N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə2/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   2   3   4   5   6   7   8   9   ...   145

tətbiqi  tədqiqatlar  sahəsi  ilə  məhdudlaşdırılmır.  Həmin  tədqiqatlar 

çox  geniş  bir  elmi  bilikləri  özündə  ehtiva  edən  kulturoloji  profilli 

sahələrlə həyata keçirilir.  Eyni  zamanda mədəniyyət haqqında elm 

-  kulturologiya sürətlə inkişaf edən elmi  sahələrə aiddir. Bu da belə 

bir zərurətdən  doğmuşdur ki,  məhz  ümumi  kulturoloji  konsepsiya 

mədəniyyət sahəsində bütün tətbiqi tədqiqatlann nəzəri və metodo­

loji  bazasını  təşkil  etməlidir.  Kulturoloji  konsepsiyaya  ehtiyac 

nəinki  mədəni  praktikada  və  ona  bilavasitə  xidmət  edən  tətbiqi 

elmlərdə, həm də bütün ictimai elmlər sistemində özünü göstərir.

Lakin  kulturoloji  konsepsiyanın  bu  sistemdə  yerini  dəqiq 

müəyyən  etmək  zərurəti  vardır.  Şübhəsiz,  bunun  üçün  ilkin  şərt 

nisbətən  müstəqil  tədqiqat  predmetinin  müəyyən  edilməsidir. 

Vaxtilə  təbiət  və  tarix  elmlərini,  sonralar  isə  ictimai  elmləri  bir- 

birindən  ayırmaq  üçün  vacib  hesab  edilən  təbiət və  mədəniyyətin 

ənənəvi fərqləndirilməsi bu gün qənaətbəxş hesab oluna bilməz. Bu 

konsepsiyanın prinsiplərini ictimai və tarix elmlərinin digər sahələ­

rindən ayırmaq üçün kriteriya yoxdur.  Vacib olan sahələrin hər biri 

bütün  mədəniyyət faktları  ilə  əlaqəlidir,  mədəniyyət haqqında elm 

onlan  öz tədqiqat perdmetinə daxil  edir.  Deməli, mədəni materiala 

ehtiyac,  özlüyündə hər hansı bir bilik sahəsini müstəqil mədəniyyət 

konsepsiyası  kimi  qurmaq  üçün  kifayət  deyildir  və  hələ  ki, 

mədəniyyət  və  siyasət  kulturoloji  sahədə  elmi  tədqiqatın  xüsusi 

predmeti  deyildir.  Kulturologiyanı  elmi  tədqiqatın xüsusi  predmeti 

kimi  ayırdıqda  müəyyən  konseptual  və  metodoloji  zəminə 

əsaslanmaq zəruridir.  Problemin həllinin çətinliyi mədəniyyətin elə 

bir  fenomen  olmasındadır  ki,  onu  sırf  zahiri  və  empirik  surətdə 

ictimai  həyatın  digər  sahələrindən  ayırmaq  mümkün  deyildir. 

Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas 

sahələrini  -   maddi  istehsal,  sosial-siyasi  münasibətlər,  mənəvi 

inkişaf,  məişət,  insanlar arasında qarşılıqlı  əlaqə sahələrini  səciyyə­

ləndirir.  Müasir  sosial  həyatın  istənilən  sahəsi  bu  fenomenin 

mədəni  əhəmiyyəti  və  qiyməti  baxımından  səciyyələndirilmək 

imkanına malikdir.  Deməli,  mədəniyyət konsepsiyasının tədqiqi ilə 

digər  ictimai  elmlər  predmetinin  tədqiqini  bir-birindən  ayıran

5



sərhədin  haradan  keçməsi 

məsələsi 

mədəniyyətin  müasir 

tədqiqatçıları qarşısında çox kəskin şəkildə qoyulur.

Müasir cəmiyyətin bütün mədəni fəaliyyətinin başlıca məzmu­

nunu və əsas məqsədini  təşkil  edən “insan  şəxsiyyətinin  formalaş- 

dınlması  prosesi”nin mürəkkəb  strukturu,  eyni  zamanda mədəniy­

yət  konsepsiyasımn  olduqca  mürəkkəb  strukturunu  aydınlaşdırır. 

Bu mənada kulturologiya, hər şeydən əvvəl, insanın müəyyən cəhə­

tlərinə  görə  mədəniyyət  tərkibinə  daxil  olan  fəaliyyət  növlərinin 

müxtəlifliyini  (maddi  əməyi,  ünsiyyəti,  siyasi və ictimai  fəaliyyəti, 

məişəti,  asudə  vaxü,  elmi,  incəsənəti,  təhsili  və  i.a.)  diqqətdə 

saxlamalıdır.  İkincisi,  kulturologiya mədəni  nemətləri və  sərvətləri 

yaradan,  qoruyan,  irs  qoyan,  mübadilə  və  istifadə  edən  mədəni 

fəaliyyətin  özünün  müxtəlif sahələrini  birləşdirməlidir.  Üçüncüsü, 

mədəniyyət  haqqında  elm,  mədəniyyətin  əsas  elementlərinin  -  

sərvətlərin,  davranış  normalarının,  nümunələrinin,  dünyagörüşü 

prinsipləri  və  ideyalann,  mənəvi  və  estetik ideallann  təhlilini  ver­

məlidir.  Deməli,  cəmiyyətin  və  ayrılıqda götürülmüş  fərdin  bütün 

mədəniyyət binası  bu  elementlərdən  yaranır.  Ona görə  də kulturo- 

loji  tədqiqatlarda  məhz  belə  bir  kompleks  xarakterli  səciyyəvi 

xüsusiyyətlərə ciddi diqqət yetirilməlidir.

Mədəni  dünyaya  sürətlə  inteqrasiya  etməkdə  olan  Azərbaycan 

Respublikasının  demokratik  inkişafı  üçün  zəruri  olan  təsisatlar və 

hüquqi  bazanın  formalaşdınlması  yönündə  müəyyən  işlər  görül­

müşdür.  Lakin bu  sahədə  ciddi  uğurlar  qazanmaq üçün  islahatlara 

olan ehtiyac günü-gündən özünü daha qabanq büruzə verməkdədir. 

Təbii  ki,  bu  islahatlar  mədəniyyət  siyasətinin  səlahiyyətlərin 

bölünməsi  prinsipi  əsasında  gerçəkləşməsini  təmin  edəcək,  siyasi 

plüralizm,  fikir  azadlığı,  vətəndaş  cəmiyyəti  quruculuğu  sahəsində 

daha  demokratik  mühitin  yaranmasına  təkan  verəcəkdir.  Çünki 

mədəni  dünyada  vicdan  və  söz  azadlıqlan,  şəxsiyyətin  toxunul­

mazlığı,  əsas insani  hüquq və  azadlıqlann təmin  edilməsi,  toleran­

tlıq  mühitinin bərqərar olması  əsl  vətəndaş  cəmiyyəti  formalaşdır­

maq yolunda atılmış zəruri addımlardan hesab edilməkdədir.

6



Digər  sahələrlə  yanaşı  mədəniyyət  siyasətində  əldə  edilmiş 

mühüm  nailiyyətlər  ölkəmizin  müstəqilliyinin  möhkəmləndiril­

məsinə şərait yaradır. Müstəqil respublikamızın nüfüzlu beynəlxalq 

təşkilatlara,  o  cümlədən  Avropa  Şurasına  tamhüquqlu  üzv  qəbul 

edilməsi  onun  beynəlxalq  mövqeyinin  möhkəmləndirilməsinə, 

dünya  ölkələri  içərisində  öz  layiqli  yerini  tuta  bilməsinə  əlverişli 

imkan vermişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlən­

dirilməsinə  xidmət  edən  mədəniyyət  siyasəti  dünyanın  bütün 

dövlətləri  ilə  bərabərhüquqlu  əsaslar  üzərində  faydalı  əlaqələrin 

inkişaf etdirilməsinə də şərait yaradır.

Mədəniyyətin  tərəqqisi  haqqında  fikir  müxtəlifliyi  isə  yalnız 

elmi  səbəblərlə  deyil,  eləcə  də  daha  dərin  sosial-tarixi  səbəblərlə 

şərhini  tapır.  Mədəniyyət  nəinki  nəzəri  izah tələb  edən  anlayışdır, 

həmçinin ictimai  inkişafın real  praktik və vacib məsələsidir.  Mədə­

niyyət  sahəsində  siyasət  müstəqillik  dövründə  təkcə  bizim  deyil, 

həm də digər dünya dövlətlərinin siyasətinin tərkib hissəsinə çevril­

mişdir.  Mədəni  inkişaf məsələləri müxtəlif partiyalann,  beynəlxalq 

siyasi sənədlərin, proqramlann mühüm tərkib hissəsi olmuşdur.

Beləliklə,  “mədəniyyət”  anlayışının  fundamental  nəzəri  əhə­

miyyəti  və  mürəkkəbliyi  müasir  tarixi  situasiyada  mədəniyyət 

problemlərinin  qloballığı  və  çoxcəhətliyi  ilə  şərtlənir.  Bəşər  tari­

xində  yeni  epoxanın  -   insan  həyatının  bütün  sahələrində  köklü 

dəyişikliklər  epoxasının  xarakterini  dərk  etmədən  geniş  mənada 

mədəniyyətin  məzmununu  başa  düşmək  mümkün  deyil.  Azərbay­

canda  yeni  cəmiyyətin  qurulması  ilə  şərtlənən  dəyişikliklərin 

mühüm  amili,  ümumiyyətlə yeni  dövrdə geniş miqyas  almış  elmi- 

texniki  tərəqqidir.  Təbii  ki,  cəmiyyətdə  baş  verən  genişmiqyaslı 

dəyişikliklər mədəniyyətin inkişafına da təsirsiz qalmamışdır. Bəşər 

mədəniyyətinin  perspektivləri  ilk  növbədə,  dünyanın  mövcud  di­

lemmanı necə həll  edəcəyindən asılıdır ki, bu baxımdan dövlətlərin 

mədəniyyət siyasətləri və xalqların mənəvi dəyərlərinin mühafizəsi 

problemlərilə bağlı tədqiqatların əhəmiyyəti danılmazdır.

Bu  vaxta  qədər  bütün  dünyada,  o  cümlədən  Azərbaycan 

Respublikasında  mədəni  quruculuq  məsələləri,  mədəniyyət  sa­

7



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə