N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə1/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
  1   2   3   4   5   6   7   8   9   ...   145
19467

N A M İQ  ABBASOV

MƏDƏNİYYƏT  SİYASƏTİ



MƏNƏVİ  DƏYƏRLƏR

BAKI -  2009




Elmi redaktoru və ön sözün müəllifi 

M ü b ariz  Süleym anlı



sənətşünaslıq namizədi,  dosent

Rəyçilər:

Niyazi M ehdi

fəlsəfə elmləri doktoru, professor 

İlq a r Hüseynov



kulturologiya elmləri doktoru,  dosent 

Şəhrəddin M əm m ədov



fəlsəfə elmləri doktoru, professor

N am iq A bbasov. M ədəniyyət siyasəti və mənəvi dəyərlər.

Bakı,  2009,  444  səh.

Kitabda Azərbaycan Respublikasının müasir dövrdə mədəniyyət 

siyasətinin  elmi-müqayisəli  təhlili  verilir,  bu  siyasətin  milli-mənəvi 

dəyərlərimizin  inkişafındakı  rolu  araşdırılır və  qloballaşma  prosesi­

nin neqativ təzahürləri ilə təmasda milli-mənəvi dəyərlərimizin aşın­

madan qorunması istiqamətində məqsəd və vəzifələri şərh edilir. Ha­

belə  mədəniyyət  siyasəti  anlayışının  təhlili  verilir,  müstəqillik  qa­

zandıqdan  sonra əldə  olan müvəffəqiyyətlərdən,  mövcud olan prob­

lemlərdən və  onların necə  aradan  qaldırılması yollarından bəhs  edi­

lir.  Hər  bir  milli  mədəniyyətin  inkişafı  üçün  vacib  olan  mədəni 

əməkdaşlığın  Azərbaycanda  nə  dərəcədə  inkişaf  etdiyi  öyrənilir. 

Milli dəyərlərimizin Azərbaycan kulturoloji düşüncəsindəki  spesifik 

xüsusiyyətləri  tarixi  inkişaf fonunda  izlənilir və  dəyərləndirilir.  Qa­

baqcıl  dünya  ölkələrinin  mədəniyyət  siyasəti  təhlil  edilir və  onların 

müsbət cəhətlərinin mənimsənilməsi yolları  araşdırılır.  Dövlət  siya­

sətində  mədəni  və  mənəvi  irsin  qorunması  vəzifələrinin  metod  və 

üsulları təhlil edilir, mədəniyyət siyasətinə dair təkliflər verilir.

4702000000 



N  -  098 -  2007

Qrifli nəşr

“NAbbasov”, 2009

2



Ön söz

Bəşər  mədəniyyəti  tarixinin  araşdırılması  sahəsindəki  qaza­

nılmış  təcrübələr  sübut  edir  ki,  insanların  mənəviyyat,  əxlaqi 

normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradı­

cısı  xalqdır.  Təbiətin  hər  bir  xalqa  bəxş  etdiyi  ən  qiymətli  miras 

onun  milli-mənəvi  dəyərləridir.  Bu  səbəbdən  də  hər  şeydən  əvvəl 

və hər sahədə, o cümlədən mədəniyyət siyasəti  sahəsində mədəniy­

yətin  təsbiti  mövzusuna  üstünlük  verilməlidir.  Milli-mənəvi 

dəyərlər  gələcək  nəsillərə  daha  da  zənginləşdirilmiş  halda  ötürül­

məlidir.  Şübhəsiz ki,  mədəniyyət dəyişmədən və zəngjnləşdirilmə- 

dən varlığım qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siya­

sətində  yaradıcı  və  qurucu  səciyyəli  hər  cür  fəaliyyət  təşviq 

edilməli,  yeni  qabiliyyətlərin  kəşf edilməsi,  istiqamətləndirilməsi, 

dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.

Müasir  dünya  siyasətində  qlobal,  regional  və  lokal  problem­

lərin,  qloballaşma və mədəni  inteqrasiya məsələlərinin həllinə yeni 

münasibət  müşahidə  edilməkdədir.  Demokratiyanın  siyasi  sistem 

kimi  formalaşdınlmasını  tələb  edən  bu  prosesdə  Azərbaycan 

Respublikası  da  fəal  iştirak  etməkdədir.  Lakin  hər zaman  diqqətə 

alınmalıdır  ki,  yalnız  milli  və  bəşəri  dəyərlərin  sintezi  və  dünya 

təcrübəsi  yönündə  həyata  keçirilən  islahatlar  sayəsində  dünyanın 

sosial,  mədəni,  iqtisadi  cəhətdən  inkişaf  etmiş  dövlətləri 

səviyyəsinə çatmaq mümkündür.  Sosial,  mədəni,  iqtisadi tərəqqiyə 

xidmət  edən  bu  prosesdə  qarşıya  çıxan  problemlər  isə  bilavasitə 

mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin 

öyrənilməsini,  kompleks  əlaqələrinin  genişləndirilməsini  zərurətə 

çevirir ki,  bütün bunlara da yalnız  mükəmməl  mədəniyyət  siyasəti 

sayəsində nail olmaq mümkündür.

Bu  gün  Azərbaycan  Respublikasının  beynəlxalq  miqyasda 

tanınmasına,  müstəqilliyinin  möhkəmlənməsinə  dair  bir  sıra 

tədbirlər  həyata  keçirilir.  Eləcə  də  təhsil  və  mədəniyyətin  inkişafı 

üçün  zəruri  qərarlar  qəbul  edilir.  Dövlət  aparatının,  təhsil  və 

mədəniyyət  institutlarının  Avropa  standartlarına  uyğun  şəkildə

3



qurulması  istiqamətində səylər göstərilir.  Milli-mədəni,  intellektual 

qüvvələr  öz  fəaliyyətləri  ilə  dövlətin  mədəniyyət  sahəsindəki 

siyasətinin  müasir  durumunu  təhlil  edir  və  bu  siyasətin 

perspektivlərinə aydınlıq gətirməyə çalışırlar.

Mənəvi  dəyərlərimizin  qorunub  saxlanılması  və  inkişaf 

etdirilməsi  müstəqil  respublikanın  mədəniyyət  siyasətinin  əsas 

vəzifələrindən biridir.  Bu  mənada Azərbaycan  dövləti  öz daxili və 

xarici  siyasətini  yeni  tarixi  şəraitə,  müasir tələblərə  uyğun  olaraq, 

xalqımızın tarixi  və  mədəni  ənənələrinə,  dilimizə,  dinimizə,  milli- 

mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.

Müstəqilliyimizin  əldə  olunmasından  sonra  həyata  keçirilən 

mədəniyyət  siyasəti  milli-mənəvi  dəyərlərimizin  qorunub  sax­

lanılması  və  gələcək  nəsillərə  çatdırılması  üçün  böyük  zəmin 

yaradır.  Xalqımızın əldə etdiyi bu böyük nailiyyət,  milli  sərvətimiz 

olan  mənəvi  dəyərlərimizin  istifadəsini,  bəşəri  dəyərlərin  tərkib 

hissəsi  kimi  inkişafını  və  inteqrasiyasını  təmin  edir.  Azərbaycan 

xalqı  azad  və  suveren  dövlət  quraraq,  mədəni-iqtisadi  islahatlar 

aparmaqla öz milli-əxlaqi  dəyərlərinə, tarixinə qayıdır,  demokratik 

ölkələrin təcrübələrindən istifadə edir.

Dövlətimizin  belə  bir  demokratik  mədəniyyət  siyasəti  xətti 

tutduğuna  və  müasir  dünya  mədəniyyətinə  inteqrasiya  olunduğu­

muza  görə,  mədəniyyətimizin  özündə  böyük  bir  dəyişiklik  etmə­

dən,  yəni  mühafizə  edilməsi  zəruri  olan milli  şəxsiyyətimizi  təşkil 

edən xarakterik keyfiyyətlərimizi budamadan,  milli-mənəvi  dəyər­

lərimizə  xələl  gətirmədən,  təcrübəyə  və  elmin  mütərəqqi  nailiy­

yətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq 

məcburiyyətində  olduğumuzu  qəbul  etməliyik.  Bu  gün  istəsək  də, 

istəməsək  də  qloballaşma  hərəkaündan,  mədəni  inteqrasiya 

prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin 

cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərti 

ilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də düşünməliyik.

Müasir  dövrdə  mədəniyyətin  idarəedilməsi  üçün  zəruri  olan 

elmi  təsəvvürün  işlənib  hazırlanması,  ancaq  gündəlik  məsələlərin 

həllinə  yönəldilən və  mədəniyyətin  ауп-ауп  sahələrini  əhatə  edən

4



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə