N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə14/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   10   11   12   13   14   15   16   17   ...   145

mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən  hasil  olan bir 

yekundur.  Hər  millət  öz  iqtidar  və  öz  istiqlalı  sayəsində,  yəni 

öz  dirilyi  ilə  özünə  xüsusi,  xüsusi  olduğu  qədər  də  qiymətli 

bəzi  şeylər  əlavə  edir  ki,  bir  millətin  ölməsi  və  yaxud  ölgün 

fikirlərlə  yaşaması  yalnız  özünün  bədbəxtliyinin  deyil, 

bəşəriyyətin də böyük bir nöqsanını təşkil  edir”  (86,  s.462).

Əhməd  bəy  Ağaoğluda  da  mədəniyyəti  daha  geniş,  bütün 

tərifləri  içinə  alan və bu  kəlməyə  ən geniş mənanı verən “həyat 

tərzi”  kimi  qəbul  edərək  “Üç  mədəniyyət”  əsərində  yazır: 

“Mədəniyyət  demək  -   həyat  tərzi  deməkdir” .  Bir  şərtlə  ki, 

burada  həyat  qavramının  özü  ən  geniş  və  hərtərəfli  bir  məna 

daşımalı,  həyatın  bütün  sahə  və  tərəflərini,  maddi  və  mənəvi 

hadisələrini  özündə  ehtiva  etməlidir.  Belə  olan  halda 

mədəniyyət  düşüncə  və  axtarış  tərzindən  başlayaraq  geyiniş 

şəklinə  qədər  həyatın  bütün  təzahürlərini,  hadisələrini  əhatə 

etmiş olur (95,  s.62).

Bu  məqamda  kulturoloji  fikir  tariximizdə  tez-tez  qarşılaş- 

dırılan və ya bəzən  sinonim kimi  də verilən “kültür” və “mədə­

niyyət”  məfhumlarına  nəzər yetirsək,  bu  anlamların  bəzən  bir- 

birinə  nüfuzetmə,  qarşılıqlı  təsir baxımından  ikili  mənada  işlə­

nildiyinin  də  şahidi  oluruq.  M.Ə.Rəsulzadənin  baxışlarına 

istinadən  bu  mülahizəmizə  şərh versək,  görərik ki,  beynəlmiləl 

miqyasda  götürüldükdə  “mədəniyyət”  daha  geniş  anlama  gəlir 

və  kültürlər  məcmusu  halında  işlədilir.  Eyni  anlayışa  milli  as­

pektdən yanaşdıqda isə mədəniyyət kültürün tərkib  hissəsi  kimi 

təqdim edilir.  Məsələn, “Azərbaycan kültür gələnəkləri” əsərin­

də  M.Ə.Rəsulzadə  yazır:  “Bütün  kültürlər  üç  böyük  amilin 

qarşılıqlı  təsirindən  doğarlar:  coğrafi  amil  -   vətən,  etnoqrafik 

amil-millət  və  mənəvi  amil-mədəniyyət”  (110,  s.9).  Burada 

m üəllif mədəniyyəti  dar  anlamda  -   mənəvi  sahələrlə  məhdud­

laşdırmış,  kültürü isə ən geniş çərçivələrdə təqdim etmişdir.

M.Ə.Rəsulzadəyə  görə  hər  bir  milli  mədəniyyət  digər 

millətlərin  mənəvi  sərvətlərini  öyrənməli,  milliliyə  xələl 

gətirməyən  cəhətləri  mənimsəməlidir.  Yalnız  bu  yolla  milli

42



mədəniyyətləri  zənginləşdirmək,  onu  bəşər  mədəniyyətinin 

ayrılmaz tərkib hissəsinə çevirmək olar.

Mədəniyyət  siyasəti  mədəniyyətin  inkişafında  böyük  rol 

oynayır,  çünki  mədəniyyət  siyasi  amillərdən,  dövlətin  mədəni 

inkişafına  təkan  verən  və  ya  tormozlayan  siyasi  sistemindən 

asılıdır (18,  s.28-29).

Türkiyə  Cümhuriyyətinin  beşillik  inkişaf  planı  ilə  bağlı 

xüsusi  ixtisas  komissiyasının  hesabatında  göstərilir  ki,  iqtisadi 

və  sosial  inkişaf  fəaliyyətləri  iqtisadi  olduğu  qədər  bəşəri 

mülahizələrlə 

də 

yönləndirilmə 



məcburiyyətindədir. 

Bu 


səbəbdəndir  ki,  mədəniyyət  məsələlərilə  bağlı  fəaliyyətlər 

təlim-tərbiyə  ilə  əlaqəsini  davam  etdirməklə  bərabər  özəl  bir 

xarakter və hədəflər mənzuməsi  halını  almışdır.

Mili əti ərarası  bir  quruluş  olan  YUNESKO-da  ittifaqla 

qəbul  edilən  tarifə  görə  mədəniyyət,  bir  insan  cəmiyyətinin  öz 

tarixi  təkamülü  xüsusunda  sahib  olduğu  şüur  deməkdir.  Bu 

insan  cəmiyyəti  bur tarixi  təkamül  şüuruna  aid  mövcudiyyətini 

davam etdirmə əzmini  göstərir və inkişafını təmin edir.

Ölkəmizin  çox  yaxın  keçmişdə  qarşılaşdığı  böhranın 

təməlində  sosial  və  mədəni  dəyərlər  etibarilə  yaradılan  çox 

ciddi  bir  qərarsız  və  tutarsız  dəyərlərin  gənclərimizin  zehninə 

nəqş  edilə  bilmiş  olaması  durur.  Ancaq  bu  yollardır  ki,  ölkəni 

bölmə  cəhdləri  inkişaf  edə  bilmiş,  öz  dövlətinə  və  insanına 

qruplar  ortaya  çıxa  bilmişlər.  Və  yenə  bu  yolla  çalışma  və 

istehsal  qarətlərinə  səd  çəkilə bilmiş,  iqtisadi  və  sosial  sabitlik 

bərabərcə pozulmuşdur (109,  s.XXII).

Türkiyənin  beşillik  inkişaf  planı  ilə  bağlı  xüsusi  ixtisas 

komissiyasına  göndərdiyi  məktubunda  Turqut  Özal  yazırdı: 

“Bu  gün  cəmiyyəti  gücləndirməyə  yönəldilmiş  bütün  səylər, 

müdaxilə  edilə  bilir  maddi  ünsürlərə  olduğu  qədər  bəşəri 

ünsürlərə  də  yönəlmək  məcburiyyətindədir.  İnkişaf  sadəcə 

kapital  deyil,  insan ünsürünə  də dayandırıldığı  zaman bütünlük 

ərzedən  və  ulaşılabilir  bir  hədəf  halını  almaqdadır.  Xarici 

dünyaya  açılan  ölkəmiz,  ölkə  xaricində  yaşayan  yüz  minlərcə

43



vətəndaşlarımızla  birlikdə  dəyərləndirilirsə,  xarici  təsirlərə 

ancaq  öz  mədəni  dəyərlərinə  sahib  çıxaraq,  milli  xarakterilə 

müqavimət  edəcək,  birlik  və  bərabərliyini  qoruya  biləcəkdir. 

Dövlət  iqtisadi  və  sosial  inkişafın  kəmiyyəti  ilə  olduğu  qədər 

keyfiyyəti  ilə  də maraqlanmaq məcburiyyətindədir.  Bu  mənada 

dövlətin  mədəniyyət  fəaliyyətlərini  tənzimləməsi,  cəmiyyətin 

maddi rifahı ilə mənəvi mirası  arasında ahəngli bir bütünləşmə- 

ni  təmin  etmək və  inkişaf yoluyla  əldə  edilən  inkişafı  nəticədə 

insanlarımız  üçün  bir  daxili  zənginliyin  qaynağı  halına 

gətirmək  hədəfinə  yönəldilmiş  olmalıdır.  Bu  səbəblə  iqtisadi 

inkişaf  səylərimizi  geniş  bir  proqram  çərçivəsində  davam 

etdirirkən,  insan  ünsürünə  və  millətimizin  tarixindən  süzülüb 

gələn  mənəvi  mirasına  da  əyilmək  zorundayıq.  Milli  xarakter 

və dəyərlərimiz inkişaf səylərinin həm başlıca dayanağı həm də 

hədəfi olmaq məcburiyyətindədir (109,  s.XXIII).

Dünya  və  Azərbaycan 

elmi 

fikrindən  gətirdiyimiz 



nümunəlrdən  də  göründüyü  kimi  mədəniyyət  anlayışı  həm 

geniş,  həm  də  çərçivələnmiş  mənalarda  tərif  edilməkdədir. 

Eləcə  də  “Mədəniyyətin  siyasəti”,  “siyasi  mədəniyyət  və 

“mədəniyyət  siyasəti  anlayışlarını  bir-birindən  fərqləndirmək 

lazımdır.  Akademik  Fuad  Qasımzadənin  yazdığı  məqalədə  bu 

barədə  deyilir:  “XX  əsrin  italyan  filosofu  Norbert  Babbionun 

(1909-cu  ildə  anadan  olmuş,  əsərləri  əsasən  əsrin  ortalarında 

Turində  nəşr olunmuşdur)  yaradıcılığı  baxımından bu vacibdir. 

Liberalizm 

tərəfdarı 

olan 

Babbio 


siyasi 

mübarizəni 

gücləndirməyi,  kəskinləşdirməyi  ziyalıların  vəzifəsi  sayırdı. 

Ziyalıların  siyasi  fəaliyyətini  o,  “mədəniyyətin  siyasəti  hesab 

edirdi  və  onu  mədəni  siyasətə  qarşı  qoyurdu.  Bu  partiyaların 

mənafeyinə uyğun gəlir (61,  s.74).

Digər  tədqiqatlarda  isə  “siyasi  mədəniyyət”  anlayışının 

elmə  ilk  dəfə  Q.Almond  və  S.Veberin  gətirdikləri  qeyd  edilir. 

Hər  iki  alimin  apardıqları  araşdırmaların  məqsədi  fərdin  və 

cəmiyyətin  siyasi  sistemi  daxilində  oynadığı  rolun,  eləcə  də 

Qərb  siyasi  həyat  tərzinin  mahiyyətini  təşkil  edən  demokrati­

44



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə