N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə8/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   4   5   6   7   8   9   10   11   ...   145

qorumaq  istəyirsə,  bu  prosesə  qoşulmalı,  onun  labüdlüyünü 

dərk etməlidir(16,  s.7).

Dünya xalqlarının hər birində kökünə,  soyuna,  ilkin maddi- 

mənəvi  dəyərlərinə  qayıdış  meyli  son  zamanlar  bir  qədər  də 

güclənməkdədir.  Xalq ruhunun,  milli  mənəviyyatın bütün ifadə 

çalarlanni  və  özəlliklərini  qoruyub  saxlayan  milli-mənəvi 

dəyərlər  bu  qayıdışa  rəvac  verən  sönməz  idrak,  solmaz 

təfəkkür,  orijinal  dünyaduyumudur.  Məhz  bu  səbəblərdən  də 

mənəvi  dəyərləri  də  ğzündə  ehtiva  edən  mədəniyyət  məfhumu 

ilə bağlı  tədqiqatlar və müzakirələr bu  gün  də  səngimək bilmir, 

yəqin ki,  hələ neçə-neçə onilliklər də bitib-tükənməyəcəkdir.

XX  əsrin  ikinci  yarısından  başlayaraq  mədəniyyət  siyasəti 

Qərb  ölkələrinin  fəaliyyətində  tədricən  mühüm  yer  tutmağa 

başlayır.  Sonralar  isə  Avropa  Şurası  mədəniyyət  siyasətinə 

demokratik  inkişaf  siyasəti  kimi  ciddi  diqqət  yetirir.  1986-cı 

ildə  Avropa  Şurası  Avropa  ölkələrində  geniş  yayılmış 

“Mədəniyyət  siyasətinin  qısa  proqram f’na  başlanğıc  verdi.  Bu 

proqran  Mədəniyyət  Nazirlikləri  tərəfindən  milli  hesabatların 

hazırlanmasını  nəzərdə  tutur.  Sonra  bu  hesabatlar  Avropa 

Şurasının  ekspertləri  tərəfindən  qiymətləndirilərək  müvafiq 

tövsiyyələr  hazırlanır.  Bu  tövsiyyələr  məhsuldar  fəaliyyət 

proqramının  işlənməsi  məqsədi  ilə  Strasburqda  və  ауп-ауп 

ölkələrdə  müzakirə  edilir.  1997-ci  ildə  Avropa  Şurasının 

mədəniyyət  siyasəti  şöbəsinin  fəaliyyətini  yaxşılaşdırmağa 

xidmət  edən  “Mədəniyyət  siyasətinin  sistemləşdirilməsi  və 

istehsalı  ittifaqı”  yarandı.  İttifaq  mədəniyyət  siyasəti  üzrə 

materialların  yığılması,  sistemləşdirilməsi  və  istehsalı,  onların 

çoxaldılaraq  m üxtəlif  ölkələrin  dövlət  və  qeyri-hökumət 

strukturları  arasında  yayılması  ilə  məşğul  olur.  O,  m üxtəlif 

ölkələrdə  mədəniyyət  siyasəti  sahəsində  işləyənlər üçün  təmas 

şəbəkəsi  müəyyənləşdirir.  Avropada  mədəniyyətin  inkişafı  və 

mədəniyyət  siyasəti 

üzrə 

diskusiyalann  keçirilməsi  və 



informasiya  mübadiləsi  məqsədi  ilə  1998-ci  ildə  40-dan  çox 

mədəniyyət  şəbəkəsi  və  təşkilatını  özündə  birləşdirən  Forum

23



(5

8



s. 

6

8



)

M

əd



ən

iyy


ət 

siy


as

ət



dəni


yyətin 

ink


af

ınd



böyük 


ro

o



y

n

ay



ır

çü



n

k



dəniyyət 

siy

as



am

il

lər



d

ən



d

öv



tin

 m

əd



ən

i

ы



4

-

Azərbaycan  Respulikasının  mədəniyyət siyasətinin

  v«

_______  

X

Gələcəyin  müsbət obrazına yönəlmiş  inkişaf  prinsipləri  və  kulturoloji  konse



X

Sosial-mədəni  inkişafın  əsas  istiqamətlərinin  müəyyən  edilməsi  və  priorİK



-------------------  

X

Sosial-mədəni  fəaliyyətin proqram  və  lahiyələrinin  hazırlaı



___________ 

X

Zəruri  resursların (insani,  təhsil,  elmi,  maliyyə,  iqtisadi,  təşkilati,  hüquqi)



X

Geniş  profilli  peşakar mütəxəssislərin  hazırlanması  və  onların  fəaliyyəti

şəraitin  yaradılması

Xüsusi  kulturoloji təhsil,  tədqiqat  və  maariflənmənin təşı 



X

Mütəxəssislərin  moqsədəybnlü  istifadəsi,  onların  yaradıcı  fəaliyyətin 

dəyərləndirilməsi  və  praktiki  tətbiqi

Fəaliyyətdə  uzlaşmanın  təmin  edilməsi,  sosial-mədəni  fəaliyyətin  m 

obyektlərinin  əməkdaşlığına  və  tərəfdaşlığına  yardım 

X

Mədəniyyət təşkilatının  fəaliyyətində  şəbəkə  və effektivliyinin  invı 

optimallaşdırılması,  müasirləşdirilməsi,  monitorinqi



inkişafına  təkan  verən  və  ya  tormozlayan  siyasi  sistemindən 

asılıdır  (18,  s.28-29).  Ona  görə  də  mədəniyyət  siyasətinin 

mahiyyətini  açmaq  üçün  ilk  növbədə  kulturoloji  fikirdə 

“mədəniyyət”  məfhumuna  olan  münasibətə  aydınlıq  gətirmək 

lazımdır.

Dünya  elmi 

fikrində  mövcud  olan  bəzi  təriflərdə 

“mədəniyyət”  məfhumu  əsasən belə  izah  edilir  ki,  bu  fenomen 

varlığın  və  şüurun  bütün  sahələrində  bəşəriyyətin  predmet- 

ləşdirmə (sərvətlər,  normalar, işarə sistemləri  yaradılması və s.) 

və  predmetsizləşdirmə  (mədəni  irsin  mənimsənilməsi)  proses­

lərinin  dialektik  vəhdətindən  ibarət,  gerçəkliyin  yenidən 

dəyişdirilməsinə,  bəşər  tarixi  zənginliyinin  şəxsiyyətin  daxili 

zənginliyinə  çevriləmsinə,  insanın  mahiyyət  qüvvələrinin  hər 

vasitə  ilə  aşkara  çıxarılmasına  və  inkişaf  etdirilməsinə 

yönəldilmiş  sosial-mütərəqqi  yaradıcı  fəaliyyətidir.  Məhdud 

mənada  əsasən  maddi  mədəniyyət  (texnika  istehsal  təcrübəsi, 

maddi  sərvətlər),  mənəvi  mədəniyyət  (elm,  incəsənət  və 

ədəbiyyat,  fəlsəfə,  əxlaq,  m aarif  və  s.),  həmçinin  siyasi 

mədəniyyət  (cəmiyyətin,  sinfin,  qrupun,  fərdin  fəaliyyətinin 

ictimai  münasibətlərin  dəyişdirilməsinin  subyekti  kimi  şəxsiy­

yətin  sosial  inkişafının  meyarını  səciyyələndirən  məqsədləri, 

nəticələri)  haqqında  danışmaq  qəbul  olunmuşdur  (39,  s.276) 

Uzun  illərdir  ki,  təriflərin  bəzilərində  qeyd  olunur  ki,  mədə­

niyyət  -   ictimai-iqtisadi 

formasiyaların  bir-birini 

əvəz 

eməsindən  asılı  olaraq  inkişaf  edən  tarixi  hadisədir.  Mənəvi 



mədəniyyəti  maddi  əsasdan  ayıran və  onu  “elita”nın  (fr.  elite -  

ən  yaxşı,  seçilmiş)  mənəvi  məhsulu  kimi  izah  edən  idealist 

mədəniyyət  nəzəriyyələrinin  əksinə  materializm  maddi  nemət­

lərin  istehsalı  prosesini  mənəvi  mədəniyyətin  inkişafının  əsası 

və  mənbəyi  kimi  nəzərdən  keçirir;  belə  çıxır  ki,  mədəniyyət 

bilavasitə  bütün  xalqların  fəaliyyətilə  yaradılır.  Qeyd  etmək 

lazımdır  ki,  maddi  şəraitdən  asılı  olan  mənəvi  mədəniyyət 

maddi  əsas  arxasınca  avtomatik  dəyişmir,  əksinə  nisbi

25



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə