N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə5/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   2   3   4   5   6   7   8   9   ...   145

neqativ təzahürləri  ilə təmasda  aşınmadan  qorunması  istiqamə­

tində qarşıya qoyulmuş məqsəd və vəzifələr başlıca yer tutur.

Bu  məqsədlə  tədqiqat  işində  aşağıdakı  vəzifələr  qarşıya 

qoyulmuşdur:  Mədəniyyət  siyasəti  anlayışını  təhlil  etmək  və 

Azərbaycanda  mədəniyyət  siyasətinin  istiqamətlərini  öyrən­

mək;  Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  mədəniyyəti­

mizdə  baş  verən  hadisələri,  əldə  olan  müvəffəqiyyətləri,  möv­

cud  olan  problemləri  və  onları  necə  aradan  qaldırmağı  öyrən­

mək;  Hər  bir  milli  mədəniyyətin  inkişafı  üçün  vacib  olan  m ə­

dəni  əməkdaşlığın  və  onun  Azərbaycanda,  müasir  dövrdə  nə 

dərəcədə  inkişaf etdiyini  öyrənmək;  Milli  dəyərlərimizin Azər­

baycan  kulturoloji  düşüncəsindəki  spesifik  xüsusiyyətlərini 

tarixi  inkişaf  fonunda  izləmək  və  dəyərləndirmək;  Qabaqcıl 

dünya ölkələrinin mədəniyyət  siyasətini  təhlil  etmək və onların 

müsbət  cəhətlərini  milli  mədəniyyətimizi  qoruyub  saxlamaq 

şərtilə  Azərbaycanın  mədəniyyət  siyasətinə tətbiq  etmək;  Döv­

lət  siyasətində  mədəni  və  mənəvi  irsin  qorunması  vəzifəsinin 

metod  və  üsullarının  təhlil  etmək;  Azərbaycan  mədəniyyətinin 

gələcəkdə  daha  da  yüksək  səviyyədə  inkişaf  etməsi  üçün 

mədəniyyət siyasətinə dair təklif və tövsiyələr vermək.

Mədəniyyət  konsepsiyasını  ancaq  mənəvi  mədəniyyətin 

öyrənilməsi  çərçivəsinə  salmaq,  maddi  mədəniyyətin  mövcud­

luğunu  inkar  etmək,  onun  digər  fəaliyyət  sahələri  və  ictimai 

fəaliyyət  növləri  ilə  bağlı  elementlərini  təhlildən  kənarda 

qoymaq  olmaz.  Monoqrafiyada  mədəniyyət  konsepsiyasının, 

insan  fəaliyyətinin  bütün  növlərini  və  üsullarını,  həmin 

fəaliyyətin  subyekt  kimi  inkişafı,  təkmilləşməsi  baxımından 

təhlil  etməyə  qadir  olduğu  haqqında  müddəanın  hərtərəfli 

əsaslandırılmasına  cəhd  edilmişdir.  Ona  görə  də  mədəniyyətin 

perdmeti  cəmiyyətin  hər  hansı  bir  ayrıca  “sahəsi”  deyil, 

bütövlükdə  bütün  cəmiyyətdir;  insanın  özünü  ictimai  varlıq 

kimi  hazırlayan,  tam  insan  şəxsiyyətini  formalaşdıran  cəmiy­

yətdir,  xalqdır.  Sosial  həyatda ictimai  fəaliyyətin bu və ya digər 

sahəsinin insanın  özünə təsir göstərən,  onu formalaşdıran,  fərdi

14



inkişaf 

xarakterini 

müəyyənləşdirən 

amilə 


çevrilməsi 

dərəcəsindən  asılı  olaraq  mədəniyyət  konsepsiyası  tədqiqatlar 

predmetinə  aiddir.  İnsanın  öz  ictimai  və  istehsal  fəaliyyətində 

necə formalaşması  haqqında məsələ  mədəniyyət konsepsiyanın 

mərkəzi  məsələsi  kimi  özünü  göstərir.  Deməli,  mədəniyyət 

konsepsiyası  cəmiyyətdə  fərdi  və  bəşəri  aspekti  ayınr  və  onu, 

özünün xüsusi təhlili  mövzusuna çevirir.

M üasir kulturoloji  konsepsiya,  insanın  fəaliyyət prosesində 

ictimai  istehsal  və  təkrar  istehsal  nəzəriyyəsi  kimi  müəyyən- 

ləşdirilməklə,  çağdaş  sosial-tarixi  nəzəriyyənin  mühüm  tərkib 

hissəsi  olaraq  nəzərdən  keçirilir.  İctimai  hadisə  olan  mədəniy­

yət  tarixi  ancaq  sosial  həyatın  bütün  cəhətlərinin  (iqtisadi, 

sosial,  siyasi,  mənəvi) kontekstində dərk edilə bilər,  onların hər 

birini  özlərinə  xas  bəşəri  məzmun  baxımından  səciyyələndir­

mək mümkün  olur.  M əhz mədəniyyət nəzəriyyəsi  ictimai  siste­

min humanistlik “ölçüsünü”,  onun insanların mənafeyinə,  məq­

sədinə, tələbatına uyğunluğunu müəyyən etməyə imkan verir.

Mədəniyyətin  mütərəqqi  nəzəriyyəsi,  sosial  və  tarixi 

məzmundan  məhrum  olan  mücərrəd  düşüncəli  insanın  tələblə­

rinə  cavab  vermir.  İstənilən  sosial  sahənin  mədəni  mənasını 

aşkara  çıxarmağa  cəhd  göstərən  bu  konsepsiyanın  təhlilində  ən 

əvvəl,  öz  əməyi  ilə  cəmiyyətin  maddi  və  mənəvi  sərvətini 

yaradan  insanların  mənafelərini  nəzərə  alır.  Həmin  konsepsiya 

üçün  cəmiyyətin  mədəni  hazırlığının  zəruri  göstəricisi, 

insanların  ictimai  istehsal  sistemində  real  mövqeyi,  onların 

ictimai-siyasi və mənəvi  həyatda iştirak  səviyyəsi,  şüurluluq və 

sosial fəallıq dərəcəsidir.

Mövcud  cəmiyyətin  maddi  həyatının  təkrar  istehsal  prose­

sinin  əsas  elementlərinin  (istehsal,  mübadilə,  bölgü,  istehlak) 

birliyi  haqqında  bir  sıra  tədqiqatçıl an n  müddəası  geniş, 

ümumsosioloji  mənaya  malikdir  və  habelə  mənəvi  istehsal 

sahəsinə  də  aiddir.  Həmin  müddəa mədəniyyətin  tədqiqi,  onun 

cəmiyyətdə  fəaliyyət  göstərməsi  üçün  mühüm  metodoloji 

əhəmiyyətə  malikdir.  Ümumilikdə  götürdükdə,  istər  mədəniy­

15



yətin  tarixi  və  nəzəriyyəsi  problemlərinin  öyrənilməsi  və  əldə 

olunan  təcrübənin  bəşəriyyətin  tərəqqisi  naminə  istifadə 

olunması  baxımından,  istərsə  də  dünya  dövlətlərinin  bu  yöndə 

həyata  keçirdikləri  mədəniyyət  siyasətlərində  uğurlu  nəticələrə 

nail  olunması,  habelə  ictimai-siyasi  və  sosial-mədəni  proseslər 

kontekstində  mənəvi  dəyərlərin  mühafizəsi  və  təbliği  baxımın­

dan  dünya,  o  cümlədən  Azərbaycan  kulturoloji  fikrində  çox­

saylı 


tədqiqatlar 

aparılmışdır. 

Bununla  belə 

indiyədək 

Azərbaycanda  dövlət  mədəniyyət  siyasətinin  tarixilik  və  pers­

pektivlər  baxımından  sistemli  şəkildə  elmi-tənqidi  təhlilini 

verən və bu  siyasətdə  mənəvi  dəyərlərin  çəkisini  dəyərləndirən 

monoqrafik tədqiqat əsərləri  çox azdır.

Məhz  bu  mənada  monoqrafiya  Azərbaycanın  mədəniyyət 

siyasətinin mənəvi  dəyərlərimizin inkişafındakı  fəaliyyətini  əks 

etdirən  ilk  əsərlərdən  biridir.  Tədqiqat  işinin  elmi  yeniliyi  də 

məhz  problemin  özünün  qoyuluşu  ilə  müəyyən  olunur  və 

əsasən aşağıdakı müddəalarda öz  əksini tapır:

-  Azərbaycan dövlətinin mədəniyyət siyasətinin problemlər 

kontekstində  müstəqillik  dövrünün  prioritetləri,  sosial  məqsəd­

lər  və  mənəvi  dəyərlər  baxımından  kulturoloji  mahiyyəti  ilk 

dəfə  olaraq  tədqiqata  cəlb  edilmiş,  mədəniyyət  sahəsində  plan­

laşdırma,  qanunvericilik təminatı məsələləri  şərh edilmişdir;

-   M üasir dövrdə dövlət mədəniyyət siyasətinin qarşılaşdığı 

çətinliklər,  siyasi  və  iqtisadi  sistem  dəyişikliklərinin  mədəniy­

yət 

sahəsindəki 



təzahürləri, 

mədəniyyət  müəssisələrinin 

fəaliyyəti,  əhalinin  mədəni  həyatda  iştirakı,  yaradıcılığın  dəs­

təklənməsi,  mədəniyyətin  maliyyələşməsi  və  milli-mənəvi 

dəyərlərin  mühafizəsi  problemləri  elmi  meyarlar  çərçivəsində 

tədqiq edilmişdir;

-   Azərbaycanda  mədəniyyət  siyasətinin  effektivləşmə  və 

səmərəliləşmə  perspektivlərinə  diqqət yetirilmiş,  dünya dövlət­

lərilə  müqayisəli  təhlillər  aparılmış,  bu  siyasətin  tənzimlən­

məsində  yerli  və  beynəlxalq  təşkilatların  rolu  göstərilmişdir. 

YUNESKO  və  Avropa  Şurası  qərarlarının ümumi  çərçivəsində

16



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə