N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə4/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   2   3   4   5   6   7   8   9   ...   145

dinci  fəaliyyətlə  məşğul  olanlann  hamısına  aiddir.  Təsadüfi 

deyildir  ki,  dünyanın  digər  ölkələrindəki  mədəni  quruculuğun 

nəzəri  təminatı  ölkəmizdə  də  mədəniyyət  konsepsiyasının 

mühüm  şərtidir.  Mədəniyyət  faktlan  ilə  əlaqəsi  olan  ictimai 

elmin  konkret  və  ixtisaslaşdınlmış  sahələrindən  fərqli  olaraq, 

bu  konsepsiya  mədəniyyət  haqqında  bütöv  və  ümumiləş­

dirilmiş konsepsiyadır.

M üasir  şəraitdə  Azərbaycan  dövlətinin  mədəniyyət  siyasəti 

və  mənəvi  dəyərlər  mövzusunda  aparılmış  bu  araşdırmada 

həmin  əsərlərə  istinad  edilmişdir  ki,  onların  müəllifləri 

içərisində F.Qasımzadə  (61;  62),  B.Qurbanov  (66;  67;  68;  106; 

107),  F.Məmmədov  (81;  128;  129;  130;  131;  132;  133), 

A.Şükürov  (99;  100;  101),  Ə.Tağıyev  (30;  102),  N.Cəfərov 

(20;  21),  R.Bədəlov  (139;  161),  S.Məmmədəliyeva  (139), 

S.Dadaşova  (23),  R.Aslanova  (8),  M.Süleymanlı  (92;  93;  94; 

95;  96;  97;  114;  115),  İ.Hüseynov  (51;  52;  53;  54;  55;  56), 

M.Manafova (19;  59;  70;  7 6 ;), N.Axundova (7), N.Əfəndiyeva 

(28;  29;  56;  76),  M.Əsədli  (19;  37;  38;  76)  S.Əliyeva  (19;  59; 

76),  O.Sultanov  (23),  A.Əlizadə  (34;  35),  İ.Əliyeva  (32), 

A.Haqverdiyev  (42),  Y.Əliyeva  (33)  kimi  azərbaycanlı 

kulturoloqların tədqiqatları xüsusilə qeyd edilməlidir.

Monoqrafiyada  yeri  gəldikcə  Avropa  (121;  136;  138;  158; 

160),  Rusiya  (120;  122;  123;  125;  127;  137;  159)  və  Türkiyə 

(104;  105;  109;  116;  117;  118;  119;  141;  142;  143;  144) 

alimlərinin  əsərlərindən  faydalanılmış,  Azərbaycan  Respubli­

kasının və Türkiyə Cümhuriyyətinin mədəniyyət siyasətinə dair 

qəbul  etdiyi  proqramlardan  (109;  117;  118;  139;),  rəsmi 

statistik  məlumatlardan,  mədəniyyətin  inkişafına  istiqamətlən­

miş  tədbirlər  planından,  Mədəniyyət  və  Turizm  Nazirliyinin 

beynəlxalq təşkilatlar üçün  hazırladığı  hesabat xarakterli  “Milli 

Məruzə”dən,  habelə  YUNESKO-nun  tövsiyələrindən  və 

Avropa  Şurası  ekspertlərinin  hesabatlarından  (139;  157;  161) 

istifadə edilmişdir.

11



Azərbaycan  dövlətinin  mədəniyyət  sahəsində  siyasətini 

tədqiq  edən  alimlər  içərisində  tarix  elmləri  doktoru,  professor 

F.Məmmədovun və onun rəhbərlik etdiyi  mədəniyyət assosiasi­

yasının  fəaliyyəti  xüsusilə  qeyd  edilməlidir.  Onun  “Kulturolo- 

giya”ya dair dərslik və  elmi  monoqrafiyalarında (81;  128;  129; 

130;  131;  132;  133)  dövlətin  mədəniyyət  siyasəti  hərtərəfli 

nəzərdən  keçirilmişdir.  Bundan  əlavə  “Azərbaycan  və  müasir 

dünya”  məcmuəsində  “Azərbaycanda  yeni  mədəniyyət  siyasə­

tinin  vəzifələri  haqqında”  məqaləsi  nəşr  edilmişdir.  Eyni 

zamanda  2001-ci  ilin  27-29  iyununda  “Azərbaycanda  yeni 

mədəniyyət  siyasətinin  formalaşdırılmasına  yardım”  layihəsi 

üzrə  Açıq  Cəmiyyət  İnstitutu-Budapeşt  SOROS  Fondunun 

himayəsi  ilə  keçirilmiş  Beynəlxalq  konfransın  və  sosioloji 

tədqiqatın  sənəd  və  materialları  məcmuəsində  (81)  Fuad 

Məmmədovun,  Nigar  Axundovanın,  Fuad  Qasımzadənin,  Sol- 

mina  Dadaşovanın,  Oqtay  Sultanovun,  Əli  Abasovun,  Cəmilə 

Səttarovanın,  Rəhman  Bədəlovun  və  xarici  ölkə  alimlərinin 

mədəniyyət  siyasəti  haqqında  məqalələri  çap  olunmuşdur. 

Həmin  məcmuədə  layihənin  mahiyyəti  anketlərin  nəticələri  və 

s.  materiallarda  öz  əksini  tapmışdır.  Artıq  ilk  sayı  işıq  üzü 

görmüş  “ Simurq”  jurnalında  (Baş  redaktor:  F.Məmmədov)  da 

mövzuyla əlaqəli  elmi yazılar dərc edilmişdir.

Mədəniyyət  və  Turizm  Nazirliyinin  “M ədəniyyət  siyasəti” 

şöbəsinin  hesabat  və  nəşrlərində,  habelə  nazir  müavini 

professor  Sevda  Məmmədəliyevanın  “Azərbaycanda  mədəniy­

yət  siyasəti”  (elmi  icmal,  2002),  “Azərbaycanın  mədəniyyət 

siyasəti”  (Avropa  Şurasının  “ Stage”  layihəsi  əsasında,  2003), 

“Qloballaşma  dövründə  mədəniyyət”  (2004)  və  “Mədəniyyət 

və  insan”  (2005)  monoqrafiyalarında  (139)  mövzuya  dair  çox 

dəyərli  elmi təhlillər yer almaqdadır.

Azərbaycan  Dövlət  M ədəniyyət  və  İncəsənət  Universite­

tinin  elmi  nəşri  kimi  və  bu  vaxta  qədər AAK-ın  elmi  nəşrləri­

nin  qeydiyyatında  olan  kulturologiyaya  dair  yeganə  məcmuə 

olan  “Mədəniyyət  dünyası”nın  (Baş  redaktoru:  M.Süleymanlı)

12



bütün  buraxılışlarında  (2001-2008-ci  illər  ərzində  cəmi  on 

dörd  sayı  nəşr  edilmişdir)  mədəniyyətin  ən  müxtəlif problem­

lərinə həsr edilmiş elmi yazılar çap  edilmişdir.

Azərbaycan  mədəniyyətinin bəzi  problemlərini  işıqlandıran 

namizədlik  və  doktorluq  dissertasiyalarının  yazılması  da 

mövzuya  olan  ciddi  elmi-tənqidi  münasibəti  əks  etdirməkdədir 

ki,  m üəllif yeri  gəldikcə  bu  tədqiqat  əsərlərindən  də  yararlan­

mışdır.  Belə  ki,  son  vaxtlar mövzuyla bağlı  İlhamə  Əliyevanın 

“Azərbaycan  bayramları  və  milli  mənəvi  dəyərlərimiz”  (32), 

Anar  Haqverdiyevin  “Müstəqil  Azərbaycan  Respublikasının 

mədəniyyətinin  aktual  problemləri”  (42),  Yeganə  Əliyevanın 

“Azərbaycanda  kulturoloji  fikrin  tarixi  inkişaf  mərhələləri” 

(33),  Fatimat  M əmmədovanın  “Azərbaycan  mühacirətinin 

elmi-nəzəri  tədqiqatlarında  dil  kulturoloji  baxışlar  konteks­

tində”  (82),  Zaur  Cəfərzadənin  “ Şərq  mədəniyyətlərinin  tarixi 

tipologiyasının  metodoloji  problemləri”  (22),  Fərqanə  Hüsey- 

novanın  “M üstəqillik  dövründə  Azərbaycan  -   Türkiyə  əlaqələ­

rinin  kulturoloji  aspektləri  (elm,  təhsil,  mədəniyyət)”  (57)  adlı 

namizədlik  dissertasiyaları  və  Nigar  Əfəndiyevanın  “Azərbay­

canlı  özünüdərki  və  özünüidentifıkasiyanm  kulturoloji-fəlsəfı 

problemləri  qloballaşma  kontekstində”  (29)  mövzusunda 

doktorluq  işi  diqqəti  cəlb  edir.  Həmin  dissertasiyaların 

mövzusu  bilavasitə  Azərbaycan  dövlətinin  mədəniyyət  siyasə­

tinə və  mənəvi  dəyərlərimizə  həsr olunmasa da,  bu və ya digər 

paraqraflarda həmin problemlərə toxunulmuşdur.

Lakin  müasir  şəraitdə  Azərbaycan  dövlətinin  mədəniyyət 

siyasəti  və  mənəvi  dəyərlərin  inkişaf  amilləri  mövzusu  məhz 

bu monoqrafiyada ilk dəfə  sistemli  şəkildə araşdırılmışdır.

Tədqiqatın  əsas  məqsədi  mədəniyyət  siyasətinin  elmi, 

müqayisəli  və  tənqidi  təhlilini  verməkdən,  bu  siyasətin  milli- 

mənəvi  dəyərlərimizin  inkişafındakı  rolunu  araşdırmaqdan  və 

şərh  etməkdən  ibarətdir.  Araşdırmada  yeni  mədəniyyət  siyasə­

tinin  milli-mənəvi  dəyərlərimizin  inkişafındakı  rolu  və  yerinin 

müəyyənləşdirilməsi,  mədəniyyətdə  qloballaşma  prosesinin

13



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə