Мювлана ъялаляддин


Altı cəhətə qaçma, çünki o cəhətlərdə



Yüklə 2,29 Mb.
səhifə6/27
tarix15.03.2018
ölçüsü2,29 Mb.
#31766
1   2   3   4   5   6   7   8   9   ...   27

Altı cəhətə qaçma, çünki o cəhətlərdə,


Altı qapı bağlıdır, nursuzdur pərdələr də!

Bu sözlərin sonu yox, çünki həbsdə olanlar,

Bir alçağın əlindən keçirirlər pis anlar!

Zindanda olanların o müflis rəzilin əlindən Qazinin vəkilinə şikayət etmələri
Idraklı bir qazinin vəkiliylə danışıb,

Şikayət eylədilər, həbsdə biri hədd aşıb!

Yetir salamımızı, sən qaziyə indicə,

Söylə incidir bizi, bu rəzil gündüz-gecə!

Əgər o da zindanda daimilik qalarsa?

Alçaq, rəzil, həyasız bizlərdən pay alarsa?

Biz zindanda olanlar, loğma da tapa bilməz!

Yüz cür hiylə, məkrlə, alar, yeyər tox olmaz!

O cəhənnəm ağızlı, yemək zamanı gəlir,

Haqqdan dəlil gətirir, yeyir, içir, dincəlir.

Həyasız milçək kimi, qonur təam üstünə.

Salam demir, insaf yox, xörək qəhətliyinə.

Onun qarnıyçın heçdir, altmış nəfər yeməyi,

Əgər desən daha bəs, kar tək yeyər xörəyi.

Bu üç illik aclıqdan aman yox bizə ey dad!

Mövlamızın kölgəsi, qoy etsin bizləri şad!

Hökm eylə çıxartsınlar, bu camışı zindandan,

Ya da ki, göstəriş ver, yedirdilsin bu andan.

Ey xoş olsun sənə ki, fikrin əyan hər zaman.

Ədalətlə hökm ver, köməyinə var güman.

Tədbirli vəkil getdi, baş qazi hüzuruna,

Çatdırdı şikayəti birbəbir, dəqiq ona.

Qazi çağırdı onu, zindandan hüzuruna,

Sirri araşdıraraq, vəkillər dedi ona.

Vəkil qazi yanında dedi şikayətləri,

Onlar nə demişdilər, həmin rəvayətləri.

Qazi həbsdə olana dedi: - Zindanı tərk et,

Həbsdən azad edirəm, dayanma evinə get!

Dedi: - Xanımanımı sənə ehsan edirəm.

Sənin zindanın mənə cənnətdir, mən getmirəm.

Zindandan qovsan məni, çıxsam oradan əgər?

Dərvişlik, dilənçilik əldən salar, öldürər.

Necəİblis deyirdi: -Rəbb mənə möhlət versin,

«Qalə Rəbbi fənzirni, ilə youmi yub əsin».81

Bu dünya zindanında yaxşıyam, keyfi xoşam,

Özümə düşmənlərə mən bir qənim olmuşam.

Kimin ki, imanı çox, inamında möhkəmdir,

Çörək əldə etməkçin, məqamında möhkəmdir,

Hiylə ilə alaram, sirli imanlarını.

Peşman edib silərəm güclü gümanlarını.

Onları dərvişliyə, bəzən məcbur edərəm,

Gah da zülflə, xal ilə gözlərin kor edərəm.

Bu zindanda imanın güc-qüvvəsi zəifdir,

Bu itin cəhdi ilə iman səsi zəifdir,

Namaz, oruc, aclıqdan, yüz cür biçarəlikdən,

Zövqünə qüvvət gələr, bir dəm avarəlikdən.

Ey Tanrı! Qoru bizi, bu şeytanın çəngindən,

Bizlər həlak olarıq, hiylələr ahəngindən.

Bir köpəkdir, minlərlə qapılarda sümsünür,

Kim onun qapısına gedirsə, ona dönür.

Kim səni qaytarmağa cəhd etsə o meydandan?

O bir divdir gizlənmiş dəri altda o andan!

O surəti tapmazsa xəyal gələr ağlına,

Xəyallar onu çəkər, bəlaların yoluna.

Sənin xəyallarından özünə gələr bəla,

Çünki xəyalın sənin fəsaddan qalmış dala.

Gah xəyalın açılar, gah da bəzən bağlanar.

Gah elm haqda düşünər, gah da ki, elmi danar.

Gah xəyal fayda verər, gah da sövdəgar olar.

Gah tacirlik eyləyər, gah hakimə yar olar.

Gah xəyal qızıl-gümüş, gah övlad, gah da arvad,

Gah xəyal bir çərənçi, gah şad, gah da ki, naşad.

Gah xəyal əşya kimi, gah bir qumaş olacaq.

Gah olacaq bir məfrəş, gah bir fərş tək qalacaq.

Gah xəyal bir dəyirman, gah bağ-bostan, gülüstan,

Gah xəyal qəmli bulud, toz-torpaq, gülüşüstan!

Gah xəyal bir barışıq, gah da cəngi-cədəldir,

Gah insanı düşünən, gah kəlməsi bədəldir.

Indi qov sən başından, sirli təxəyyülləri,

Indi süpür qəlbindən dəyişən fikirləri!

Başa düş söylə indi, «La hövlü»nü vaxtında,

Təkcə öz dilinlə yox, canınla, can taxtında!



Müflis, məhbus və Qazi əhvalatının davamı

Qazi məhbusa dedi: -Göstər müflisliyini,

Dedi: –İndi dustaqlar edər şahidliyimi.

Dedi: - Onlar müttəhim, cinayət sahibləri,

Səndən qan ağlayırlar, incimişdir qəlbləri.

- Onlar istəyirlər ki, səndən aman alsınlar,

Bu səbəbdən qərəzli, batil82 şahiddir onlar.

Bütün məhkəmə əhli dedilər: - Biz həmçinin,

Bilirik müflisliyin, etdilər şahidliyin.

Onun xasiyyətini soruşdu qazi kimdən,

Dedilər: - Ey mövlamız, dad bu müflis əlindən!

Qazi dedi: - Hər yerdə, onu eyləyiniz faş!

Bütün şəhər əhlinə yayın: - Ədəbsiz qəllaş!83

Onun kim olmağını hər bir məkana yayın,

Müflis olmağı haqda xəbər hər yana yayın.

Heç kəs ona nisyə mal, satmasın bundan sonra,

Heç kimsə borc verməsin, həmin bietibara.

Hər kəs dava edərək, onu bura gətirsə?

Onu həbsə salmaram, pis əməl də edərsə.

Onun tam müflisliyi, mənə sübut olmuşdur,

Əlində nağd əşyası, yoxdur süqut84 olmuşdur.

Insanın dünya həbsi, o səbəbdən baş verər,

Iflasa uğramasın, hamı dərk edər, görər.

Tanrımızda onunçun, divin müflisliyini,

Elan etdi Quranda, saf etdi bizim dini.

Söylədi ki, «bu dəğa»85 bəd əməlli müflisdir,

Hər bir kəsin onunla alver etməsi pisdir.

Bəhanə gətirərək, alver də etsən əgər,

O müflisdir, müflisdən xeyir gələrmi məgər?!

… Fitnə-fəsad edənlər, gəlib səs-küy saldılar,

Odun satan bir kürdün, dəvəsini aldılar.

Həmin o biçarə kürd, çox qışqırıb hay saldı,

Vəkilə dirhəm verdi, ona arxayın oldu.

Dəvəsin aparanda, günorta vaxtı idi,

Axşamadək hay saldı, hər kimə dərdin dedi.

Ac-susuz dolananlar dəvəsini mindilər,

Dəvənn sahibi də dallarınca sərbəsər,86

Tərəf-tərəf, yanbayan dəvəni çapırdılar,

Bütün şəhər heyrətdən göz açıb-qırpırdılar.

Carçılar uca səslə bəyan eyləyirdilər,

Türklə-kürd, rumla-ərəb, birgə söyləyirdilər.

Onlar uca səs ilə qışqırıb deyirdilər,

Bunlar zulmkardırlar deyərək söyürdülər.

Yazığa pislik etmək, vəfasızlıq göstərmək,

Oğrular peşəsidir, həyasızlıq göstərmək.

Onlar müflis olmuşlar, heç bir şeyləri yoxdur,

Onlara borc verilmir, çünki aldatma çoxdur.

Zahir –batinlərində bir dirhəm pulları yox,

Çirkin qəlbli kəslərin müflislik yolları çox.

Az həriflik eyləyin, siz çox diqqətlə baxın,

Bağlamaq istəyəndə düyünü möhkəm sıxın.

Zəiflədib qaziyə onu gətirsəz əgər,

Mən zindana atmaram, çünki zəif tez ölər.

Onunsa keyfi kökdür, boğazı da çox geniş,

Yeni şüarlar ilə üst libasın bəzəmiş.

Məkr ilə, hiylə ilə libasın örtsə əgər,

Müvəqqəti olaraq xalqı aldada bilər.

Hikmətli söz olarsa ağılsızın dilində,

Ağıllı, ötəri bil, bəhanədir əlində!

Oğrunun götürdüyü libası əynindəsə,

Oğru tuta bilməzsən, dəlil-sübut olmasa.

Axşam çağı müflislər dəvədən endi yerə,

Kürd onlara söylədi: - Gecə mən gedim hara?

Oturduz dəvəmə siz, sübh çağı, səhər- tezdən,

Zülümlər etdiz bizə, xəbərsiz dərdimizdən!

Dedilər: - Görmürsənmi, biz nə ilə məşğuluq?!

Yadında qalmamışmı, biz müflisik, yoxsuluq?!

Muflisik deməyimiz yeddi göyə yayılmış,

Bəs sən eşitməmisən, insafın harda qalmış?!

Xam, tamahkarlığından qulaqların dolmuşdur,

Tamahkarlıq kar etmiş, gözündə kor olmuşdur.

Daşa-kəsəyə qədər halımız bəyan olmuş:

- Bu binamus müflisdir, iflasdan cana dolmuş,

Şama qədər dedilər dəvənin sahibinə,

Dinmədi etdi tamah, dünya malına yenə.

Çünki Haqq möhür vurmuş, beləsinin qəlbinə,

Gözlərində pərdə var, inamları yox dinə.87

Nəyisə O göstərər, o gözlərə görünər,

Camal, kamal, mürüvvət, naz-qəmzə də verilər.

Nəyisə, O çatdırar, qulaqlarda səslənər,

Muştuluq, şad xəbərlər, küllər başa ələnər.

Nədən xəbərsiz olsan, uyğuda qalsan əgər,

Ehtiyac zamanında Haqq onu əyan edər.

Peyğəmbər belə demiş, təmiz, pak olan Xuda,

Hər dərdin dərmanını, yaratmış dərd yanında.

Lakin o dərmanı sən görməzsən, hiss etməzsən,

Onun fərmanı yoxsa, dərdə dəva bilməzsən.

Dünya çarəylə dolu, açılmayan çarə yox!

Tanrın əgər açmasa, sən də dayan, çarə yox!

Ey çarələr axtaran, göz dik «Laməkana» sən,

Daim ümidlər eylə, gözün çevir Ona sən.

Dünya heçdən yaranmış, faniliyə calanmış,

O yoxluqdan yaranmış, bir boşluqda saxlanmış.

Paklıq istəyirsənsə, Onu sevirsən əgər?

Qayıt varlıqdan bu dəm, yoxluqlara səy göstər!

Bu yoxluqdan qaçma sən, odur mədaxil yeri,

Bu az-çox vücudun da, olmuş məxaric yeri.

Haqqın yaratma evi, bir yoxluğa bənzəyir,

Ömür sürməkdən qeyri, dünyada qalan kimdir?!


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə