövsiyə edirlər.

Sovet İttifaqında da belə mağazalar var və həkimlərimiz dərman bitkilərinin ecazkar təsirini danmırlar. Şübhəsiz, bu məsələ mütəxəssislərimizi, habelə dərman bitkilərini tədqiq edən alimlərimizi ciddi maraqlandıracaqdır. Mən bu mövzuda hələ 5 il əvvəl Yerevanda təbabətşünaslıq tarixi üzrə Ümumit­ti­faq müşavirəsində və iki il sonra Düşənbədə məruzə edərkən oraya toplaşan alimlər bu məsələnin təbabət elminə çox fay­dalı olduğunu qeyd etdilər.

Məlumdur ki, bizim ixtiyarımızda olan bu təbabət kitab­la­rında xəstəlikləri müalicə etmək üçün istifadə edilən dərmanlar əsasən 4 mənbədən qida alır. Bitkilər, heyvanlar, cövhəriyyat və onların birləşməsindən əmələ gələn məcunlar, mənbənin ən mühümü nəbatatdır. Əlimizdə olan mənbələrdən aydın görü­rük ki, insan öz orqanizmini müalicə üçün təbabətin babası hesab edilən yunanlı Boqratdan, dahi Zəkəriyya Razi və Əbu Əli Sinadan tutmuş, XIX əsrin sonuna qədər olan təbiblər, həkimbaşılar, əttarlar məhz bitki dərmanlarından istifadə etmiş və yaratdıqları mürəkkəb ədviyyə və məcunların əsasında bu bitkiləri qoymuşlar. Əlbəttə, məlum bitkilər və hər gün yedi­yimiz nar, alma, heyva, limon, reyhan, yer kökü, keşniş, turp, çuğundur, zəfəran; zəncəfil, darçın, hil kimi daim bizim əlimiz altında olan meyvə və bitkilərin orqanizmə əsrarəngiz təsirin­dən danışmaq artıqdır. Çünki bu meyvə və bitkilər sovet elmi tərəfindən yaxşı öyrənilmiş və “Dərman bitkiləri” kitablarında da geniş təsvir edilmişdir. Burada haqqında danışmaq istədiyi­miz bugünkü elm aləminə adı az bəlli olan və ya heç bəlli ol­mayan dərman bitkiləridir. Orta əsrlərdə çox səmərəli surətdə istifadə edilən bu dərman bitkilərinin adları əsasən yunan, ərəb, fars dillərində yazılmışdır. Bu sahədə bizim respublikada bir neçə mütəxəssis alim fəaliyyət göstərir. Bunlardan biri əczaçılıq elmləri namizədi Asəf Rüstəmovdur. O, Azər­bay­canda dərmanşünaslıq tarixini öyrənməklə bərabər, qarabadin­ləri tədqiq edərək orta əsr dərman bitkilərinin sirrini açmağa çalışır. Aldığımız məlumata görə, 2.500-ə qədər bitkinin 4 dildə lüğətini də yaratmışdır. B.Uluxanov da xalq təbabətində istifadə edilən dərman bitkilərini toplayır və onların xəstə­liklərə təsirini öyrənir. Akademiyanın aspirantlarından Nadir Muradxani də öz namizədlik dissertasiyasını məhz bu sahəyə həsr etmişdir. Akademiyanın Botanika İnstitutunun əməkdaşı alim Muxtar Rəhimov dərman bitkilərini tədqiq edirlər. Bu institutda dərman bitkilərinin hətta fitokimyası öyrənilir. Bu məsələyə hörmətli professorumuz Emin Əfəndiyev də böyük maraq göstərir. Ancaq bunlar hamısı bir-birindən xəbərsiz çalışır, qüvvələr pərakəndə olur və hələlik bizim düşün­düyü­müz mənada lazımi nəticələr əldə edilməmişdir.

Respublika Əlyazmalar fondunda olan tibb kitabları üzə­rində hələlik ciddi tədqiqat aparılmır. Buradakı dərman bitki­lərinin və başqa cövhəriyyatın sirrini kompleks surətdə açan bir kollektiv yoxdur. Halbuki, bizim Azərbaycan ərazisinin gö­zəl və səfalı dağ ətəkləri bu dərman bitkiləri ilə doludur. On­ları yerli əhali də çox gözəl tanıyır və yeri gəldikcə, onlardan geniş istifadə edirlər. Keçən il “Elm və həyat” jurnalında nəşr edilən “Qədim dərman bitkilərinin sirləri” adlı məqalə çox adamın nəzərini bu məsələyə cəlb etdi. Müxtəlif rayonlardan mənə dərman bitkiləri gətirdilər. Zəngilandan gəlmiş Mənsur Mikayılov çoxdan bu sahədə işlədiyini bildirir. Ağdaşdan tanı­madığım qoca bir qadın Bakıda oxuyan oğlu vasitəsilə mənə dərman bitkiləri göndərdi. Lakin biz onlara – bu xalq bili­cilərinə lazımi qədər əhəmiyyət vermirik.

Məsələ burasındadır ki, orta əsr təbabət kitablarında adları çəkilən dərman bitkilərini bu xalq əttarları kitablarda yazılan adla tanımırlar və buna görə də, bizim təbabət kitablarının müalicə əhəmiyyəti xeyli azalır. Adı geniş xalq kütləsinə və hətta təbiblərə qaranlıq qalan bu bitkilər içərisində elə əcayib təsirliləri vardır ki, onları tapıb kimyəvi tərkiblərini öyrənmək və deyilən xəstəliklərdəki təsirini təcrübədə yoxlamaq çox faydalı olar.

Biz əgər bu bitkiləri Azərbaycan dağlarından lazımi qədər toplayıb qurutsaq, onların kimyəvi tərkibini öyrənib, xəstələr üzərində təsirini yoxlasaq, şübhəsiz ki, müəyyən nəticələr əldə edərik.

Şübhə etməmək olar ki, qədim əlyazmalarda adları fars və ərəb dillərində çəkilən dərman bitkilərinin bir çoxu Azər­bay­can alimlərinin birgə əməyi nəticəsində yenidən həyat vəsiqəsi alacaq və onlardan xalq lazımınca istifadə edəcəkdir.


Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət

Heyətinin qərarı
Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti Res­publika Əlyazmalar fondunda mühafizə edilən təbabətə aid orta əsr əlyazmaları haqqında, fondun direktoru M.Sultanovun məruzəsini dinləyərək, onu bəyənmiş və qərara almışdır:

Şərq xalqlarının orta əsr əlyazmalarında adı çəkilən dər­man bitkilərinin tədqiqi mövzusunun son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq:

a. Respublika əlyazmalar fondu orta əsr Şərq əyazma­larında adı çəkilən dərman bitkilərinin tətbiqi-təsviri və öyrə­nilməsini, yeni bir mövzu kimi öz elmi-tədqiqat işlərinin 5 illik planına daxil etsin:

b.Akademiyanın Botanika İnstitutuna tapşırılsın: institut Res­publika Əlyazmalar fondu ilə birlikdə orta əsr dərman bitkilərinin müasir elmi adlarını müəyyən etsin və respublika ərazisində onların olub-olmadığını müəyyənləşdirsin.

v. Bu problemin həllində iştirak etmək üçün mütəxəssislər, o cümlədən əczaçılar cəlb etmək barədə Azərbaycan SSR Səhiyyə Nazirliyi qarşısında məsələ qaldırılsın.

Bu mövzu Azərbaycan SSR Elmlər Akademiyasının elmi-tədqi­qat işləri planına daxil edilsin.
Мярузянин мятни илк дяфя «Елм вя щяйат» ъурналынын 1970-жи ил 12-жи нюмрясиндя дярж олунмушдур (с.8-10).
MADDEYİ- TARİX VƏ ONUN TƏRTİBİ HAQQINDA
Klassik Şərq ədəbiyyatında müəyyən ictimai və təbii hadi­sə­lərə, görkəmli şəxslərin təvəllüd və vəfatına, qalaların, tarixi abidələrin tikilişinə və s. dair yazılan maddeyi-tarixlər (xro­noqramlar) elmi baxımdan son dərəcə böyük maraq doğurur. Çünki bu maddeyi-tarixləri yazan alim və şairlər hadisələrin bilavasitə şahidi olmuş və onların tarixini qeyd etməyi lazım bilmişlər. Buna görə də, məsələn, bir klassik şairin təvəllüd və vəfat tarixi haqqında mənbə və təzkirələrdə verilən müxtəlif məlumatlar məhz həmin maddeyi-tarixlər vasitəsilə təshih edilir. Deməli, bu maddeyi-tarixlər özünün dürüstlük və sər­rastlığı etibarilə ən inandırıcı ilk və orijinal bir sənəd mahiy­yəti kəsb edir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu mad­deyi-tarixlərin əksəriyyəti klassik Şərq poetikasının mü­rək­kəb və dolaşıq ibarə və tərkibləri əsasında tərtib edildiyi üçün bəzən onları tapmaq və müəyyənləşdirmək çox çətin olur.

Biz gənc tədqiqatçılara kömək məqsədi ilə bu məqalədə maddeyi-tarixlərin tərtib prinsipləri haqqında qısa söhbət aça­cağıq.




  1. Rəqəmlərlə göstərilən maddeyi-tarixlər

Belə maddeyi-tarixlər aydın göstərildiyi üçün onu başqa üsul­larla axtarmağa ehtiyac yoxdur və asanlıqla dərk edilir. Mə­sələn, Xacə Nəsirəddin Tusinin vəfat etdiyi tarix belə gös­tə­rilmişdir:


نصير ملت و دين پادشاه کشور فضل

يگانه که چواو مادر زمانه نزاد

بسال ششصد و هفتادو دوبذی الحجه

بروز هجد هم اندر گذشت در بغداد

Tərcüməsi:

Xalq və dinin köməkçisi, fəzilət ölkəsinin padşahı olan Nə­si­rəd­din ki, dünyanın anası onun kimi yeganə bir oğul doğ­ma­mışdır, altı yüz yetmiş ikinci il zilhiccə ayının on səkkizində Bağdad şəhərində vəfat etdi1.

Şerdən Nəsirəddin Tusinin hicri 672-ci il zilhiccə ayının 18-də (miladi 1274-cü il martın 20-də Bağdad şəhərində vəfat etdiyi aydın olur. Bu da Tusinin elmi-tədqiqat əsərlərində gös­tərilən vəfat tarixinə uyğun gəlir.

Habelə Sədi Şirazinin də vəfat etdiyi tarix bir mənbədə aydın göstərilmişdir:


يگانه دو جهان پير با وفا سعدی

که مجلس سخنش حور خلد ساقی بود

و داع کرد جهانرا ز هجرت آن وقتی

که شش صدو نود و يک دو روز باقی بود


Tərcüməsi:

Hər iki dünyanın yeganəsi vəfalı qocamız Sədi ki, onun söz məclisində behişt hurisi saqilik edirdi, bu dünyanı o zaman vida etdi ki, hicrətin altı yüz doxsan ikinci ilinin qurtarmasına iki gün qalmışdı.

Buradan Sədi Şirazinin hicri 692-ci il zilhiccə ayının 28-də (miladi 1292-ci il dekabrın 11-də) vəfat etdiyi məlum olur.

XIX əsr Azərbaycan şairlərindən Mirzə Rəhim Fəna öz oğlu Əsədin vəfat tarixini ona yazdığı mərsiyənin sonunda aydın surətdə belə göstərmişdir:


فنا سال وفاتش را رقم کرد

هزار و سيصد و ده با دو بود آن


Tərcüməsi:

Fəna onun vəfat ilini yazdı

Min üç yüz on iki oldu2.

Lakin bu səpkidə yazılan maddeyi-tarixlər çox vaxt düz­gün qeyd edilmir, bəzən şerin vəzni və qafiyəsindən asılı in­ver­siyaya uğrayaraq, istənildiyi kimi dal-qabaq yazılırdı. Mə­sələn, Abbasqulu ağa bakıxanov Qasım adlı birini tərif edər­kən yazdığı şerin tarixini belə göstərmişdir:


Sehr ya möcüzədir onda rəqəmlər guya,

Qasımın tərifini çoxdur iki yüz zinətilə,

Tarixi-doqquz, otuz, min iki yüz oldu tamam,

Rəcəbin son günü bitdi bu rəqəm hikmətilə3.


Daxili inversiyaya uğramış bu tarixi düzünə yazsaq, hicri 1239-cu il alınar ki, bu da miladi 1823-cü ilə, rəcəbin son günü isə mart ayının 31-nə təsadüf edir.



  1. Hərflərlə qeyd edilən maddeyi-tarixlər

Əbcəd üzrə tərtib edilmiş əlifbanın hər bir hərfi müəyyən bir rəqəmi ifadə etdiyinə görə şairlər də həmin hərflər vasi­təsilə maddeyi-tarixlər yaratmışlar. Bu tarixlər bəzən bir hərf­dən, bəzən bir neçə hərfdən ibarət olur.

Məsələn, şair Arif öz arvadı Xeyransanın vəfat etdiyi tarixi onun qəbir daşına belə yazdırmışdır:
Bu mərqəd mərqədi-Xeyrən-Nisadır,

Təvaf et, ey könül, əhli-vəfadır.


Vəfatı tarixi gər sorsa Arif,

De: kafü qeynü sinü ravü madır4.


Burada adları çəkilən hərflər (م، ر، س، غ، ک) rəqəmlərlə əvəz edilib cəmləndikdə (20+1000+60+200+40=1320) hicri 1320 (miladi 1902)- ci il alınır.

Habelə, eyni üsulla XIX əsrin görkəmli şairi Salik də öz qızı Xeyransanın vəfat tarixini onun qəbir daşı üzərində belə yazmışdır:


Vəfatı tarixi Xeyrən-Nisanın

Ki, bir cim ilə bir nun çar şindir5.


Son misrada adları çəkilən hərflər (ش، ن، ج) rəqəmlə əvəz edilib cəmləndikdə (3+50+4 x 300=1253) bu tarix hicri 1253 (miladi 1837)- cü ilə bərabər olur.

Məşhur şer bülbülü Hafiz Şirazi də çox hörmət etdiyi Şiraz hökmdarı Əmir Şeyx Cəlaləddin Əbu İshaq İncunun qətli barəsində maddeyi-tarix yazarkən bu üsuldan istifadə etmişdir:


بروزکاف و الف در جمادی الاولی

بسال ذال دگر حا و نون على الاطلاق

خدا يگان سلاطين مشرق و مغرب

جمال دنيا و دين شاه بشيخ ابو اسحاق

ميان عرصه ميدان خود بتيع عدو

نهاد بر دل آحباب خويش داغ فراق



6

Tərcüməsi:

Cəmadiyəl-əvvəlin Kaf və Əlif günü (ا، ک)

Zal, bir də ha və nun ilində (ن، ح، ذ)

Şərq bə qərb şahlarının başçısı,

Dünya və dinin gözəlliyi olan Şeyx Əbu İshaq

Müharibə meydanında, düşmənin qılıncı ilə

Öz dostlarının qəlbinə ayrılıq dağı çəkdi.


Bu maddeyi-tarixdən Şeyx Əbu İshaqın hicri (700+8+50) 758- ci il cəmadiyəl-əvvəl ayının (20+1) 21-də (miladi 1356-cı il mayın 11-də) qətlə yetirildiyi aydın olur.



  1. Bir kəlmə ilə ifadə edilən maddeyi-tarixlər

Abbasilər dövlətinin inqiraz tarixini onun qanlı məzmunu ilə bağlayaraq خون (qan) sözü ilə ifadə etmişlər ki, bu da əbcəd hesabı ilə (600+6+50) hicri 656 (miladi 1258)- ci ilə təsadüf edir7.

XV əsrin məşhur klassik tacik şairi Nurəddin Əbdürrəh­man Caminin vəfatı tarixi bircə “Xirədmənd”8 (خردمند) sözü ilə ifadə edilmişdir ki, bu da hicri 898 (miladi 1492)-ci ili göstə­rir.

Bu tək sözlər bəzən bir neçə tarixi göstərdiyi zaman ahəng­dar şəkildə qafiyələnir. Məsələn, Məhəmməd peyğəmbərin öm­rü, nübüvvəti, neçə il Məkkədə, neçə il Mədinədə olması aşa­ğıdakı ahəngdar sözlərlə ifadə edilmişdir9 ki, burada bu söz­lərin özlərinə məxsus heç bir mənası yoxdur. Ömri-Nəbi- سج =63, Nübüvvətəş- کج =23, fi Məkki- با =11, fi mədinəti- يج =13.

Eyni üsulla məşhur filosof və təbib Əbu Əli ibn Sinanın təvəllüd, təhsil müddəti və vəfat tarixi aşağıdakı şəkildə öz ifadəsini tapmışdır:

حجت الحق ابو علی سينا

در شجع آمد از عدم بو جود

در شصا کرد کسب کل علوم

در تکز کرد اين جهان بدرود

10

Tərcüməsi:

Həqiqət carçısı Əbu Əli Sina

شجع -də dünyaya gəldi,

شصا - da təhsil aldı (təhsilini bitirdi),

تکز - də vəfat etdi.

Burada شجع sözü = 300+3+70 = 373 təvəllüdünü (miladi 983),شصا sözü = 300+90+1 = 391 təhsil müddətini (miladi 1000),تکز sözü = 400+20+7 = 427 vəfat etdiyi tarixi (miladi 1035) göstərir.

Şah İsmayıl Xətainin şerdə bircə (ظل =930) sözü ilə göstərilən11 vəfat tarixi başqa bir cüngdə belə qeyd edilmişdir:


وفات سلطان صاحبقران شاه اسماعيل صفوی

در بدره مشکين قره داغ هفد هم محرم سال


Tərcüməsi:

Dünyanın sahibi Şah İsmayıl Səfəvi 930-cu il məhərrəm ayının 17-də Qaradağın Meşkin şəhərində vəfat etdi.

Bu miladi 1523-cü il noyabr ayının 27-nə təsadüf edir. Hal­buki Şah İsmayıl haqqında məlumat verilən məxəzlərin əksə­riyyətində onun vəfatı tarixi yanlış olaraq 1524-cü il gös­tərilmişdir12.

XVI əsrin məşhur şairi, Nizami Gəncəvinin təsiri ilə 3 xəmsə yazan Əbdi bəy Şirazi özünün “Leyli və Məcnun” poemasını nə vaxt bitirdiyini belə qeydə almışdır:


اين جمله بطبع فکرت انديش

گفتم بدو ماه بی کم و بيش

دادم بخيال حيرت انگيز

اتمام بدار ملک تبريز

خاموش چوشد ضميرم از جوش

13 تاريخ کتاب گشت خاموش
Tərcüməsi:

Bunların hamısını uzaqgörən təbi ilə düz iki aya yazıb.

Bu heyrət doğuran xəyalımla

Təbriz şəhərində qurtardım.

Elə ki, təbim qaynardan düşdü.

Kitabın da tarixi xamuş oldu.

Bu şerdə son “xamuş” kəlməsi əbcəd hesabı ilə (600+40 +6+300) hicri 947 (miladi 1540)- cı ilə işarədir.

Abbasqulu ağa Bakıxanov Qüdsi də öz rübailərindən birini yazarkən maddeyi-tarixi bir kəlmə ilə göstərmişdir:

Nəsimin baxışı ruhpərvərdir,

Gül fəsli gecə ilə gün bərabərdir.

Şadlıqdan muştuluq gətirmiş bülbül,

İlin də tarixi indi sağərdir14.

Buradaساغر (sağər) sözü əbcəd hesabı ilə (60+1+1000+ 200) hicri 1261 (miladi 1845)-ci ili göstərir.

Məşhur şair İsmət Buxarinin vəfatı tarixi də bir kəlmə ilə qeyd edilmişdir.

تاريخ وفات خواجه عصمت

15 هر کس که شنيد گفت تمت
Tərcüməsi:

Xacə İsmətin vəfat tarixini

Kim eşitdisə, “təmmət” dedi.

Buradakıتمت (təmmət) sözü “bitdi” mənasını bildirib, eyni zamanda əbcəd hesabı ilə (400+40+400) hicri 840 (miladi 1436)-cı ili göstərir.

Yuxarıdakı misallardan aydın görünür ki, şairlərin madde­yi-tarix yazarkən istifadə etdikləri ayrı-ayrı kəlmələr əksər hallarda şerin məna sisteminə daxil olurdu ki, bu da müəllifin yüksək bədii sənətkarlığa malik olduğunu göstərirdi. Lakin bəzən, elə hallar da ola bilər ki, şairlər sadəcə olaraq müəyyən bir tarixi nəzərə çarp­dırmaq istədiklərindən həmin tarixi bildirən kəlmələrin mətndə verəcəyi mənanı nəzərə almırlar. Buna misal kimi Abbasqulu ağa Bakıxanovun bir şerini nə vaxt (hansı ildə və ayda) yazdığını gös­tərmək üçün istifadə etdiyi xüsusi mənası olmayan kəlmələri gös­tərmək olar:

Hicrət (غرس), miladisə (غضمد)-dir indi,

Bu il şubatda (کط) qədər gün var16.

Beytin birinci misrasında göstərilənغرس sözü əbcədlə hesab­landıqda hicri 1260-cı il, غضمد isə həmin ilə mütabiq olan miladi 1844-cü ili göstərir, کط-ə gəldikdə isə, həmin il şubat ayının 29 gün olduğuna işarədir.




  1. Yüklə 1,17 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə