N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə6/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   2   3   4   5   6   7   8   9   ...   145

elm  və  təhsil  sahəsində  Azərbaycanın  mədəniyyət  siyasətinin 

məqsədlərinə,  ali  təhsilli  kadr hazırlığı  problemlərinə və  qeyri- 

hökumət  təşkilatlarının  yeni  mədəniyyət  siyasətinin  formalaş- 

dınlmasına yardımlanna aydınlıq gətirilmişdir.

-   Azərbaycan  dövlətinin  mədəniyyət  siyasəti  sahəsindəki 

nailiyyətləri  və  uğura  doğru  perspektivlərinə  elmi-tənqidi  qiy­

mət  verilmiş,  mədəniyyət  industriyaları  və  milli-mənəvi  irsin 

qorunması  ilə  bağlı  fəaliyyətlər  nəzərdən  keçirilmiş,  gənclər 

siyasətinin  mədəni  və  mənəvi  aspektlərinə  baxılmış,  turizmin 

inkişaf  perspektivləri  və  mədəni-asudə  vaxt  problemləri  elmi 

cəhətdən dəyərləndirilmişdir.

Aparılmış  araşdırmalar  keçid  dövründə  müstəqil  Azərbay­

can  Respublikasının  mədəniyyətində  baş  verən  proseslər  haq­

qında  ümumi  anlayış  formalaşdırmağa  imkan  yaradır.  Bütün 

bunlar mədəniyyətimizin  nailiyyətlərini  obyektiv  qiymətləndir­

məyə  və  gələcək  üçün  onun  inkişaf  yollarını  proqnozlaşdır­

mağa kömək edəcəkdir.

Tədqiqat  işinin  obyektini  Azərbaycan  mədəniyyətinin 

tarixi-kulturoloji  problemləri  kontekstində  dövlətimizin  mədə­

niyyət  siyasətinin  nəzəri  və  əməli  məsələləri  təşkil  edir.  Dünya 

və  Azərbaycan  kulturoloqlarının  mədəniyyət  siyasəti  ilə  bağlı 

monoqrafik araşdırmaları,  dissertasiyalar və problematik məqa­

lələr tədqiqata  cəlb  edilmişdir.  Bu  məqsədlə  azərbaycanlı  araş­

dırıcılarla  yanaşı,  Rusiya  və  Türkiyə  alimlərinin  mövzu  ilə 

bağlı  tədqiqatlanndan  geniş  istifadə  edilmiş,  mədəniyyət  siya­

sətinə  dair  qəbul  edilmiş  proqramlardan,  rəsmi  statistik  məlu­

matlardan, 

Mədəniyyət  və 

Turizm 

Nazirliyinin  “Milli 



Məruzə”sindən,  habelə  YUNESKO-nun  tövsiyələrindən  və 

Avropa  Şurası  ekspertlərinin  hesabatlarından  tədqiqat  obyekti 

kimi faydalanılmışdır.

Araşdırmanın  nəzəri  və  metodoloji  əsasını  tarixilik, 

varislik,  məntiqilik və  sistemlilik  prinspləri təşkil  edir.  M üəllif 

müasir  mədəniyyətimizdə  baş  verən  hadisələrin  şərhi  ilə  pro­

seslərə obyektiv qiymət verməyə çalışmış,  keyfiyyət, kəmiyyət,

17



struktur  təhlilin,  o  cümlədən,  müqayisəli  və  konkret-təhlilin 

metodlarından  istifadə  etmişdir.  M üəllif  tədqiqatda  konkret 

tarixi  fakt  və  təhlillərə  əsaslanmışdır.  Tarixi  hadisə  və  proses­

lərin  işıqlandırılmasında  xronoloji  ardıcıllığın  saxlanılmasına 

xüsusi  diqqət  yetirilmiş,  bütün  mənbələrə  tənqidi  yanaşma 

metodundan istifadə edilmişdir.  Hadisə və proseslərin təhlili  ilə 

yanaşı  səbəb-nəticə əlaqələri  də nəzərdən qaçırılmamışdır.

Tədqiqat  işi  çoxsaylı  və  çoxşaxəli  qaynaqlar  əsasında  ya­

zılmışdır.  Tədqiqatda  mədəniyyətə  dair  qanunlardan  və  qanun­

vericilik  aktlarından,  proqram,  çıxış  və  hesabatlardan,  dövri 

mətbuatdan,  monoqrafiyalardan,  dərs  vəsaitlərindən,  elmi  m ə­

qalələrdən,  elmi  konfrans  materiallarından,  kulturoloji  fikrin 

elmi-nəzəri  qənaətləri  və  təcrübəsindən  faydalanılmış,  mövzu 

ilə  bağlı  tədqiqat  müəlliflərinin  fikir və  mülahizələrindən,  ana­

loji  araşdırmaların təcrübə və nəticələrindən istifadə edilmişdir.

Araşdırma  zamanı  əldə  olunan  başlıca  elmi  qənaət  və 

nəticələr  müasir  dövrdə  Azərbaycanda  mədəniyyət  siyasətinin 

təməl  prinsiplərinin  açıqlanması  və  uğurla  həyata  keçirilməsi, 

habelə  bu  məqsədlə  mənəvi  dəyərlərin  inkişaf  amillərinin 

müəyyənləşdirilməsi 

baxımından 

elmi-nəzəri 

əhəmiyyət 

daşıyır.  Monoqrafiya  təhlil  istiqamətləri,  nəzəri  yanaşma  və 

araşdırma üsulları  baxımından  sonrakı  dövrün tədqiqatlan  üçün 

elmi-nəzəri  və  praktik  əhəmiyyət daşıyır.  Qeyd  etmək  lazımdır 

ki,  monoqrafiya  təkcə  kulturoloqlar  üçün  deyil,  həmçinin 

mədəniyyətin  m üxtəlif  problemlərini  araşdıran  tədqiqatçılar 

üçün də əhəmiyyət daşımaqdadır.

18



MƏDƏNİYYƏT SİYASƏTİNİN MAHİYYƏTİ VƏ 

PROBLEMLƏRİ

XXI  əsrə  sürətli  inkişaf  yolunda  olan  müstəqil  bir  dövlət 

kimi  qədəm  qoymuş  Azərbaycan  Respublikası  qazandığı 

istiqlalı  qoruyub  saxlamaq,  demokratik  dövlət  qurmaq,  fikir 

plüralizmi  və  azad  bazar  iqtisadiyyatına  malik  olan  vətəndaş 

cəmiyyəti  yaratmaq  uğrunda  inamla  mübarizə  aparmaqdadır. 

M üasir  şəraitdə  Azərbaycan  dövlətinin  mədəniyyət  siyasətinin 

təməl  prinsiplərinin,  bu  siyasətin  tarixi,  ictimai-siyasi,  sosial- 

mədəni,  elmi və kulturoloji  əsaslarının  araşdırılmasına keçməz­

dən  əvvəl,  təbii  ki,  həm  mədəniyyət  siyasəti,  həm  də,  ümu­

miyyətlə,  mədəniyyət  anlayışının  mahiyyətinə  açıqlıq  gətiril­

məsinə  və  mədəniyyət  siyasətinin  həyata  keçirilməsi  prose­

sində  mənəvi  dəyərlərin  çəkisinin  müəyyənləşdirilməsinə 

ehtiyac duyulur.

Çünki  XXI əsr bütün dünya dövlətləri  və millətləri  arasında 

iqtisadi,  siyasi,  mədəni  əlaqələrin  artması,  son  nəticədə 

qloballaşma  ilə  xarakterizə  olunmaqla  yanaşı,  eyni  zamanda 

ayrı-ayrı  xalqların  etnik-mənəvi  köklərinə  yenidən  dönüşü  ilə 

də  xarakterikdir.  İndi  Planetin  bütün  irili-xırdalı  dövlət  və 

millətləri  könüllü  və  ya  könülsüz,  ixtiyari  və  ya  qeyri-ixtiyari 

son  nəticədə  böyük  qloballaşmaya  aparıb  çıxaran  nəhəng 

inteqrasiya  magistralına  qoşulmaqdadır.  Qloballaşma  kontek­

stində  etnik-milli  mövcudluğun  siyasi,  iqtisadi,  kulturəl, 

mənəvi  suverenliyi  ilə  bağlı  milli  konsepsiya  və  konseptual 

ideyalar  yekcins  deyil.  Bu  prosesi  sosial-siyasi,  mədəni-mə­

nəvi,  iqtisadi-güzəran,  elmi-intellektual  müstəvilərdə  vahid 

qlobal harmoniya hesab  edənlər də var, kainatın daha çox vahid 

bir mərkəzdən  idarə  olunan  bürokratik-texnoloji  ərazi  vahidinə 

çevrilmə  prosesi  olduğunu  iddia  edənlər  də.  Ən  müxtəlif 

mövqe  və 

münasibətlər  xarakterindən 

asılı 


olmayaraq 

qloballaşmaya  aparan  nəhəng  inteqrasiya  magistralı  bütün 

planeti  sorub  aparmaqdadır.  M ümkün  olan  ən  optimal  variant

19



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə